Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?

Gündəm / Cəmiyyət Вчера, 15:02


Neftçalanın icra başçısı hər gün işə gəlib getmək üçün 360 kilometr məsafə qət edir
Poliqon-a Neftçaladan verilən məlumata görə Neftçalanın icra başçısı Mirhəsən Seyidov artıq çoxdandır ki, rayonda yaşamaqdan imtina edib.
Bir neçə mənbədən dəqiqləşdirdiyimiz məlumata görə, başçı hər gün səhər Bakıdan Neftçalaya gəlir, axşam isə Bakıya qayıdır. Qeyd edək ki, Bakıdan Neftçalaya 180 kiometrdir. Yəni başçı hər gün 360 kilometr yol qət edir və maşını da özü sürür.
Məlumatda o da qeyd edilir ki, başçının idarə etdiyi maşın özünə məxsus deyil. Problem ondadır ki, avtomobili idarə etmək üçün başçının etibarnaməsi belə yoxdur. Yəni Mirhəsən Seyidov hər gün idarə etdiyi və yüzlərlə kilometr qət etdiyiavtomobili qanunsuz idarə edir.
Belə ki, mənbələrin bildirdiyinə görə, Çin istehsalı olan Lynk & Co 900 markalı avtomobil “Çətir Grop” şirkətinə aiddir. Avtomobilin qiyməti açıq mənbələrdə 105 min manat göstərilir.
Mənbə qeyd edib ki, maşının etibarnaməsi əvvələr Mirhəsən Seyidovun sürücüsü İlkin adlı şəxsin adına olub. Lakin həmin etibarnamə sonradan ləğv edilib. Çünki başçının pozduğu yol hərəkəti qaydalarına görə, İlkinin sürücülük vəsiqəsinə yazılan cərimələr 18 bala yüksəlib. Sürücülük vəsiqəsinin ləğv olunma təhlükəsinə görə də etibarnaməni başqasının adına alıb.
Bundan sonra avtomobilin etibarnaməsi Davud Xankişiyev adına birinin adına sənədləşdirilib. Lakin bir müddət sonra başçının yol verdoyo pozuntular hesabına Davud Xankişiyevin də sürücülük vəsiqəsinin ləğv edilmə təhlükəsi yaranıb. Qeyd edilir ki, Davud Xankişiyev Neftçala Sənaye Məhəlləsində çalşır.
Hazlrda isə Mirhəsən Seyidovun sürdüyü Lynk & Co 900 markalı avtomobili idarə etmək hüququ Neftçala rayon İcra Hakimiyyətində çalışan Ceyhun Kazımova aiddir. Buna baxmayaraq başçı sürmək hüququ olmadığı avtomobillə hər gün Bakıdan Neftçalaya, Neftçaladan isə Bakıya gedib gəlir.
Qeyd edək ki, bu məlumatı başqa bir mənbə də təsdiq edib.
Vətən müharibəsi içtirakçısı olan mənbələrdən biri isə Poliqon-a bildirib ki, başçının hər gün bu qədər yolu gedib gəlməsini başa düşə bilmir:
“Mənə çatmır ki, bu adam niyə özünə bu qədər əziyyət verir? Hər axşam Bakıya gedib səhərisi gün Neftçalaya qayıtmağın məntiqi nədir? Belə çıxır ki, başçı idarə etdiyi rayonu bəyənmir, hətta nifrət edir və ona görə də bu rayonda yaşamaq istəmir. Bunun başqa açıqlaması ola bilərmi?”, deyə müharibə veteranı qeyd edib.
Müharibə veteranının bildirib ki, bir neçə il əvvəl Mirhəsən Seyidov özündən əvvəlki başçılar kimi rayonda yaşayıb, amma sonradan hər gün Bakıya gedib gəlməyə başlayıb.
“Bu adam düşünmür ki, bir rayonu idarə edir? Sabah rayonda hansısa fövqəladə vəziyyət olsa, onda nə olacaq? Bəlkə rayonla bağlı elə bir vəziyyət olacaq ki, gecəylə onu prezident axtarcaq? O zaman nə cavab verəcək?”, deyə Vətən müharibəsi veteranı vurğulayıb.
Müharibə veteranı başçının hər gün 100 manatdan artıq pulu yollara sərf etdiyinə də diqqət çəkib:
“Biz Vətən müharibəsi veteranları ayda 80 manat alırıq. Amma başçı hər gün benzinə 100 manatdan artlq sərf edir. Belə çıxır ki, o maaşını ancaq yollarda xərcləyir.
Halbuki başçı bizim yaşıdımızdır və o da bizim kimi silaha sarılıb torpaqlarımızın işğaldan azad edilməsi üçün vuruşmalıydı. Başçı 6 il əvvəl bizləri cəbhəyə göndərərkən vətənpərvərlikdən dəm vururdu, amma özü silaha sarılmağı heç ağlından belə keçirmədi. Bu gün isə bizim bir aya aldığımız puldan daha çoxunu yollarda xərcləyir. Bu günə qədər Neftçalada daşı daş üstünə qoymayan başçının o pulların necə əldə edildiyini biz bilirik”, deyə müharibə veteranı vurğulayıb.
Redaksiyadan: Bütün bu iddialarla bağlı biz Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova sorğu ilə müraciət etmişik. Lakin sorğumuza hələ ki, cavab ala bilməmişik. Bütün halalrda Mirhəsən Seyidovun mövqeyini dərc etməyə etçəyə hazırıq.


Xəbər lenti

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında YENİ TƏYİNAT - BUNDAN SONRA...
18:13
Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video
17:24
Bu bankın bir məqsədi var: Müştəriləri SOYMAQ... - NARAZILIQ VAR...
16:47
Milyonların xərcləndiyi park BƏRBAD GÜNƏ QALIB... - AXI NİYƏ?..
15:50
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA: Çirkli pullar...
15:17
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
13:08
Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
12:32
Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... - TƏFƏRRÜAT
12:14
`Sushi N1`-dən müştəri narazılığı... - "Sifariş 4 saat gecikib..."
11:32
Hacıqabul İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaranlıq tender oyunları
10:57
“FİNCA Azerbaijan” Ağsuda 28 faizlə verdiyi krediti məhkəmə ilə alır - DETALLAR
10:27
Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
09:34
ADY işçilərinin sayını niyə azaldıb?
18:36
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurur - Video
18:04
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
17:37
İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi - ADLAR
17:12
Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı - Neftçalada təhsil anarxiyası
16:29
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı
15:32