Nədən kadrlar şöbəsinin "islahatları" sıravi neftçiyə çatmır? - ETİRAZ VAR!

Gündəm / Cəmiyyət 16-03-2026, 10:25


"Son illərdə qeyri-neft sektorundan SOCAR-a kadrlar üzrə vitse-prezident təyinatı o qədər parıltılı təqdim edildi ki, kənardan baxan elə bildi neftçinin həyatında yeni bir dövr başlayır..." "Dia-az" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində SOCAR işçisi Rac Kərimov qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Lakin bir həqiqət var ki, mobil operatorun rəqəmsal dünyası ilə ağır sənayenin o sərt istehsalat sahəsi arasında yerlə-göy qədər fərq var. Kondisionerli ofislərdə texnoloji terminlərlə "strateji hədəflər" müəyyən etmək başqadır, dənizin ortasında, o amansız səs-küyün, aqressiv emosional mühitin və ağır fiziki yükün altında çalışan insanın ruhunu anlamaq tam başqa. Əslində, dənizdə neft sənayesi bir növ ön cəbhə kimidir. Hər bir neftçi bir əsgər tək soyuğun, yağışın, tufanın altında təbiətin sərt üzü ilə tək-tək vuruşur, hər gün bu ölkənin iqtisadi müstəqilliyi üçün bir döyüş verir. Amma acı həqiqət budur ki, cəbhədə vuruşan bu "əsgərlərə" göstərilməli olan qayğı hələ də kağız üzərindəki quru rəqəmlərdən o yana keçə bilməyib.
Televiziya ekranlarında neftçi peşəsinin nə qədər "romantik" və "maraqlı" olması haqqında gözəl çıxışlar edilir, mahnılar bəstələnir, romantik obrazlar yaradılır. Amma o işıqlı studiyalardan kənarda, platformalarda və qazma sahələrində tam fərqli, çox daha sərt bir mənzərə var. Orada insanlar emosional tükənmişliklə və bəzən ən adi insani qayğıların çatışmazlığı ilə mübarizə aparırlar. Maraqlıdır, Ziba xanım (SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva nəzərdə tutulur -dia-az) bu vaxta qədər o ağır şəraitdə, bir əsgər fədakarlığı ilə çalışan neftçi üçün realda, hiss olunan hansı addımı atıb? SOCAR səviyyəsində keçirilən o dəbdəbəli, parıltılı tədbirlərin hansı birinə həqiqi bir dəniz neftçisi dəvət olunub, onun dərdi, onun gələcək qayğıları ilə səmimi şəkildə maraqlanılıb?
Yuxarıda oturanlar üçün kadr siyasəti bəlkə də sadəcə rəqəmlərdən və hesabatlardan ibarətdir, amma sahədə küləyə qarşı sinə gərənlər üçün bu, bir ədalət və ləyaqət məsələsidir. İnsan resursları idarəçiliyi yalnız "LinkedIn", "Facebook" profillərində ingilis dilli terminlərlə bəzədilmiş təqdimatlar hazırlamaq deyil. Əsl rəhbərlik o ağır şəraitdə çalışan işçinin karyera yüksəlişinə mane olan bürokratik sədləri dağıtmaq, ona layiq olduğu dəyəri ofis divarlarından kənarda da hiss etdirməkdir. Təəssüf ki, hələ də o fədakarlığı görən, dənizçinin və neftçinin səsinə səs verən bir rəhbər səmimiyyəti yoxdur. Ancaq əmi, dayı, bibi, xala hesabına nəyəsə nail olmaq olar. Görünən odur ki, neftçi peşəsi hələ də mahnılarda "qəhrəmanlıq", reallıqda isə sadəcə ağır bir yük olaraq qalır. Kadrlar şöbəsinin "islahatları" isə dənizin sahilinə belə çata bilmir, çünki ofisdən dəniz çox uzaq, dalğaların səsi isə rəsmi pafoslu çıxışların parıltısından daha sərtdir...(Dia-az)

Xəbər lenti

"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24