KFC Bakıda müştərilərə beləı toyuq satır?


Dünyaca məşhur “fast food” şəbəkəsi KFC-nin Azərbaycandakı fəaliyyəti və satışa çıxarılan məhsulların təhlükəsizliyi ilə bağlı suallar artıb. Son illərdə bu restoran şəbəkəsi tez-tez şikayətlərlə gündəmə gəlir. İstehlakçılar məhsulların bayat və ya tam bişməmiş şəkildə verildiyini bildirirlər.
Növbəti belə şikayətlərdən biri də sosial şəbəkələrdə paylaşılıb.
Restorana üz tutan müştəri ona təqdim edilən toyuğun çiy, xoşagəlməz qoxulu olduğunu və üzərində qan izləri gördüyünü bildirib.
Müştəri narazılığını belə ifadə edib:
“O boyda yol gedirik, pul veririk. Amma o qədər iyrəndim ki, artıq toyuğa baxa bilmirəm”.
Sözügedən paylaşıma yüzlərlə istifadəçi şərh yazaraq, oxşar vəziyyətlə qarşılaşdıqlarını, satılan ətin çiy və qanlı olduğunu iddia ediblər. Həmin şərhlərdən bir neçəsini təqdim edirik:
Qida eksperti İlkin Şirinov Bakupost.az-a bildirdi ki, görüntülərdən toyuğun xarici hissəsi ədviyyatlarla qızardılmış olsa da, daxili hissəsinin çiy qaldığı hiss olunur:
“Bunu həm rəngindən, həm də sümük üzərindəki mayedən anlamaq mümkündür. Belə hallar adətən müştəri sıxlığı və sifarişlərin tez çatdırılması səbəbindən baş verir. Bəzən məhsul tam bişmədən təqdim olunur ki, bu da narazılıq yaradır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, birlik bu məsələdə istehlakçılarla maarifləndirmə işləri aparır:
“Xüsusilə azyaşlı uşaqların McDonald’s, KFC kimi məkanlardan istifadəsinin məhdudlaşdırılmasını tövsiyə edirik. Bu şirkətlər insanların sıx olduğu yerlərdə aktiv şəkildə təmsil olunurlar. Təəssüf ki, yerli ekoloji məhsullar arxa planda qalır.
Belə hallarla bağlı video paylaşan şəxslər mütləq məhsulu haradan aldıqlarını dəqiq göstərməlidirlər. Əks halda, bu cür iddialar rəqib şirkətlərin fəaliyyəti kimi qiymətləndirilə bilər. Vətəndaşlara tövsiyə edirik ki, 1100 qaynar xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsinlər”.

Bakupost.az

Ramanada ağaclar kəsildi sənədsiz obyekt tikilib… İcra hakimiyyəti isə suallara cavab verimir…


Paytaxtın Xəzər rayonu, Ramana qəsəbəsi, Anar Mehdiyev küçəsində tikilən çayxana sakinlərin narazlığına səbəb olub.

XALQ-ın məlumatına görə, sakinlər iddia edirlər ki, rəsmi sənədi olmayan iaşə obyekti qanunsuz artırılıb, üstəlik, əraziyə toplaşanların səs küyü narahatlığa səbəb olur.

Həmçinin sözügedən ərazidə ağacların da kəsildiyi iddia olunur.

Lakin sahibkar səs-küylə bağlı olan şikayətləri təkzib edir. Onun sözlərinə görə, obyektdə səs-küyə səbəb olacaq heç nə yoxdur. Obyektin qanunsuz olmasına gəldikdə isə, sahibkar deyib ki, sənədlər aidiyyəti üzrə təqdim olunub və yaxın vaxtlarda çıxarış alacaq.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsək də, cavab ala bilmədik.

DİN-in Mətbuat xidmətnin əməkdaşı Elbrus İbrahimov isə bildirdi ki, qeyd olunan obyektdə səs-küylə əlaqədar sakinlərin müraciəti əsasında polis əməkdaşları tərəfindən araşdırma aparılıb və icarədara xəbərdarlıq edilib. Gələcəkdə bu kimi halların təkrarlanacağı təqdirdə barəsində əlavə məsuliyyət tədbirlərinin görüləcəyi onun diqqətinə çatdırılıb.

Ağacların kəsilməsi ilə bağlı iddialara gəldikdə isə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirildi ki, sözügedən ünvanda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb və təsdiqini tapıb.

Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı


Bir müddət bundan əvvəl millət vəkili Əlibala Məhərrəmzadəyə məxsus “A and J Holding”in mülkiyyətində olan “Şahdağ” hotel kompleksinin binasında qanunsuz tikinti aşkarlanması barədə xəbər təqdim etmişdik.

Quba şəhəri Lütfizadə küçəsində yerləşən həmin hotelin 6-cı mərtəbəsində layihədən kənar aparılan tikinti-quraşdırma işləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşkarlanmışdı. Məlumatın yayılmasından sonra millət vəkili mətbuat vasitəsi ilə bu xəbəri təkzib edən açıqlamalar verərək həmin hoteldə heç bir qanunsuz tikintinin olmadığını bəyan etmişdi.

Əlibala Məhərrəmzadənin mətbuat vasitəsi ilə cəmiyyətə bu xəbərin yalan olduğu barədə açıqlamalarının verildiyi 28 aprel tarixində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28 aprel 2026-cı il tarixli qərarı ilə bəhs etdiyimiz həmin hoteldəki tikinti-quraşdırma işlərinin dayandırılması barədə qərar çıxarılıb.

Hər yalan öz içində ifşasının tarixini daşıdığı kimi, Əlibala Məhərrəmzadənin də “qanunsuz deyil” açıqlamasını bəyan etdiyi həmin gündə, həmin tarixdə açıqlamanın yalan, tikintinin isə qanunsuz olduğu elan olundu.

Bu, FHN-nin deputat Əlibala Məhərrəmzadənin mənəvi mülkiyyətində, amma qardaşının adında olan “A and J Holding” barəsində elan etdiyi ilk qərar deyil. Şirkətin Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında inşa etdiyi tikililərin dayandırılması barədə 27 oktyabr 2023-cü il, 30 yanvar 2025-ci il və 19 noyabr 2025-ci il tarixli üç qərarı olmasına baxmayaraq, tikintilər davam etdirilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi artıq bu barədə FHN-nin əməliyyat-istintaq idarəsinə müraciət edib. Həmin faktla əlaqədar olaraq Quba RPŞ-nin istintaq bölməsində də cinayət işi açılıb, iş icraata götürülüb.“7Times.az”

VİDEO LİNKDƏ: https://xalq.online/fhn-i-deputat-elibala-meherremzadenin-qardasinin-qanunsuz-tikintilerini-dayandirdi

Xəbər lenti

“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55