“Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət 6-11-2026, 17:46


“2021–2022-ci ildən mənzil növbəsindəyəm. Ailə vəziyyətim çətindir, subayam və illərdir ev veriləcək günü gözləyirəm ki, ailə qura bilim. Evimiz yararsız vəziyyətdədir, torpaq evdə qalırıq və yaşayış üçün əlverişsizdir”.
Bu sözləri Yeniavaz.com-a müraciət edən Şəmkir rayon sakini, Vətən müharibəsi qazisi Əzizov Ruslan Səməd oğlu deyib.
O bildirib ki, onurğasında qəlpə qaldığı üçün hərəkət məhdudiyyəti yaranıb:
“Dəfələrlə İcra Hakimiyyətinə məlumat vermişəm, görüşlərdə olmuşam, amma heç bir köməklik göstərilməyib. İcra başçısının köməkçisi mənə “Get evində sakit otur, nə vaxt çağırsaq, onda gələrsən” deyib və məni alçaldıb.
Bu qəlpə mən yaşadığım müddətdə bədənimdə qalacaq, yeriməyə və hərəkət etməyə çox mane olur. Çıxarılması da mümkün deyil, 95% iflic olma ehtimalım var. Həkim deyib ki, nə Azərbaycanda, nə də xaricdə əməliyyatı mümkün deyil. Onun oraya girib məni iflic etməməsi bir möcüzədir.
Hər yerə müraciət etmişəm. Evlə təmin olunmaq istəyirəm. Nə maşın istəyirəm, nə torpaq istəyirəm, sadəcə yaşamaq üçün ev istəyirəm — 1 otaq, 2 otaq, mənim üçün fərqi yoxdur. Yetim uşağam, nə atam, nə əmim yoxdur”.
Ruslan Əzizov bildirib ki, Prezident tərəfindən “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Ruslan Əzizov müharibə əlili kimi 2022-ci ildən “Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxslərin mənzil növbəsinə götürülməsinin qeydiyyatı jurnalı”nda növbəyə götürülüb və məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib:
“Ruslan Əzizovun mənzil sahəsi və ya fərdi yaşayış evi ilə təmin olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə baxılacaqdır.
Əlavə olaraq Ruslan Əzizov digər müharibə əlilləri kimi Şəmkir Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə əlamətdar günlərdə köməklik göstərilmiş və gələcəkdə də köməklik göstərilməsi nəzərdə tutulub”.

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02