Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı

Gündəm / Cəmiyyət Вчера, 15:32


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 13B ünvanında baş verib.

Rövşən Əmircanovun xanımı avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicinin açıq quyusuna düşüb. Nəticədə onun sağ baldır sümükləri sınıb və sağlamlığına az ağır zərər vurulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci maddəsi (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi başlanıb. Hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib. Onun adını dəqiqləşdirmək mümkün olmayıb.

İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsə bəraət verib. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verərək onun ləğvini və vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Protestdə göstərilib ki, iş üzrə toplanmış sübutlar, zərərçəkmişin və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri hadisənin yağışqəbuledicinin üzərində qoruyucu barmaqlığın olmaması səbəbindən baş verdiyini təsdiqləyir. Məhkəmə-tikinti ekspertizasının rəyinə görə, quyunun barmaqlıqla təchiz edilməməsi hadisənin texniki səbəbi olub. Ekspertlər müvafiq təhlükəsizlik tələblərinin yerinə yetirilməməsinə görə məsul şəxslərin istintaqla müəyyənləşdirilməli olduğunu qeyd ediblər.

İşə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılıb. Apellyasiya instansiyası Xətai Rayon Məhkəməsinin bəraət hökmünü ləğv edib. Təqsirləndirilən şəxs 314.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Xəbər lenti

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında YENİ TƏYİNAT - BUNDAN SONRA...
18:13
Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video
17:24
Bu bankın bir məqsədi var: Müştəriləri SOYMAQ... - NARAZILIQ VAR...
16:47
Milyonların xərcləndiyi park BƏRBAD GÜNƏ QALIB... - AXI NİYƏ?..
15:50
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA: Çirkli pullar...
15:17
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
13:08
Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
12:32
Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... - TƏFƏRRÜAT
12:14
`Sushi N1`-dən müştəri narazılığı... - "Sifariş 4 saat gecikib..."
11:32
Hacıqabul İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaranlıq tender oyunları
10:57
“FİNCA Azerbaijan” Ağsuda 28 faizlə verdiyi krediti məhkəmə ilə alır - DETALLAR
10:27
Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
09:34
ADY işçilərinin sayını niyə azaldıb?
18:36
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurur - Video
18:04
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
17:37
İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi - ADLAR
17:12
Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı - Neftçalada təhsil anarxiyası
16:29
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı
15:32