“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
Xırdalan şəhərində, Heydər Əliyev prospektində yerləşən “Abşeron City” Yaşayış Kompleksinin zirzəmi divarı gecə saatlarında sökülüb. Bu isə sakinlərin narazılığına səbəb olub.
Sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, axşam saatlarında əraziyə ağır tonnajlı yük maşınları gətirilib. Kompleksin prospektə açılan hissəsində binanın zirzəmisindəki divarların söküldüyü, eyni zamanda pilləkənlərin də dağıdıldığı bildirilir.
İddialara görə, işlərin aparılmasına etiraz edən sakinlərin narazılığına məhəl qoyulmayıb. Sakinlər söküntü işlərinin əsasən axşam və gecə saatlarında həyata keçirilməsindən də narahatdırlar.
Məlumata görə, binanın zirzəmi hissəsinin satıldığı və burada hansısa ticarət obyektinin fəaliyyət göstərəcəyi ehtimal olunur.
Sakinlər hesab edirlər ki, yaşayış binasının konstruktiv hissələrində belə dəyişikliklərin aparılması müvafiq icazələr və təhlükəsizlik tələbləri baxımından araşdırılmalıdır. İşlərin sürətlə aparılması və sökülən materialların ərazidən daşınması isə sakinlər arasında əlavə suallar yaradıb.
Bundan başqa, ağır yük maşınlarının əraziyə daxil olması binanın qarşısındakı yol örtüyünə də zərər vurub. Sakinlərin sözlərinə görə, yolun vəziyyəti ağır texnikanın hərəkətindən sonra daha da pisləşib.
Hazırda söküntü işlərinin hansı əsasla aparıldığı, zirzəminin kommersiya obyektinə çevrilməsi ilə bağlı müvafiq icazələrin olub-olmaması və binanın təhlükəsizliyinə hər hansı riskin yaranıb-yaranmadığı açıq olaraq qalır.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti heç bir açıqlama vernəyib.
Bizimesr.media
VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/abseron-cityde-zirzemi-divarlari-gece-ile-sokuldu---sakinler-narahatdir---video-23019
Oxşar xəbərlər
Gündəm







