Bir işçi üç işçinin yerinə İŞLƏDİLİR - NARAZILIQ VAR...

Gündəm / Hadisə 10-10-2026, 13:02


"Siyəzənneft NQÇİ-də son illər ərzində işçi sayının kəskin azalması artıq adi kadr çatışmazlığı problemi olmaqdan çıxaraq, istehsalatın fasiləsizliyi, əməyin mühafizəsi, texniki təhlükəsizlik və neft hasilatının davamlılığı baxımından sistemli və təhlükəli problemə çevrilmişdir..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR işçisi Zamiq Əliyevin sözügedən qurumun rəhbərliyinə ünvanladığı müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Məlum olduğu kimi, Siyəzənneft NQÇİ-də bir zamanlar təxminən 1500 nəfər işçi çalışdığı halda, hazırda bu rəqəm təxminən 400 nəfər səviyyəsinə qədər azalmışdır. İşçi sayının azalmasının əsas səbəbləri arasında uzun illər ərzində çalışan əməkdaşların pensiyaya çıxması, müəyyən sayda işçilərin əmək haqqının bir neçə mislini almaqla əmək müqaviləsinə xitam verilməsi və bəzi əməkdaşların vəfat etməsi kimi obyektiv səbəblər mövcuddur.
Lakin ən ciddi problem ondan ibarətdir ki, təqaüdə çıxan və sıradan çıxan işçi qüvvəsinin yerinə yeni, xüsusilə gənc və peşəkar kadrların sistemli şəkildə hazırlanması və istehsalata cəlb edilməsi təmin edilməmişdir Nəticədə hazırda bir sıra sahələrdə iş yükü faktiki olaraq mövcud işçilərin fiziki və peşə imkanlarını aşan həddə çatmışdır
Hazırkı vəziyyətdə bəzi sahələrdə bir operatorun 30, 40, hətta 50 neft quyusuna nəzarət etməsi, "montyor"un axşam növbəsində tək qalması, maşinist çatışmazlığı və əməkdaş məzuniyyətə çıxdıqda bir neçə işçinin yerinə qalan işçilərin işləməyə məcbur olması ciddi narahatlıq doğurur və psixoloji gərginlik yaradır.
Eyni zamanda bir sıra hallarda bir neçə sahənin texniki xidmət yükünün cəmi 2 çilingərin üzərinə düşməsi işin keyfiyyətinə, operativliyinə və təhlükəsizliyinə mənfi təsir göstərə biləcək real şərait yaradır.Belə iş rejimi uzun müddət davam etdirildikdə əməkdaşın diqqətinin azalması, yorğunluğun artması, texnoloji proseslərdə səhv ehtimalının yüksəlməsi və qəza riskinin artması qaçılmaz nəticələrə çevrilə bilər və motivasiyanın aşağı düşməsinə səbəb olur
İdarənin başbilənləri tez tez güya rusk qiymətləndirməsi etsələr də qeyd edim ki İşçi çatışmazlığının davam etməsi aşağıdakı istehsalat fəsadlarını yarada və ya daha da dərinləşdirə bilər
Bunlar avadanlıqlarda yaranan nasazlıqların operativ aradan qaldırılmaması,quyuların nəzarətsiz və ya lazımi səviyyədə nəzarət olunmadan qalması,hasilat prosesində fasilələrin və itkilərin yaranması,avadanlıqların texniki vəziyyətini pisləşməsi,planlaşdırılmış təmir və profilaktik tədbirlərin gecikməsi,istehsalat göstəricilərinin aşağı düşməsi;neft hasilatında itkilərin yaranması,işçilərin normadan artıq iş yükü altında qalması və işin keyfiyyətinə və operativ idarəetməyə mənfi təsirləridir.
Bildiyiniz kimi Neft-qaz hasilatı yüksək riskli istehsalat sahəsidir. Burada insan amili, operativ nəzarət və texniki xidmətin vaxtında həyata keçirilməsi birbaşa təhlükəsizliklə bağlıdır.
Xüsusilə gecə növbəsində işçinin tək qalması, bir operatorun həddindən artıq sayda istehsalat obyektinə nəzarət etməsi və texniki xidmət işlərinin azsaylı əməkdaşların üzərinə düşməsi əmək yükünün və yorğunluğun artmasına, insan səhvi ehtimalının yüksəlməsinə və fövqəladə vəziyyətə müdaxilə imkanlarının zəifləməsinə səbəb ola bilər ki bunu da yəqin ki təqdir edərsiniz.
Siyəzənneft NQÇİ-nin mövcud kadr strukturunda uzun illər, o cümlədən 30–40 il əvvəl işə qəbul edilmiş təcrübəli əməkdaşların əhəmiyyətli hissəsinin artıq pensiya yaşına çatması xüsusi diqqət tələb edir.
Bu əməkdaşlar hər il bir-birinin ardınca istehsalatdan ayrıldıqca, onların yerinin yeni kadrlarla doldurulmaması nəticəsində NQÇİ-nin insan resursları bazası daha da zəifləyir
Yuxarıda göstərilənləri nəzərə alaraq, SOCAR rəhbərliyindən aşağıdakı məsələlərin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini istehsalat təhlükəsizliyinin və müəssisənin normal fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab edirəm:
Hesab edirəm ki Hər bir sahə üzrə faktiki iş yükü, növbə sayı və işçi təminatı ayrıca qiymətləndirilsin.Bir işçinin normativ vəzifə yükündən artıq olaraq bir neçə işçinin funksiyasını yerinə yetirdiyi sahələr müəyyən edilsin.Operatorların nəzarət etdiyi neft quyuları və digər istehsalat obyektlərinin sayı əməyin mühafizəsi və istehsalat təhlükəsizliyi baxımından qiymətləndirilsin.
Gecə növbəsində tək işləyən əməkdaşların olduğu sahələr üzrə risk qiymətləndirilməsi aparılsın.Çilingər, montyor, maşinist, operator və digər istehsalat peşələri üzrə kadr çatışmazlığının real statistikası müəyyənləşdirilsin.Pensiya yaşına yaxınlaşan əməkdaşların siyahısı əsasında əvəzləyici kadr hazırlığı proqramı yaradılsın.Siyəzənneft NQÇİ-yə mərhələli şəkildə gənc, ixtisaslı və texniki hazırlıqlı kadrların cəlb edilməsi təmin edilsin.
SOCAR kimi strateji əhəmiyyətli dövlət şirkətinin tərkibində fəaliyyət göstərən Siyəzənneft NQÇİ-nin gələcək fəaliyyət qabiliyyətinin qorunması üçün gənc kadrların bu gündən hazırlanması və istehsalata cəlb edilməsi zəruri tədbir deyil, strateji zərurətdir.
Hesab edirəm ki, məsələ üzrə aidiyyəti struktur bölmələr tərəfindən yerində araşdırma aparılmalı, faktiki işçi çatışmazlığının səbəbləri və nəticələri sənədləşdirilməli, əməyin mühafizəsi və istehsalat təhlükəsizliyi baxımından risklər qiymətləndirilməli və nəticələrə uyğun olaraq konkret kadr və təşkilati tədbirlər görülməlidir..."

Xəbər lenti

Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52
Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
11:13