Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı

Gündəm / Cəmiyyət 20-05-2026, 11:25



"Şikayətim Xətai rayonu, Ceyhun Həsənov küçəsi 4A (keçmiş Sadıqcan küçəsi) ünvanında fəaliyyət göstərən Xətai 7 MMMC-nin qanunsuz fəaliyyəti, sakin hüquqlarının pozulması və əmək istismarı halları ilə bağlıdır..." "Dia-az" xəbər verir ki, bu barədə Emin Əliyev adlı sosial şəbəkə istifadəçisi özünün hesabında paylaşım edərək gileylənir.
Narazı vətəndaş daha sonra şikayətinin əsas məqamlarını sadalayır:
"1. 2026-cı ildə kommunal ödənişlərin artırılması sakinlərlə şəffaf və rəsmi razılaşdırma aparılmadan həyata keçirilmişdir. Bildirilir ki, guya səsvermə keçirilmişdir, lakin sakinlərin əksəriyyətinin bu artımdan xəbərdar olmadığı və razılıq vermədiyi düşünülür. Bu prosesin hansı əsaslarla və necə təşkil olunduğu barədə heç bir rəsmi məlumat təqdim edilməmişdir.
2. Kompleksdə xadimə kimi çalışan qadın işçilər əmək istismarına məruz qalırlar. Onlar şənbə və bazar günləri, hava şəraitindən asılı olmayaraq, məcburi qaydada işə çağırılır və həyətin, girişlərin, mərtəbələrin təmizlənməsinə cəlb olunurlar.
3. İşçilərə əlavə iş günləri və artıq əmək müqabilində əlavə əməkhaqqı verilmir. Ümumilikdə ödənilən aylıq əməkhaqqı əmək qanunvericiliyinin tələblərinə uyğun deyil və olduqca aşağı səviyyədədir.
4. Sakinlərdən müntəzəm şəkildə kommunal ödənişlər toplansa da, həyət ərazisində, mərtəbələrdə və ümumi istifadədə olan sahələrdə abadlıq və yenidənqurma işləri aparılmır. MMMC rəhbərliyinin əsas məqsədinin yalnız pul toplamaq olduğu müşahidə edilir.
5. Ödənilən kommunal haqlar müqabilində keyfiyyətli xidmət göstərilmir. Şənbə və bazar günləri aparılan səsli təmir işləri sakinlərin narahatlığına səbəb olsa da, dəfələrlə edilən irad və şikayətlərə baxmayaraq heç bir tədbir görülmür.
6. Girişlərdə yerləşdirilən elanlar əsasən yalnız ödəniş tələbləri ilə bağlı olur. Sakinlərin məlumatlandırılması və digər vacib məsələlərlə bağlı demək olar ki, heç bir şəffaf məlumat paylaşılmır.
7. Ən ciddi problemlərdən biri isə MMMC tərəfindən yaradılmış “WhatsApp” qrupunun rəsmi elan vasitəsi kimi təqdim edilməsidir. “WhatsApp” istifadə etməyən sakinlərə heç bir rəsmi bildiriş təqdim olunmur və müraciət etdikdə “qrupa qoşulun” cavabı verilir. Bu isə sakinlərin məlumat alma hüququnun pozulması deməkdir.
Yuxarıda qeyd olunan qanunsuzluq, özbaşınalıq, əmək istismarı və sakin hüquqlarının pozulması hallarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmasını, Xətai 7 MMMC-nin maliyyə fəaliyyəti və yığılan kommunal ödənişlərin təyinatı üzrə istifadəsinin yoxlanılmasını, əmək qanunvericiliyinin pozulması hallarına hüquqi qiymət verilməsini, həmçinin sakinlərin hüquq və mənafelərinin qorunması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülməsini tələb edirik..."(Dia-az)
Məsələ diqqətimizdədir...

Xəbər lenti

Azəriqazda Əmək Məcəlləsini sayan yoxdur - "Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?"
10:48
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır - VİDEO
10:26
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
09:41
Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto
09:27
3000 manatlıq burun əməliyyatı, məhkəmə qərarı və "dezinformasiya" iddiası: Faktlar nə deyir?
20:18
Elnur Cəlilov Vəlvələ çayının qum və çınqılını kimlərə satır? - Nazir Rəşad İsmayılov üçün VİDEO
19:31
"Qızıl oğlanlar"ın təhsil islahatı-"Шмотка"dan qızıla...
18:22
Ramazan Nəbiyevə yüksək vəzifə verildi
14:05
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
13:43
Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
13:11
Elçin Məsiyev ÇL oyununa təyinat aldı
12:48
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
12:21
Kolbasa-sosis bazarında TƏHLÜKƏ: Bu şirkətlər əhaliyə nə yedirir? - SİYAHI
11:38
“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58