Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət Сегодня, 12:14



Abunəçi qaz sayğacına kart vasitəsilə pul yükləmək istəyərkən kartı bloklanıb.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentə hesabladığı 3 114 manat borc silinib.

Abunəçiyə məxsus fərdi yaşayış evi 2017-ci ilin dekabr ayından etibarən təbii qazla təchiz edilib və mənzilə abonent kodu verilib. Evdə “Smart” tipli, “G-4” markalı qaz sayğacı quraşdırılıb.
S.İlham oğlunun bildirdiyinə görə, qaz sayğacına kart vasitəsilə pul yükləmək istəyərkən kartın bloklandığını görüb. Bununla bağlı Bakı Regional Qazın Satışı Departamentinə müraciət etdikdə ona sayğacın işlək vəziyyətdə olmadığı deyilib. Daha sonra abonent koduna itirilmiş qaz sərfiyyatına görə təxminən 3 462 manat borc hesablandığı və həmin məbləğin ödənilməli olduğu söylənilib.
İddiaçı sayğaca hər hansı müdaxilə etmədiyini bildirib. Onun sözlərinə görə, sayğac evin daxilində deyil, çöldə yerləşib və qurğunun vəziyyətinə nəzarət etmək cavabdeh qurumun məsuliyyətində olub. O, həmçinin akt tərtib edilərkən çəkiliş aparıldığını və aktda göstərilən evin onlara məxsus olmadığını məhkəmədə qeyd edib.
İş materiallarında olan abonent saldosuna əsasən, 2018-ci ildə abonentə 3 462,60 manat borc hesablanıb. Həmçinin sənədlərdə 2012-ci ilin noyabr ayından başlayaraq abonentin ödənişlərindən borc hesabına ümumilikdə 435,52 manat tutulduğu göstərilib.
Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı 2018-ci ildə tərtib edilmiş bir neçə akt iş materiallarına daxil edilib. Həmin aktlarda abonentin mənzilində qazdan qanunsuz istifadə edildiyi, o cümlədən sayğacın çıxışındakı plastik borunun deşildiyi və sayğacdan kənar qaz sərfiyyatının olduğu qeyd olunub.
Xətai Rayon Məhkəməsi iddianı təmin edib. Qətnaməyə əsasən, “Azəriqaz” İB tərəfindən abonentə hesablanmış 3 114,35 manat borcun silinməsi, 347,53 manatın iddiaçıya qaytarılması və 54,62 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilib.
Qətnamə ilə razılaşmayan “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verib. Şikayətdə birinci instansiya məhkəməsinin sübutlara düzgün qiymət vermədiyi və maddi hüquq normalarını düzgün tətbiq etmədiyi bildirilib. Cavabdeh qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi şikayətə açıq məhkəmə iclasında baxaraq onu təmin etməyib. Məhkəmə Xətai Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb.
Beləliklə, abonentə hesablanmış 3 114,35 manat borcun silinməsi və 347,53 manatın geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.(Plat.az)

Xəbər lenti

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında YENİ TƏYİNAT - BUNDAN SONRA...
18:13
Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video
17:24
Bu bankın bir məqsədi var: Müştəriləri SOYMAQ... - NARAZILIQ VAR...
16:47
Milyonların xərcləndiyi park BƏRBAD GÜNƏ QALIB... - AXI NİYƏ?..
15:50
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA: Çirkli pullar...
15:17
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
13:08
Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
12:32
Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... - TƏFƏRRÜAT
12:14
`Sushi N1`-dən müştəri narazılığı... - "Sifariş 4 saat gecikib..."
11:32
Hacıqabul İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaranlıq tender oyunları
10:57
“FİNCA Azerbaijan” Ağsuda 28 faizlə verdiyi krediti məhkəmə ilə alır - DETALLAR
10:27
Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
09:34
ADY işçilərinin sayını niyə azaldıb?
18:36
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurur - Video
18:04
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
17:37
İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi - ADLAR
17:12
Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı - Neftçalada təhsil anarxiyası
16:29
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı
15:32