Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...

Səhiyyə Вчера, 12:57


Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Məmmədova müraciət edib. Anaxeberinfo.az məlumat verir ki, vətəndaş müraciətində Bərdə rayon Mərkəzi Xəstəxanasında işləyən Elnurə
Əliyevadan şikayətlənib.

Kəmalə Qarayeva bildirir ki, Elnurə Əliyeva ixtisasca cərrahdır, amma xəstəxanadakı işi icbari tibbi sığorta üçün anketlər yazmaq və xəstələrə göndərməkdir. Vətəndaş qeyd edib ki, Elnurə Əliyeva cərrah işləmir, yalnız anket yazır.

K.Qarayevanın sözlərinə görə, həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkib və dünyasını dəyişib. O, müraciətində başına gələnləri açıqlayıb:

"Elnurə Əliyeva onkoloq olmadığı halda, yoldaşımın analiz kağızlarına baxdı, dedi, onu sağaldacam. Ona bildirdik ki, bu insan onkoloji xəstədir və siz buna müalicə yazırsınız, necə olacaq?
Bildirdi ki, əlbəttə, bilirəm, narahat olma, neçə belə xəstəm olub, bunu da sağaldacam. Mən bildirdim ki, bəlkə bir də müayinə olunsun, kontraskotiya olsun, USM aparatına düşsün. Dedi, narahat olmayın, özüm yönəldəcəm.
Hətta bildirdim ki, ehtiyac varsa, bəlkə Bakıya getsin, kimyaterapiya olunsun? Dedi ki, kimyaterapiyaya ehtiyac yoxdur. Hələ dedi ki, orada kimyaterapiyalıq nə var ki?!"

Şikayətçi bildirib ki, özü və yaxınları Elnurə Əliyevaya dönə-dönə eyni sualı verib:" Soruşduq ki, bu xəstəni saxlaya biləcəksiniz? Hər dəfəsində də qəti şəkildə narahat olmamağa arxayın etdi.
Deməli, xəstələr bu həkimin yanına gəlir. O da xəstələri böyrək həkiminin yanına göndərir. Böyrək həkimi də xəstəyə baxıb resept yazırmış. Xəstələr də yenidən qayıdır bu həkimin yanına. Elnurə həkim böyrək həkiminin yazdığı reseptə baxır, cırıb tullayır, yenidən özü xəstələrə resept yazırmış. Ona bildirdik ki, niyə o biri həkimin yazdıqlarını cırırsınız? Dedi, ondan da yaxşı dərman yazacam".

Şikayətçi bildirib ki,
bir ayın içində xəstə kilo verə bilmədi, yəni arıqlamadı, yeməyindən də qalmadı: "Amma hər şeyi qaydasında olan adamın üç gün içində böyrəkləri işləmədi.
Reseptlərin hamısını aparıb aptekdə satıcıdan maraqlandım ki, bunlar nə üçündür? Aptekdə bildirdilər ki, bu dərmanlar böyrək üçündür. Bu xəstənin limfaları şişmişdi.
İmkan vermədi ki, biz bir başqa həkimin yanına gedək, görək nə idi dərdi... Əgər bu xəstənin böyrəklərində problem var idisə, sən böyrək həkimi deyilsən və niyə qoymursan bu adam böyrək həkiminin yanına getsin? Niyə böyrək həkiminin yazdığı resepti cırıb atırsan?

Bu xəstə kontraskotiyaya düşəndə ona maye içirirlər. O da xəstənin kreatinini yüksəldir. Müayinə vaxtı xəstənin kreatini normal çıxmışdı. Böyrək dayananda isə kreatin qalxır 500-600 olur. Əgər bu xəstənin böyrəyində getdikcə fəaliyyət dayanırdısa, niyə kreatini müayinələrdə yüksək çıxmırdı?
Bu həkimin yazdıqlarından sonra ev dərman, reseptlə dolu olurdu.
Hər həftə yanına çağırırdı. Evdə olan dərmanlardan hər dəfə yeni qutu aldırırdı. Hamısı da firma dərmanları.
Yəni xəstəmiz öz ayağıyla gedib-gəldiyi həkimin müayinələrindən sonra öldü.
Hər gün işinə, bazarlığına, müalicəsinə özü gedən adam idi. Yəni yataq xəstəsi deyildi ki, ölümcül olduğunu deyək. Xəstəliyi olsa da, ağır deyildi və hər işi özü görürdü. Bu Elnurə həkimin yazdığı müalicələrdən sonra 1 ayın içində öldü. Mən Elnurə Əliyevanın fəaliyyətinin araşdırılmasını xahiş edirəm. Onun ixtisası cərrah olduğu halda, onkoloji xəstəni böyrək dərmanları ilə sıradan çıxardı və bizi də sağaldacağına əmin etdi. Nəticəsi də göz qabağındadır. Dövlət orqanları onun dərman firmaları ilə işbirliyini də araşdırmalıdır".

Anaxeberinfo.az

Xəbər lenti

"İşgüzar Kredit İttifaqı" MMC-də audit yoxlaması və ləğv - Qanunları pozub
18:13
“Gəncə İlməçi” ilə bağlı qalmaqal – İş adamları nəyi bölə bilmir?
17:55
Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?
17:26
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
16:48
“Baku Pay” və “Global İnnovations”un rəhbər şəxsləri cərimələndi
16:14
Sumqayıt Şəhər Xəstəxanasında gərgin anlar – Video
15:30
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
14:50
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı — məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
14:14
Təhsil şirkəti necə tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya- FOTOLAR
13:04
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
12:10
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
11:22
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
10:52
Sakinlər piyada yolunu zəbt edən "Möçüzə bazarı"nın sökülməsini istəyir - "Bezmişik..." VİDEO
10:06
“Azərpoçt” kütləvi bağlanmanı inkar edir, redaksiyaya isə 9 poçt şöbəsinin siyahısı daxil olub – “optimallaşdırma” adı altında nə baş verir?
09:40
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
09:09
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
18:17
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
17:51
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
16:58