Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...

Gündəm / Cəmiyyət Сегодня, 10:31


"Çox hörmətli Cənab Prezident! Sizin rəhbərliyiniz altında ölkəmizin neft-qaz sənayesinin inkişafı, neftçilərin əməyinin qiymətləndirilməsi və sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən mühüm işlərə görə Sizə dərin minnetdarlığımızı bildiririk. Biz — illərlə Vətənimizin neft strategiyasına xidmət edən, çətin dəniz və quru şəraitində fədakarlıqla çalışan mühəndislər, mütəxəssislər və fəhlə kollektivi dəfələrlə Dövlətimizin və Şəxsən Sizin neftçi əməyinə verdiyiniz yüksək dəyərin şahidi olmuşuq..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR-ın Kompleks Qazma İşləri Trestinin (KQİT) bir qrup mühəndis və fəhlə kollektivi adından edilən müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: "Ancaq bildirmək istəyirik ki, son zamanlar SOCAR daxilində həyata keçirilən struktur dəyişikliyi — Kompleks Qazma İşləri Trestinin (KQİT) ləğv edilərək "SOCAR Drilling" MMC-nin yaradılması və kollektivin bu quruma keçirilməsi prosesi minlərlə işçinin gələcəyi ilə bağlı ciddi narahatlıq və təşviş yaradıb.

Cənab Prezident! İllərdir SOCAR sistemində daimi əmək müqaviləsi ilə çalışan, zəngin təcrübəyə malik peşəkar kadrların birdən-birə MMC strukturlarına keçirilməsi və onlar ilə müddətli əmək müqavilələrinin bağlatdırılması uzun illərin zəhmətini və sosial təminatını sual altında qoyur. MMC çərçivəsində müddətli müqavilələrin tətbiqi o deməkdir ki, müqavilə vaxtı bitdikdə illərini bu sahəyə vermiş mütəxəssislər və fəhlələr heç bir əsas göstərilmədən işdən kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Bu addımlar dövlətimizin neftçilərə göstərdiyi diqqət və qayğı siyasətinə, eləcə də əməkçilərin sosial müdafiəsi prinsiplərinə zidd benfisiar maraqların nəticəsi kimi təəssürat yaradır. Yaranmış qeyri-müəyyənlik yüzlərlə ailənin sosial sabitliyinə pozucu təsir göstərir və gərginlik yaradır.

Müzəffər Ali Baş Komandan! Sizin hər zaman vətəndaşın və zəhmətkeş insanın yanında olduğunuzu bilir, ədalətinizə və böyük diqqətinizə güvənirik. Sizdən xahiş edirik ki:

1. "SOCAR Drilling" MMC-yə keçid prosesində işçilərin mövcud əmək hüquqlarının, stajlarının və sosial təminatlarının tam saxlanılmasına,

2. Müddətli müqavilələr əvəzinə, işçilərin uzunmüddətli/müddətsiz əmək müqavilələrinin qorunub saxlanılmasına,

3. Struktur dəyişikliyi adı altında peşəkar mühəndis və fəhlə heyətinin gələcəkdə əsassız işdən çıxarılması riskinin qarşısının alınmasına dair müvafiq qurumlara tapşırıq verəsiniz və bu məsələni şəxsi nəzarətinizə götürəsiniz.

Sizə əvvəlcədən dərin təşəkkürümüzü bildirir, Vətənimiz və dövlətimiz naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq..."

Xəbər lenti

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
16:00
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
15:19
"Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
14:36
"Gecə tikintisi içazəsiz və sənədsiz aparılıb" - Rəsmi şəxslər günlərdir baş verənləri niyə görməyib?
13:16
“Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...
13:00
Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
12:02
Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
11:08
Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
10:31
GÖMRÜKDƏ YENİ QİYMƏT QALMAQALI: ABŞ-DAN ALINAN AVTOMOBİLİN SƏNƏDLƏRİ NİYƏ ŞÜBHƏ ALTINA ALINIR? – ŞAHİN BAĞIROVA CİDDİ ŞİKAYƏT
09:45
Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? - SƏBƏBLƏR
09:20
Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
18:19
Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
18:09
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
17:39
Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
17:19
Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
15:56
Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
15:24
“Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
14:55
Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
13:22