Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi


İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Məhəmməd Möhbər BƏƏ və Küveytlə bağlı sərt açıqlama verib.

O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu ölkələrin ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) dəstək verdiyini iddia edib.

Möhbər bildirib ki, İran uzun illər BƏƏ və Küveytə dost və qardaş münasibəti göstərib: “Onlar isə əvvəlcədən öz suverenliklərini sataraq hətta torpaqlarını və evlərini Fələstin və İranın düşmənlərinin ixtiyarına veriblər”.

Xameneinin müşaviri qeyd edib ki, İranın son qarşıdurma zamanı CENTCOM-un bölgədəki bazalarına reaksiyası tammiqyaslı olmayıb.

“İslam Respublikasının son total müharibə zamanı CENTCOM-un icarəyə götürülmüş forpostlarına cavabı tammiqyaslı olmadı. Lakin bu təmkin, şübhəsiz ki, əbədi olmayacaq”, - deyə o vurğulayıb.

Peskov türk dilini necə öyrənməsindən danışdı


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov institutda təhsil aldığı dövrdə türk dilini necə öyrənməyə başladığı barədə danışıb.

O, bu barədə Rusiyanın "Birinci kanal"a müsahibəsində danışıb.

Onun sözlərinə görə, bölgü sınaqlarından uğurla keçmək tələbələrə öyrənmək istədikləri dilləri özlərinin seçməsinə imkan verirdi:

"Hətta ikinci dəfə mən dili özüm seçmək hüququ əldə etmək üçün lazımi miqdarda bal toplamadım. Mən ərəb dilini öyrənmək istəyirdim. Aşağı nəticələrə görə mənə cəza olaraq məcburi şəkildə türk dilini verdilər. Amma cəmi bir neçə il türk dili və bütövlükdə türkologiya ilə məşğul olduqdan sonra mən əslində başa düşdüm ki, bu çox yaxşı olub".

Qeyd edək ki, Dmitri Peskov 1989-cu ildə Moskva Dövlət Universitetinin nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutunu bitirib və dərhal SSRİ Xarici İşlər Nazirliyində işə götürülüb.

4 ayda 52 min şəxs işlə təmin olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 139,3 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Onlardan 52 min şəxs münasib işlərlə təmin olunub, 254 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

5,6 min nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 81,5 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Ordular hazır vəziyyətə gətirildi: ABŞ-İran savaşı hər an başlaya bilər


ABŞ və İran arasında davam edən “təkliflər oyunu” başa çatmaq üzrədir.


Artıq hər iki tərəf danışıqlar üçün şərtlərini açıqlayıb.


Bundan başqa, nə İran, nə də ABŞ bir birilərinin təkliflərini qəbul etməyiblər. Dünən ABŞ İranın münaqişənin mümkün həlli ilə bağlı 14 maddəlik planını rədd edib.


“New York Times” qəzeti isə Ağ Evdəki mənbələrinə istinadən xəbər verir ki, ABŞ və İsrail hücumların yenidən başlaması üçün intensiv hazırlıqlara start veriblər. Nəşr qeyd edib ki, yaxın günlərdə hərbi əməliyyatların başlanması reallaşa bilər.


Bu sənada, ABŞ prezidenti Donald Tramp da bir neçə fikir səsləndirib. O qeyd edib ki, nüvə tozunu təmizləmək üçün lazım gələrsə, İrana girəcəklər. “Onlar tamamilə məğlub olacaqlar və bizim üçün heç bir təhlükə olmayacaq”.


Tramp daha sonra vurğulayıb ki, İranda bəzi “təmizləmə işləri” həyata keçirmək fikirləri var. “İranda bir az təmizləmə işi aparmalı ola bilərik, çünki necə deyərlər, bir aylıq atəşkəsimiz var idi. Lazım gələrsə, İranın qalan infrastrukturunu iki gün ərzində məhv edəcəyik”.

İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir?


Siyəzən rayon İcra Hakimiyyətinin keçirmək istədiyi 3 tenderin hamısı ləğv edilib.

Bu barədə rəsmi mənbələrdə məlumat yayılıb.

Məlumatda bildirilir ki, İcra Hakimiyyəti ləğv edilən tenderlərdən biri Siyəzən şəhərinin şəhər daxili yollarının əsaslı təmir işləri ilə bağlı olub. 212 min 888 manatlıq büdcəyə əsaslanan təmir işlərinin dayadırılmasının səbəbi isə qanunvericiliyin tələbinin pozulması olub.

İkinci tender isə Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 17, 19, 23 nömrəli binaların əsaslı təmirini ehtiva edib. 29 min 289 manatlıq layihənin dayandırılması da hazırlanan sənədlərin və iştirakçı sayının 3-dən az olması olub.

Rayondakı üçüncü tender isə Mədəniyyət Nazirliyinin reallaşdırmaq istədiyi təmirlə bağlı olub. Belə ki, nazirliyin tabeliyində olan Əsaslı Tinkinti və Təchizat MMC Siyəzən rayon Heydər Əliyev Mərkəzinin cari təmir işləri ilə bağlı xidmətinin satın alınmasını reallaşdırmaq istəyib. Bunun üçün 25 min 876 manat vəsait ayırmağı da nəzərədə tutub. Lakin nəticələr ləğv edilib.

Rayondan Tribuna.az-a verilən məlumatlarda ard-arda tenderlərin ləğv edilməsinin əsas səbəbinin icra başçısı Novruz Novruzovdan qaynaqlandığı bildirilir. Mənbələr qeyd edirlər ki, son zamanlar hakimiyyət dairələrinin icra başçısına etimadları azalıb. Həmçinin onun yaşlı olması səbəbindən artıq uzaqlaşdırılması prosesinə də start verilib. Bu səbəbdən də rayondakı bütün işlərin hamısı dayandırılıb.

İddia edilir ki, Siyəzəndə bütün işlər yaxın günlərdə yeni təyinat alacaq icra başçısı tərəfindən görüləcək. Novruzovun isə bu ayın sonuna kimi, postundan gedəcəyi gözlənilir.(Tribuna.az)

Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...


"Şikayətim Seylab.az-dandır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Orxan Kərim adlı istifadəçi yazır.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir (mətni olduğu kimi təqdim edirik -red.): "Mən bir neçə il idi sizin müştəriniz idim. Periodik sizdən su sifariş verirdim. Nədi-nədi bir dəfə boş bidonları qapıya qoymaq yadımdan çıxdı. Dedim: eybi yox da, indi bir dəfə işdi də olub, siz mənim suyumu qoyun qapıya, gələn dəfə sifariş verəndə 2 su verib, 4 boş bidon götürərsiniz. Qaçmıram ki, illərdir müştərinizəm. Sizin şirkət qaraçılıq elədi. Ucuz apardı özünü. 2 bidona görə illərdir ondan sifariş edən müştərisinin anadan əmdiyi südü burnundan gətirdi. Gün verdi işıq vermədi. Bir işçi ilə razılaşdım, o biri zəng elədi, o biri ilə danışdım, o biri zəng elədi. Səhər demədiniz, axşam demədiniz, şənbə demədiniz, iş günü demədiniz zırtazırt zəng elədiniz. İllərdir loyal müştərinizi itirdiniz.

İndi mən susundan yanaram və dünyadaki yeganə su təchizatçısı siz qalsanız, susundan yanmağı seçərəm, nəinki sizin kimi qaraçı şirkətdən su sifariş verməyi..."

“Azərlotereya”nın sahibi “Demirören”in KİRLİ DOSYESİ: Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ


Xəbər verdiyimiz kimi, “Azərlotereya” ASC-nin rəsmi internet səhifəsindəki “Hesabatlar” bölməsində son dövrlərə dair məlumatlar yoxdur və yalnız 2018-2024-cü illəri əhatə edən arxiv sənədləri mövcuddur.
Eləcə də, son təqdim olunan hesabatını (2024-cü il) analiz edərkən qeyd etmişdik ki, “Azərlotereya” ASC-nin 2024-cü il hesabatı mənfəətin 84%-nin dividend kimi çıxarılması, debitor borcların 13,9 milyon manata yüksəlməsi, reklam və İT xərclərinin kəskin artması nəticəsində şirkətin real likvidlik vəziyyətinin zəiflədiyini sübut edir.
32gun.az Türkiyə mətbuatı və rəsmi məhkəmə qeydlərinə istinadən, holdinqlərin pərdəarxası ticari müharibələrini, maliyyə skandallarını və bu iqtisadi imperiyanın qaranlıq tərəflərini təqdim edir. Araşdırmada Türkiyənin ən böyük korporasiyalarından biri olan “Demirören Holding” və onun rəhbər şəxslərinin son illərdə gündəmdən düşməyən nəhəng borcları, qarşılıqsız çekləri, rəsmi iflasları və mülk davaları yer alır.

Milyardlıq Satınalma və Ziraat Bankının “Yaşıl Zona” çıxılmazı
Hər şey 2018-ci ildə Demirören Qrupunun Doğan Medya Grubu-nu 895 milyon dollara satın alması ilə başladı. Bu nəhəng alış üçün dövlətə məxsus Ziraat Bankasından yüz milyonlarla dollar kredit götürüldü. Lakin holdinq bu nəhəng borcu ödəməkdə çətinlik çəkdi və mətbuata sızan rəsmi hesabatlara görə, borcun cəmi 3,2%-i geri qaytarıla bildi.

Bəs borcun əvəzinə nə verildi?
Holdinq nagd pul əvəzinə İstanbulun ən prestijli ərazilərindən sayılan Göktürkdəki Kemer Country qolf sahələrini və torpaqlarını banka dövr etdi. Ziraat Bankası bu torpaqları tikintiyə açaraq pulunu çıxarmaq istəsə də, ərazi sakinlərinin açdığı iddialar nəticəsində məhkəmə şok qərar verdi: Bu ərazilər tikintiyə qapalı “yaşıl zona” elan edildi. Alınan qərarla dövlət bankının əlində yüz milyonlarla dollarlıq “istifadəsiz” torpaq sahəsi qaldı və bu durum böyük korporativ fırıldaqçılıq skandalı kimi qiymətləndirildi.

Holdinqdə ŞOK: Kiçik qardaş həbsxanada və rəsmən iflas etdi!
Ailə daxilindəki ən böyük maliyyə zərbəsi isə “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Dəmirörənin kiçik qardaşı, “Demirören Holding”in İdarə Heyətinin üzvü Fikret Tayfun Demirörəndən gəlib. Tayfun Demirörenin şəxsi biznes fəaliyyətləri zamanı bazara buraxdığı ümumilikdə 66 milyon 770 min lirəlik çeklərin qarşılıqsız çıxması onun həbsi ilə nəticələnmişdi.

Milyonçu varis qarşılıqsız çek ittihamı ilə həbs olunaraq dəmir barmaqlıqlar arxasına göndərildi. Bunun ardınca İstanbul 1-ci Asliye Ticaret Məhkəməsi həm Tayfun Demirörenin şəxsən, həm də ona məxsus “Mikare Gayrimenkul” şirkətinin rəsmi iflasına qərar verdi.

Hadisə o qədər böyüdü ki, Demirören Holding təcili bəyanat yayaraq, “Tayfun Demirörenin borclarının holdinqimizlə hüquqi bağı yoxdur” deyərək öz doğma qardaşlarından imtina etmək məcburiyyətində qaldılar.
Tayfun Demirörenin maliyyə uğursuzluqları təkcə Türkiyə ilə məhdudlaşmırdı. Onun Almaniyanın paytaxtı Berlində qurduğu tikinti və daşınmaz əmlak layihələri üçün Avropa banklarından aldığı 240 milyon avroluq nəhəng kreditlərin də batdığı ortaya çıxdı. Alman məhkəmələri heç bir güzəşt etmədən layihələri əlində partlayan Demirörenin xaricdəki fəaliyyətinə də rəsmən son qoydu.
Aydın Doğan ilə Gizli Səhm Müharibələri və Jurnalistlərin notarius vasitəsilə qovulması
“Doğan Medya” satılsa da, holdinq ilə Aydın Doğan arasındakı pərdəarxası məhkəmə çəkişmələri bitmədi. Demirören Qrupu, satınalma müqaviləsindən sonra ortaya çıxan keçmiş vergi və işçi təzminat borclarını Aydın Doğanın ödəməli olduğunu idda edərək məhkəmə davası açdı.
Bu ticari çəkişmələrin qurbanı isə illərini “Hürriyet” qəzetinə vermiş işçilər oldu. Holdinq idarəçiliyi, həmkarlar ittifaqına üzv olan 45-dən çox tanınmış jurnalisti evlərinə notarius vasitəsilə (poçt) bildiriş göndərərək bir gecədə işdən qovdu. İşçilərin qanuni təzminatlarının illərlə ödənilməməsi mətbuat dünyasında ən böyük korporativ rəzalətlərdən biri kimi qeydə alındı.
Şans oyunlarında gizli vergi güzəştləri lobbiçiliyi
Holdinqin ən böyük gəlir qapısı sayılan Milli Piyango və “İddaa” kimi şans oyunları platformalarında da ciddi maliyyə ziddiyyətləri yaşandı. İqtisadiyyat mətbuatına sızan məlumatlara görə, şirkətin qumar dövriyyəsindən əldə etdiyi gəlirlərin KDV (ƏDV) və digər vergilərdən azad edilməsi və ya dərəcələrin minimuma endirilməsi üçün pərdəarxası böyük bir lobbiçilik fəaliyyəti yürüdülüb. Bu imtiyaz cəhdləri digər özəl sektor subyektləri arasında haqsız rəqabət iddialarına yol açıb.

Sərvətin Gizli Marşrutu: Pandora sənədləri
Türkiyədə dövlət banklarına olan borcların ödənilmədiyi, işçilərin təzminatlarının gecikdirildiyi bir vaxtda, beynəlxalq araşdırmaçı jurnalistlərin üzə çıxardığı Pandora Papers sənədləri ailənin gizli sərvət marşrutunu ifşa etdi. Sənədlərə görə, Yıldırım Demirörenin həyat yoldaşı Revna Demirören və iflas edən qardaşı Tayfun Demirören, vergi cənnəti olan Britaniya Virciniya Adaları üzərindən Londonda milyonlarla funt-sterlinq dəyərində lüks mülklər və ofşor şirkətlər satın alıblar.

Sedat Pekerin Şok İfşaları: Sərvət Üçün Törədilən Qorxunc Qətl İddiası
Sedat Peker, Demirören ailəsinin qurucusu Erdoğan Demirörenin 1980-ci illərdə yunan əsilli iş adamı Yorgi Papadolosu qətlə yetirərək bütün mülklərinə qanunsuz şəkildə əl qoyduğunu və bu məlumatların 1987-ci il MİT hesabatında yer aldığını iddia edib. O, həmçinin ailənin “Milangaz” şirkətini real sahibi Şevki Kurtkayanı mafioz üsullarla təhdid edərək əllərindən aldığını önə sürüb. Pekerin digər şok iddiasına görə holdinq, zərərlə işləyən TOTAL yanacaqdoldurma şəbəkəsini hərbi fond olan OYAK-a həddindən artıq baha qiymətə sataraq haqsız qazanc əldə edib. Son olaraq o, Yıldırım Demirörenin dövlət bankına olan 750 milyon dollarlıq borcunu ödəmədiyi halda, başqa iş adamından lüks təyyarə və yaxta satın alaraq asudə və dəbdəbəli həyat yaşadığını ifşa edib.
*Nəticədə bunu göstərir ki, Türkiyənin ən parlaq media və enerji imperiyalarından biri kimi görünən Demirören Qrupu, pərdə arxasında qarşılıqsız çeklər, şəxsi iflaslar, ödənilməyən dövlət kreditləri və ofşor hesablarla zəncirvari bir maliyyə böhranının içində üzməyə davam edir .32gun.az

Xəbər lenti

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
09:42
İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
09:25