Suraxanıda ağa kimdir - Adil Əliyev sözünü tutmur, paytaxtda isə şəhərsalma forumu gedir

Gündəm / Cəmiyyət 20-05-2026, 17:40



Aprelin 6-da Bakının Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Yeni Günəşlidə yerləşən "Sahil - S İnşaat" MTK sakinlərini qəbul etmişdi. Anaxeber.info.az-ın məlumatına görə, sakinlər icra başçısından yaşadıqları binanın həyətində abadlıq işləri görülməsini, park salınmasını, uşaqların istirahəti və əylənməsi üçün şərait yaradılmasında köməklik göstərilməsini xahiş etmişdilər. 165 ailəni təmsil edən bir qrup sakin icra başçısı Adil Əliyevin qəbuluna yazılıb və həftənin ilk iş günü də onunla görüşmək imkanına nail olublar. Söhbət o sakinlərdən gedir ki, yaşadıqları binanın problemləri Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın daim diqqətində olub, onun tapşırıqları və dəstəyi əsasında bir sıra problemlər həllini tapıb. Yəni binanın kommunal təchizatının (qaz, su, işıq və s.) təmin olunmasında hörmətli Mehriban xanımın xüsusi əməyi olub. Çünki sözügedən şirkətdən mənzil alan sakinlər dələduzluğun qurbanı olub və indiyə qədər də bu iş üzrə məhkəmə prosesi getməkdədir. Ona görə də dövlətin himayəsi nəticəsində sakinlərin bir çox çətinlikləri keçmişdə qalıb. Ancaq indiyə qədər binanın həyətinin və ətrafının abadlaşdırılması, yaşıllaşdırılması, park salınması, uşaqlar üçün stadion, sürüşkən və başqa oynamaq şəraiti yaradılması mümkün olmayıb. Çünki sakinlərin buna maddi gücü çatmayıb.
Anaxeber.info.az xatırladır ki, əslində, hələ iki il bundan əvvəl sakinlər Suraxanı rayon icra başçısı Adil Əliyevə müraciət edərək abadlaşma üçün köməklik göstərilməsini xahiş etmişdi. O zaman icra başçısı əraziyə gəlib və baxış keçirib, sakinlərə bildirmişdi ki, İH-nə layihə təqdim etsinlər, binanın ətrafını necə görmək istədiklərini göstərsinlər. Həmin vaxt eskiz kimi bir layihə hazırlanıb və Suraxanı İH-nə təqdim olunmuşdu. Ancaq geridə qalan 2 il ərzində rayon rəhbərliyi heç bir addım atmadığına görə, bu il aprelin 6-da sakinlər yenidən icra başçısının qəbuluna getmişdi. Ötən ayın əvvəli baş tutan həmin görüşdə sakinləri dinləyən icra başçısı onlardan 1 ay vaxt istədiyini söyləmişdi. Lakin qəbul otağında olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov özünü icra başçısından və Prezidentdən, dövlətdən üstün bilərək ürəkbulandırıcı müdaxilələr etmişdi. MKTB rəisi sakinlərə demişdi ki, bəli, o vaxt əraziyə baxış keçirilib, vətəndaşlardan layihə istənilib, amma "səhv etmişik". Yəni icra başçısının gözü qarşısında ona aid olmayan işlərə "burun soxan" Mais Məmmədov dövlətin, onun icra orqanı adından "səhv etmişik" deyərək sakinlərə yersiz cavab qaytarmışdı. Artıq 6 apreldə keçirilən qəbuldan 1 aydan çox vaxt keçir. Ancaq icra başçısının bir aydan artıq vaxt ərzində sakinlərin xahişi ilə bağlı hər hansı addım atması olmayıb. Halbuki Adil Əliyev ayrı-ayrı ünvanlarda görüşlər keçirir, müxtəlif məsələlərlə maraqlanır, amma bir binanın sakinlərinin probleminə diqqət ayırmır. Belə çıxır ki, ya MKTB rəisi Mais Məmmədovun "səhv etmişik" sözünü eşidir, ya da Adil Əliyevin ona sözü keçmir, gücü çatmır. Çünki buna başqa cür izah vermək çətindir. Mais Məmmədovun 165 ailənin məsələsinə əngəl olması həmin qəbulda da göz qabağında idi. Ancaq sakinlər MKTB rəisinin yox, icra başçısının qəbuluna gəlmişdi. Axı nə çətin işdir ki, sakinlər üçün park düzəldəsən, uşaqların yayda oynamasına şərait yaradasan, sakinləri sevindirəsən?! Bunun özü də bir savabdır, yaxşılıqdır. Amma belə məlum olur ki, rayona rəhbərlik edən Adil Əliyev olsa da, rayonda ağalıq edən Mais Məmmədovdur. Onun müdaxiləsi sakinlərlə icra başçısının arasına girib. Hərçənd vətəndaşlar Adil Əliyevdən şikayətçi, narazı deyildi, sadəcə, xahişə gəlmişdi. Amma Mehriban xanımın, dövlətin sakinlərə verdiyi dəstəyə baxmayaraq, rayon icra başçısı bu siyasəti davam etdirmir. Halbuki hazıda Bakıda BMT-nin şəhərsalma forumu keçirilir, ekologiya, mənzil, urbanizasiya və digər vacib müzakirələr gedir, amma Adil Əliyev bir binanın həyətini belə düzəltməkdə köməklik göstərmir. Bununla belə, sakinlər hələ də ümidlidir ki, icra başçısı müjdə verəcək...(Anaxeber.info.az)

Xəbər lenti

“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14