Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

Natiq Səhrab oğlu İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Natiq İbrahimov 2016-cı il may ayından 2021-ci il aprelin 23-nə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib. O, 2021-ci il aprelin 23-də Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?


Sabiq gömrük şefi Aydın Əliyevlə bağlı tənqidi materiallar saytlardan “yoxa çıxıb”

"Dövlət Gömrük Xidmətinin sabiq rəhbəri general Aydın Əliyevlə bağlı ölkə mediasında yer alan yüzlərlə material “birdən-birə” “yoxa çıxıb”..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Vaxtiylə barəsində saysız -hesabsız məqalələr yazılan generalla bağlı mediada indi azsaylı məqalələr qalıb ki, bu məqalələrin də demək olar ki, hamısı sonrakı dönəmdə yazılan, generalın bilavasitə özü ilə deyil, yaxınları ilə bağlı yazılardır.

Maraqlıdır, Aydən Əliyevlə bağlı bunca məqalə birdən-birə necə “yoxa çıxıb”? Bu məqalələri saytlardan hansı “sirli əl” təmizləyib? Ən əsası, Aydın Əliyevin öz “media keçmişini təmizləməsi” hansı mətləblərdən xəbər verir?"

Gələn yazılarımıza bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

DİA-AZ

Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Təchizat” MMC-si bir milyon manatı hara xərcələyib?


Hesablama Palatası Mədəniyyət Nazirliyi və onun tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-də dövlət satınalmaları üzrə audit aparıb.

Audit 2023–2025-ci illəri əhatə edib. Bu dövrdə ümumilikdə 387 satınalma keçirilib, 99,9 mln. manatlıq müqavilə bağlanılıb və bunun 64,8%-i icra olunub.
Audit nəticəsində satınalma prosesində nəzarət və hesabatlılıq sahəsində nöqsanlar, həmçinin əvvəlki illərlə müqayisədə təkrarlanan uyğunsuzluqlar müəyyən edilib.
Hesabatda qeyd olunur ki, bəzi hallarda müqavilələr gec bağlanıb, vəsaitlər satınalma proseduru keçirilmədən istifadə olunub. Eyni zamanda bazar qiymətləri araşdırılmadığı üçün mallar və xidmətlər daha baha qiymətlərlə alınıb.
Bundan əlavə, bəzi hallarda aşağı qiymət təklif edən şirkətlərlə zəruri araşdırmalar aparılmadan müqavilə bağlanıb, nəticədə öhdəliklərin tam və vaxtında icra olunmaması halları qeydə alınıb.
Audit göstərib ki, bəzi satınalmalar üzrə müqavilələr 30%-ə qədər baha bağlanıb, tətbiq edilməli olan 100 min manatdan çox cərimə tətbiq olunmayıb.
Eyni zamanda, sərgilərin təşkili ilə bağlı 207,3 min manat vəsait maliyyə sənədlərində əks etdirilməyib, tədbirlərin keçirilməsi zamanı isə 651 min manata yaxın artıq büdcə vəsaiti xərclənib.
Qeyd edilib ki, bəzi hallarda qanunvericilikdə nəzərdə tutulmayan təlim xidmətləri alınıb, təlimçilərin 60%-i isə müəyyən edilmiş tələblərə cavab verməyib.
Audit nəticəsində ümumilikdə 1,131 mln. manat vəsaitin bərpası nəzərdə tutulub. Hesablama Palatası aşkar olunmuş nöqsanların aradan qaldırılması və dövlət satınalmalarında nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edib.

Tezadlar.az

530 manatlıq analizə görə pasienti klinikadan qovdular – “Funda” hospitaldan ŞİKAYƏT


Azərbaycanda özəl klinikalarda tanınmış həkimlərin pasiyentə məhz işlədiyi klinikada analizlərdən keçirməsi və digər heç bir laboratoriyanın cavablarını qəbul etməməsi halları uzun illərdir var.

Eyni vəziyyətlə “Funda” hospitalda üzləşən pasiyent bu yanaşmanın mahiyyətini anlamadığını bildirib.

Ayaz Səmədzadə şikayətində ətrafının tövsiyəsi ilə seçdiyi həkimin qəbulundan məhz analiz məsələsinə görə imtina alıb.
“Xahiş edirəm məni başa salın, bəlkə mənim bu məsələdə anlamadığım nəsə var.

Dünən “Funda” hospitalda qaraciyərimi yoxlatmaq üçün Fərrux Nağıyevin qəbuluna yazıldım. Heç bir ciddi problemim yox idi, sadəcə ailəmizdə şəkər xəstələri var deyə, mən də yoxlanmaq istədim.

Qəbula 50 manat ödədim, həkim məni dinlədi, kağıza 5-6 analiz yazdı ki, bunları verin. Reseption isə ümumi klinikanın yox, elə həkimin öz şöbəsinin qəbul şöbəsi idi.
Ordakı xanım ümumi 528 manat ödəməli olduğumu deyəndə buna gücüm çatmadığımı anladım və təklif etdim ki, kağızı verin, özüm Referansda, ya daha münasib yerdə verim, cavablarla gəlim. Razı olmadılar, pulumu da qaytarıb dedilər, xoş getdin. Yəni mədəni şəkildə qovuldum. Hələ də heç nə anlamıram.

Dostum da həkimdir, zəng edib ona danışdım. Dedi yaxşı qurtarmısan, səni əməliyyat masasına uzatmayıblar”.

Məsələ ilə bağlı Fərrux Nağıyevin fikrini almaq üçün köməkçisi ilə əlaqə saxladıq. Əsas sorğumuz həkim üçün məhz çalışdığı klinikada pasiyentin analiz verməsinin səbəblərini öyrənmək idi. Həkim şikayətin harda yayımlandığını öyrənəndən sonra açıqlama verməkdən imtina etdi.
“Həkim öz mövqeyini hüquq mühafizə orqanlarına bildirib. Bu məsələ ilə bağlı böhtana görə polis orqanlarına müraciət olunub. Məsələ mübahisələndirilsə, məhkəməyə müraciət olunacaq”.(Medicina)

Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO


Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatları ilə bağlı baş vermiş şübhəli olaylar haqda redaksiyamıza mühüm məlumatlar daxil olub.
Bakupost.az xəbər verir ki, daxil olan məlumatda bütün qanuni prosedurların formal xarakter daşıdığı, kadrların təyinatında imtahan sisteminin saxtalaşdırıldığı, əslində isə bunun gözdən pərdə asmaq üçün istifadə edildiyi, istədikləri təyinatı qanundankənar həyata keçirdikləri bildirilir.
Məsələn, 7 fevral 2022-ci ildə “dövlət qulluğuna qəbul üçün daxili müsahibə” keçirilməsi barədə elan verilir. Namizədlər qeydə alınır və mart ayında müsabiqələr başlayır.
Vakant yerlərdən biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsi ilə bağlıdır. Bu şöbənin yaradılması da olduqca maraqlıdır: Hüquq şöbəsi ləğv edilir, şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, 20 ilə yaxın bu şöbədə çalışan Teymur Şəkərəliyev işdən uzaqlaşdırılır. 47 yaşında olan T.Şəkərəliyevə heç bir yerdəyişmə təklif edilmir, sadəcə, şöbəsi ləğv edilir və nazirlikdən tamamilə uzaqlaşdırılır.
Ardınca isə Hüquq və insan resursları şöbəsi yaradılır və Teymur Şəkərəliyevin bundan öncə katibəsi işləmiş Aynurə Kərimova müdirliyə namizəd olur.

Yeri gəlmişkən qeyd edək ki, A.Kərimova bundan öncə Ətraf Mühitin Mühafizəsi Departamentində (hazırkı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti) də katibə vəzifəsini yerinə yetirib.
Qəribə bu deyil, hər kəsin vakansiyaya iddia etmək hüququ var. Qəribə odur ki, şöbə müdiri vəzifəsinə namizəd olan Aynurə Kərimova 11 mart 2022-ci ildə saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1 saylı Müsahibə otağında imtahan-müsahibəyə cəlb edilir. 15 aprel 2022-ci il tarixində rəsmi nəticələr elan edilir və bəlli olur ki, A.Kərimova 19 bal toplayıb və vəzifəyə uyğundur. Onun vəzifəyə uyğunluğu təsdiqlənəndən sonra iddia etdiyi vəzifəyə təyin olunub.
Ancaq 11 mart 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kənd təsərrüfatı, xüsusilə Meşəçilik ixtisasında təhsil alan müxtəlif kurslardan olan tələbələrlə Gəncədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının görüşü keçirilib. ADAU-nun saytından oxuyuruq ki, 11 mart 2022-ci ildə keçirilən bu görüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovla birgə nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova da iştirak edib. Və nəinki iştirak edib, həm də öz çıxışı ilə tələbələri maarifləndirib və onun bu tədbirdə tribunada olduğunu əks etdirən görüntü də var.

Bir şəxsin eyni vaxtda həm Bakıda imtahan verməsi, imtahandan uğurla keçməsi, nəticələrin dərhal hazırlanması və onun namizəd olduğu vəzifəyə təyin olunması ilə eyni anda-saatda Gəncədə həmin vəzifənin sahibi kimi tələbələr qarşısında çıxış etməsinin mümkünsüzlüyü hər kəsə aydındır. Bu isə imtahan-müsahibənin formallığının, əslində isə vəzifə təyinatlarında saxtalaşdırmanın bariz sübutudur.

Yeri gəlmişkən, A.Kərimovanın Bakıda imtahan verib, uğur qazanıb və vəzifəyə təyin olunduğu saatda Gəncədə nazir müavini Vüqar Kərimovla birgə tədbirdə itirak etməsi təsadüf deyil. Burda yeganə təsadüf olan soyadların oxşarlığıdır, onlar qohum deyillər. Təsadüfi olmayan A.Kərimovanın V.Kərimovun kadrı olmasıdır.

Ümumiyyətlə, Vüqar Kərimovun Ekologiya və Təbii Sərvətlər Nazirliyində müstəsna səlahiyyətə malik olduğu və kadrların təyinatının onun təqdimatına bağlı olduğu vurğulanır.(Bakupost.az)
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və ADAU-ya sorğu ünvanlamışıq.






Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı


Biznesi və fəaliyyəti baxımından məfni reputasiyalı və məlum regiondan olan YAP-çılardan biri də Milli Onkolgiya Mərkəzinin direktor müavini, “Azerimed” şirkətinin qeyri-rəsmi sahibi Kəmaləddin Qafarovdur. Uzun müddətdir ki, deputat mandatını zəbt edən və zaman-zaman adı müxtəlif qalmaqallarda hallanan Kəmaləddin Qafarovla bağlı indiyə qədər köhnə və yeni mediada çoxsaylı ifşaedici faktlar yazılıb.

Bu deputatın Onkologiya Mərkəzində fəaliyyəti ölümcül xəstəliklə mübarizə aparanlara dəstək olmaq yox, o xəstələrdən milyonlar qazanmaqdan o tərəfə keçmir. Belə ki, K.Qafarov vəzifəsindən istifadə edərək dövlətin onkoloji xəstələrə ayırdığı pulların çoxunu özünə məxsus “Azərimed” şirkəti vasitəsilə “əridir”. Yəni dərmanlar öz şirkətindən alınır və bir çox hallarda xəstələrə pulsuz paylanmır.

Hər gün mediada gördüyümz odur ki, Onkoloji Mərkəzdə onkoloji xəstəliyin müayinəsindən əməliyyata, müalicəyə və analizlərə qədər hamısı yaxınlarının puluna əsasən, yerinə yetirlir. Halbuki dövlət büdcəsindən hər il xərçəng xəstələrinin müalicəsi və pulsuz dərmanlar üçün milyonlarla manat pul məhz Onkologiya Mərkəzinə ayrılır.

Nə yazıq ki, dövlət olaraq onkoloji xəstəliklərin müalicəsi sahəsində elə bir ciddi irəliləyiş əldə etməsək də, K.Qafarov bu sahənin hesabına müxtəlif sektorlarda biznesini genişləndirir. Onun əsas gəlir mənbəyi tibb sahəsində şaxələndirdiyi işgüzar fəalyyətindəndir. “Azərimed” şirkəti dərmanla yanaşı, tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. İnsafən, qeyd olunmalıdır ki, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin adı bu kimi qalmaqallı olaylarda hallanmır. Əksinə, onun rəhbərlik etdiyi sahənin peşəkarı olması, neqativ hallara qarşı barışmazlığı daxil olan informasiyalar arasındadır.

Bununla belə, direktor müavini Kamaləddin Qafarovun şəxsi biznesin qayğısına qalmağa yönəlmiş fəaliyyəti həm Milli Onkologiya Mərkəzində görülən müsbət işlərə, həm də ümumi səhiyyə sisteminə kölgə salmaqdadır.
Sanki bu şəxsin əsas missiyası millətə qənim kəsilməkdir. İddialara görə, Azərbaycanda “dərman monopolisti” kimi tanınan deputat Kamaləddin Qafarovun şirkətində ucuz başa gəlsin deyə xaricdən ölkəyə gətirilən dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır. Nəticədə məşhur dərmanların belə keyfiyyəti standartlara cavab vermir. Xaricə gedib zavodlarla danışırlar ki, bunun içinə 100 mq maddə qoyulmalıdırsa, 20 mq əlavə etdirirlər. Amma onu 100 mq dəyərində satırlar. Bu kadrlarda da deputata məxsus “Kanon” apteklər şəbəkəsində satılan keyfiyyətsiz qida məhsulu əks olunub.

XALQ.ONLİNE
VİDEO LİNKDƏ: https://xalq.online/kemaleddin-kafarov-millete-qenim-kesilib-xerceng-ve-derman-texribati

Səssiz başlayan yoxlama, yüksək səslə bitən qərar: Xaçmaz təhsil sektorunda gözlənilən sonluq


Quba–Xaçmaz Regional Təhsil İdarəsinin yaydığı rəsmi məlumat bir daha göstərdi ki, bəzi vəzifələr yalnız ad daşımaq üçün deyil – məsuliyyət tələb edir. Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyevin vəzifədən azad edilməsi sıradan bir kadr dəyişikliyi deyil, uzun müddət yığılan problemlərin nəticəsi kimi qiymətləndirilir.

Daxil olmuş şikayətlər əsasında aparılan xidməti araşdırma zamanı ortaya çıxan faktlar sadəcə texniki nöqsanlar deyil, sistemli çatışmazlıqlardan xəbər verir. Dərnək saatlarının təşkili, şagird davamiyyəti, dərs bölgüsündə ciddi pozuntular – bütün bunlar təhsil kimi həssas sahədə bağışlanması çətin olan məsələlərdir.

Ən diqqətçəkən məqam isə odur ki, bu problemlər təkcə aşağı səviyyədə deyil, məhz rəhbərlik səviyyəsində baş verib. Qanunvericiliyin – xüsusilə “Dövlət qulluğu haqqında” və etik davranış qaydalarının pozulması artıq məsələyə hüquqi müstəvidə yanaşmanı qaçılmaz edib.

Əvvəlcə intizam tənbehi, ardınca isə yekun qərar – işdən azad olunma. Bu ardıcıllıq onu göstərir ki, məsələ tələsik deyil, mərhələli şəkildə araşdırılıb və qərar əsaslandırılmış formada verilib.

Bəs bu qərar nə deməkdir?

Bu, bir siqnaldır. Təkcə Xaçmaza yox, bütün regionlara.

Bu, onu göstərir ki, kağız üzərində qurulan “nizam-intizam” real vəziyyəti ört-basdır edə bilmir. Və gec-tez, gecikmiş də olsa, hesabat günü gəlir.

Vətəndaşlar nə deyir?

Məsələ ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlər də cəmiyyətin bu qərara biganə qalmadığını göstərir:

– News Tube: “Quba–Xaçmaz Regional Təhsil İdarəsini bu qərarına görə alqışlayıram. Xaçmaz rayonuna uğurlu bir insan gələr.”

– Ülvi Əliyev: “Qələmşah müəllimin nə qədər günahı olduğunu deyə bilmərəm, amma əsas bəzi məktəblərdə ciddi araşdırmalar aparılmalıdır.”

– Nazim Sultanzadə: “İnsanlar oturduqları kresloya çox güvənirlər. Amma o güvənə layiq olmaq lazımdır.”

– Rəsad Ağayev: “Gözlənilən qərar idi. İşi bacarmayan insan mütləq ki, işdən çıxarılmalı idi.”

– Araz Aslanov: “Həyat bumeranqdır. Yaşatdığını yaşamadan bu dünyadan köçmək olmur. İnsan bəzən kresloya görə dostu, qardaşı bir qələmdə silir, amma unudur ki, bir gün özü də eyni aqibəti yaşaya bilər. Vəzifə müvəqqətidir, insanlıq isə qalıcıdır.”

Bu rəylərdən də görünür ki, cəmiyyətdə mövzuya yanaşma birmənalı deyil. Kimisi qərarı dəstəkləyir, kimisi isə problemin daha dərin olduğunu düşünür.

BAKUNEWS

Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib


Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə “HİDROGEO ARTEZYAN” MMC ilə 280.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 21.04.2026-ci ildə dərc edilib.

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə “HİDROGEO ARTEZYAN” MMC arasında Hüsənli kəndi 09/259,T-6 Qaynaq kəndi 09/219, Buruc kəndi 09/U-14,Qapanlı kəndi 09/130, Rəcəbli 09/321,Qazyan kəndi 09/400, 09/272, reper nömrəli subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kalonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) üzrə bir müqavilə də 30.06.2025-ci ildə bağlanılıb. Bu müqavilənin də dəyəri 280.000 manat təşkil edib. Bu müqavilə də bir mənbədən satınalma metodu tətbiq etməklə bağlanılıb.

Qeyd edək ki, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bir mənbədən satınalma metodu ilə müqailə bağladığı “HİDROGEO ARTEZYAN” MMC barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “HİDROGEO ARTEZYAN” (VÖEN: 2001697161) Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.03.2010-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, ADİL MƏMMƏDOV 9 MKR, ev.11, GİRİŞ 3, m.118, qanuni təmsilçisi kimi isə Babayev Ənvər Məmməd oğlu qeyd olunub. MMC-nin hazırkı günə 10 244.56 manat vergi var.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC-nin müvafiq lisenziya alması barədə məlumat yoxdu.

Maraqlıdır, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi lisenziyası belə olmayan bir MMC ilə bir mənbədən satınalma metodu ilə müqaviləni hansı əsaslarla bağlayıb? “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.

Göründüyü kimi Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalmada qanun pozuntusuna yol verildiyinə əsaslı şübhələr yaradır. Sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanların, işçi qüvvəsi, uyğunluğun digər meyarı tələbləri ilə üst-üstə düşürmü?

Bütün bunlara aydınlıq gətirilməsi məqsədi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasının üzvü, mühasibi Eldar Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, şirkətlə indi bağlanan müqavilə ötən il bağlanmış müqavilənin davamıdır. Şirkətin analoji işlərdə təcrübəsi və digər uygunluğu barədə sualımıza isə Eldar Məmmədov bildirdi ki, bizə nazirlikdən tapşırdılar ki, bu şirkətlə müqavilə bağlayaq.

Göründüyü kimi Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə analoji işlərdə heç bir təcrübəsi olmayan MMC ilə müqavilə bağlamağı yuxarıdan tapşırılıb.

Qeyd edək ki, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Regional Su Meliorasiya Xidmətinə tabedir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi isə Murad Zeynalovdur. O, bu vəzifəyə 2024-cü ilin sentyabrında təyin edilib.

Qeyd edək ki, son günlər Hesablama Palatası tərəfindən bir çox dövlət qurumlarında aparılmış yoxlamaların nəticələri barədə məlumatlar yayılır. Bəzi dövlət qurumları tərəfindən dövlət satınalmalarında yol verilən qanunsuzluqlar əsasən bir mənbədən satınalma metodunda aşkar edilib. Satınalmalarda bir mənbədən satınalma metodunu daha çox tətbiq edən qurumlar arasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli müəssisələr başda durur. Elə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasının üzvünün açıqlamasından da göründüyü kimi, Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinə tabeli idarələr dövlət satınalmasından daha çox yuxarıların sifarişi əsasında işləyir. Yüksək vəzifəli şəxslərin yaxınlarına məxsus, adı olub, özü olmayan şirkətləri qalib seçirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə ölkədə satınalmaların şəffaf keçirildiyini açıqlayır.

Aktualinfo.net

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “DİLER İNŞAAT” QSC olub. Müqaviləyə əsasən, şirkət Şuşa şəhərinin D-3 massivində yerləşən ərazidə ikinci mərhələ üzrə nəzərdə tutulan 7 yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini həyata keçirəcək. Bu işlər üçün Qoruq İdarəsi tərəfindən şirkətə 29 milyon 373 min 906 manat 67 qəpik vəsait ödəniləcək…

Hazırda şirkətin dövlət büdcəsinə 25 min 861 manat 24 qəpik məbləğində vergi borcu mövcuddur. Buna baxmayaraq, “DİLER İNŞAAT” QSC dövlət satınalmalarında aktiv iştirak edir və iri məbləğli tenderlərin qalibi olur. Dövlət satınalmalarının vahid internet portalının məlumatına əsasən, son 5 il ərzində şirkət 10 tenderin qalibi elan olunub və ümumilikdə 80 milyon manatdan artıq vəsait əldə edib.

Şirkət əsasən tikinti sektorunda fəaliyyət göstərir. Onun fəaliyyəti yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri ilə yanaşı, tikinti materiallarının satışını da əhatə edir. Şirkətin təqdim etdiyi məlumatlarda onun “Flame Towers”, “SOCAR Tower”, “Port Baku Towers”, “Crescent Hotel” və “Dəniz Mall” kimi iri layihələrdə iştirak etdiyi qeyd olunur.

Reyestr məlumatlarına görə, şirkət ilkin olaraq “ORXAN 1989” MMC adı ilə təsis edilib, daha sonra adını dəyişərək hazırkı hüquqi formasını alıb. Şirkətin rəsmi saytında rəhbər kimi göstərilən Orxan Quluzadə 1989-cu il təvəllüdlüdür və Milli Məclisin deputatı Ülvi Quliyevin oğludur. Qeyd edək ki, Ülvi Quliyev 20 ildən artıqdır parlamentdə 15 saylı Yasamal birinci seçki dairəsini təmsil edir.

Bundan əlavə, Orxan Quluzadənin “Loğman Farm” MMC adlı digər bir şirkətin də təsisçisi olduğu bildirilir. Açıq mənbələrdə həmin şirkətin də müxtəlif dövlət tenderlərinin qalibi olduğu barədə məlumatlar yer alır./Poliqon.info/

Gəncədə aşkarlanan qanunsuzluqlara bu şirkətlər də ortaqdı – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi”


Dünən mediada Hesablama Palatası tərəfindən Gəncədə 11 milyon manata yaxın artıq xərclərin aşkarlanması barədə məlumat yayıldı. Palatanın “Dövlət auditi” bülletenində bildirilir ki, Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işləri, “Gəncə İdman Sarayı”nın tikintisi, eləcə də qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının inşası üzrə audit aparılıb. Audit 1 yanvar 2023-cü ildən 1 iyul 2025-ci ilə qədər dövrü, ümumilikdə 192 milyon manat vəsaiti əhatə edib.

Audit nəticəsində müəyyən olunub ki, “Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində” inşa olunan yaşayış binası üzrə artıq iş həcmlərinin smeta sənədlərinə, müqavilənin qiymət cədvəlinə və yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxil edilməsi müqavilə dəyərinin 79 371 manat artırılmasına və podratçıya artıq vəsait ödənilməsinə səbəb olub. Eyni obyekt üzrə işlərin həcmi və dəyərinin ümumilikdə 1 279 485 manat artırıldığı da müəyyən edilib.

Bundan başqa, mənzil fondunun əsaslı təmiri üzrə işlərin dəyərinin 2023-cü ildə 144 278 manat, 2024-cü ildə isə 258 198 manat artırıldığı bildirilib.

Auditdə qeyd olunub ki, “Gəncə İdman Sarayı”nın tikintisi üzrə torpaq və bünövrə işlərinin sonradan yeni dəyərlə təkrar daxil edilməsi müqavilə dəyərinin 6 164 850,38 manat artırılması ilə nəticələnib. Eyni zamanda layihə üzrə smetada nəzərdə tutulmayan bəzi avadanlıqların alınmaması və digər uyğunsuzluqlar işlərin dəyərinin əlavə olaraq 3 355 323 manat artmasına səbəb olub.

Hesablama Palatası həmçinin bildirib ki, yerində baxış zamanı artıq göstərildiyi müəyyən edilmiş 252,7 min manat dəyərində iş həcmləri dövlət büdcəsinə ödənilməklə bərpa edilib.

Bununla yanaşı, yolların əsaslı təmiri ilə bağlı podratçılarla bağlanmış müqavilələr üzrə 2 halda 19 milyon 912 min manat dəyərində işlərin başa çatdırıldığı qeyd olunub.

Qeyd edək ki, aktualinfo.org hələ bir neçə il əvvəl Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işləri, “Gəncə İdman Sarayı”nın tikintisi və eləcə də Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işləri üzrə keçirilmiş dövlət satınalmaları əsasında silsilsilə araşdırma məqalələr yaymışdı.

Xatırladaq ki, satınalmaların portalı üzərindən apardığımız ən son araşdırmada göstərmişdik ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Bundan əlavə satınalmaların portalında dərc edilmiş məlumatlara görə Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi son 5 ildə yolların əsaslı təmiri işlərinə 50 milyon manatdan çox dəyəri olan rəsmi müqavilələr bağlanılıb.

Hesablama Palatasının açıqlamasında adı keçən “Gəncə İdman Sarayı”nın tikintisi işlərinə gəlincə.

Biz hələ 2022-ci ildə dövlət satınalmalarının portalında dərc edilmiş məlumatlar əsasında apardığımız araşdırmalarda tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda dövlət vəsaitin ayrıldığını yaymışdıq. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti sözügedənİdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 14.03. 2019-cu il tarixdə 4 000 000,00 manat, 09.04.2020-ci il tarixdə 4 600 000 manat, 06.10.2020-ci il tarixdə 1 800 000 manat, 19.03.2021-ci il tarixdə 9 400 000 manat, 12.08.2021-ci il taixdə 5 000 000 manat, 17.12.2021-ci il tarixdə 181 600 manat (milyonların müqabilində bu yüz səksən min nəyə lazım olub görəsən- red.), 09.03.2022-ci il tarixdə 15 000 000 manat, 28.09.2022-ci il tarixdə 10 000 000 manat məbləğində satınalma müqavilələrinin bağlanıldığını açıqlayıb ki, ümumi olaraq 49 981 600 manat təşkil edib.

Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinin satın alınması üzrə 06.03.2023-cü ildə “Rövşən Oğuz Qrup” MMC ilə 28.663.030,92 manat dəyərində müqavilə bağlayıb.

Gəncə İdman Sarayı üçün avadanlıqların satınalması üzrə “Rövşən Oğuz Qrup” MMC ilə 16.303.293 manat dəyərində bir müqavilə 02.10.2023-cü ildə, Gəncə İdman Sarayının tikinti-quraşdırma işləri (o cümlədən avadanlıqların quraşdırması, işə baxılması və sınaq işlərinin aparılması) üzrə 12.000.000 manat dəyərində müqavilə isə 05.06.2025-ci ildə bağlanılıb.

Göründüyü kimi son yeddi il ərzində, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən Gəncədə İdman Sarayının tikintisinə yüz milyon manata yaxın dövlət vəsaiti xərclənib. Bu tenderlərin əksəriyyəti də bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

Hesablama Palatasının açıqalmasında qey edilən “Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində” inşa olunan yaşayış binası üzrə isə İcra Hakimiyyəti “ALİANS”MMC ilə 8.506.646,26 manat dəyərində müqavilə bağlanılması barədə məlumat satınalmaların portalında 23.08.2021-ci ildə dərc edilib. Göründüyü kimi Hesablama Palatası sözügedən işin icrası zamanı işlərin qəbulu aktlarına daxil edilməsi müqavilə dəyərinin 79 371 manat artırılmasına və podratçıya artıq vəsait ödənilməsinə səbəb olub. Eyni obyekt üzrə işlərin həcmi və dəyərinin ümumilikdə 1 279 485 manat artırıldığı da müəyyən edilib.

Bəs bu şirkət kimə məxsusdur. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin qanuni təmsilçisi kimi Əliyev Bəxtiyar Camal oğlu göstərilir. Lakin əldə etdiyimiz məlumatlara görə Şirkətin əsal sahibi keçmiş Gənclər və İdman naziri, mərhum Azad Rəhimovun övladlarından biridir. Hansı ki, mərhum nazirlə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qudadırlar.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 2018-ci ildən Niyazı Bayramovdur. Son səkkiz il ərzində, yəni Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra şəhərdə bir çox dövlət layihələrinin həyata keçirilməsinə, İdman Sarayının, Dram Teatrının tikintisinə yüz milyonlorla manata yaxın dövlət vəsaiti xərclənib.

Adları çəkilən “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC, “ALİANS”, “Rövşən Oğuz Qrup” və adını çəkmədiyimiz “GÖYGÖL TİKİNTİ”, “ƏRDAGI”, “Reyhan Müəssisəsi” kimi MMC-lər Gəncədə dövlət büdcə vəsaitləri hesabına Niyazi Bayramovun sifarişləri ilə iş görüb, bir sözlə, başçıya ortaqlıq ediblər. Odur ki, adı çəkilən şirkətlərin fəaliyyəti də Hesablama Palatası tərəfindən yoxlanılsa daha məqsədəuyğun olar. Çünki burada ikili mühasibatlıq sənədlərinin ortaya çıxması qaşılmazdır. Bununla da Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işlərinə ayrılan büdcə vəsaitlərinin necə talan edildiyini müəyyən etmək olar.

Aktualinfo.net

Xəbər lenti

“Qəbələ” iki futbolçu ilə yollarını ayırdı
12:48
165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."
12:14
Cənab Nəsirli də YAMAQÇILIQLA məşğuldur... - FOTOFAKT
11:38
Vəzifəli şəxs heç bir vəsait qoymadan “şərik” oldu, 380 min manatımı ələ keçirdi”
11:06
Burda dustaqlar AYLIĞA OTUZDURULUB… – ödəniş etməyən isə…
10:21
“Hünər-İnşaat”ın fəhlələrinə Zəngilanda maaşları verilmir?
09:49
Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?
09:20
Rusiya Ukraynanı vurdu - Ölənlər var
08:55
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54