Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyatları daha kimlər edir? -Videofaktlar


Xəbər verdiyimiz kimi, Davinçi Estetik Klinikasında qanunszu estetik prosedurlar keçirildiyi iddia olunur..

Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra bir çox qanunsuz fəaliyyət göstərən estetik mərkəzlərin fəaliyyətini dayandırılıb. Lakin bəzi tibbi xidmət göstərmək lisenziyaları olan mərkəzlər klikanlar heç bir Ali tibbi təhsil olmayan Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində həmçinin Analitik Ekspertiza Mərkəzinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin SİYAHISI -da adı olmayan saxta həkimlər üçün hansısa razılaçam ilə şərait yaradılıb.

XALQ-a daxil olan məlumata görə belə mərkəzlərdən biridə Davinçi Estetik Klinikasıdır.

Ötən yazımızda məlumat verilmişdir ki, Cəmalə Rüstəmova adlı şəxs “Cəmilə Paşayeva” adı ilə Davinçi Estetik Klinikasında qeytiyyatçı kimi işə götürlsədə eyni zamanda estetik prosedurlar icra etdiyi iddia olunur.

Qanunsuz estetik prosedurlarla bağlı Cəmalə Rüstəmaovanın pasiyentlə vatsap üzərində yazışması həkimin Cəmllə Paşayeva olması ilə bağlı pasiyenti Davinci klinikasına təyin olunmuş saatda qəbul etməsi və s. məqamlar artıq faktlar hazırlanıb aidiyyatıq qurumlara göndərilir.

Bütün bunlarla bağlı sosail hesablara digər məlumatlar göndərilib. Belə ki, Davinçi Estetik Klinikasında tibbi lisenziyası olsada qanunsuz fəaliyyət göstərən həkim olmaya “dr” üçün geniş meydan yaradılıb.

Məlumatlara görə Davinçi Estetik Klinikasında “Dr Afərim” Afərim Süleymanova adlı şəxsdə həkim sertifikatı olmadan tibbi prosedurlar (vaginaplastika,liposaksiya və s.) əməliyyatlar icra edir. Bununla bağlı səhifəsində yer alan görüntülərdən də aydın olur. Lakin araşdırmadan duyuq düşən “doktor” sosail hesablarında bu görüntüləri silsədə bu məlumatlar əldə olunmuşdur.

Bəs sual yaranır axı özünü “doktor” elan edən Afərim Süleymanova postundada ali tibbi təhsil almasını qeyd edib.

Bəli tamami ilə razıyıq sizinlə Tver Dövlət Tibb Universitetinin təhsil alamsı bağlı diplomu var lakin o “doktor”un sənədi Elm Təhsil Nazirliyi tərəfindən tanınmayıb və Azərbaycan Respublikası ərazisində həkim kimi fəalliyyət göstərməsi mümkünsüz hesab olunur .

Belə ki, Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində Afərim Ağalar qızı Süleymanovanın adı yoxdur. Həkim- dermatoloq kimi ixtisası olsada lakin genekoloji və estetik əməliyyatlar icra edir. Bu da qanunvericiliklə qadağandır.

Lakin bu qadağaları Davinçi Estetik Klinikasının rəhbərliyi heçə sayaraq həkim olmayanlar üçün hər çür şərait yaradıblar.

Həmçinin məlumatda iddia olunur ki, Davinçi Estetik Klinikasında Ali Tibbi təhsili olmayan Natavan Babayeva adlı şəxsdə “Dr. Afərim” müəyyən tibbi prosedurlar icra edir. Hətta öz işçiləri Arzu adlı xadiməni belə vəzisini əməliyyat etdiyi bildirilir, və qadında müəyyən fəsadlar yarandığı qeyd olunur.

Bu isə artıq növbəti araşdırmamızda.

Bütün məlumatları biz yayımladıq artıq araşdırma hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.

Qeyd edək ki, məsələ ilə bağlı Davinçi Estetik Klinikasının və yazıda adları keçənlərin fikirlərini öyrənmək mümkün olmadı.

Aidiyyatı qurumların və yazıda adları keçənlərində münasibətini dərc etməyə hazırıq

Dr. Afərimin sosial hesablarından sildiyi görüntüləri təqdim edirik:(Xalq.online)

VİDEO LİNKDƏ: https://xalq.online/davinci-estetik-klinikasinda-qanunsuz-estetik-emeliyyatlari-daha-kimler-edir-videofaktlar

Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi “Tais İKF” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 9 314 440,94 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Tais İKF” MMC 30 iyun 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, ev 5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

Qeyd edək ki, 2023-cü ildə Bakıda fəaliyyət göstərən 20 saylı məktəb-liseydə zəhərlənmə baş vermişdi və 6 nəfər 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şagirdlər toyuq ətindən zəhərlənib. Eyni zamanda qeyd olunurdu ki, 20 saylı məktəb-liseydə iaşə xidmətini “Tais ikf” MMC təşkil edib.(Qaynarinfo)

Baba Rzayevin fəaliyyətində ciddi pozuntular: Səmərəsiz xərclər…..


Hesablama Palatasının illik hesabatında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) həyata keçirilən genişmiqyaslı auditin nəticələri də yer alıb. Dövlət büdcəsinin vəsaitlərindən istifadənin effektivliyini yoxlayan qurum, strateji əhəmiyyətli bu qurumda investisiya və satınalma sahəsində ciddi qanun pozuntuları, maliyyə intizamsızlığı və səmərəsiz xərcləmələr aşkar edib.

Palatanın son hesabatına görə, audit yoxlamaları 2022-2024-cü illəri əhatə edib və bu müddət ərzində ümumilikdə 255 milyon manatdan çox vəsaitin istifadəsi təftiş olunub.

Hesabatda ən diqqətçəkən məqamlardan biri Kiçik Su Elektrik Stansiyalarının (KSES) inşası ilə bağlıdır. Məlum olub ki, bu layihələr prioritet siyahısına salınarkən heç bir ciddi texniki-iqtisadi əsaslandırma aparılmayıb. Bu planlaşdırma xətası isə dövlət vəsaitinin faktiki olaraq səmərəsiz xərclənməsinə yol açıb.

Audit nəticəsində bəlli olub ki, tikintisi tamamlanmış 7 stansiyada istehsal gücündən istifadə göstəricisi kritik dərəcədə aşağıdır. Belə ki, bu stansiyalar cəmi 14,7%-dən 46%-ə qədərgüclə işləyir. Bu isə nəzərdə tutulan gəlirliliyin kəskin azalmasına, əvəzində isə texniki xərclərin artmasına səbəb olub.

Yoxlamalar zamanı tikinti və satınalma müqavilələrində də ciddi “kəşf”lər edilib. Palatanın auditorları müəyyən ediblər ki:

-Bəzi layihələrin smetasında ümumiyyətlə nəzərdə tutulmayan işlər və xərclər süni şəkildə satınalma müqavilələrinə daxil edilib;

-Görülməmiş və ya planlaşdırılmamış işlərin dəyəri ümumi xərclərə əlavə olunaraq rəsmiləşdirilib.

Bu faktlar dövlət satınalmaları haqqında qanunvericiliyin və tikinti normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Hesablama Palatası “Azərenerji”nin satınalma prosesini də kəskin tənqid edib. Hesabatda bildirilir ki, qurumda tender sənədlərinin rəsmiləşdirilməsi normativ tələblərə cavab vermir. Tender komissiyasının fəaliyyətində və ümumilikdə maliyyə idarəetməsində ciddi boşluqların olduğu vurğulanır.

Qeyd edək ki, Hesablama Palatası aşkarlanan bu pozuntuların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün müvafiq tapşırıqlar verib. Məsələnin hüquqi müstəviyə keçib-keçməyəcəyi isə hələlik rəsmi açıqlanmır.(Xalq.online)

İmtiyazlı podratçı: Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə “idarə edir”?


Azərbaycan Respublikasının Konstitusiyası və “Deputatın statusu haqqında” qanunvericilik birmənalı şəkildə parlament üzvünə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Lakin ölkənin tikinti sektorunda hegemonluq edən “Kristal Bakı” ASC (köhnə adı “Kristal Abşeron”) və “Crystal Group”un fəaliyyət trayektoriyası qanunun bu tələbinin mürəkkəb korporativ strukturlar vasitəsilə necə “bypass” edildiyinə dair ciddi suallar doğurur. Xüsusilə Yasamal rayonundakı səs-küylü söküntü və tikinti işlərinin sənəd üzərində “Kristal Bakı” ASC tərəfindən aparılması, əslində nəhəng bir biznes zəncirini kiçik hüquqi halqalarla pərdələmək cəhdindən başqa bir şey deyil.

AFN.az xəbər verir ki, Milli Məclisin üzvü Ağalar Vəliyevin yaxın ətrafı, daha dəqiqi, oğlu Pərviz Vəliyevin rəhbərliyi altında cəmləşən bu imperiya, “Kristal Bakı” ASC və “Crystal Group” vasitəsilə həm hüquqi məsuliyyəti bölüşdürür, həm də ictimai diqqəti vahid mərkəzdən yayındırır. Maraqlıdır ki, qanunvericiliklə maliyyə hesabatlarını açıqlamağa borclu olan bir “Açıq Səhmdar Cəmiyyəti”nin (ASC) fəaliyyəti tamamilə qapalı qutu təsiri bağışlayır. Dövlət büdcəsi hesabına maliyyələşən prokurorluq binalarından tutmuş strateji infrastruktur layihələrinə qədər onlarla sifarişi icra edən bu strukturun hansı tender şərtləri ilə qalib gəldiyi və vergi ödəyicilərinin vəsaitləri üzərində hansı hesabatlılığı daşıdığı hələ də qaranlıq qalır.

Bu yazı, övlad adı altında gizlənmiş deputat biznesinin qanunvericiliklə ziddiyyətini və “Kristal” markasının arxasındakı qeyri-şəffaf idarəetmə modelini faktlarla araşdırır.

Vitrində parlaq reklamlar, arxa planda qaranlıq rəqəmlər
“Crystal Group”un rəsmi platformalarını araşdırdıqda ilk diqqət çəkən məqam, saytın korporativ hesabatlılıqdan daha çox, satış yönümlü bir vitrin rolunu oynamasıdır. Şirkətin saytındakı “Layihələr” bölməsi fəaliyyətin miqyasını vizual olaraq nümayiş etdirsə də, bir jurnalist araşdırması üçün vacib olan bir çox sualı cavabsız qoyur. Şirkət Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və digər dövlət qurumlarının layihələrində aktiv iştirak edir, lakin saytda bu əməkdaşlıqların hüquqi və maliyyə tərəfləri haqqında məlumat yoxdur. Bu sifarişlərin hansı şərtlərlə və hansı tenderlərdə qalib gəlinərək alındığına dair məlumat bölməsi mövcud deyil, dövlət layihələrinə ayrılan büdcə və bu büdcənin istifadəsinə dair audit hesabatları isə tamamilə yoxdur.

Saytda layihələr yalnız binanın yerləşmə yeri və mənzil planları ilə məhdudlaşır. Azərbaycanda iri tikinti şirkətlərinin şəffaflığı qanunvericiliklə təşviq edilsə də, “Crystal Group”un saytında illik dövriyyə, mənfəət və vergi öhdəlikləri barədə heç bir məlumat əks olunmur. Xüsusilə Yasamal və digər ərazilərdəki söküntülər zamanı yaranan narazılıqlar, məsələn, 400-500 manatlıq kompensasiya iddiaları fonunda şirkətin hesabatının olmaması diqqət çəkir.

Prokurorluqdan hava limanına: “imtiyazlı” podratçı
Holdinqin portfelini dərindən araşdırdıqda dövlətin ən strateji və nüfuzlu qurumları üçün reallaşdırılan onlarla layihə üzə çıxır. Şirkət hüquq-mühafizə orqanları üçün bir çox inzibati binaların tikintisini həyata keçirib. Nərimanov, Pirallahi, Şəki, Kürdəmir və Qəbələ rayon prokurorluqlarının binaları məhz bu holdinqin qolları tərəfindən inşa, təmir və təchiz edilib. Şirkət eyni zamanda Yeni Azərbaycan Partiyasının yeni binası, Maliyyə Nazirliyinin Xəzinədarlıq İdarəsi, DTX-nın Bilgəh istirahət kompleksi, ADA Universiteti yataqxanası və Azərbaycan İlahiyyat İnstitutu kimi obyektlərin işlərini də öz üzərinə götürüb.

İşğaldan azad edilmiş ərazilərdə Zəngilan Beynəlxalq Hava Limanının torpaq yatağı, Zəngilan Ağalı Hoteli və Horadiz-Ağbənd avtomobil yolu kimi strateji işlər də bu portfelə daxildir. Lakin bu qədər çox strateji dövlət işlərinin məhz bu holdinqə həvalə edilməsinin hansı tender şərtləri ilə baş tutduğu məlum deyil. Dövlət sifarişi ilə görülən işlərdə vergi ödəyicilərinin pulları istifadə olunsa da, “Crystal Group” heç bir maliyyə hesabatı yayımlamır.

Bütün qeyd edilənlərlə bağlı “Crystal Group”un e-mail ünvanına ünvanladığımız sorğuya, təəssüf ki, cavab verilmədi. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.afn.az

Xəbər lenti

“Qəbələ” iki futbolçu ilə yollarını ayırdı
12:48
165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."
12:14
Cənab Nəsirli də YAMAQÇILIQLA məşğuldur... - FOTOFAKT
11:38
Vəzifəli şəxs heç bir vəsait qoymadan “şərik” oldu, 380 min manatımı ələ keçirdi”
11:06
Burda dustaqlar AYLIĞA OTUZDURULUB… – ödəniş etməyən isə…
10:21
“Hünər-İnşaat”ın fəhlələrinə Zəngilanda maaşları verilmir?
09:49
Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?
09:20
Rusiya Ukraynanı vurdu - Ölənlər var
08:55
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54