Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz

Gündəm / Cəmiyyət 7-10-2026, 16:05



İş adamı Ramil Aslanov Globalinfo.az-a müraciət edərək Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətində problemlərin qaldığını bildirib.

R.Aslanovun sözlərinə görə, DGK rəhbərliyi gömrük subyektlərinin vahid sistemə qoşulduğunu desə də, praktikada onlar arasında koordinasiya yoxdur:

"Gömrük subyektlərinin bir-birindən xəbəri yoxdur, hərəsi öz bildiyini edir. Eyni məsələlərə fərqli münasibət göstərilir, qanunvericiliyin tələbləri düzgün tətbiq olunmur. Sahibkarlar müxtəlif süni əngəllərlə üzləşirlər. Dövlət gömrük orqanlarının fəaliyyətiüçün bütün şəraiti yaradıb və əsas tələb sahibkarlara normal xidmət göstərilməsidir. Lakin bəzi əməkdaşların fəaliyyəti ölkənin beynəlxalq imicinə də mənfi təsir göstərir".

R.Aslanov bu fikirləri "Lion Centre" MMC ilə bağlı DGK-də yaranan mübahisələrlə əlaqələndirib.

Onun sözlərinə görə, rəhbəri olduğu şirkətin 16 may 2025-ci il tarixli 01251000204009 və 16 avqust 2025-ci il tarixli 01251000346543 nömrəli gömrük bəyannamələri üzrə rəsmiləşdirmə zamanı qanun pozuntularına yol verilib.

O, bununla bağlı müxtəlif dövlət qurumlarının rəhbərlərinə və DGK rəhbərliyinə dəfələrlə müraciət etdiyini bildirib.

İş adamı qeyd edib ki, sonuncu dəfə 5 avqust 2026-cı il tarixli LCM-33/26 nömrəli məktubla DGK-ya müraciət edib. O, müraciətlərinə mahiyyəti üzrə baxılmadığını və verilən cavablarda 2025-ci ildə baş vermiş hadisələrə 2026-cı ildən qüvvəyə minən qanunvericilik dəyişikliklərinin tətbiq edildiyini iddia edib.

R.Aslanovun sözlərinə görə, sentyabrın 3-də DGK-nın inzibati binasına dəvət olunaraq Komitənin Aparat rəhbəri Kənan Əsədovla görüşüb. Görüş zamanı gömrük əməkdaşlarının yol verdiyini iddia etdiyi qanun pozuntuları barədə yenidən məlumat verib və məsələyə hüquqi qiymət verilməsini istəyib.

Onun dediklərinə görə, Kənan Əsədov məsələnin araşdırılacağını və sentyabrın 17-dək məlumat veriləcəyini bildirib. Lakin cavab almadığını deyən R.Aslanov oktyabrın 2-də yenidən DGK-ya müraciət edib.
İş adamına cavab məktubunun sentyabrın 9-da "Lion Centre" MMC-nin elektron poçt ünvanına göndərildiyi bildirilib.

R.Aslanov isə məktubun şirkətin elektron poçtuna daxil olmadığını deyərək, göndərişi təsdiqləyən məlumatın təqdim edilməsini istəyib.

Onun sözlərinə görə, bu məlumat verilməyib və oktyabrın 2-də ona üzərində imza, nömrə və tarix olmayan, sentyabrın 9-da Kənan Əsədovun adından göndərildiyi bildirilən məktub təqdim olunub.

R.Aslanov bildirir ki, həmin məktubda sentyabrın 3-də DGK-da qəbul edildiyi, şikayətinin dinlənildiyi və mövcud qanunvericiliyin tələblərinin izah olunduğu qeyd edilib.

O isə müraciətində əsas məsələ kimi gömrük əməkdaşlarının yol verdiyini iddia etdiyi qanun pozuntularını göstərdiyini və cavab məktubunun bu məsələlərə mahiyyəti üzrə cavab vermədiyini vurğulayıb.

İş adamı DGK-ya müraciətində əvvəlki cavabların yenidən nəzərdən keçirilməsini, 2025-ci ildə yaranmış hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tətbiq edilməsini istəyib.

O, həmçinin 2026-cı ildə qüvvəyə minən qanun dəyişikliklərinə istinad edilməklə əvvəlki hadisələrin qiymətləndirilməsi məsələsinə hüquqi qiymət verilməsini, eyni bəyannamə üzrə qəbul edildiyini iddia etdiyi ziddiyyətli qərarların və vəzifəli şəxslərin hərəkətlərinin xidməti qaydada araşdırılmasını, irəli sürdüyü hüquqi arqumentlərin hər biri üzrə əsaslandırılmış yazılı cavab verilməsini xahiş edir.

Globalinfo

Xəbər lenti

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52