İTM-dən "Azfar Med"ə 31 milyonluq sifariş


İnnovasiya və Təchizat Mərkəzi "Azfar Med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq.

Müqavilə tibb vasitələrinin satın alınması ilə bağlıdır. Buna görə şirkətə 31 174 538 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azfar Med” QSC 1 iyul 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 81, mənzil 6-da yerləşir. QSC-nin qanuni təmsilçisi Tağı-zadə Toğrul Eldar oğludur.

Açıq mənbələrdə "Azfar Med” QSC və Toğrul Tağı-zadə haqqında heç bir məlumat yoxdur.(Qaynarinfo)

Arzu Kazımov kimə güvənir? - Podratçı şirkətləri müflis edərək pullarını ödəmir


Adı müxtəlif qalmaqallarda, ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olaylarda çəkilən, əvvəllər məhkum edilən iş adamı Arzu Kazımov təkrar əməllərindən əl çəkməyib. Son günlər mediada onun əməlləri barədə daha bir neçə maraqlı məlumat yayılıb.


Bildirilir ki, Arzu Kazımov bir müddət öncə mənzil alqı-satqısında yol verdiyi saxtakarlıqlara görə istintaqa cəlb edilib. Haqqında cinayət işi açılmasına, hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olmasına baxmayaraq, hazırda mənzil alverini, təkrar əməllərini davam etdirməkdədir. Ən acınacaqlı məqam isə ondan ibarətdir ki, bu alver yenə də köhnə üsulla, digər alıcıların və ya artıq mənzil sahibi olan digər şəxslərin hüquqlarının kobud şəkildə pozulması, onların aldadılması və s. ilə müşahidə edilir.


Bu arada Bizimesr.az-ın əldə etdiyi məlumata görə, Arzu Kazımovun daha bir qanunsuz əməli də podratçı şirkətlər üçün ciddi maliyyə problemi yaratmasıdır. Belə ki, Arzu Kazımov bu günə kimi sayı bəlli olmayan podratçı şirkətlərin gördükləri işlərin müqabilində pullarını verməyib və onları müflis həddinə çatdırıb.a


Əldə etdiyimiz məlumata görə, iş adamı Arzu Kazımov “İNVEST-AZEM” adlı MMC-yə olan borcunu illərdir vermir. Onun bu əməli nəticəsində “İNVEST-AZEM” MMC-nin dövlət qarşısında külli miqdarda borcu yaranıb, şirkət müflis olub. Şirkət rəhbərliyinin Arzu Kazımova etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, müxtəlif bəhanələr gətirərək borcunu ödəmir. Məlumata görə, Arzu Kazımovun milyon manatlarla borclu qaldığı onlarla belə podratçı şirkət var.


Daha bir məlumata görə, Arzu Kazımov hətta biznes ortağını da aldadıb, ona külli miqdarda maddi ziyan vurub və ortaqlar arasında böyük mübahisələr, məhkəmə çəkişmələri yaranıb.


Qeyd edək ki, Arzu Kazımovun məlum qanunsuz əməllərindən zərər çəkən şəxslərin və şirkətlərin sayı durmadan artır. Onun əməllərindən zərərçəkən şəxslər aidiyyəti qurumlardan məsələyə hüquqi qiymət verilməsini və ciddi tədbirlər görülməsini tələb edir.


Bizimesr.az

Zabrat-Maştağa yolunun su basma müəmması - Milyonluq layihələr niyə işləmir? - ARAŞDIRMA


Bir həftə əvvəl yağan yağışlardan sonra su basan Zabrat-Maştağa yolunda təhlükəli vəziyyət davam edir. Su hələ də yolun əsas hissəsində qalır.
Bizimesr.az bildirir ki, bu barədə həmin yoldan istifadə edən bir neçə sürücü şikayət edib.
Onların sözlərinə görə, yağış kəssə də, yoldakı su çəkilmir: “Yol çox bərbad vəziyyətdədir. Dağılmış yollar bizə “sürprizlər” edir, dolmuş sudan qarşıdakı yolu görmürük deyə, iri gölməçələrə düşürük, maşınımız pis vəziyyətə qalır. Cəmi bir neçə metrlik yolda yığılan suya görə az qala, “Ayxan” marketin qarşısınadək uzun tıxaclar yaranır. Yağışdan sonra yol təhlükəli vəziyyətə düşdüyündən orada neçə maşının nömrəsi düşüb, eləsi var təkəri cırılıb, bəzi zəif mühərriki olanlar da, ümumiyyətlə, yolda sönüb qalır. Məcburuq ki, yolumuzu onlarla km uzadıb alternativ yerlərdən gedək”.
Şikayətçilər əvvəlki yağışlarda da oxşar problemlə üzləşdiklərini, həll olunmadığından aylarla davam etdiyini deyirlər: “Bir gün yağış yağır, bir ay o yolda su qurumur”.
ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, Zabrat qəsəbəsinin həmin hissəsində mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Yəni, bu ərazidə toplanan yağış və qrunt suları kanalizasiyaya axıdılır. Bu barədə bir qədər sonra...
Məlumat üçün bildirək ki, Zabrat-Maştağa avtomobil yolu 2013-cü ildə, Ziya Məmmədov Nəqliyyat naziri olduğu zaman yenidən qurulub. O zaman verilən məlumatlara diqqət etdikdə bəlli olur ki, yolun tamamilə yenidən qurulması işləri aparılıb və istismara verilib. ”2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”çərçivəsində yolun Zabratdan Maştağayadək olan hissəsi 5 kilometr olmaqla 6 zolaqlı, Maştağadan Buzovnayadək olan hissəsi isə 9 kilometr təşkil edir. “Azəryoservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihəyə uyğun olaraq ümumi uzunluğu 14 kilometr nəzərdə tutulan yolda qrunt sularının kənarlaşdırılması məqsədilə borular qoyulmuşdur".
Diqqət ediriksə, məlumatda qeyd olunur ki, layihəyə uyğun olaraq ümumi uzunluğu 14 kilometr nəzərdə tutulan yolda qrunt sularının kənarlaşdırılması məqsədilə borular qoyulmuşdur. Yəni, o zaman yağış və qrunt sularının axıdılması nəzərə alınıb.
Ümumiyyətlə, drenaj nədir?
Drenaj - artıq suyun torpaqdan, səthdən və ya tikililərdən uzaqlaşdırılması üçün qurulan sistemə deyilir. Drenaj suyun idarə olunması və zərər vermədən uzaqlaşdırılması sistemidir. Drenaj sistemi ilə yığılan su təsadüfi yerə deyil, əvvəlcədən planlaşdırılmış yerlərə yönləndirilir.
Yuxarıda qeyd etdiyimiz kimi, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin su basma ilə bağlı əksər xəbərlərində yalnız əsas hissə budur - Drenaj yoxdur, kanalizasiya sistemi düz deyil və sairə... Yəni ADSEA aşkar şəkildə yaranmış vəziyyətin günahkarı kimi görünmür. Bir daha təkrar edirik ki, ADSEA iddia edir ki, Zabrat qəsəbəsinin həmin hissəsində mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.
Elə isə 2019-cu ilə qayıdaq...
https://azertag.az/xeber/zabratda_seth_sularinin_kenarlasdirilmasi_meqsedile_layiheye_baslanilib-1331136
Bu linkdə nə görürük - "Zabratda səth sularının kənarlaşdırılması məqsədilə layihəyə başlanılıb" - (17.09.2019)

Məlumatda qeyd olunur ki, “Azərsu” ASC Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan qəsəbələrində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihələrin icrasına başlayıb. ASC-dən AZƏRTAC-a bildirilib ki, hazırda 5 yaşayış məntəqəsini əhatə edən layihələrdən biri Sabunçu rayonunun Zabrat qəsəbəsində icra olunur. Yeni yaradılan infrastruktur istismara veriləndən sonra yağış sularının yığılma təhlükəsi aradan qaldırılacaq.
Bakı şəhəri Sabunçu rayonunun 2-ci Zabrat yaşayış massivi adlanan ərazisində səth və qrunt sularının kənarlaşdırılması məqsədilə mərkəzləşdirilmiş yağış-kanalizasiya sistemləri mövcud olmayıb. Son illər ərazində məskunlaşmanın artması səth və tullantı sularının axıdılmasını aktuallaşdırıb. İntensiv yağıntılar zamanı ərazidə subasma hallarının qeydə alınması sakinlər üçün narahatlıq doğurmaqla yanaşı, antisanitar vəziyyətin yaranmasına səbəb olub.

3,6 kilometr uzunluğunda yağış-kanalizasiya şəbəkəsi və kollektoru inşa olunur. Yeni yaradılan şəbəkə üzərində baxış quyuları tikilir. Burada yaranan səth və qrunt suları yaxınlıqdan keçən mövcud kollektora ötürüləcək. Bu məqsədlə ərazidə nasos stansiyası inşa edilir. Layihə üzrə tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən Zabrat qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində - Biləcəri, Mehdiabad, Ramana və Bahar qəsəbələrində yağış və kanalizasiya xətlərinin tikintisi davam etdirilir. Bu layihələr çərçivəsində 20 kilometrdən çox kanalizasiya xətlərinin inşası nəzərdə tutulub. Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Layihələrin icrası əhalinin məişət şəraitini yaxşılaşdırmaqla yanaşı, ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır.

2021-ci il... Nə oxuyuruq?

Pirşağıda kanalizasiya kollektorlarının tikintisi davam etdirilir — Video
2021-ci ilin məlumatlarında deyilir - Abşeron yarımadasının bəzi yaşayış məntəqələrində formalaşan tullantı suların Pirşağı tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin etmək məqsədilə daşıyıcı kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən hazırda 2 istiqamətdə kollektorun tikintisi intensiv qaydada davam etdirilir.

Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə həyata keçirdiyi layihə çərçivəsində inşa edilən Pirşağı tullantı sutəmizləyici qurğusu Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Məhsuldarlığı sutkada 40 min kubmetr olan bioloji tipli qurğuda Novxanı, Mehdiabad, Goradil, Fatmayi, Kürdəxanı, Pirşağı, Məhəmmədi, Digah, Zabrat, Maştağa və Nardaran qəsəbələri ərazilərində yaranan tullantı suları təmizlənərək kənarlaşdırılacaq. Bu qəsəbələrdə formalaşan tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə gələcəkdə əlavə daşıyıcı kollektorların inşası davam etdiriləcək.

Daha bir nüans - Zabrat–Kürdəxanı–Pirşağı kollektor xətti... Bu işlərin görülməsi üçün 38 milyon manat vəsait ayrılıb. Bu layihədə Maştağa ayrıca kollektor kimi yox, bu böyük magistral sistemin tərkib hissəsi kimi nəzərdə tutulub. Yəni, bu gün mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil deməklə vəziyyətdən çıxış yolu axtarmaq nə qədər doğrudur?
Abşeronda 7 əsas kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur

Beləliklə, bu gün su basan və 1 həftədir təmizlənməsi mümkün olmayan Zabrat-Maştağa yolunda kim haqlıdır? Daha doğrusu, yuxarıda qeyd olunan məlumatlar yalandır yoxsa, bu gün ADSEA- rəhbərliyi drenaj, kollektorların, mərkəzləşdirilmiş sistemlərin olmadığını niyə səsləndirir?
Zaur Mikayılov 2023-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib. Bu təyinatdan 3 il vaxt keçir. Görünür ya Zaur Mikayılov və nəzarətində olan şəxslər drenaj, kollektorların yerini bilmir, ya da bu sistemləırin işlək saxlamaq üçün zamanında fəal işlər görməyiblər.
Pirşağıda kanalizasiya kollektorlarının tikintisi davam etdirilir — Video

Ya da əvvəlki illərdə ayrılan vəsaitlər, bu qədər verilən məlumatlar, fotolar, faktların hamısı ADSEA-nın dediyi kimi yalandır, yoxdur.
Kimdir günahkar? ADSEA rəhbərliyi, əvvəlki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi, o zaman bu yolu çəkən sabiq Nəqliyyat naziri Ziya Məmmədov? Hansı qurum işini düz qurmayıb, yaxid hansı qurum işini düz qura bilmir? ADSEA, yoxsa “Azərsu” ASC?

Bizimesr.az

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Agentliyin 10 illiyi münasibətilə Sərəncam imzalayıb.

Təltif olunan əməkdaşlar aşağıdakılardır:

Qədimov Çingiz Sahib oğlu

Məmmədov Elşad Pənah oğlu

Salmanov Azər Ağababa oğlu

Şərifov Rizvan Həmid oğlu

Şiriyeva Kəmalə Məzahir qızı.

Onlar vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə təltif ediliblər.

Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Expressbank”dır - siyahıda BAŞQA KİM VAR...


Bu ilin mart ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Expressbank” ASC olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Şikayət olunan bankların siyahısında “Azər-Türk Bank” ASC ikinci, “Yelo Bank” ASC isə üçüncü olub.
Barəsində ən az şikayət edilən bank isə “Bank VTB Azərbaycan” ASC olub. 4 bank haqqında isə heç bir şikayət daxil olmayıb.

Nizami rayonunda “Yusifoğlu” MMC-nin inşa etdiyi binada uyğunsuzluqlar aşkarlanıb….


Bakının Nizami rayon, Babək prospekti 87, 2390-cı məhəllədə yerləşən binada yaşayan sakinlər mənzillərinə çıxarış ala bilmirlər.

Həmin binada yüzdən çox ailə yaşayır, hamısının da problemi mənzillərinə çıxarışın verilməməsidir.

Sakinlər bildirirlər ki, bina 2020-ci ildən təhvil verilib. Mənzili alarkən də tezliklə çıxarış veriləcək deyə müqavilə imzalayıblar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə çıxarışa icazə vermədiyinə görə məhkəmə mübahisəsinə keçiblər və məhkəmə tərəfindən verilən bütün qərarlar ləğv edilib yenidən araşdırlması aparılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinə əsasə isə inşa edilən binada uyğunsuzluqlar aşkarlanıb.(Xalq.online)


“Leysan” effekti: 14 milyonluq yeyinti üzə çıxdı — FAKTLAR


Leysan Məmmədovun adı çəkiləndə təsəvvürdə dövlətə xidmət yox, büdcə vəsaitlərinin “leysan” kimi axıb talanması canlanır. Buna səbəb Hesablama Palatasının rəsmi audit sənədləri, illərlə yığılıb qalmış rəqəmlər və milyonlarla manatlıq “yeyinti” faktlarıdır.

Gənclər və İdman Nazirliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə rəhbərlik etdiyi 15 il ərzində Leysan Məmmədovun “imza” atmadığı tikinti qalmayıb. Şəmkirdən Astaraya, Sumqayıtdan Qəbələyə qədər ucalan olimpiya komplekslərinin hər kərpici bu maxinasiyalara “şahidlik” edib.

İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması sadəcə idarəçilik islahatı deyildi. Bu addım illərdir yerli icra hakimiyyətlərində kök salmış korrupsiya mexanizmlərini, özbaşınalığı və büdcə talanını dayandırmaq, şəffaflığı bərpa etmək məqsədi daşıyırdı. Dövlət başçısının əsas hədəfi şəhid qanı ilə azad olunan torpaqlarda hər qəpiyin yerinə xərclənməsini təmin etmək idi. Lakin Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun fəaliyyəti bu ali məqsədlərə kölgə salan faktlarla gündəmə gəlib.

Leysan Məmmədovun adı bizə və hüquq-mühafizə orqanlarına heç də yad deyil. Gənclər və İdman Nazirliyində 15 il ərzində tikinti sektoruna rəhbərlik edən bu şəxsin fəaliyyəti Hesablama Palatasının audit hesabatlarında “yeyinti” və maxinasiya faktları ilə əks olunub. İddialara görə Olimpiya komplekslərinin inşasında milyonlarla manatın mənimsənilməsinə görə ölkədən çıxışına “stop” qoyulub. Görünən odur ki, Məmmədov öz “zəngin təcrübəsini” indi də Ağdam, Füzuli və Xocavənddə tətbiq etməyə başlayıb. Belə ki, onun rəhbərlik etdiyi qurumun fəaliyyətində aşkar olunan mənimsəmə faktları təmir-bərpa adı altında milyonlarla vəsaitin necə buxarlandığını ortaya qoyur.

Əsas ittihamlar ümumi dəyəri 25 milyon manatı ötən üç iri müqavilənin “Platin” MMC-yə həvalə edilməsi ilə bağlıdır. Ortada 25 milyon manatlıq üç nəhəng müqavilə və bu pulların idarə olunduğu maraqlı şəbəkə var. Tenderin qalibi “Platin” MMC adlı şirkətdir. Maraqlıdır ki, bu şirkətin rəsmi rəhbəri İsfəndiyar Məmmədov olsa da, iplərin qurum rəhbəri Leysan Məmmədovun oğlu Elnur Məmmədovun əlində olduğu deyilir. Yəni hər şey “ailə daxilində” həll edilir.

Sxemin ən heyrətamiz hissəsi isə evlərin kateqoriyalara bölünməsi zamanı üzə çıxır. Yüngül kosmetik təmirə ehtiyacı olan A kateqoriyalı evlərin kvadratmetri üçün ilkin olaraq 150 manat nəzərdə tutulduğu halda, sənədlərdə bu rəqəm 350 manata qaldırılıb. Hər kvadratmetrdə yaranan 200 manatlıq “süni fərq” dövlət büdcəsinə 14 milyon manatdan çox ziyan vurulması deməkdir.

Bundan əlavə, 2025-ci ilin yanvarında Ağdam şəhərində yaşayış massivlərinin tikintisi ilə bağlı keçirilən tenderlərdə daha sərfəli qiymət təklifləri olmasına baxmayaraq, “SMTS” MMC qalib elan edilib. Müqayisələr göstərir ki, digər şirkətlərin təklifləri ilə fərq ümumilikdə 8,5 milyon manatdan çoxdur ki, bu da dövlət büdcəsi üçün əlavə yük hesab olunur.

Nəticədə ortaya 20 milyon manatdan çox yoxa çıxan vəsait çıxır. Bu qədər pulun necə “əridiyini” görmək üçün uzağa getmək lazım deyil. Evlərin təmirə başlamazdan əvvəlki fotoları ilə indiki sənədləri üz-üzə qoyanda hər şey gün kimi aydın olur. Görəsən, bu qədər aşkar mənimsəməyə imza atanlar hansı məntiqlə hərəkət edirlər? Dövlətin vəsaitini bu qədər rahatlıqla şəxsi maraqlara qurban vermək sadəcə qanun pozuntusu deyil, həm də böyük məsuliyyətsizlikdir.

Görünür, bəziləri üçün Qarabağın bərpası müqəddəs vəzifə olmaqdan çıxaraq növbəti “tender poliqonu” və büdcə talanı fürsətinə çevrilib. İllərlə müxtəlif vəzifələrdə dövlətin milyonlarını mənimsəyələrin hələ də eyni ssenarilərlə hərəkət etməsi, quruculuq işlərinə kölgə salmaqdan başqa bir şey deyil. Amma unutmaq olmaz ki, şəhid qanı ilə alınmış o torpaqlarda qurulan hər bir binaya görə mənimsənilmiş hər qəpiyin hesabı gec-tez sorulacaq./Demokrat.az
Facebook-da paylaş

Təhməzlinin qardaşının şirkəti rəsmi yoxlamaya mane olublar? - “Hünər-İnşaat” ... VİDEO


“Hünər-İnşaat” Firmasının qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğlu barəsində inzibati protokol tərtib edilib.

Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə maneə olma) üzrə rəsmiləşdirilib. İşə məhkəmədə baxılıb.

Məhkəmənin qərarı ilə Yunis Nəbiyev İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bu Məcəllənin 116.1-ci maddəsinə əsasən, şərti olaraq 2.000 manat məbləğində cərimə edilib. Şəxs tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən olunub və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, cərimə ödənilməyəcək.

Qeyd edək ki, Yunis Nəbiyev “6-cı mərtəbə” MMC-nin də rəhbəri olub. Şirkətin prezidenti isə Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.(Qaynarinfo)

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/tehmezlinin-qardasinin-sirketi-resmi-yoxlamaya-mane-olublar----huner-insaat--video-21143

Elgin Həbibullayev hardadır? - Rəsmi sayt belə yenilənmir...


Paytaxtı yağış suları ağuşuna aldıqdan sonra yaranan problemlərin həlli istiqamətində Bakı meri Eldar Əzizovun göstərişi ilə tələsik təmizlik, iməclik, sil-süpür işlərinə start verildi. Demək olar ki, bütün rayon icra başçıları sürətli şəkildə sosial şəbəkələrdə və rəsmi saytlarında foto və videolar paylaşdılar. Hətta Eldar Əzizov Bakı küçələrini yudu, digər rayon icra başçıları da tələsik müxtəlif tədbirlər görərək bunu ictimailəşdirdilər.

Amma nədənsə Nərimanov rayon icra başçısı bu təmizliklərdə, abadlıq işlərində gözə dəymir. Bakının mərkəzi rayonlarından biri olan Nərimanovda nə iməclik keçirildi, nə də hər hansı aktivlik müşahidə olundu. Əslində səbəb bəllidir. Nərimanov rayon icra başçısı Elgin Həbibullayev, görünür, Eldar Əzizov Bakı meri olduğu halda belə, heç kimdən çəkinmir və narahatlıq hiss etmir. Üstəlik, Eldar Əzizovun media məsələlərini həll edən şəxsin də Elgün Həbibullayev üçün çalışdığı qeyd olunur.

Bu qədər narazılığın fonunda Elgin Həbibullayevin kənarda qalması, görünməz olması da, görünür, başqa bir planın və ya məqsədin tərkib hissəsidir. Elgin Həbibullayevin fəaliyyətinin aktiv olub-olmaması Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi saytından da açıq görünür. Bu sayt vətəndaşlarla görüş günlərini elan etmək, görüşlər barədə məlumat yaymaq və görülmüş işlər haqqında ictimaiyyətə hesabat vermək üçündür. Saytdakı məlumatlardan isə belə qənaətə gəlmək olur ki, Elgin Həbibullayev ya hələ də Novruz tətilindədir, ya da mövcud problemlər onu narahat etmir.

Hər halda, 180 mindən artıq əhalisi olan, şəhərin mərkəzində yerləşən bir rayonun icra başçısı işləməli, rayonun sosial-iqtisadi həyatı ilə yaxından məşğul olmalıdır.

Bizimesr.az

"Şinkar Holding"də böhran - Ələsgər Mehdiyevin külli miqdarda borcu var


İnşaat sektorda fəaliyyət göstərən"Şinkar Holding" şirkətinin rəhbəri Ələsgər Mehdiyevin külli miqdarda vergi borcu yaranıb.

"Şinkar Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 357.629,37 AZN vergi borcu var.

Qeyd edək ki, nizamnamə kapitalı 3.000.000 manat olan şirkətin həm də qanuni təmsilçisi Mehdiyev Ələsgər Fərrux oğludur. /Qaynarinfo/

Xəbər lenti

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
18:29
Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
17:27