Eldar Əzizov öz yerinə Elgin Həbibullayevi hazırlayır? - Detallar...


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun öz yerinə kadr hazırladığı iddia olunur.


Bizimesr.com-a daxil olan məlumatlara görə, paytaxt meri postuna gətirilməsi planlaşdırılan şəxs hazırda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı olan Elgin Həbibullayevdir.


İddialara əsasən, Eldar Əzizov uzun illərdir Elgin Həbibullayevi addım-addım irəli çəkərək onu Bakı meri postuna hazırlayır. Həbibullayevin siyasi və idarəçilik karyerasının bütün əsas mərhələləri məhz Eldar Əzizovun nəzarəti və dəstəyi ilə formalaşıb.


Belə ki, Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Elgin Həbibullayev 2012–2015-ci illərdə onun müavini vəzifəsində çalışıb. Daha sonra Əzizov Bakıya təyinat aldıqdan sonra Həbibullayevi də özü ilə paytaxta gətirib. O, 2018–2022-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparat rəhbəri postunda fəaliyyət göstərib.


Mənbələr bildirir ki, Eldar Əzizov hara təyin olunubsa, Elgin Həbibullayevi də yanında önəmli vəzifələrə gətirib və onu özünün ən yaxın kadrlarından biri kimi qoruyub.


İddialara görə, son dövrlər Bakıda baş verən subasma problemləri və digər qalmaqallı məsələlər zamanı Nərimanov rayonunun adının mediada xüsusi şəkildə arxa planda saxlanılması da təsadüfi deyil. Bildirilir ki, rayonla bağlı məsələlərin birbaşa Eldar Əzizov tərəfindən nəzarətə götürülməsi və müəyyən media resurslarında Elgin Həbibullayevin müdafiə olunması prosesi koordinasiyalı şəkildə həyata keçirilir.


Məlumata görə, yaxın aylarda Eldar Əzizovun vəzifədən uzaqlaşdırılması gözlənilir. İddia olunur ki, o, postunu özünə ən yaxın kadr hesab etdiyi Elgin Həbibullayevə təhvil vermək üçün ciddi fəaliyyət aparır.


Bizimesr.com

“Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? - HƏQİQƏTƏN DƏ...


“Kristal Abşeron” şirkətinin inşa etdiyi yaşayış kompleksləri ilə bağlı ciddi iddialar mövcuddur.

Məlumata görə inhisarçı şirkətin inşa etdiyi binaların keyfiyyəti ilə bağlı mübahisələr həmişə aktual olub. Xüsusilə də binaların zəlzələyə davamlılıq göstəriciləri, eləcə də keyfiyyətli tikinti materiallarından istifadə edilməsinə dair şübhələr vətəndaşları həmişə maraqlandıran məsələlər sırasında olub. Buna baxmayaraq, vətəndaşlara real dəyərindən dəfələrlə baha qiymətə təqdim edilən mənzillərin yerləşdiyi binalarla bağlı ictimai inam mövcud deyil. Sadəcə olaraq, alternativlərin yoxluğu və ya azlığı vətəndaşları “Kristal Abşeron”a üz tutmağa vadar edir. Şirkətin fəaliyyətində şəhərsalma və tikinti normativlərinin pozulması, eləcə də mənzil idarəçiliyi ilə bağlı narazılıqlar isə durmadan artmaqdadır. Bəzi yaşayış komplekslərində avtomobil yolları, piyada səkiləri və yol çiyinlərinin istifadəsi ilə bağlı qaydalara əməl olunmayıb. Müəyyən ərazilərdə qeyri-qanuni parklanma və yol sahələrinin məhdudlaşdırılması nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranır. Bu vəziyyətin bəzi hallarda yolun hərəkət hissəsinin bir neçə zolağının zəbt olunmasına qədər gətirib çıxardığı qeyd olunur. Mənzil idarəçiliyi ilə bağlı irəli sürülən iddialara əsasən, kommunal ödənişlərin toplanması və xərclənməsi üzrə şəffaf hesabatlılıq məsələləri də sual doğurur.

Xatırladaq ki, “Kristal Abşeron”un faktiki sahibi Milli Məclisin deputatı Ağalar Vəliyevdir.

SAVASHMEDİA.az

SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!


“Neftqaztikinti” trestinin işçiləri adından "DİA-AZ"a daxil olan müraciətdə SOCAR Prezidenti Rövşən Nəcəfə “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevdən şikayət olunur. Narazı işçilər bildirir ki, elə birbaşa olaraq Qağaməli müəllimin rəhbərliyi altında bu qurumda Əmək Məcəlləsinin bütün maddələri pozulur. Amma kimsə buna baxmır.

Müraciətdə daha sonra bildirilir: "Bu qurumda peşəkarlıq yalnız 12-ci dərəcəyə və yuxarı dərəcələrə verilir. 25- 30 il stajı, təcrübəsi olan işçilər də var ki, bu işdə canlarını qoyublar. Amma kimsə tərəfindən dəyərləndirilmir.

Gərək, Qağaməlinin adamı və yaxud da adamının adamı olasan... Dəniz şəraitdə işləyənlər və dərəcəsi 12-də aşağı olanlar peşəkarlıq imtiyazlarından məhrumdurlar. Olmazmı ki, bu imtiyazları staja görə versinlər... Bu ədalətsizlik deyilmi?"

Qeyd edək ki, işçilər bütün bunlarla yanaşı Rövşən Nəcəfə xitab edərək Qağaməli Seyfullayevin vəzifəsindən alınmasını da xahiş ediblər: "Əksər SOCAR qurumlarında islahat getsə də ... buralar unuduldu..."

Məsələyə qayıdacağıq. Bizi izləməyə davam edin...

Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ


Füzulinin inzibati ərazisi: 2 şəhər, 16 qəsəbə, 80 kənd - SİYAHI

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Füzuli Rayon Gigiyena və Epidemiologiya MərkəziFiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə Mətbəə və dəftərxana–təsərrüfat mallarının alınması ilə bağlı müqavilə bağlayıb. 06.05.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında Bir mənbədən olmaqla bağlanan müqavilənin dəyəri 7500 AZN-dir...

Bu istiqamətdə Füzulidəki oxucularımızın “Yenixeberorg”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var...Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə yuxarıda qeyd etdiyimiz kimi, Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzimüvafiq satınalma müsabiqəsi elan etmədən, bir mənbədən olmaqla Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə müqavilə bağlayıb.

Bu maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur:Füzuli Rayon Gigiyena və Epidemiologiya MərkəzininMətbəə və dəftərxana–təsərrüfat mallarının alınması ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzitərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Söhbət hansı ərzaq məhsullarından gedir?

Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu hansı üstünlükləri ilə seçilib? Və s...

Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə bağlı...

Bu şəxslə bağlı internet üzərindən apardığımız araşdırmalarla maraqlı faktlar üzə çıxdı:

Məlum oldu ki, adam elə ötən ay Azərbaycan Tibb Universiteti ilə də 4200 AZN-lik müqavilə bağlayıb. Bu müqavilə ilə universitet qarşı tərəfdən 60 ədəd dovşan, 1500 ədəd qurbağa alacaq...

Bu hələ harasıdır, sən demə Məmmədov Cavanşir Cahangir oğlu Fiziki Şəxs olmaqla bərabər həm də, “ANTİK GROUP C” Məhdud Məsuliyyətli Cəmiyyətin Qanuni təmsilçisidir(?) Xatırladaq ki, bu MMC-nin hüquqi ünvanı AZ4900, Saatlı rayonu, Əlisultanlı kəndidir. 7 may 2025-ci ildə dövlət qeydiyyatına alınan bu MMC-nin nizamnamə kapitalı isə 10 manatdır.
Göründüyü kimi, Məmmədov Cavanşir Cahangir oğlunun adı təkrar olunan bir sıra maliyyə əməliyyatlarında şübhə doğurmaqla, müəyyən araşdırmaları da zəruri edir...
Adı müxtəlif-bir-biri ilə uymayan malların təchizatçısı kimi hallanan bu şəxslə bağlı internet üzərindən heç bir əlaqə vasitəsinə rast olmaq da mümükün deyil?) Heç bir əlaqə vasitəsinin olmaması faktı da dövlət vəsaitinin belə bir şəxsə etibar edildiyinə ciddi şübhələri stimullaşdırır...


Dəxilsiz, təhdid qoxulu "cavablar"...

Biz Yenixeberorg.com olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru cənab Zülfüqar Əliyevəonline rəsmi sorğu ünvanladıq...

Aydın və azsaylı suallarımız isə belə idi:

1. Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilibmi? Əgər belə deyilsə, bu satınalmada “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunun 15-ci və 49-cu maddələrinin tələblərinə nə dərəcədə əməl edilib və bir mənbədən satınalma hansı zərurətdən olub?

2. Əgər satıalma elan olunubsa, satınalma komissiyasında neçə nümayəndəniz olub, kimlərdir və sədr kimdir?

3. Müsabiqədə neçə iddiaçı iştirak edib, hansılardır və Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu hansı üstünlükləri ilə qalib olub?

4. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun analoji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları haqqında hansı məlumatlarınız var?
5. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun son birildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyəhesabatı (Vergi borcu ilə bağlı.) və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı varmı?

6. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun müvafiq xidmətlər üzrə uyğunluq sertifikatları (Yaxud Lisenziyası) varmı, varsa hansı qurumlardan alınıb?

***
Təəssüf ki, sorğumuzda yer alan suallara aydınlıq gətirilmədi...Həm də nəinki suallarımız cavabsız qaldı, bizimlə telefon danışığında hörmətli direktor “nə istəyirsiniz yazın, getsin” kimi yumşaq desək anlaşılmaz ifadələrə üstünlük verdi(?)

(Baxmayaraq ki, sorğumuzda böyük ferma və restoranların qoxusu hiss olunmurdu. Bu haqda qarşıdakı günlərdə...Red.)

Mərkəzin baş mühasibi hörmətli Hörmət Səfərov isə direktorundan da irəli gedərək, sorğumuzdakı sualları “unudub da” dəxilsiz, bir az da təhdidi qoxulu “cavablara" üstünlük verdi(?)

Dövşan, qurbağa satan bir kimsədən mətbəə və dəftərxana–təsərrüfat malları alan tərəfdən bu sayaq cavablar təəssüf doğursa da, təəccüblü olmadı...

Hörmətlə xatırlatma...

Əvvəla, hörmətli direktora və baş mühasibə xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!

Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır...

Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.com)
Facebook-da paylaş

BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-PREZİDENTƏ MÜRACİƏT


Redaksiyamızın elektron poçtuna “Pilgrim Edu” MMC-nin direktoru Aisa Aslanova və şirkətin məsul şəxsi Leyla Mustafayeva tərəfindən ölkə prezidenti İlham Əliyevə müraciət daxil olub.

Müraciətin mətni ilə sizi tanış edirik:

Cənab prezident!

Sizin bütün sahələrdə verdiyiniz tövsiyələr yubanmadan öz bəhrəsini verməkdə davam edir. Təhsil sahəsində isə xüsusi diqqətiniz gənclərimizin daha da parlaq və savadlı yetişməsinə, Vətənə layiqli vətəndaş olacağına əminliklə zəmanət verir. Bunlardan əlavə xalqımızın maddi rifah halı durmadan yaxşılaşır, sosial sahədə də böyük nailiyyətlər qazanılır. Ölkəmizin hər bir guşəsi, hər bir yaşayış məntəqəsi inkişaf etmişdir. Bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir. Prezident olaraq müəyyən etdiyiniz iqtisadi inkişaf strategiyanız prioritetlərindəndir. Eyni zamanda ölkəmizdə azad sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə gətirib çıxarıb. Sahibkarlara ən yüksək şəkildə dəstək göstərilməsi dövlət siyasətinin əsas prinsiplərindən biridir. Bu dəstək müxtəlif formalarda özünü göstərir. Məlum olduğu kimi, son vaxtlar ölkədə həyata keçirilməkdə olan islahatlar, xüsusən də kadr islahatları sahəsində dinamika daha da artıb. Bir-birinin ardınca nazirliklərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi yeni düşüncəli, sağlam təfəkkürlü gənclərə etibar olunmağı hər birimizi sevindirir.

Cənab Prezident!

Sizə müraciət etməkdə məqsədimiz müəyyən özbaşınalıq, qanunsuzluqla bağlı səlahiyyətli şəxslərin diqqətini çəkmək və tədbir görülməsini xahiş etməkdir. Min bir əziyyət hesabına formalaşdırdığımız “Pilgrim Edu” MMC şirkəti xaricdə sığınacağ alan bir qrup şəxslər tərəfindən şantaja, böhtana, hədəyə məruz qalıb. Əslində, şirkətimizə yönələn hücümların təşkilatçısı məhz Azərbaycanda, bir sözlə dövlət qrumlarında çalışan şəxsdir. Bəli, konkret iftiralara, həqiqətə uyğun olmayan yalanlara və böhtanlara əsaslanan ittihamlar sözün əsl mənasında “Pilgrim Edu” MMC ailəsini şoka salıb.

Cənab Prezident!

Bir müddət öncə açıq platformadan sahibkarlara səsləndirdiyiniz məntiqli düşüncələri qeyd etməmək haqsızlıq olardı: “Kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”. Bəli, bu gün biz Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova tərəfindən müflis olduq. Tam qanuni fəaliyyət göstərən və eyni zaman da tələbələrin dövlət proqramı hesabına xarci universitetlərdə təhsil almaqlarına əlindən gələni əsirgəməyən “Pilgrim Edu” MMC şirkəti V. İsgəndərova tərəfindən çox acınacaqlı şəkildə zərbə aldı. Bu da bir növ həm şirkətimizə, həm də dövlətə qarşı ən böyük xəyanətdir. BDU-nun dosenti Vəfa İsgəndərovanın əməlləri tək bununla bitmir. Belə ki, Avropada siyası sığınacaq alan, özünü "Müqavimət Media" kimi elan edən Ruslan Əliyevlə məxfi sürətdə əməkdaşlığı üzə çıxıb. Təbii ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə ətraflı məlumat verimişik.

Cənab Prezident!

Dövlətə qarşı inqilab etmək istəyən, kommunist partiyalar yaradan, Ulu Öndərimiz Heydər Əliyev haqqında mənfi fikirlər yayan bir qrup siyası sığınacaq alan şəxslərlə üz-üzə qalmışıq. Həmən arzuolunmaz şəxslər ölkə gənclərini ətraflarına toplamaq üçün dövlətimizdə təmsil olunan bəzi məmurlardan istifadə etməyə çalışır. Yəni. açıq formada sosial mediadan gəncləri inqilaba dəvət edirlər. Təbii ki, Ruslan Əliyev və Fərid Rüstəmzadə Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərovadan təlimat aldığı məlum olub. Adı hallanan hər iki şəxsin hardan və necə maliyələşdiyi hər birimizə məlumdur. Bizdə olan məlumatlara görə, ölkənin bir neçə universitetində çalışan müəllimlər tələbələri həmən qeyri-ciddi platforma sayılan"Muqavimət Media"sına cəlb edirlər.

Cənab Prezident!

Bakı Dövlət Universitetinin dosenti V. İsgəndərova ölkədə xaos yaratmaqla, narazı kütlənin artmasına və onları bir başa Avropada siyası sığınacaq alan şəxslərə yönləndirməsi diqqət çəkən məqamlardandır. Diqqətinizə çatdırmaq istəyirik ki, gənclərin “Müqavimət Media” kimi qeyri-rəsmi və mübahisəli platformalara istiqaməti məhz Vəfa İsgəndərovanın "xüsusi xidmətidir". Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçivan üzrə nümayindəsinin müdri hansı təfəkküllə xəyanət metodunu seçib? Həqiqətəndə dövlətə sədaqətlə xidmət edən şəxs öz prezidentinə, dövlət qanunlarına sadiq olmalıdır.

Cənab Prezident!

Qüdrətli dövlətimizin sizin kimi rəhbər və müdrik prezidenti var. Bəzən prezidentə məktub yazdığı üçün yerlərdəki məmurlar tərəfindən təzyiqə məruz qalan vətəndaşların olması bizi heç nədən çəkindirməyir. Ona görə də bir başa sizlərə üz tutub müraciətimizi edirik. Sizin medianı yaxından izləməyiniz sözün həqiqi mənasında böyük alqışlara səbəb olub. Xahiş edirik ki, BDU-nin dosenti Vəfa İsgəndərovanın Avropa ilə bütün əlaqələri dərindən araşdırılsın. İmkan vermərik ki, Azərbaycanın suveren və müstəqil dövləti bir qrup nankorlar tərəfindən zərbə altına düşsün. Əlbətdə ki, bu yöndə sizin ətrafınızda sıx birləşən ölkə vətəndaşlarının sıralarında bizlərdə varıq. Öz növbəmizdə “Pilgrim Edu” MMC şirkəti adından Sizə öz dərin təşəkkürümüzü bildiririk.(Mənbə: demiryumruq.az)

Hörmətlə, “Pilgrim Edu” MMC-nin direktoru Aisa Aslanova,

Şirkətin məsul şəxsi Leyla Musatafayeva
Yenixeberorg.com

Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar



Bir neçə gün əvvəl Hesablama Palatasının 2025-ci ilin planına uyğun olaraq “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi üzrə həyata keçirdiyi auditin nəticələri hələ də müzakirə olunur. Qeyd edək ki, Palatanın apardığı audit zamanı bir sıra maliyyə və idarəetmə nöqsanları aşkarlanıb.

Audit hesabatında qeyd olunur ki, 2024-cü ildən qalan istifadə olunmamış vəsaitlər və dövlət əmlakının satışından daxil olan məbləğlər nəzərə alınmadan 2025-ci il üzrə bağlanmış müqavilələrin maliyyələşdirilməsi həyata keçirilib. Bu isə dövlət vəsaitlərinin idarə edilməsində səmərəlilik və planlaşdırma baxımından ciddi suallar doğurub.

Məlumata görə, hazırda “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovun fəaliyyəti ilə bağlı araşdırmalar aparılır. İddia olunur ki, audit hesabatında qeyd olunan faktların hər biri aidiyyəti üzrə yoxlanılır

Hesabatda diqqət çəkən əsas məqamlardan biri qurumun vəzifə öhdəliklərinə aid olmayan istiqamətlərə vəsait yönəldilməsi və əməkhaqqı üzrə artıq ödənişlərə yol verilməsi ilə bağlıdır. Eyni zamanda bəzi maliyyə əməliyyatlarının təsdiqedici sənədlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyi, nəticədə həmin əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilmədiyi vurğulanıb. Audit zamanı vergi qanunvericiliyinin tələblərinin pozulduğu və maliyyə intizamında boşluqların olduğu da qeyd edilib.

Tikinti və layihələndirmə sahəsində də ciddi nöqsanların aşkarlandığı bildirilir. Hesabatda qeyd olunur ki, bəzi obyektlərin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi zamanı normativ tələblərdən kənara çıxılıb.

Qeyd edilir ki, bu hallar satınalma işlərinin ümumi həcmi və dəyərinin süni şəkildə artmasına səbəb olub. Xüsusilə 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evləri üzrə layihələrdə oxşar problemlərin ehtimal dəyərinin yüksəlməsinə gətirib çıxardığı bildirilir.

İcra olunmamış vəsaitlərin qurumun hesabına köçürülməsi nəticəsində iri məbləğlərin bank hesablarında saxlanıldığı, həmin vəsaitlərin əsas hissəsinin aşağı faizlə depozitə yerləşdirildiyi, bir hissəsinin isə istifadəsiz qaldığı bildirilir. Auditə görə, nəticədə müəyyən gəlir əldə olunsa da, dövlət vəsaitlərinin gəlirlilik potensialından tam istifadə edilməyib.

Bizimesr.com-a daxil olan məlumata görə, araşdırmalar yalnız audit hesabatında göstərilən maliyyə və idarəetmə məsələləri ilə məhdudlaşmır. İddialara əsasən, Leysan Məmmədovun nəzarətində olduğu deyilən bəzi tikinti şirkətlərinin fəaliyyəti də diqqət mərkəzinə götürülüb və onların dövlət layihələri ilə əlaqələri araşdırılır. Hazırda bu istiqamətdə müvafiq qurumlar tərəfindən sənədlərin təhlili və maliyyə əməliyyatlarının yoxlanılması prosesi davam etdirilir.

Bildirilir ki, aparılan araşdırmaların nəticəsindən asılı olaraq Leysan Məmmədovun gələcək fəaliyyəti ilə bağlı qərarların verilməsi mümkündür. Bununla yanaşı, hazırkı mərhələdə rəsmi qurumlar tərəfindən yekun hüquqi qərarın açıqlanmadığı və araşdırmaların davam etdiyi vurğulanır.

Qeyd edək ki, Məmmədov Leysan Novruz oğlu hazırda “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktorudur. O, bu vəzifədən əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Eyni zamanda 2006–2021-ci illərdə Gənclər və İdman Nazirliyinin müxtəlif strukturlarında fəaliyyət göstərib.

Hazırda Leysan Məmmədov Ağdam və Füzuli şəhərlərində həyata keçirilən iri infrastruktur layihələrinin, yaşayış məhəllələrinin inşasının və tender proseslərinin idarə olunmasına məsul şəxslərdən biri hesab olunur.

Bizimesr.com

Xəbər lenti

Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?
09:20
Rusiya Ukraynanı vurdu - Ölənlər var
08:55
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06