Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…

Gündəm / Cəmiyyət Вчера, 17:19


Son vaxtlar sosial şəbəkələrdə, mediada və ictimaiyyət arasında geniş müzakirə olunan məsələlərdən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədov və onun komandası tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi, şişirdilmiş smetalar, formal podrat müqavilələri və yol tikintisi adı altında vəsaitlərin yayındırılması ilə bağlıdır.

Qeyd edək ki, sözügedən Agentliyin yeni sədri Vüsal Nəsirli fəaliyyətə başladıqdan bir müddət sonra bir neçə Yol İstismarı MMC-nin ləğvinə müvəffəq olsa da keçmiş sədri Saleh Məmmədovun qurumda kök salmış kadrlarını yola salmaqda çətinlik çəkir. Məlumatlara görə Avtomobil Yolları Dövlət Agentliyinə tabeli MMC-lərin başında duranların bir çoxu yüksək vəzifəli dövlət məmurlarının qohumları və yaxud yaxın adamları, bir çoxu isə artıq klanlaşmış güc sahibləridir. Odur ki, Vüsal Nəsirli onları vəzifələrindən almağa məqam gözləyir.

Aktualinfo-ya verilən məlumatlara görə vəzifəsi ilə vidalaşmağın məqamı çatan kadrlardan biri də “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Məhəmməd Musayevdir. Hansı ki, keçmiş Saleh Məmmədovun yeznəsi olduğu iddia edilir.

Qeyd edək ki, Məhəmməd Musayev 2023-cü ilin sentyabr ayına qədər İsmayıllıda yerləşən Avtomobil Yolları Dövlət Agentliyinin “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru olub. O, sözügedən vəzifədə uzun müddət çalışıb və bölgədə geniş təsir imkanlarına malik olub, bir sıra iri layihələrin həyata keçirilməsində keçmiş sədri Saleh Məmmədovun tapşırıqlarını yerinə yetirib.

Biz mediada və sosial şəbəkələrdə Məhəmməd Musayev tərəfindən yol verilən qanun pozuntualrı barədə yayılan məlumatları təkrarlamaq istəmirik. Məsələn, keçidlərin işıqlandırılması və eskalatorların hərəkəti üçün nəzərdə tutulan və aylıq ödənilən elektrik enerjisini “Azərişıq”dan icazəsiz, qeyri-qanuni şəkildə yeraltı keçidlərin içində olan ticarət obyektlərinə və çölə qoyulan kiosklara satmasında, bu obyektlərdən ahylıq elektrik pulu yığmasına, sərf olunan elektrik enerjisinin pulu dövlət büdcəsindən ödənildiyi halda, həmin obyektlərdən toplanan pulları mənimsəməsinə dair yazılanları da həmçinin. Lakin qeyd etmək istərdik ki, belə məlumatlar Məhəmməd Musayevin törətdiyi əməllərin yüzdən biridir.

Məhəmməd Musayev uzun illər rəhbərlik etdiyi Yol İstismar İdarələrində dövlət büdcəsindən ayrılan vəsaitləri şişirdilmiş smetalar, formal podrat müqavilələri və yol tikintisi adı altında təyinatından kənarlaşdırmaqla kifayət gədər geniş gəlirlər əldə edib. Bu gəlirlər heçabına da var dövlət sahibinə çevrilib.

Qeyd edək ki, Məhəmməd Musayevin hazırda rəhbərlik etdiyi “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin əsas funksiyası paytaxtdakı yol infrastrukturu obyektlərinin saxlanılması və istismarı ilə məşğul olmaqdır. Buraya yeraltı və yerüstü keçidlərin təmiri, balansında olan yeraltı piyada keçidlərinin və tünellərin təmiri, bərpası, döşəmə və tavan örtüklərinin yenilənməsi, texniki avadanlıqların xidməti, keçidlərdə yerləşən eskalatorların yenilənməsi, saz vəziyyətdə saxlanılması və nasazlıqların aradan qaldırılması, işıqlandırma sistemləri,yeraltı keçidlərin və tünellərin işıqlandırılması sistemlərinin idarə edilməsi və müasirləşdirilməsi, istismar və abadlıq işləri, təhkim olunmuş yol infrastrukturunun və əlaqədar obyektlərin texniki təhlükəsizliyinin və normal iş rejiminin təmin edilməsi daxildir.

Buzə verilən məlumata görə Bakı şəhərində yüzlərlə yeraltı və yerüstü keçidlərin baxımsız olması, keçidlərdə yerləşən eskalatorların işləməməsi, yeraltı keçidlərin və tünellərin işıqlandırılmasının bərbad olması Məhəmməd Musayevin vəzzifəsinin öhdəsindən gələ bilməddiyini bir daha təsdiq edir. Barəsində olunan çoxsaylı şikayətlər da həmçinin. Odur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli onu vəzifəsindən kənarlaşdırmağı planlaşdırır.

Məlumata görə, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fəliyyəti sədrin göstərişi ilə təftiş belə olunub. Məhəmməd Musayevə taladığı dövlət əmlaklarını və vəsaitlərini geri qaytarmağa vaxt belə qoyulub. Əks halda işinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndəriləcəyi istisna deyil. Yəni, bir sözlə Məhəmməd Musayevə bu dəfə himayədarları belə kömək edə bilməyəcəklər.

Aktualinfo.net

Xəbər lenti

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
16:00
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
15:19
"Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
14:36
"Gecə tikintisi içazəsiz və sənədsiz aparılıb" - Rəsmi şəxslər günlərdir baş verənləri niyə görməyib?
13:16
“Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...
13:00
Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
12:02
Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
11:08
Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
10:31
GÖMRÜKDƏ YENİ QİYMƏT QALMAQALI: ABŞ-DAN ALINAN AVTOMOBİLİN SƏNƏDLƏRİ NİYƏ ŞÜBHƏ ALTINA ALINIR? – ŞAHİN BAĞIROVA CİDDİ ŞİKAYƏT
09:45
Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? - SƏBƏBLƏR
09:20
Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
18:19
Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
18:09
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
17:39
Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
17:19
Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
15:56
Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
15:24
“Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
14:55
Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
13:22