Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu

Gündəm / Cəmiyyət 5-06-2026, 16:20


Bakıda yaşadıqları mənzillərdən çıxarılmaları barədə qərar verilən üç ailə son ümid yeri kimi Ali Məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddiası əsasında çıxardığı qərardan artıq kassasiya şikayəti verilib.

Yeddi ildir həmin mübahisəli mənzillərdə yaşayan hazırki sahiblər-Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadə şikayətlərində yazırlar ki, evlərini qanuni əsaslarla əldə ediblər, bunu təsdiq edən alqı-satqı sənədləri mövcuddur və daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Ailələr hesab edir ki, hakim Məmməd Məmmədovun sədrlik etdiyi Fuad Talşinsiki və Günel Abbasovadan ibarət hakim kollegiyasının son məhkəmə qərarı həm iş üzrə mövcud sübutlarla, həm də əvvəlki məhkəmə aktları ilə ziddiyyət təşkil edir. Onların sözlərinə görə, illərlə yaşadıqları və bütün sənədləri qaydasında olan mənzillərlə bağlı belə qərarın verilməsi onlar üçün gözlənilməz olub.

“Yatsaq, yuxumuza da girməzdi ki, nə vaxtsa bu vəziyyətlə qarşılaşarıq. Yeddi ildir yaşadığımız evdir. İndi Anar Mahmudov çıxıb deyir ki, bu ev mənimdir. Belə şey olar? Axı son qərardan əvvəlki məhkəmələr də bizim xeyrimizə olub. Biz həmin mənzilləri dövlət qurumu Asan Xidmətdə rəsmiləşdirmişik. Bu necə ola bilər… Başqa maraqlı məqam da odur ki, iddiaçı Anar Mahudov uzun illərdir ölkədə deyil. Hətta onun hansısa cinayət əməlinə görə axtarışda olduğu barədə bizdə məlumat var. Özü ölkədə deyil, amma bizi minbir əziyyətlə aldığımız evdən çıxartdırır. Yaxşı, evlər əlimizdən alındı, onda biz neyləyəcəyik? Azyaşlı uşaqlarla çöldə qalacağıq. Amma yenə də ümidimizi itirmirik. Ali Məhkəmənin ədalətinə inanırıq.

Kassasiya şikayətində diqqət çəkilən məqamlardan biri də qarşı tərəfin təqdim etdiyi sənədlərlə bağlıdır. Məsələn, Anar Mahmudovun istinad etdiyi müqavilələrdə mənzillərin hansı məbləğə alındığı barədə heç bir maliyyə arayışı yoxdur. Amma bizdə hamısı var. Bu vəziyyət də sözügedən əmlakın əldə edilməsinə dair ciddi suallar yaradır. Ən ağlabatan variant da Mahmudovların həmin dövrdə əllərində olan şəraitdən istifadə etməklə mənzilləri əvəzsiz qaydada almalarıdır”, - sakinlər deyir.

Sakinlərin diqqət çəkdiyi daha bir mühüm məqam var. Onların sözlərinə görə, iddia olunan mənzillərin parametrləri ilə bağlı əvvəllər aparılmış araşdırmalar və ekspert rəyləri həmin yaşayış binasında tələb olunan ölçülərdə mənzilin mövcud olmadığını üzə çıxarıb. O cümlədən, Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyində də Mahmudovun istədiyi 453 kvadratmetrlik sahənin həmin binada mövcud olmadığı bildirilib. Bu səbəbdən onlar son qərarın qəbuluna kənar təsirlərin olmasından şübhə edirlər.

Hazırda azyaşlı uşaqların da olduğu üç ailə onların gələcək həyatlarına birbaşa təsir edəcək Ali Məhkəmənin qərarını gözləyir. Sakinlərin yüksək instansiyadan əsas istəklərindən biri isə işə açıq məhkəmə iclasında baxılması, hakimlərin tərəfləri üzbəüz dinlənilməsidir.

Qeyd edək ki, söhbət gedən mənzillər sakinlər tərəfindən 2021-ci ildə “Dolçasaray” şirkətindən alınıb. Mənzillər təmirsiz vəziyyətdə əldə olunub, sonradan şəxsi vəsait hesabına yaşayış üçün yararlı hala gətirilib. Hazırda alqı-satqı sənədləri və mülkiyyət hüququnu təsdiqləyən çıxarışları da var. Hətta mənzilləri satan “Dolçasaray” şirkəti də uzun illərdir Anar Mahmudovun tələbini əsassız sayır. Şirkətin mövqeyinə görə, Mahmudov tərəfinin istinad etdiyi müqavilələr üzrə heç vaxt ödəniş həyata keçirilməyib, buna görə də həmin müqavilələr sonradan ləğv olunub. Şirkət rəhbərliyi müxtəlif məhkəmə instansiyalarında da bu mövqeni müdafiə edib.

Əlavə olaraq mübahisə predmeti olan mənzillərlə bağlı bundan əvvəl qəbul edilən bir sıra məhkəmə qərarları da sakinlərin xeyrinə olub. Belə ki, həm birinci instansiya, həm də apellyasiya mərhələsinin özünün daha əvvəlki qərarında göstərilib ki, binanın həmin mərtəbəsində Anar Mahmudovun iddia etdiyi mənzillər mövcud deyil və hazırda bu mənzillərin hər birində yaşayan ailələr var.

Bütün bu əsasla səbəblərə görə ailələr Bakı Apellyasiya Məhkəməsinin son qərarını gözlənilməz sayır, inanırlar ki, əvvəlki araşdırmaların nəticələri ilə ziddiyyət təşkil edən bu qərara Ali Məhkəmə obyektiv hüquqi qiymət verəcək.

Prosesin gedişatını diqqətdə saxlayacağıq.

Qafqazinfo

Xəbər lenti

Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31
Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
17:55
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
16:43
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
15:52
Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
14:57
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
13:54
Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
13:07
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
12:17
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
11:38
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
11:31
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
11:05
Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
10:10
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
09:29
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
16:39
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
16:08
Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
14:43