“Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” – AİB sədrindən sensasion açıqlama


"Tibbi dərmanlar və tibb xidməti sahəsində ölkədə ciddi problemlər yaşanır. Azad İstehlakçılar Birliyinə müraciət edən istehlakçılar, həmçinin ictimaiyyət qarşısında danışmaqdan çəkinən, lakin sağlam düşüncəli həkimlər mənə bu sahə ilə bağlı çoxsaylı məlumatlar verirlər. Görünən odur ki, bu problemlər kifayət qədər dərinə işləyib".

Bu fikirləri Moderator.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirib.

Eyyub Hüseynov vurğulayıb ki, əvvəla, dərman məsələsinə toxunmaq istəyirəm. Müəyyən dərmanlar ölkəyə gətirilir və insanlar uzun müddət həmin dərmanlarla müalicə olunurlar:

"Məsələn, şərti olaraq A dərmanını götürək. İnsanlar həmin dərmana öyrəşdikdən sonra bazarda rəqabət aparan bəzi şirkətlər müxtəlif yollarla onun satışının qarşısını alırlar. Nəticədə ölkədə həmin dərmanın qıtlığı yaranır. İstehlakçılar bunu gündəlik həyatlarında hiss edir və çıxış yolu kimi dərmanı xaricdən gətirtməyə çalışırlar. Halbuki əksər hallarda bunun arxasında dərman şirkətləri arasındakı rəqabət dayanır. A dərmanının bazardan sıxışdırılıb çıxarılması və onun yerinə B dərmanının təqdim olunması halları baş verir. Dərmanların keyfiyyəti və təsirliliyi ilə bağlı ictimai rəydə çoxlu narazılıqlar mövcuddur. Mən hesab edirəm ki, bu məsələdə ictimai rəy ən ciddi göstəricilərdən biridir. Dərmanların təsirsizliyi ilə bağlı ən diqqətçəkən nümunələrdən biri də ölkədə fəaliyyət göstərən alman aptekləridir.

Onlar açıq şəkildə deməsələr də, faktiki olaraq belə bir təsəvvür formalaşıb ki, baha satılan dərmanlar daha keyfiyyətli, digər apteklərdə satılan daha ucuz dərmanlar isə təsirsizdir. İnsanlar da bunu öz təcrübələrində hiss etdiklərini bildirirlər. Ölkədə dərmanların yan təsirlərinin öyrənilməsi istiqamətində ciddi boşluqlar mövcuddur. Hər hansı bir dərman ölkəyə gətirilərkən onun distribüterləri və ya rəsmi nümayəndələri fəaliyyət göstərirlər. Azərbaycanda da belə şirkətlər var. Onların əsas vəzifələrindən biri dərmanların yan təsirlərini izləmək və bununla bağlı məlumatları istehsalçı şirkətlərə ötürməkdir. Əslində belə olmalıdır.

Çünki eyni dərman müxtəlif ölkələrdə yaşayan insanlara fərqli təsir göstərə bilər. Məsələn, Afrikada yaşayan insan üçün uyğun olan dərman Azərbaycanda yaşayan insanlarda fərqli reaksiyalar yarada bilər. Buna görə də yan təsirlər öyrənilməli, məlumatlar baş ofisə göndərilməli və zərurət yarandıqda dərmanın tərkibində dəyişikliklər aparılmalıdır. Bu işdə tibb müəssisələrinin və həkimlərin də böyük rolu var. Lakin təəssüf ki, bu istiqamətdə sistemli fəaliyyət görünmür. Nəticədə bir ölkədə istifadə olunan dərman heç bir əlavə araşdırma aparılmadan Azərbaycanda da satışa çıxarılır və proses bu şəkildə davam edir".

Sədr qeyd edib ki, dərmanların qiyməti məsələsi də ayrıca problemdir. Dövlət üç mindən çox dərmanın qiymətini tənzimləyib:

"Buna baxmayaraq, bəzi dərmanlar həm qonşu, həm də uzaq ölkələrlə müqayisədə Azərbaycanda dəfələrlə baha satılır. Məsələn, Qalusmet Azərbaycanda 75 manat olduğu halda, Türkiyədə 15 manat, Filippində 38 manat, İspaniyada isə 40 manatdır. Bu kimi anormal qiymət fərqləri mövcuddur. Halbuki qiymətlərin tənzimlənməsinin məqsədi insanların dərmanlara əlçatanlığını təmin etməkdir. Ölkədə apteklərin sayı da diqqət çəkir. Ümumi müqayisə aparsaq, aptek şəbəkəsi bir çox ölkələrlə müqayisədə xeyli genişdir. Apteklərdə daim növbələrin şahidi oluruq. Deməli, tələbat çox böyükdür. Amma bu tələbatın səbəbləri ciddi şəkildə araşdırılmır. Bunun səbəbi qida məhsullarıdır, ətraf mühitdir, həyat tərzidir, yoxsa dərmanların effektiv olmamasıdır, bu suallara cavab axtaran yoxdur.

Mənim ən çox narazı qaldığım sahələrdən biri də həkim icması ilə bağlıdır. Bu sahədə çox sağlam düşüncəli, vicdanlı insanlar var. Lakin onlar danışmağa çəkinirlər. Bu gün belə bir həkim mənə dedi ki, dərman şirkətlərini qapıdan qovuruq, pəncərədən geri qayıdırlar. Həkimlərə təklif edirlər ki, müəyyən dərmanları xəstələrə yazsınlar və bunun müqabilində satışdan faiz alsınlar. Hətta bəzi hallarda tanınmış və insanların güvəndiyi həkimlərin adından istifadə edilərək reseptlər hazırlanır.

Dərman şirkətlərinin məşhur həkimlərlə xüsusi əməkdaşlıq qurmağa çalışması da müşahidə olunur. Eyni zamanda, həkimlər arasında xəstə yönləndirməsi üzərindən qurulan münasibətlər də mövcuddur. Məsələn, uroloqun qəbuluna gələn pasiyentlə bağlı başqa bir cərrahla əlaqə yaradılır və xəstənin həmin həkimə yönləndirilməsi qarşılığında müəyyən faiz vəd edilir. Belə hallar pasiyentin maraqlarından daha çox kommersiya maraqlarının önə keçdiyini göstərir.

Pasiyentlərin lüzumsuz analiz və ekspertizalara göndərilməsi də geniş yayılmış problemlərdəndir. Həkimlər əksər hallarda əməkdaşlıq etdikləri laboratoriyalara və ya klinikalara üstünlük verirlər. Pasiyent başqa bir laboratoriyada analiz versə belə, onun nəticələri qəbul edilmir. Həkim həmin sənədləri kənara qoyaraq pasiyenti yenidən özünün tövsiyə etdiyi mərkəzə göndərir. Xüsusilə reklam olunan bəzi həkimlər arasında bu halların daha çox müşahidə olunduğu bildirilir. Ekspertizaların qiyməti isə kifayət qədər yüksəkdir. Mən hələ laboratoriyalarda istifadə olunan reaktivlərin keyfiyyəti, cihazların texniki vəziyyəti və kalibrlənməsi kimi məsələlərə toxunmuram. Bunlar da ayrıca araşdırılmalı olan problemlərdir".

Eyyub Hüseynov fikirlərinə əlavə edərək bildirib ki, ölkədə ürəyin şuntlanması əməliyyatları ilə bağlı da ciddi narazılıqlar mövcuddur. Bu sahə artıq müəyyən mənada gəlir gətirən tibbi biznes istiqamətinə çevrilib:

"Bəzi hallarda fərqli səbəblərdən yaranan ağrılar şuntlama əməliyyatı üçün əsas kimi təqdim edilir. Azad İstehlakçılar Birliyinə müraciət edən və şuntlama əməliyyatı keçirmiş şəxslər arasında əməliyyatdan sonra da ağrılarının davam etdiyini bildirən insanlar var. Təəssüf ki, sağlam düşüncəli həkimlər bir araya gələ bilmirlər. Onlarla söhbət zamanı tez-tez belə bir fikir səslənir ki, səslərini yalnız o halda çıxararlar ki, onların səsinə dəstək verən qüvvə olsun. Nəticədə məsələ yenə də məhkəmə müstəvisinə çıxır. Mən hesab edirəm ki, tibb sahəsi üzrə ixtisaslaşmış məhkəmələrin yaradılmasına ehtiyac var.

İnsanlar böyük məbləğlər ödəyərək yaxınlarını klinikalara etibar edirlər, lakin bəzi hallarda onları itirirlər. Bundan sonra nə ödənilən vəsaitin geri qaytarılması mümkündür, nə də ədalətli hüquqi nəticə əldə olunur. Qaldırılan məhkəmə iddialarının da çox vaxt nəticəsiz qalması insanlarda ümidsizlik yaradır. Buna görə müstəqil ekspertiza institutları və ixtisaslaşmış məhkəmə mexanizmləri formalaşdırılmalıdır.Tibb sürətlə biznesləşir və sağlam niyyətli tibb işçiləri bu çirklənmiş mühitdə fəaliyyət göstərməkdə çətinlik çəkirlər. Onlar səslərini çıxarmaq istəsələr də, müxtəlif səbəblərdən bunu edə bilmirlər.

Mən sağlam düşüncəli insanları, peşəkar tibb işçilərini və bu sahəyə nəzarət edən dövlət qurumlarını ciddi islahatlar aparmağa çağırıram. Bu sahədə vətəndaş narazılığı kifayət qədər yüksəkdir. Dərman biznesində, tibbi xidmətlərdə və həkim fəaliyyəti ilə bağlı münasibətlərdə şəffaflıq təmin edilməlidir.
Təxminən on beş il əvvəl parlamentdə “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə bir oxunuşdan keçdi və sonradan gündəmdən kənarda qaldı. Mən uzun müddət gözləyirdim ki, həmin qanun qəbul ediləcək və pasiyentlərin hüquqlarının müdafiəsi istiqamətində real mexanizmlər formalaşacaq.

Təəssüf ki, bu gün də belə bir qanun mövcud deyil. Bu problemlərə zəhərlənmə halları da daxildir. Otuz il ərzində Azad İstehlakçılar Birliyi bir nəfər Azərbaycan həkimindən belə rəsmi sənəd ala bilməyib ki, həmin şəxsin konkret olaraq nədən zəhərləndiyi göstərilsin. Həkimlər çox vaxt belə rəyləri yazmaqdan çəkinirlər.
Halbuki belə sənədlər olarsa, məhkəmə iddiaları qaldırmaq, məsul tərəfdən kompensasiya almaq və zərərçəkmiş istehlakçının hüquqlarını bərpa etmək mümkün olar. Təəssüf ki, bu məsələlərin böyük hissəsi hələ də açıq qalır".(Moderator.az)

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbik edib.

Bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.

Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin tədris laboratoriyaları və STEAM mərkəzləri üçün böyük həcmdə avadanlıqların satın alınması məqsədilə tender elan edib.

Siyahıda məktəblilər üçün yüzlərlə "balıq skeleti", buğda çiçəyi, insan beyni, burun və böyrək maketləri, həmçinin müxtəlif kimyəvi elementlərin kristallik qəfəs modelləri və filiz kolleksiyaları yer alıb.

Şagirdlərin əyani vəsaitlərlə təmin edilməsi və STEAM mərkəzlərinin qurulması məqsədi daşıyan bu genişmiqyaslı satınalma üçün büdcədən fantastik məbləğ — tam 7 milyon 413 min 507 manat 70 qəpik vəsait ayrılıb.

Qeyd edək ki, İdarənin müdiri Valeh Mirzalıyevdir.

32gun.az

“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...


Özünü “Avto Kredit”, "Avto Zirvə" təşkilatı adlandıran bir qrup şəxs müxtəlif avtomobilləri girov saxlamaqla vətəndaşlara yüksək faizlə sələmə pul verirlər.

Azərbaycanda son illər avtomobil krediti, yaxud lizinq, girovu ilə pul verilməsi artıb. Sosial şəbəkələrdə reklam olunan müxtəlif təşkilatlar avtomobili girov saxlamaqla vətəndaşlarla yüksək faizlə pul verilir. Qanunla qadağan olunmasına baxmayaraq sosial şəbəkələrdə bir çoxları açıq-aşkar bu fəaliyyətlərini reklam etməklə məşğuldurlar.
AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə qanunusuz lizinq fəaliyyəti ilə məşğul olan təşkilatlar “Avto Kredit”, "Avto Zirvə" adlı qurumdur. Məlumata görə, “Avto Kredit”, "Avto Zirvə" adlı təşkilatın icazə lisenziyasının olmamasına baxmayaraq, bu qurum vətəndaşların avtomobillərini girov saxlayaraq yüksək faizlə sələmə (kreditə) pul verir.
Adı çəkilən qanunsuz təşkilatların reklamlarını sosial şəbəkələrdə Amil və Niyaməddin adlı şəxslər həyata keçirirlər. Məlumata görə, Amil və Niyaməddin adlı şəxslərin reklam etdikləri qanunsuz lizinq təşkilatları "Vüsal 300" kimi tanınan iş adamı Vüsal Abbasova məxsusudur.
Bildirək ki, bir müddət öncə "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu qanunsuz lizinq fəaliyyəti ilə məşğul olduğuna görə həbs edilib və Xətai rayon məhkəməsi tərəfindən haqqında dörd (4) il şərti cəza kəsilib.
İnanınırıq ki, hüquq-mühafizə orqanları “Avto Kredit” və "Avto Zirvə"
təşkilatının, həmçnin Amil və Niyaməddin adlı şəxslərin qanunsuz fəaliyyəti ilə ciddi maraqlanaraq, vətəndaşlara yüksək faizlə sələm (kredit) verənlər barədə müvafiq tədbir görəcək.(AzFakt.com)



Neftçala bələdiyyə sədrindən ŞİKAYƏT: "O, qanunları heç sayır"


Neftçala rayon sakini Emin Müzəffərov Neftçala Şəhər Bələdiyyəsində tüğyan edən qanunsuzluqlar və özbaşınalıqlarla bağlı ölkə rəhbərliyinə rəsmi şikayət ünvanlayıb.

Şikayətçi müraciətində Neftçala Şəhər Bələdiyyəsinin sədri Samir Nağıyevin fəaliyyətə başladığı ilk gündən qurumu şəxsi biznes obyektinə çevirdiyini, bələdiyyə vəsaitlərini təyinatı üzrə deyil, öz maraqları üçün xərclədiyini iddia edib.

Emin Müzəffərovun sözlərinə görə, bələdiyyə sədrinin qanunvericiliyin tələblərini kobud şəkildə pozması artıq dözülməz həddə çatıb:

“Dövlət qurumlarının bələdiyyədə baş verən qanunsuzluqlara biganə və laqeyd münasibəti məni birbaşa ölkə başçısına müraciət etməyə məcbur etdi. Neftçala bələdiyyəsində baş verən proseslər ciddi və təxirəsalınmaz araşdırma tələb edir. Səsləndirdiyim faktların hər biri ciddi cinayət məsuliyyəti yarada biləcək xarakter daşıyır”.

Şikayətçi müraciətində bələdiyyə sədrinin bələdiyyə vəsaitlərinin mənimsənilməsi, torpaq sahələrinin qanunsuz bölüşdürülməsi, vergilərin qeyri-rəsmi şəkildə yığılması, dövlət dotasiyalarının təyinatından kənar istifadə olunması, qohumların vəzifəyə təyin edilməsi və digər qanun pozuntularına yol verdiyini iddia edib.

Qeyd edək ki, şikayətçinin iddaları arasında ağır cinayət məsuliyyəti yaradacaq ciddi ittihamlar yer alır.

Misal üçün Emin Müzəffərov iddia edir ki, Samir Nağıyev bələdiyyə hesabındakı vəsaitləri öz şəxsi kartına köçürür və bu vəsaitləri öz pulu kimi gündəlik təlabatlarına xərcləyir. Həmin kart Kapitalbanka aiddir və bunu da yoxlayıb təsbit etmək heç də çətin deyil.

Həmçinin iddia edilir ki, vətəndaş torpaq almaq üçün müraciət etdikdə, Samir Nağıyev bildirir ki, ilkin sənədləri hazırlamaq üçün pul lazımdır, bələdiyyənin hesabında isə pul yoxdur. Vətəndaş çıxarışı almaq üçün nəqd şəkildə həmin vəsaitin iki qatını Samir Nağıyevə verir və təbii ki, həmin vəsait mənimsənilir. Çünki qanunauyğun şəkildə ilkin xərclər üçün vəsaitlər həm də bələdiyyə hesabından da silinir.

İttihamlar arasında iri vergi ödəyicilərinin ödədiyi vergilərin mənimsənilməsi də qeyd olunur. Belə ki, iddiaya əsasən iri vergi ödəyicilərindən vergini nəqd alır. Həmin vəsaitlər bir qayda olaraq sənədləşdirilmir və mənimsənilir. Bununla da həm vergi ödəyicisi bələdiyyəyə borclu qalır, həm də bələdiyyə bu vəsaitlərdən məhrum olur. Buna görə də bələdiyyə işçiləri aylarla əmək haqıı ala bilmirlər.

Bundan başqa bələdiyyə sədri öz şəxsi maşınının xərclərini bələdiyyə hesabından ödəyir. Güya ki, həmin avtomobil vergi yığımında istifadə olunur. Beləliklə hər gün vergi bələdiyyə hesabına sədr öz maşınına pulsuz benzin vurur.

Emin Müzəffərov iddia edir ki, bələdiyyələrə dəstək üçün dövlət tərəfindən verilən dotasiyasını sədr saxta sənədlər əsasında mənimsəyir. Sənədlərdə göstərilir ki, güya hardasa hansısa işlər görülüb. Əslində isə heç bir iş görülmür. Bunu bilmək üçün sənədlərdə göstərilən ərazilərə ötəri baxış keçirmək yetərlidir.

Həmçinin qey olunur ki, sədr bələdiyyənin ərazisində olan balıq nohur təsərrüfatlarından hektarına görə pul yığdırır. Halbuki həmin təsərrüfatlar qanusuz fəaliyyət göstərir və dövlət qeydiyyatına alınmayıblar. Həmin pulları da Samir Nağıyev cibinə qoyur və pullardan qara qəpik də bələdiyyə hesabına köçürülmür.

Digər bir ittiham da bələdiyyənin elektron sistemi ilə bağlıdır. İddiaya görə sədr bələdiyyənin elektron sistemini özü birbaşa idarə edir. Bələdiyyənin qərarı olmadan istədiyi adama bu sistem vasitəsi ilə yardımlar ayırır və əslində bu yardımları həmin şəxslə şərik şəkildə mənimsəyir. Maraqlıdır ki, Neftçala bələdiyyəsinin yardım ayırdığı şəxslər sədrə yaxın olan adamlardır və bu insanların yardıma ehtiyacı yoxdur. Şikayətçi bildirir ki, yardıma ehtiyacı olan şəxslər isə, bələdiyyə yardımından məhrum qalıblar.

Neftçala bələdiyyəsinin sədri əmisi oğlunu vergi müfəttişi təyin edib. Halbuki, qanunla yaxın qohumlar bələdiyyədə vəzifə daşıya bilməzlər. İddia olunur ki, Samir Nağıyev əmisi oğlu vasitəsi ilə də bələdiyyə vəsaitlərini talan edir.

Bundan başqa şikayətdəı qeyd olunur ki, Samir Nağıyev özü üçün bizneslə məşğul olmaq adı altında çoxsaylı torpaq sahələri ayırıb. Həmçinin bələdiyyənin müxtəlif səmtlərində özünə ev tikmək üçün torpaq sahələri verib. Hazırda Samir Nağıyevin Neftçalada bir neçə biznes obyekti fəaliyyət göstərir. Özünə ayırdığı həyətyanı sahələrində isə evlər tikib. Həmin biznes və yaşayış sahələrinin heç birindən bu günə qədər bələdiyyə hesabına vergi daxil olmayıb.

Şikayətdə o da vurğulanır ki, bələdiyyəyə müraciət edən vətəndaşları çox incidir. Ən adi sənəd üçün belə sədr pul tələb edir. Mülkiyyətlə bağlı məsələlərdə isə rüşvətin qiyməti 1000-1500 manata arasında dəyişir.

Müraciətdə həmçinin bildirilir ki, Neftçala Şəhər Bələdiyyəsində aparılacaq hərtərəfli yoxlama nəticəsində səsləndirilən iddiaların doğruluğu müəyyən edilə bilər. Emin Müzəffərov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin bələdiyyədə araşdırma aparmasının zəruri olduğunu vurğulayıb.

Şikayətçi hesab edir ki, hazırda bələdiyyənin fəaliyyəti şəhər sakinlərinin maraqlarına deyil, ayrı-ayrı şəxsi maraqlara xidmət edir və bu səbəbdən məsələyə hüquqi qiymət verilməlidir.

Qeyd edək ki, Yenicag.az vətəndaş Emin Müzəffərovun səsləndirdiyi iddialara münasibət öyrənmək məqsədilə bayram ərəfəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Baş İdarəsinə sorğu ünvanlayıb. Lakin sorğuya hələlik cavab verilməyib.

Şikayətçi redaksiyamıza bildirib ki, Prezident İlham Əliyevə ünvanladığı müraciət araşdırılması üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilib. O, bələdiyyələrin özünüidarəetmə orqanı olaraq müstəqil fəaliyyət göstərdiyini vurğulayaraq, məsələnin aidiyyəti üzrə prokurorluq orqanları və ya Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Baş İdarəsi tərəfindən araşdırılmalı olduğunu qeyd edib.

Emin Müzəffərovun sözlərinə görə, məsələ mətbuatda işıqlandırıldıqdan sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Baş İdarəsinin əməkdaşları Neftçala Şəhər Bələdiyyəsində olublar. Şikayətçi iddia edir ki, yoxlama üçün gələn əməkdaşlar bələdiyyə binasında çox qısa müddət qaldıqdan sonra rayonu tərk ediblər.

“Bakıdan gələn yoxlama qrupu getdikdən sonra Neftçala bələdiyyəsinin sədri Samir Nağıyev işçilərinə “yoxlamaya gələnləri yola saldığını” deyərək, əvvəlki qaydada işlərini davam etdirmələrini tapşırıb. Maraqlıdır ki, Samir Nağıyev özünü yüksək vəzifəli şəxslərin himayə etdiyini iddia edir. Belə çıxır ki, o, qanunsuz əməllərini davam etdirəcək, dövlət qurumları isə buna sadəcə seyrçi qalacaqlar?”, – deyə Emin Müzəffərov sual edib.

Yenicag.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildirir və aidiyyəti dövlət qurumlarının səsləndirilən iddialara aydınlıq gətirəcəyinə ümid edirik.

Yenicag.az

Xəbər lenti

"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
10:59
İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar
10:17
Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu
09:41
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
08:55
Nazir müavini ilə “Azəryaşlandşaft” ASC-nin sədrini nə birləşdirir? – Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çevirənlər…
14:39
Ələsgər Rüstəmovla Nizami Mayılovun TORBA əməliyyatı - Qanunsuz tikintilərlə icra başçısına qurulan gizli oyun - ARAŞDIRMA
12:51
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
11:55
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
08:55
AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb video
14:27
Vətəndaş araşdırılmanın davam etdirilməsi ilə bağlı dövlət qurumlarına müraciət edib.
13:30
Azəriqaz İB Həmkarlar Təşkilatı işçiləri belə ələ salıb... - VİDEO
13:05
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
12:36
Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?
11:00
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
10:07
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
09:34
Azərbaycanda Milli Qurtuluş Günüdür
09:02
İcra başçısı "Ana-bala" parkını SATDI: sakinlər narazıdır... - FOTOLAR
18:20
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
15:08