AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib- FOTO

Gündəm / Cəmiyyət 17-04-2026, 16:00

AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib- FOTO

Uzun müddət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri olmuş Saleh Məmmədovun təyin etdiyi Xüsusi Təyinatlı Yol İstismarı İdarələrinin rəhbərlərinin ciddi təşviş içində olduğu aşkar görünür. İddialara görə, illərlə nəzarətlərində olan yolları və keçidləri baxımsız, təmirsiz saxlayan, dövlət vəsaitlərini və avadanlıqlarını təyinatı üzrə istifadə etməyən bəzi idarə rəhbərləri hazırda yeni AAYDA sədri Vüsal Nəsirlinin etimadını qazanmağa çalışırlar. Ki,vəzifədə qalsınlar?

AAYDA-nın tabeliyindəki bəzi idarə rəhbərləri sosial şəbəkələrdə əli lapatkalı, süpürgəli işçilərin görüntülərinin paylaşılması, bərbad kənd yollarına bir neçə maşın daş və çınqıl tökülərək bunun videogörüntü, tarixi ilə sistemsiz, bayağı təqdim edilməsi ilə vəziyyətdən çıxmağa, özlərini “işləyirik” kimi göstərməyə cəhd edir.

Bu görüntülərin həm bayağı təsir bağışladığı, həm də müəyyən mənada AAYDA-nın yeni rəhbəri Vüsal Nəsirliyə mesaj kimi qiymətləndirilə biləcəyi açıq görünür. Onlar demək istəyirlər ki, "baxın Vüsal Nəssirli, görürsüz biz işləyirik"...

Məsələn, belə hallardan biri AAYDA-nın nəzdində fəaliyyət göstərən Şamaxı rayon 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsində müşahidə olunur.
Məlumata görə, İdarənin rəisi Nazim Eynallının rəhbərliyi ilə qurumun “Facebook” hesabında ardıcıl olaraq paylaşılan videolarda tarixlər göstərilməklə əli süpürgəli, lapatkalı şəxslər çəkilir və yolların təmizləndiyi qeyd olunur.

Bizimesr.com-a daxil olan məlumata görə, bu videogörüntülər məhz Nazim Eynallının göstərişi ilə çəkilir və yayılır. Hətta qeyd olunur ki, paylaşımların daha çox bəyənmə toplaması üçün işçilərə tapşırıq verilir, onların özləri və ailə üzvləri tərəfindən paylaşımlara müsbət rəylər - “Kolxozçunun təşəkkür məktubları”na bənzər şərhlər yazılması tələb olunur.

Beləliklə, Şamaxı rayon 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Nazim Eynallı bu üsullarla vəzifədə qalmağa çalışır.

Amma AAYDA sədri Vüsal Nəsirlinin sələfi Saleh Məmmədovun dövründən qalan və dövlət vəsaitlərinin qeyri-səmərəli istifadəsi nəticəsində yolları, səkiləri və keçidləri bərbad vəziyyətə salan bəzi idarə rəhbərləri ilə vidalaşacağı danılmazdır. Bu siyahıda Şamaxı rayon 19 saylı idarənin rəisi Nazim Eynallının da olduğu şübhəsizdir. Vüsal Nəsirlinin belə abartlı idarə rəsiləri ilə işləyəcəyi sual altındadır. AAYDA sədrinin göstərişi ilə digər idarələr kimi, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin də əvvəlki fəaliyyətinin yoxlanılmasına başlanacağı gözlənilir.

Vəzifə öhdəliklərinin bu formada - yalnız görüntü xatirinə yerinə yetirilməsi bir dövlət qulluqçusu üçün qəbuledilməz hal kimi qiymətləndirilir. Bəzən hətta biznesmenlər belə öz vəsaitləri hesabına gördükləri işləri reklam etməyə ehtiyac duymur və adlarının hallanmasını istəmirlər. Dövlət avadanlıqları ilə illər əvvəl görülməli olan işlərin indi yarımçıq şəkildə həyata keçirilməsi və bunun geniş şəkildə nümayiş etdirilməsi və qabardılması da özlüyündə ciddi suallar doğurur. Nə olub, Nazim Eynallı? Bu hay-həşirə nə ehtiyac var? Tik-Tok-da izləyici toplayan tiktokerlər kimi bu nə gözəgirmədir?
Bu sadəcə biabırçılıq və vəzifə qorxaqlığıdır.

Sonda qeyd edək ki, adı çəkilən şəxsin müxtəlif qalmaqallı hadisələrdə hallandığı barədə də iddialar mövcuddur və bu da onun reputasiyası ilə bağlı müzakirələri artırır.

Bizimesr.az

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13