“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”

Gündəm / Cəmiyyət 28-04-2026, 18:17



Bir neçə gün öncə Akademik Musiqili Teatrın aktrisası Gülçöhrə Abdullayeva saytımıza müraciət edərək, “Günəşli” inşaatın rəhbəri Firutan Məmmədovun onun tikinti üçün verdiyi pulunu ələ keçirdiyini bildirmişdi. Aktrisa açıqlamasında dəfələrlə Firutan Məmmədovun təhqirlərinə məruz qaldığını da deyib:

“Firutan Məmmədovun məni aldadıb, dələduzluqla pullarımı əlinə keçirməsi azmış kimi məni təhqir etməkdən də çəkinmir. Mənə deyir ki, “artistsən, artistlik etmə”. Deyir ki, pul yoxdur. Deyirəm ki, maşınını sat, pulumu ver. Mənə hədə-qorxu gələrək deyir ki, “bu maşın satmaq üçün yox, sənin üstündən keçmək üçündür, şikayət etsən gözləmədiyin yerdə üstündən keçəcəm” deyə aktrisa bildirmişdi.

Moderator.az-a açıqlama verən “Günəşli inşaat”-ın rəhbəri Firutan Məmmədov aktrisanın dediklərini kökündən yalanlayıb və saytımıza bunları bildirib:

“Bizdə daxili kreditlə evlərin tikintisi üçün ilk ödəniş 15000 manat təklif olunur. Sifarişçi Gülçöhrə Abdullayevanın mədəniyyət işçisi olduğu üçün ilkin ödənişi az olduğu nəzərə alındı. O ödənişi 3 il ərzində hissə-hissə ödəyib.. İmkanının olmadığını səbəb gətirib. Bütün bunların hamısı ödəniş cədvəlində göstərilib. Onun üçün 3 sot torpaq sahəsində müəyyən tikinti işləri aparılıb. Özü də həmin işlərlə tanış olub. Sonralar ağır xəstə olduğunu deyərək, pul ödəyə bilməyəcəyini bildirib və müqavilə şərtlərini pozub. O bizə heç bir əsaslı, yazılı şəkildə müraciət etməyib. Buna baxmayaraq ödədiyi pulu geri istəyir. Bu səbəbdən də tikinti işləri dayandırılıb. Şifahi dediyi xəstəliyini nəzərə alaraq bir müddətdən sonra tikintinin davam etdirilməsi təklif olunub. Qalan pulu ödəmədiyi üçün tikinti tam dayandırılıb. O telefon danışığında bizə təhdidlər edir, hədələyir, heç bir razılığa gəlmək istəmir. O deyir ki, guya biz onu təhqir edib, hədə-qorxu gəlmişik. Bütün bunların hamısı şər və böhtandır”, - deyə tikinti şirkətinin rəhbəri deyib.

Aktrisa Gülçöhrə Abdullayeva isə tikinti şirkətinin rəhbərinin dedikləri ilə razılaşmayıb:

“Firutan Məmmədov haqda sosial şəbəkələrdə, saytlarda, internet səhifələrində bütün məlumatlar var. Mən hələ sonuncuyam, gör mənə kimi nə qədər insan ondan narazıdır! Tutaq ki, mən yalan deyirəm, bəs bu qədər insan da yalan danışır?! Onun səs yazıları da məndədir. Hamısını lazımı orqanlara vermişəm. Camaatı təhqir edir. Mənim tanıdığım 88 insan ondan şikayət edib. Mən onu nə təhqir etmişəm ki?! Demişəm ki, pulumu ver də. Sənin nə ofisin var, nə də ödəniş cədvəlin! Göstər də ofisini, gəlib orada çəkiliş etsinlər! Günü-günə satır, həftəni-aya calayır. Hami bilir ki, o çoxdanın dələduzudur. Bilirəm ki, əvvəl-axır həbs olunacaq. Dövlətimizə, onun qayda-qanunlarına inanıram. Onun heç bir sözü bir-birinə uyğun gəlmir. Mən pulumu istəyirəm. Deyir ki, “pulum yoxdur, gəl öldür məni”. İşçiləri onu qoyub qaçıb. Bu insanın möhürlü peçatı da saxtadır. Bir torpağı 10 nəfərə satan insandan nə gözləyəsən?! Başqasının evini göstərib, mənə deyir ki,, sənin üçün tikmişəm. Özünü xeyriyyəçi kimi göstərir. Hələ də yutubdan reklamlarını yığışdırmayıb, hələ də ona inananlar var. Aidiyyatı orqanlar onun bu əməllərindən xəbərdardırlar. Onu bütün Hövsan, Suraxanı tanıyır”, - deyə aktrisa bildirib.

Qeyd edək ki, aktrisa Gülçöhrə Abdullayeva “Günəşli inşaat” tikinti şirkətinin sahibi Firutan Məmmədovun ona 16 min manat borclu olduğunu bildirib.(Moderator.az)

Xəbər lenti

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21