İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir

Gündəm / Cəmiyyət 22-04-2026, 09:02


Sumqayıtda işdən uzaqlaşdırılan baş memarın malik olduğu sərvətlə bağlı ortaya çıxan iddialar ciddi müzakirələrə səbəb olub.

Nyus.Az xəbər verir ki, onun və yaxın qohumlarının adına rəsmiləşdirilmiş çoxsaylı bahalı avtomobillər və daşınmaz əmlak mövcuddur.

Siyahıda yer alan nəqliyyat vasitələri arasında müxtəlif markalı avtomobillər üstünlük təşkil edir. Söhbət Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsinin müdiri Rəşad Əhmədalıyevdən gedir. Onun adı ötən il Sumqayıtda "alma davası" üzərindən medianın diqqət mərkəzinə düşmüşdü. Rəşad Əhmədalıyev şəhərin mərkəzində, Nizami meydanında keçirilən reyd zamanı bir neçə mağazadan məhsulların müsadirə edilməsinə rəhbərlik etmişdi. Bu isə sakinlər və sahibkarlar arasında ciddi narazılıq yaratmış, nəticə etibarı ilə Rəşad Əhmədalıyev tutduğu postdan uzaqlaşdırılmışdı.

Rəşad Əhmədalıyev haqqında uzun müddətdir ciddi varlanma iddiaları səngimir. Onun mülkləri haqqında şəhərdə söz-söhbətlər geniş yayılıb. Məlumata görə, 3 il ərzində həddindən artıq varlanan Rəşad Əhmədalıyevin müdirliyi dövründə şəhərin açıq hərraca çıxarıldığı deyilir.

Məsələn, köhnə binaların 1-ci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50 min manat olub. Son 3 il ərzində 100-dən artıq belə obyekt açılıb. Bundan başqa, fərdi ev tikintilərinə məcburi 5 min manat, sənədsiz torpaqlarda tikilən evlər üçünsə 10 min manat alınır. Öz qohum-əqrəbaları, dost tanışları üçünsə xüsusi imtiyazlar var. Başqa bir məlumatda vurğulanır ki, onun bir neçə bahalı maşını, torpaq sahələri, obyektləri var. Maraqlı iddialardan biri də Rəşad Əhmədalıyevin icra hakimiyyətinin xidməti maşınının qeydiyyat nömrəsini qanunsuz dəyişməsi ilə əlaqədardır. "Volkswagen Passat" markalı avtomobilə məxsus olan 50 AA-007 nömrə nişanını özünə məxsus olan, 2024-cü ildə aldığı şəxsi avtomobili olan "Toyota Camry" markalı maşınına bağlaması ilə əlaqəli idi. Yayılan son məlumatlarda isə Rəşad Əhmədalıyevin 3 illik müdirliyi dövründə topladığı varidat ahqda daha müfəssəl məlumatlar var. Belə ki, qeyd olunur ki, sabiq baş memarın istifadəsində və ya ailə üzvlərinin adına rəsmiləşdirilmiş Hyundai Santa Fe, Lexus (yeni model), Range Rover (iki fərqli yeni model), Toyota Camry və Chevrolet markalı cip tipli avtomobillər var. Bildirilir ki, bu avtomobillərin hamısı qara rəngdədir. Bununla yanaşı, iddialara əsasən, Sumqayıt şəhərində baş memarın yaxınlarının adına rəsmiləşdirilmiş çoxsaylı köşk, ticarət obyektləri və mənzillər də mövcuddur. Sərvətin miqyası ilə bağlı ortaya çıxan bu məlumatlar ictimaiyyətdə ciddi rezonans doğurub. Bu qədər var-dövlət hansı mənbələr hesabına formalaşıb? Mənbələrin iddiasına görə, bu avtomobillərin hamısı qara rəngdədir ki, bu da bir növ "status simvolu" kimi təqdim olunur.

Amma məsələ təkcə avtomobillərlə bitmir. Ən ciddi iddialar daşınmaz əmlakla bağlıdır. Bildirilir ki, Sumqayıt şəhərində keçmiş baş memarın yaxın qohumlarının adına rəsmiləşdirilmiş saysız-hesabsız ticarət köşkləri, "budka" kimi tanınan kiçik obyektlər və müxtəlif ünvanlarda yerləşən mənzillər mövcuddur. Bu obyektlərin bir hissəsinin icarəyə verildiyi, digərlərinin isə kommersiya məqsədilə istifadə olunduğu ehtimal edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, bu əmlakların böyük hissəsinin birbaşa məmurun öz adına deyil, qohumlarının adına rəsmiləşdirildiyi bildirilir. Bu isə klassik gizli mülkiyyət sxemini yada salır. Yəni rəsmi gəlirlərlə izahı mümkün olmayan sərvətin dolayı yollarla gizlədilməsi cəhdi kimi qəbul olunur. Xüsusilə də söhbət şəhərsalma və tikinti kimi yüksək korrupsiya riski olan sahədən gedirsə, məsələ daha da ciddiləşir. Qeyd edək ki, baş memar vəzifəsi şəhərin inkişaf planlarına, tikinti icazələrinə və torpaq bölgüsünə birbaşa təsir imkanları yaradır. Bu səlahiyyətlər isə bəzi hallarda şəxsi maraqlar naminə sui-istifadə riskini artırır. Məhz bu səbəbdən belə vəzifələrdə çalışan şəxslərin maliyyə şəffaflığı daim ictimai nəzarət altında olmalıdır. Hazırda səsləndirilən iddialarla bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb. Lakin ortaya çıxan məlumatların miqyası nəzərə alınarsa, hüquq-mühafizə orqanlarının bu məsələyə reaksiya verməsi qaçılmaz görünür. Çünki söhbət təkcə bir məmurun sərvətindən yox, ümumilikdə idarəetmədə şəffaflıq və hesabatlılıq prinsipindən gedir./Musavat.com
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13