Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət 2-05-2026, 16:02


Ağsu rayonunda ünvanlı dövlət sosial yardımı ilə bağlı ciddi iddialar gündəmə gəlib. Rayon sakini Abdullayev Qorxmaz Əliqulu oğlu tərəfindən bir neçə dövlət qurumuna ünvanlanan müraciətlər və həmin müraciətlərin bir surətinin DogruXeber.tv informasiya portalına təqdim olunması məsələni ictimailəşdirib və geniş müzakirəyə çıxarıb.

DogruXeber.tv xəbər verir ki, Vətəndaş öz müraciətində Ağsu Dövlət Sosial Müdafiə Fondunda idarəetmə ilə bağlı ciddi qanun pozuntularının olduğunu iddia edir. Onun sözlərinə görə, rayon üzrə ünvanlı sosial yardım alan şəxslərin bir qismi bu yardımın təyinat meyarlarına uyğun gəlmir. Qorxmaz Abdullayev konkret olaraq qeyd edir ki, siyahılarda adları olan bəzi şəxslər faktiki sosial vəziyyətlərinə görə bu yardımı almaq hüququna malik deyillər, lakin buna baxmayaraq illərlə sosial yardım alıblar.

Müraciətdə diqqət çəkən əsas məqamlardan biri konkret faktın təqdim olunmasıdır. Qorxmaz Abdullayev öz iddiasını əsaslandırmaq üçün Abdullayev Aydın Əliqulu oğlunun həyat yoldaşı – Abdullayeva Günay Şərif qızı ilə bağlı sənədləri təqdim edib. Onun bildirdiyinə görə, bu ailəyə də ünvanlı sosial yardım təyin olunub, lakin sonradan məsələ ilə bağlı etdiyi müraciətlər əsasında aparılan araşdırma nəticəsində müəyyən nöqsanlar üzə çıxıb.

Təqdim olunan rəsmi bildirişə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində Abdullayeva Günay Şərif qızına təyin olunmuş sosial yardım dayandırılıb. Sənəddə qeyd olunur ki, ailənin vəziyyəti sosial yardımın verilməsi şərtlərinə uyğun olmadığı üçün qərar ləğv edilib və 01 yanvar 2026-cı ildən 01 mart 2026-cı ilədək olan dövr üzrə ödənilmiş 922 manat artıq vəsaitin dövlət büdcəsinə qaytarılması tələb olunur. Bu sənəd birbaşa olaraq Qorxmaz Abdullayevin müraciətindən sonra aparılan yoxlamanın nəticəsi kimi təqdim edilir.

Lakin məsələ bununla məhdudlaşmır. Qorxmaz Abdullayevin təqdim etdiyi digər sənəd isə vəziyyətin daha ciddi və ziddiyyətli olduğunu göstərir. Belə ki, onun sözlərinə görə, Ağsu filialının rəhbəri Akif Xəlilov tərəfindən Abdullayev Aydın Əliqulu oğluna 19 avqust 2019-cu il tarixində rəsmi, möhürlü və imzalı yazılı sənəd təqdim olunub. Həmin sənəddə qeyd edilir ki, Aydının sonuncu izahatından sonra ona qarşı nə hüquq-mühafizə orqanları, nə də digər qurumlar tərəfindən problem yaradılmayacaq və ən diqqətçəkən məqam kimi, ona təyin olunmuş ünvanlı sosial yardımın kəsilməyəcəyi bildirilir.

Sənəddə bu ifadələrin “özüm yazdım və imzamla təsdiq edirəm” qeydi ilə rəsmiləşdirilməsi, həmçinin rəsmi möhürlə təsdiqlənməsi onun qeyri-adi xarakter daşıdığını göstərir. Dövlət qurumunun rəhbərinin vətəndaşa bu cür yazılı “zəmanət” verməsi həm hüquqi, həm də inzibati baxımdan ciddi suallar doğurur.

Çünki sosial yardımın təyin olunması və ya dayandırılması fərdi qərar və ya şəxsi təminat əsasında deyil, qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Bu baxımdan, əvvəlcədən verilmiş belə bir yazılı təminatla sonradan qəbul edilən rəsmi qərarın tam ziddiyyət təşkil etməsi idarəetmədə ardıcıllığın və hüquqi əsasların pozulduğunu göstərir.

Ortaya çıxan faktlar onu göstərir ki, əvvəlcə vətəndaşa sosial yardımın davam edəcəyi ilə bağlı rəsmi təminat verilib, lakin illər sonra aparılan yoxlama nəticəsində həmin yardımın qanunsuz olduğu müəyyən edilərək həm dayandırılıb, həm də ödənilmiş vəsait geri tələb olunub. Bu isə sosial müdafiə sistemində qərarvermə mexanizmlərinin ya düzgün işləmədiyini, ya da müəyyən hallarda qeyri-rəsmi təsirlərə açıq olduğunu göstərir.

Qorxmaz Abdullayevin iddiaları bununla da bitmir. O bildirir ki, təqdim etdiyi siyahılarda onlarla bu tip hal mövcuddur və yalnız bir fakt üzrə araşdırma aparılması problemin sistemli xarakter daşıdığını aradan qaldırmır. Onun fikrincə, bu cür hallar geniş yayılıb və bu sahədə ciddi nəzarət mexanizmləri tətbiq olunmur.
Bütün bu faktlar fonunda diqqət çəkən əsas məqam dövlət qurumları daxilində məsuliyyət və hesabatlılıq məsələsidir. Bir tərəfdən vətəndaşa verilən yazılı təminat, digər tərəfdən isə həmin təminatın əksinə olan rəsmi qərar və maliyyə tələbi idarəetmədə ciddi ziddiyyətin mövcudluğunu açıq şəkildə ortaya qoyur.

Nəticə etibarilə, Ağsuda baş verən bu hadisə ünvanlı sosial yardım sistemində yalnız ayrı-ayrı nöqsanların deyil, daha geniş struktur problemlərinin mövcud olduğunu göstərir. Vətəndaş müraciətləri əsasında üzə çıxan faktlar sistemin şəffaflığı, obyektivliyi və qanunvericiliyə uyğun fəaliyyəti ilə bağlı ciddi suallar yaradır və bu sahədə daha dərin, əhatəli araşdırmalara ehtiyac olduğunu göstərir.
P.S. Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxlanılıb, vətəndaşın iddiaları onların diqqətinə çatdırılıb. Qarşı tərəf isə iddiaların əsassız və şər-böhtan xarakterli olduğunu bildirib, eyni zamanda qeyd edib ki, vətəndaşın ailədaxili məsələlərinin onların fəaliyyətinə heç bir aidiyyəti yoxdur.(DogruXeber.tv)

Xəbər lenti

“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39