5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir

Gündəm / Cəmiyyət 18-03-2026, 16:08


Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin 5 milyon manatdan çox mənimsəmədə ittiham olunan sabiq sədri Bəhruz Əsgərov özünü təqsirli bilmir.

“Qafqazinfo”nun məlumatına görə, onun işi üzrə ilk məhkəmə baxışı keçirilib. Proses prokurorun ittiham aktını elan etməsi ilə başlayıb.

İttiham konkret olaraq ondan ibarətdir ki, Bəhruz Əsgərov 2018-2020-ci illər ərzində Şərur Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Mikayıl İbrahimov, Culfa Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Yaşar İbrahimov, Şahbuz Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Səbuhi Dadaşov, Sədərək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Malik Zamanov, Ordubad Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Müslüm Mehdiyev, Kəngərli Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Çingiz Mehdiyev, Babək Rayon Yol Təmir İstismar İdarəsinin rəisi Arif Əsgərov, Naxçıvan Şəhər Yol Təmir İstismar İdarəsinin rəisi Hidayət İmanov və digərləri ilə birləşərək dövlət büdcəsindən yolların təmiri üçün ayrılmış 5 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.

B.Əsgərov isə vəziyyətin əslində başqa cür olduğunu bildirib.

Əldə etdiyimiz məlumata görə, Agentliyin eks-rəhbəri bu dəfə geniş ifadə verməsə də, əvvəlki dindirmələrin hamısında korrupsiyaya görə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu ittiham edib. Onun sözlərinə görə, dövlət büdcəsindən hər dəfə ayrılan pulların 10 faizi V.Talıbova çatıb. Pulu ona çatdıran isə həmin vaxt Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sədri işləyən Hicran Rüstəmov olub. Təqsirləndirilən şəxs əlavə edib ki, həmin 10 faizi çatdırmayacağı halda işini itirəcəyi ilə təhdid edilib.

Məlumat üçün deyək ki, H.Rüstəmov özü də 212 milyonluq yeyintidə təqsirli bilinmişdi.

Növbəti iclasda B.Əsgərov hakim qarşısında sərbəst ifadə verəcək. Yekunda təqsirli bilinəcəyi halda isə onu 10 ildən 14 ilə kimi həbs gözləyir.

Xəbər lenti

“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
16:39
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
16:08
Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
14:43
Üçüncü ölüm, bitməyən suallar: Sertifikatı ləğv edilmiş həkimə kim yol açır?
13:45
Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA
13:02
Vətəndaşların şəxsi məlumatları qanunsuz əldə edilirmiş? – “Kapital Bank”la bağlı İDDİA
12:26
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir? - VİDEO
11:36
Çalışın buralardan ƏRZAQ ALMAYIN... - AQTA da göz yumur...
10:37
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
10:04
Metro qərarı ilə bağlı universitetlər onlayn sistemə keçə bilər - GÖZLƏNTİ
18:37
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır
17:58
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
17:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi...-...dövlət büdcəsi havaya sovrulur/FOTOFAKT
14:36
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
14:22
Dubayda 600 min dollarlıq qalmaqal: İranlı iş adamı Murad Həsənov və atasını ittiham edir - TƏFƏRRÜAT
14:01
Pensiyanın yenidən hesablanması üçün işi dayandırmaq tələbi qanuna ziddir - AMMA NƏ OLSUN Kİ...
13:18
"Bu xəbər kollektivimizdə ciddi narazılıq və məyusluq yaradıb" - MÜRACİƏT
12:07