Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət: “Övladıma səhv diaqnoz qoydu”

Gündəm / Cəmiyyət 21-04-2026, 18:58


“2024-cü il noyabrın 5-də Leyla Medikal Klinikasında radioloq Samir Məmişovun yanında müayinədə olduq. Həkim bildirdi ki, övladım qüsurludur. Yəni onun anadangəlmə uşaqlığı yoxdur, bədəndə tam inkişaf getməyib. Eyni zamanda böyrəklərində və bağırsaqlarında problemin olduğunu və sidik kisəsinin altında törəmələrin olduğunu bildirdilər. Uzun sözün qısası uşağın bütün orqanlarının sıradan çıxdığını və pis vəziyyətdə olduğunu dedilər”.

Bunu “Yeni Sabah”a Leyla Medikal Klinikasında övladına qoyulan səhv diaqnozla bağlı danışan Nurlana Hüseynova deyib.

O, övladı Aylin Rüstəmovanın xəstəxanada başına gələnlərdən danışıb:

“Müayinədən sonra evə gəldim və həkimlə yenidən əlaqə saxladım ki, uşağı yenidən müayinə edək. Həkim də mənimlə çox kobud şəkildə danışaraq bildirdi ki, uşaq qüsurludur. Hər şey açıq-aydın görünür. Yenə də inana bilmədim. Səhəri günü uşağı götürüb Türkiyəyə apardım. Orada adi 4D ultrasəs müayinəsindən keçdik və məlum oldu ki, uşağın hər bir orqanı sağlam vəziyyətdədir. Bu diqanozu kim və nə üçün qoyub? Samir Məmişovun verdiyi diski də həkim orada yoxladı və bildirdi ki, bu diskdə heç bir problem yoxdur, uşağın bütün orqanları yerindədir. Yenidən Bakıya qayıtdıq və gələndən sonra həkimlə əlaqə saxladım. Bu dəfə mənə daha kobud şəkildə cavab verərək bildirdi ki, siz niyə qəbul etmirsiniz? Mən niyə sizin eşitmək istədiyiniz sözləri deməliyəm.

Bildirdim ki, sizi məhkəməyə verəcəm. O isə mənə dedi ki, gedin nə istəyirsiniz edin. Məhkəməyə də verdim, ekspertizadan da keçdik”.

Şikayətçi bildirib ki, məhkəmədə qarşı tərəfdən xərclədikləri 1888 manatı və 5 min manat təzminat tələb etsələr də, iddiaları əsassız qalıb:

“Bacım Türkiyədə yaşayır. Yenidən onlarla əlaqə saxladım. Düşündüm ki, sarsıntı keçirməyim deyə bəlkə mənə yalan danışıblar. Çünki mənim birinci övladım rəhmətə gedib. Ola bilsin ki, yenidən o şeyləri yaşamayım deyə nələrisə gizlədiblər. Həkim də bildirdi ki, hər şey yerindədir. Yenidən burada “Vita Med” klinikasında yoxlanışa getdim. Oradakı həkim də bildirdi ki, hər şey qaydasındadır. Ekspertizada da məlum oldu ki, uşağın heç bir problemi yoxdur.

Həkimin vəkili də hər dəfə məhkəmədə bildirirdi ki, Samir Məmişov iddiaları qəbul etmir. Bildirir ki, onun qoyduğu diaqnoz düzdür. Bizim həkimdə xərclədiyimiz çeklər məhkəməyə təqdim olunmuşdu. 1888 manat pul idi. Üstəgəl də 5 min manatlıq maddi mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia qaldırmışdıq. Lakin qərar çıxdı ki, 1163 manat vəsait xərclənib. Maddi mənəvi dəyərlərə zərərlə bağlı isə heç bir sübut yoxdur. Verilən qərardan narazıyam. Yenidən Apelyasiya məhkəməsinə müraciət edəcəm”.

N.Hüseynova uşaqda hər şeyin qaydasında olduğunu və adi bir soyuqlamaya görə qoyulan diaqnozlarla bağlı yenidən məhkəməyə mürciət edəcəyini deyib:

“Hətta qarşı tərəf aparatlarında problem olduğunu iddia etdi, lakin onların verdiyi diskdə də görünür ki, hər şey qaydasındadır. Diski ekspertizaya göndərdik. Proses 3 ay davam etdi və məlum oldu ki, diskdə heç bir problem yoxdur. Sonuncu məhkəmə martın 10-da oldu və bizim əlehimizə qərar çıxarıldı. Uşaqda hər şey qaydasındadır”.

Səsləndirilən iddialarla bağlı Samir Məmişov “Yeni Sabah”a bildirib ki, şikayətçi Nurlana Hüseynovanın iddialarını qəbul etmir:

“Xanımın gedib Türkiyədə etdirdiyi müayinələrin heç biri Maqnit Rezonans Tomoqrafiya (MRT), nə də Komputer Tomoqrafiya (KT) deyil. Onun etdirdikləri sadə uzi müayinələridir. Mən uzi həkimi ilə də əlaqə saxladım və bildirdim ki, sən necə MRT-də görünməyən bir şeyin var olduğunu yazmısan?.

Azərbaycanda yenidən UZİ-yə saldığı həkimlə də əlaqə saxlasanız görərsiniz ki, o, özü də bu məsələdə tərəddüdlüdür. Həmin həkim də deyir ki, ailə ona təzyiq edərək bildirib ki, uşağın bütün orqanları yerindədir. Ona görə də götürüb yazıb ki, hər şey qaydasındadır. Yəni xanım üstün müayinə üsulundan sonra gedib aşağı müayinə üsullarına müraciət edib. Bu nə qədər doğru qərardır? Uzi müayinəsi subyektiv bir şeydir. Amma MRT müayinəsi obyektiv bir şeydir”.

Həkim-radioloq qeyd edib ki, bu, həkim olaraq onların qarşılaşdığı ilk haldır:

“Mən xanıma da bildirdim ki, siz bizdə çəkilən diski istənilən radioloqa oxudun. Əgər həmin radioloq bildirsə ki, o uşağın orqanları yerindədir, gəlin mən sizdən üzr də istəyəcəm, təzminatınızı da ödəyəcəm. Xanım deyir ki, siz bunu səhv çəkmisiniz. Bu necə ola bilər? Olan və ya olmayan orqanı necə dəyişdirib çəkə bilərəm? Bu, mümkünsüz bir şeydir. Bütün iddialar da əsassız və gülüncdür. Əlində diski var, istənilən yerdə yoxlada bilər. Həmin xanıma bildirin ki, bizim çəkdiyimiz diskə başqa həkimlərin bildirdikləri rəyləri paylaşsın. Biz xaricə təhsil almışıq. O xanıma qədər xeyli iş stajımız var. Bu bizim qarşılaşdığımız birinci haldır. Həmin xanım isə faktiki sübutları qəbul etmir, etmək də istəmir”.(Yeni Sabah)


Xəbər lenti

“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39