“Nə maaşımı verdilər, nə də təzminatımı...” - şirkətdənsə deyirlər ki...

Gündəm / Cəmiyyət 29-10-2026, 09:27



“Günlərlə artıq işlədim, amma nə əməkhaqqımı tam ala bildim, nə də məzuniyyət pulumu. Heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldım”.
Bu şikayətlə “Qafqazinfo”ya Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən “Lux Residence” şirkətində mühəndis işləmiş Qabil Hacəsgərli müraciət edib.
Vətəndaşın iddiasına görə, o, oktyabrın 13-ü hər hansı xəbərdarlıq olunmadan və təzminat ödənilmədən işdən qanunsuz çıxarılıb: “İşəgötürən tərəfindən əmək hüquqlarım tapdalanıb. Qanunvericiliklə müəyyən edilmiş iş vaxtı norması pozularaq hər gün 10 saat işləməyə məcbur edilmişəm. Bu da ayda 52 saat əlavə iş vaxtı deməkdir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, artıq işlənilən hər bir saat üçün ödəniş ikiqat hesablanmalıdır, lakin bu ödənişlər mənə verilməyib”.
Q.Hacəsgərli bildirib ki, bir ay yarıma görə əməkhaqqısı ödənilməyib: “Sentyabr ayının tam əməkhaqqı və oktyabr ayının işlədiyim 13 gününün maaşı da verilmir. Bundan əlavə, 2025-2026-cı illər ərzində məzuniyyət hüququmdan istifadə edə bilməmişəm və məzuniyyət pulum ödənilməyib. Qanunvericiliyə görə, əmək müqaviləsi işəgötürən tərəfindən əsassız pozulduqda 3 aylıq təzminat ödənilməlidir, lakin bu tələb də yerinə yetirilməyib”.
Şikayətçi, həmçinin iddia edib ki, şirkət tərəfindən vergidən və sosial ödənişlərdən yayınma halları olub: “Mənə heç bir bankdan maaş kartı təqdim edilməyib. Əməkhaqqımı ancaq əldən-ələ götürmüşəm. Vergidən yayınıblar. Məni işdən çıxaranda rəsmi sənəd də təqdim etmədilər, çünki onlarda qanunsuzluq çoxdur. Biz hüquqi dövlətdə yaşayırıq”.
Məsələ ilə bağlı “Lux Residence” şirkətinə sorğu ünvanladıq. Kadrlar şöbəsinin İnsan resursları üzrə mütəxəssisi Esmira Muradəliyeva müraciətimizə cavab olaraq bildirdi ki, Qabil Hacəsgərli sözügedən şirkətin əməkdaşı deyil: “Bu məsələdə şirkətin adının çəkilməsinin tərəfdarı deyiləm. Çünki Hacəsgərli Qabil şirkətin işçisi olmayıb. Həmin mühəndis fərdi sahibkarın adına götürülüb. Vaxtilə onunla əmək müqaviləsi bağlanıb. Müqavilənin bitməsinə 10 gün qalmış xəbərdarlıq məktubu alıb, ancaq imtina edib. İmtina etdi, qol çəkmədi, amma bu o demək deyil ki, biz onu işdən azad etməyəcəkdik. 10 saat işləmək məsələsi də yalandır. Biz heç kimi məcbur etmirik. İşini vaxtında bitirmirsə, bu onun problemidir. İşçilərə bir saat nahar, bir saat çay fasiləsi verilir. 10 saat haradan olur? Ştat ixtisara gedirsə, kompensasiya bu zaman verilir. Qabil Hacəsgərli isə müddətli müqavilənin bitməsi ilə işdən azad edilib. Bu zaman kompensasiya ödənilməməlidir. Məzuniyyət pulu da ödənilib”.
Problemlə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Qeyd olunan məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət daxil olub. Hazırda müraciət araşdırılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02