Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT




Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub.


"Real Azərbaycan" bildirir ki, tender Ağdam rayon İcra Hakimiyyəti tərəfindən açıqlanıb. Müsabiqənin dəyəri 298 min manatdır.


Qeyd edək ki, Ağdamın icra başçısı Vaqif Həsənovdur. Tenderdə hansı şirkətin qalib gəldiyi hələlik məlum deyil.
Ağdam rayon İcra Hakimiyyəti 2025-ci ilin 9 ayında isə 15 satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu müqavilələrin altısı açıq tender, yeddisi kotirovka sorğusu, ikisi isə bir mənbə metodu üzrə bağlanıb.
İcra hakimiyyətinin açıq tender metodu ilə keçirdiyi müsabiqələrin satınalma predmetləri aşağıdakılardır:


* Ağdam rayon ərazisində abadlaşdırma;
* Quzanlı qəsəbəsində daş evlər adlanan ərazidə fərdi yaşayış evlərinin əsaslı təmiri;
* Quzanlı qəsəbəsi ərazisində qeyri-yaşayış binasının əsaslı təmiri;
* Quzanlı qəsəbəsi ərazisində qeyri-yaşayış binasının əsaslı təmiri;
* Quzanlı qəsəbəsi H. Əliyev prospektində yolun əsaslı təmiri;
* Ağdam rayon ərazisində yolların əsaslı təmiri.
*
Göründüyü kimi, ötən il də eyni prospektin yollarının təmiri üçün
Ağdam İH tender keçirib.
Bu satınalma müsabiqələrində “Dream Construction” MMC, “FEB-222 TİXS” MMC və “MR Development” MMC seçilib. Beləliklə, Ağdam Rayon İcra Hakimiyyəti 6 satınalma müsabiqəsi üzrə “Dream Construction” MMC ilə 3, “FEB-222 TİXS” MMC ilə 1, “MR Development” MMC ilə isə 2 müqavilə bağlayıb. Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 384 530,99 manat təşkil edir.


"Real Azərbaycan"

265 nömrəli dövlət baxçasında pul yığımı iddiaları: Valideynlərdən aylıq 25 manat, müdirin ad günü üçün isə əlavə vəsait tələb olunur?


Bakı şəhəri Suraxanı rayonu ərazisində fəaliyyət göstərən 265 nömrəli körpələr evi–uşaq bağçası ilə bağlı redaksiyamıza daxil olan müraciətlərdə bir sıra ciddi iddialar səsləndirilib.

Valideynlərin bildirdiyinə görə, dövlət büdcəsi hesabına maliyyələşən məktəbəqədər təhsil müəssisəsində uzun müddətdir ki, müxtəlif adlar altında valideynlərdən pul yığılır. İddialara əsasən, bağçada təhsil alan hər uşaq üçün aylıq 25 manat məbləğində vəsait tələb olunur.
Müraciət edən valideynlərdən biri bildirir ki, ailəsinin maddi imkanı bu ödənişləri vaxtında etməyə imkan verməsə də, buna görə narazılıqla qarşılaşır:
"Deyirlər ki, pulu ayın əvvəlində verməlisən. Yoldaşım maaşı ayın sonunda alır. İmkanımız olmur. Amma buna görə həm uşağa, həm də valideynə qarşı münasibət dəyişir", – deyə valideyn iddia edir.
Valideynlərin hesablamalarına görə, bağçada təxminən 100-ə yaxın uşaq təhsil alır. Hər uşaqdan 25 manat toplandığı təqdirdə aylıq yığılan vəsaitin 2 min manatdan çox olduğu bildirilir.
Müraciətdə daha bir diqqətçəkən məqam isə bağça müdiri Rəvanə Abdullayevanın ad günü münasibətilə valideynlərdən əlavə pul yığılması ilə bağlıdır.
Redaksiyamıza təqdim olunan yazışmalarda valideynlərdən biri digərinə:
"Sizdə də qrupda müdirin ad gününə pul yığırlar?"
deyə sual verir.
Qarşı tərəf isə:
"Bizim qrupda yığılır",
cavabını verir.
Yazışmanın davamında pul yığımının valideyn komitəsi tərəfindən təşkil edildiyi və hər valideyndən 10 manat toplandığı qeyd olunur.
Valideynlər bildirirlər ki, dövlət bağçasında bu cür yığımların aparılması qanunvericiliyin tələblərinə və dövlət təhsil müəssisələrinin fəaliyyət prinsiplərinə uyğun görünmür.
Bununla yanaşı, müraciətdə uşaqlara təqdim olunan qidaların keyfiyyəti ilə bağlı da narazılıqlar yer alıb. İddialara görə, dövlət tərəfindən ayrılan vəsaitlərə baxmayaraq, uşaqlara verilən yeməklər minimum səviyyədədir və valideynlər bunun səbəbinin araşdırılmasını tələb edirlər.
Müraciətdə qeyd olunan digər məsələ isə 3 yaşlı uşaqların qruplardan çıxarılması ilə bağlıdır. Valideynlər bildirirlər ki, onlara qruplarda yer məhdudiyyəti olduğu bildirilsə də, bu qərarın hansı normativ sənədə əsaslandığı barədə izahat verilmir.
Qeyd edək ki, məqalədə yer alan bütün məlumatlar valideynlərin redaksiyamıza təqdim etdiyi iddia və müraciətlərə əsaslanır. Təqdim olunan yazışmalar həmin iddiaların sübutu kimi redaksiyaya göndərilib.
Bakunews.az olaraq səsləndirilən iddialarla bağlı 265 nömrəli körpələr evi–uşaq bağçasının müdiri Rəvanə Abdullayevanın, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Aidiyyəti qurumların açıqlaması daxil olduğu təqdirdə materialda dərc ediləcək.(BnTv.az)

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib.

Bununla bağlı birinci xanımın sosial şəbəkə hesablarında paylaşım edilib.

"Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!", - paylaşımda qeyd olunub.

Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu


Bakıda yaşadıqları mənzillərdən çıxarılmaları barədə qərar verilən üç ailə son ümid yeri kimi Ali Məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddiası əsasında çıxardığı qərardan artıq kassasiya şikayəti verilib.

Yeddi ildir həmin mübahisəli mənzillərdə yaşayan hazırki sahiblər-Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadə şikayətlərində yazırlar ki, evlərini qanuni əsaslarla əldə ediblər, bunu təsdiq edən alqı-satqı sənədləri mövcuddur və daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Ailələr hesab edir ki, hakim Məmməd Məmmədovun sədrlik etdiyi Fuad Talşinsiki və Günel Abbasovadan ibarət hakim kollegiyasının son məhkəmə qərarı həm iş üzrə mövcud sübutlarla, həm də əvvəlki məhkəmə aktları ilə ziddiyyət təşkil edir. Onların sözlərinə görə, illərlə yaşadıqları və bütün sənədləri qaydasında olan mənzillərlə bağlı belə qərarın verilməsi onlar üçün gözlənilməz olub.

“Yatsaq, yuxumuza da girməzdi ki, nə vaxtsa bu vəziyyətlə qarşılaşarıq. Yeddi ildir yaşadığımız evdir. İndi Anar Mahmudov çıxıb deyir ki, bu ev mənimdir. Belə şey olar? Axı son qərardan əvvəlki məhkəmələr də bizim xeyrimizə olub. Biz həmin mənzilləri dövlət qurumu Asan Xidmətdə rəsmiləşdirmişik. Bu necə ola bilər… Başqa maraqlı məqam da odur ki, iddiaçı Anar Mahudov uzun illərdir ölkədə deyil. Hətta onun hansısa cinayət əməlinə görə axtarışda olduğu barədə bizdə məlumat var. Özü ölkədə deyil, amma bizi minbir əziyyətlə aldığımız evdən çıxartdırır. Yaxşı, evlər əlimizdən alındı, onda biz neyləyəcəyik? Azyaşlı uşaqlarla çöldə qalacağıq. Amma yenə də ümidimizi itirmirik. Ali Məhkəmənin ədalətinə inanırıq.

Kassasiya şikayətində diqqət çəkilən məqamlardan biri də qarşı tərəfin təqdim etdiyi sənədlərlə bağlıdır. Məsələn, Anar Mahmudovun istinad etdiyi müqavilələrdə mənzillərin hansı məbləğə alındığı barədə heç bir maliyyə arayışı yoxdur. Amma bizdə hamısı var. Bu vəziyyət də sözügedən əmlakın əldə edilməsinə dair ciddi suallar yaradır. Ən ağlabatan variant da Mahmudovların həmin dövrdə əllərində olan şəraitdən istifadə etməklə mənzilləri əvəzsiz qaydada almalarıdır”, - sakinlər deyir.

Sakinlərin diqqət çəkdiyi daha bir mühüm məqam var. Onların sözlərinə görə, iddia olunan mənzillərin parametrləri ilə bağlı əvvəllər aparılmış araşdırmalar və ekspert rəyləri həmin yaşayış binasında tələb olunan ölçülərdə mənzilin mövcud olmadığını üzə çıxarıb. O cümlədən, Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyində də Mahmudovun istədiyi 453 kvadratmetrlik sahənin həmin binada mövcud olmadığı bildirilib. Bu səbəbdən onlar son qərarın qəbuluna kənar təsirlərin olmasından şübhə edirlər.

Hazırda azyaşlı uşaqların da olduğu üç ailə onların gələcək həyatlarına birbaşa təsir edəcək Ali Məhkəmənin qərarını gözləyir. Sakinlərin yüksək instansiyadan əsas istəklərindən biri isə işə açıq məhkəmə iclasında baxılması, hakimlərin tərəfləri üzbəüz dinlənilməsidir.

Qeyd edək ki, söhbət gedən mənzillər sakinlər tərəfindən 2021-ci ildə “Dolçasaray” şirkətindən alınıb. Mənzillər təmirsiz vəziyyətdə əldə olunub, sonradan şəxsi vəsait hesabına yaşayış üçün yararlı hala gətirilib. Hazırda alqı-satqı sənədləri və mülkiyyət hüququnu təsdiqləyən çıxarışları da var. Hətta mənzilləri satan “Dolçasaray” şirkəti də uzun illərdir Anar Mahmudovun tələbini əsassız sayır. Şirkətin mövqeyinə görə, Mahmudov tərəfinin istinad etdiyi müqavilələr üzrə heç vaxt ödəniş həyata keçirilməyib, buna görə də həmin müqavilələr sonradan ləğv olunub. Şirkət rəhbərliyi müxtəlif məhkəmə instansiyalarında da bu mövqeni müdafiə edib.

Əlavə olaraq mübahisə predmeti olan mənzillərlə bağlı bundan əvvəl qəbul edilən bir sıra məhkəmə qərarları da sakinlərin xeyrinə olub. Belə ki, həm birinci instansiya, həm də apellyasiya mərhələsinin özünün daha əvvəlki qərarında göstərilib ki, binanın həmin mərtəbəsində Anar Mahmudovun iddia etdiyi mənzillər mövcud deyil və hazırda bu mənzillərin hər birində yaşayan ailələr var.

Bütün bu əsasla səbəblərə görə ailələr Bakı Apellyasiya Məhkəməsinin son qərarını gözlənilməz sayır, inanırlar ki, əvvəlki araşdırmaların nəticələri ilə ziddiyyət təşkil edən bu qərara Ali Məhkəmə obyektiv hüquqi qiymət verəcək.

Prosesin gedişatını diqqətdə saxlayacağıq.

Qafqazinfo

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

2-ci dərəcəli "Əmək" ordeni ilə

Quliyev Zakir Bəybala oğlu

Məmmədov Etibar Kərim oğlu

3-cü dərəcəli "Əmək" ordeni ilə

Bəşirov Yaşar Miskin oğlu

Əliyev Siyah Əli oğlu

Fərzəliyev Mehrəli Məmməd oğlu

Qafarlı Adil Rzaquli oğlu

Nəsirov Əlizadə Vahid oğlu

Seyidov Mirkamil Miriş oğlu

"Tərəqqi" medalı ilə

Allahverdiyev Hüseyn Məmməd oğlu

Aşumova Nərminə Nazim qızı

Əhədi Yusif Məmmədağa oğlu

Əliyev Səxavət Qədimalı oğlu

Əliyev Taleh Həbulla oğlu

Həmidov Akif Dəyyam oğlu

Xanverdiyev İntiqam Yunus oğlu

Qasımov Zahid Süleyman oğlu

Qoçəliyev Vüsal Aslan oğlu

Paşayev Mehdi Paşa oğlu

Səfərov Emil Qanbay oğlu

Səmədov Vasif Abid oğlu

Vəliyev Yaşar Həsən oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Rüstəmov Oktay Musa oğlu.

Müavinləri Saleh Məmmədovu necə “xərcləyib?”


"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq rəhbəri (AAYDA) Saleh Məmmədovun dönəmində yol inrasrukturu və büdcə sərfiyyatı ilə bağlı ciddi problemlərin meydana çıxdığı, adıçəkilən şəxsin məhz bu problemlər səbəbi ilə öz vəzifəsindən uzaqlaşdırıldığı məlumdur."
TEREF yazır ki, bunu müəllif poçtumuza göndərdiyi məqalədə yazır. Müəllif daha sonra yazır:
"Rellıq bundan ibarətdir ki, Saleh Məmmədovla bağlı mövcud durumun bunca faciəvi xarakter daşımasında onun etibar edib vəzifəyə qoyduğu müavinləri ciddi rol oynayıb. Sözügedən qurumun büdcəsinin müxtəlif layihələr adı altında mənimsənilməsində, dövlət və ictimai maraqların deyil, fərdi və qrup maraqlarının təmin olunmasında nəhəng müavin ordusu yaxından iştirak edib.
Redaksiyamıza daxil olan məlumata görə, müavin heyəti bəzi hallarda şəxsi maraqlar naminə Saleh Məmmədovu yanlış məlumatlarla istiqamətləndirib, onun səhv qərarlar qəbul etməsinə məqsədli şəkildə təsir göstərib. Nəticədə, İdarə Heyətinin sabiq sədri bəzi hallarda müavinlərinin təsiri altında yanlış qərarlar qəbul etməli olub.
Onu da qeyd edək ki, bu gün media və sosial mediada Saleh Məmmədovla bağlı sasız-hesabsız ittihamlar səsləndirilsə də, AAYDA-nın keçmiş rəhbərinin məmur ordusu, müavinləri haqqında heç bir tənqidi fikir yer almır. Bu faktın özü sübut edir ki, Saleh Məmmədovun müavinləri hər zaman olduğu kimi bu gün də sudan quru çıxmağı bacarır. Ancaq ümid edirik ki, nə vaxtsa Baş Prokurorluq və DTX Saleh Məmmədovun komndasına da “nəzər salacaq”, onların da məsuliyyətinin müəyyən olunmasına nail olacaq."
TEREF

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

Planetin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, gələcək nəsillərin rifahı bu günkü nəslin bu çağırışların öhdəsindən gəlmək bacarığından asılıdır:

"Biz Azərbaycanda bu öhdəliyə tam məsuliyyətlə yanaşır və ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı layihələr həyata keçiririk".

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi güclüdür, yoxsa “Leyla Medical Center”in “başında turp əkən” Sevda Kurbanova?:



Ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının — Səhiyyə Nazirliyinin qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə apardığını danmaq olmaz. Bu mübarizənin effektiv aparılması üçün qanunvericilik, aidiyyatı dövlət qurumları arasında koordinasiyalı fəaliyyətlərin gücləndirilməsi, səhiyyə qurumları ilə pasiyentlərin arasında inamın formalaşdırılması, nəzarət və ictimai iştirakçılıq amillərinin əsas olaraq götürüldüyü də göz qabağındadır. Keçirilən bu istiqamətli tədbirlərdə Səhiyyə Nazirliyinin rəsmilərinin, həmçinin nüfuzlu hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin fəal iştirak etməsi də deyilənlərin sübutudur.

Qanunsuz tibb fəaliyyətinin qarşısının alınmasını hərtərəfli şəkildə özündə əks etdirən ölkənin səhiyyə siyasəti bu istiqamətdə aparılan və heç vaxt gündəmdən düşməyən ictimai və media müzakirələrini də əsas şərt kimi irəli sürür, bu sahədəki mövcud problemlərin aradan qaldırılması üçün birgə səylərin göstərilməsini əsas olaraq önə çəkir. Çünki bu amillər mübarizənin effektivliyinin artırılmasında, dövlət qurumları ilə özəl sektorlar arasında sıx dialoqun formalaşdırılmasında, özəl klinikaların reputasiyasının və ictimai məsuliyyətin artırılmasında, ələlxüsus ictimaiyyət etimadının möhkəmləndirilməsində başlıca rol oynayır.

Bu səbəbdəndir ki, Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində qanunsuz tibb fəaliyyətinə qarşı mübarizənin gücləndirilməsi üçün, hüquqi çərçivəyə aid məsuliyyət mövzusunun ictimai və media müzakirəsi səviyyəsinə qaldırılmasında həmişə maraqlı olub. Həm özəl tibb müəssisələrinin, həkimlərin və pasiyentlərin öz hüquq və vəzifələrini bilmələri, mövcud qanunvericilyin tələblərinə mütləq qaydada riayət etmələri üçün, həm də qanunsuz tibb fəaliyyətinin pasiyentlərin sağlamlığına ciddi təhlükələr yaratdığına görə…

…Bir müddətdir Arazpress.com da yuxarıda qeyd olunan mövzu ilə bağlı yazılar dərc edir. Həmin yazılarda xüsusi olaraq vurğulanıb ki, əslən Quba rayonunun Digah kəndindən olan Rusiya vətəndaşı Alibek Kurbanovun nəzarətindəki cinayətkar şəbəkənin ən fəal üzvü Sevda Alibekovna Kurbanova (Ağazadə) “Referans Medical Group” daxilində fəaliyyət göstərən “Leyla Medical Center”də qanunsuz tibb fəaliyyəti ilə məşğuldur və o, burada həkim libasına bürünmüş qorxulu kabus təsiri bağışlayır. Yaxşı ki, bununla nə demək istədiyimizə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də aydınlıq gətirdi. Rəsmi adı “Dünya Estetik Azərbaycan” olan həmin özəl tibb şirkətində müəyyən etdiyimiz təhlükənin mahiyyətinə uyğun ciddi yoxlama tədbiri keçirdi. Apardığı yoxlama nəticəsində klinikanın fəaliyyətində biz yazdığımızdan da betər nöqsan və qüsurlar aşkar etdi. Tibb xidmətlərinin təşkili zamanı burada tibbi tələblərin ciddi şəkildə pozulmasına dair faktlar aşkarladı.

Yoxlama nəticəsində təsdiq olundu ki, stomatoloji klinikada lisenziyada nəzərdə tutulmayan qanunsuz xidmətlər göstərilir. Yəni, tibbi normalara görə irinli yara və göbələk infeksiyaları ilə məşğul olan podoloq kabinetinin cərrahi steril zona tələb edən stomatologiya kabinetləri ilə qonşuluğu, konkret desək, eyni mərtəbədə yerləşməsi, üstəlik, belə xəstələrin belə bir yerdə qəbulu xarakteri yolverilməzdir. Beləcə, klinikanın stomatologiya şöbəsində koordinator vəzifəsinə təyin edilən əsas günahkar Sevda Alibekovnanın sertifikatsız özəl praktik tibbi fəaliyyətlə məşğul olmasıyla bağlı aşkar etdiyimiz ciddi faktlar rəsmən təsdiqini tapdı.

Həkim adı altında fəaliyyət göstərən Sevda Alibekovnanın günahı ucbatından, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərildi, Məhkəmə qərarına əsasən, klinika 6000 manat məbləğində cərimələndi. Sevda Kurbanova barəsində isə İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi üzrə protokol tərtib edildi. Bu maddədə ali və ya orta ixtisas tibb təhsili, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyəti göstərməsindən bəhs edilir. 2 saylı Bakı Baza Tibb Kollecinin məzunu olmuş Sevda Kurbanova kimi.

Onu da qeyd edək ki, bu yoxlamaya qədər diplomu, habelə sertifikasiya şəhadətnaməsi olmayan bu şəxsin pasiyentlərə tibbi xidmət göstərməsi və əməliyyatlar icra etməsi barədə məlumatlar media vasitəsi ilə dəfələrlə ictimailəşdirilib. Lakin fəaliyyəti dövründə inzibati xəta ilə bağlı heç bir məsuliyyətə cəlb olunmadığı üçün, səsləndirilən bu fikirləri saya salmayıb. İndi də elədir. Baxmayaraq ki, tibb sahəsi üzrə qanunvericiliyin tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi rəsmən təsdiqlənib. (Arazpress.com-un linki bu olan yazısı da deyilənləri özündə əks etdirir:
https://arazpress.com/?p=16571– red.).

Bir daha qeyd edirik ki, aşkarlanan qanunsuz əməllərinə baxmayaraq, kosmetik adı “Leyla Medical” olan “Dünya Estetik Azərbaycan”ın rəhbər şəxsləri Sevda Alibekovnanın xətrinə dəymək istəmirlər. Sanki onları 6000 manat cərimə də narahat etmir. Onda belə çıxır ki, doğrudan da, adını çəkdiyimiz cinayətkar şəbəkənin başçısı — atası Alibek Kurbanov kimi, onun özünün də hər yerdə qorxub-çəkinmədən dedikləri düzdür — arxalarında dağ kimi dayananlar var və heç kəs onlarla bacarmaz.

Bir daha deyək ki, vaxtilə Rusiyanın ayrı-ayrı yerlərində və Azərbaycanda törətdiyi qatı cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən, hətta zorlamaya görə ittiham olunaraq, real həbs həyatı yaşayan, buna görə hər iki ölkənin tanınmış televiziya proqramlarında, məşhur “Pust qovoryat” verilişində tamaşaçılar qarşısında rüsvayçı şəkildə ifşa olunan Alibek Kurbanov kimi, qızı Sevdanın da atasından betər qanunsuz əməllər sahibi olduğunu mətbuatda dərc edilən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmi məlumatı bir daha təsdiq etdi. İctimaiyyətdə tam əminlik yarandı ki, atası və Sevda Alibekovnanın özü barəsində yazdıqlarımız həqiqətdən uzaq deyil. Quba və Bakı arasında yaradılan bu qorxulu şəbəkənin əməllərində görünməyən tərəflər də sırf qanunsuzluqdan xəbər verir. Çünki Digahdakı Alibek Kurbanovun və onun Bakıda fəaliyyət göstərən qızı Sevda Kurbanovanın ətrafında baş verənlər artıq adi dələduzluq çərçivəsindən də çıxaraq, qorxu dolu təhlükə müstəvisinə keçib.

Alibek Kurbanovun nəzarətindəki cinayətkar şəbəkənin müxtəlif qanunsuz əməlləri barəsində Arazpress.com-un dərc etdiyi ayrı-ayrı yazılarda şəbəkənin ən fəal üzvü Sevda Alibekovnanın adı saxta dərman istehsalı təhlükəsində də hallandırılır. Yəni, əldə etdiyimiz məlumata görə, indi də Alibek Kurbanov qızı ilə bərabər paytaxtın tibb sektoruna və nüfuzlu brendlərinə qarşı reket hücumuna başlayıb. Saxta ümidli dərman vasitəsi — “Bi-balzam” barəsində ötən yazımızda xüsusi olaraq qeydlər vermişik. “Gizli laboratoriya” istehsalının görünməyən tərəflərini də az da olsa ictimaiyyətin diqqətinə çatdırmağa nail olmuşuq. Demişik ki, saxta dərmanlar tərkibi uyğunsuz təhlükəli maddələrdən hazırlanır və insan həyatı üçün ciddi təhlükələr yaradır. Bu qlobal problem əsasən onlayn platformalar və ya nəzarətsiz təchizat zəncirləri vasitəsilə yayılır.

Ümumiyyətlə, atasının cinayət yolunu “layiqincə” davam etdirən, adını çəkdiyimiz klinikada qeydiyyatçı kimi rəsmiləşdirilən bu şəxsin, farmakologiyadan bixəbər olsa da, “tibb mütəxəssisi obrazı” arxasında gizlənərək, “Leyla Medical Center”də 2000 manata (?!) kirayəyə götürdüyü obyektdə özünü tanınmış bir podoloq — ayaq mütəxəssisi kimi pasiyentlərə sırıması, burada internet üzərindən götürdüyü tərkibdə mənşəyi məlum olmayan saxta dərman istehsalı ilə məşğul olması birbaşa törədilən cinayət, daha dəqiq desək, pasiyentlərin, xüsusən də, uşaqların sağlamlığını riskə atan təhlükəli sanitar-epidemioloji terrordur. “Bi-balzam” adlı saxta dərman preparatının qanunsuz istehsalına və alverinə girişməsi isə, həm vergi cinayəti, həm də insanların zəhərlənməsinə yol aça biləcək ciddi bir təhlükədir. Çünki belə dərman preparatları bizim kor-koranə etibar etdiyimiz, canımızı tapşırdığımız elementlərdir. Bu və buna bənzər digər elementlər lisenziyasız, nəzarətsiz və qanunsuz şəkildə hazırlandıqda dəhşət doğuran nələrin baş verdiyi həmişə göz qabağında olub.

Onu da demək istəyirik ki, təhlükəli bu cinayətkar şəbəkə başçısının və onun qızının adları kiminlə və hansı qurumla bir yerdə çəkilib, o zaman onların ətrafında qalmaqal yaranıb. Bir vaxtlar Kurbanovların fəaliyyəti Bakının tanınmış klinikalarından birinin — “32 Beauty”-nin (“Billur Dent” MMC) adını gündəmə gətirib. Yəni, bu MMC də bu şəbəkəni idarə edən fırıldaq ustasının hədəfinə tuş gəlib. “Bu stomatoloji klinika bizə və ən yaxın qohumlarıma məxsusdur” — deyən Alibek Kurbanov özünə toxunulmazlıq imici yaratmaq üçün əlindən gələni edib, Rusiyadakı qorxulu təşkilatların ən fəal üzvü olduğunu dilə gətirməkdən belə çəkinməyib. Beləcə, adını çəkdiyimiz klinikanın gəlirlərini belə ələ keçirib.

Hələ bu nədir ki?! Bir vaxtlar Alibek Kurbanovun ölkəmizdə qanunla qadağan olunmuş terror və separatizm meyilli “Sadval” təşkilatının üzvü və təbliğatçısı olması barədə yayılan xəbərlər bu məsələnin ən qorxulu tərəfi kimi yaddaşlarda qalıb. Özü isə, “Sadval”-ın başında duranların onun ən yaxını olduqlarını deməklə, yəni, bu iddia hesabına qanunsuz hərəkətlərinə etiraz edənlərə hox gəlib. Əgər fırıldaqçının bu iddiaları sadə bir yalan deyilsə, ortada dövlət təhlükəsizliyinə qarşı qorxulu bir ssenari mövcud olub.

Belə çıxır ki, “32 Beauty” klinikasının rəsmi təsisçi və rəhbər şəxsləri, özləri də bilmədən, antiazərbaycan qüvvələrin və separatçı “Sadval” qruplaşmasının gizli maliyyələşdirilməsində alətə çevrilib. Klinikadan əldə olunan leqal qazancın bir hissəsi qeyri-qanuni yollarla dövlət əleyhinə yönəlmiş fəaliyyətlərə ötürülüb. Rəhbər şəxslərin avamlığı hər cür cinayətin törədilməsinə imkan verib.

Alibek Kurbanov Digah kəndində və rayon ərazisində vətəndaşların etibarını qazanmaq və onlardan külli miqdarda pul, borc qoparmaq üçün unikal fırıldaq metodu seçib. O, addımbaşı Bakıdakı məşhur “32 Beauty” (Billur Dent) stomatoloji klinikanın və digər böyük bir tibb mərkəzinin onlara və yaxın qohumlarına məxsus olduğunu iddia edir. Bu yalanın arxasında isə istək və məqsəd dayanır: Həm insanlarda özünün böyük biznesmen olması təəssüratını yaradaraq, pullarını ələ keçirmək, həm də sabit fəaliyyət göstərən “32 Beauty” kimi tanınmış brendlərin adının arxasında gizlənərək, öz çirkin pullarını leqallaşdırmaq.

Doğrudan da, saxta həkim rüsvayçılığı və rəsmi cərimə ilə üzləşən şəbəkənin Bakı qolu daha təhlükəli bir ssenari ilə işləyir. Mediada nikah fırıldaqçısı kimi də ad çıxaran Sevda Alibekovna Kurbanovanın (Məmmədyarova, Süleymanova) paytaxtın elit tibb müəssisələrindən olan “Leyla Medical Center” ə sızmağı bacarmaqla, orada vətəndaşlara qarşı aparılan tibbi fırıldaqçılığı və qanunsuz qiymət şişirdilməsini də bacarıb. Bu faktlar artıq dövlət orqanlarının da diqqətini çəkib. Çünki cinayətkar şəbəkə başçısının bir vaxtlar terror təşkilatı “Sadval”ın üzvü olduğu danılmaz fakt kimi ictimaiyyətin diqqətindədir. Bu ailə podratının ən qorxulu tərəfi isə, törətdikləri cinayətləri ört-basdır etmək üçün seçdikləri hədə-qorxu metodudur. Alibek Kurbanov məhkəmə icraçılarını, şikayətçi vətəndaşları və dövlət məmurlarını susdurmaq üçün, özünü nüfuz sahibi tanınmışların, “Sadval” rəhbərlərinin yaxını kimi “gözə soxur”. “32 Beauty”-nin ona məxsus olduğunu deyir. “Bizə toxunanı məhv edərik” — deyərək, açıq şəkildə dövlətə və cəmiyyətə meydan oxuyur. Yəni, ortada mütəşəkkil cinayətkar dəstənin olduğu bir daha təsdiqlənir.

Kənddə üzə çıxan bu var-dövləti Alibek Kurbanov həmkəndlilərinə: “Bakıdakı “32 Beauty” klinikamın gəlirləridir” — deyərək, külli miqdarda pulunun real cinayətkar mənşəyini gizlədir, ətrafında qorxu mühiti yaradır. Aldatdığı insanlar qorxudan polisə şikayət edə və pullarını geri tələb edə bilmirlər. Bir sözlə, Alibek Kurbanov kənddə insanları soymaq, qorxutmaq və dövlət cəzasından yayınmaq üçün bu iyrəncliklərdən bir silah kimi istifadə edir.

Bu yerdə mövzuya aid “32 Beauty” rəhbəri ilə və nüfuz sahibi tanınmışlara sual yaranır: “Sadval” nümayəndəsi ilə əlaqələri necə yaranıb və onunla qohumuluqları necə ola bilər?! Bu klinikanın və onların adları Alibek Kurbanov üçün realdır, yoxsa uydurma?(Arazpress.com)

Elə bu suallar ətrafında araşdırmamızı davam etdiririk. Bizi izləyin.

Məhi ELSEVƏR


Xaçmaz MKTB-də “ölü canlar” iddiası: əməkhaqqı kartları kimlərin əlindədir?


Xaçmaz Mənzil-Kommunal Təsərrüfat Birliyinin son dövrlərdə xidməti ərazilərin təmizliyi istiqamətində fəaliyyəti qənaətbəxş təsir bağışlasa da, birliyin daxilində bəzi xoşagəlməz halların baş verdiyi bildirilir.

“7Times.az”a məlumat verən etibarlı mənbənin sözlərinə görə, MKTB-yə bu ilin yanvar ayında müdir təyin edilən Mikayıl Müslümov bir neçə nəfərin adını rəhbərlik etdiyi idarədə işçi kimi sənədləşdirərək onların aylıq əməkhaqqı kartlarını özündə saxlayıb. Adları sənədləşdirilən şəxslərin Nəzərov Rasim və Bahadurov Eşqin olduğu bildirilir. Hər iki şəxsin idarəyə gəlib-getmədiyi, yalnız adlarına əmək stajı hesablanması qarşılığında bu vəziyyətlə məqsədli şəkildə razılaşdırıldığı iddia olunur.

Qeyd edək ki, hazırda sözügedən işçilərin hər birinin aylıq əməkhaqqısı 372 manat təşkil edir. Mənbənin verdiyi məlumata görə, bu iki şəxsdən başqa, eyni qaydada adı işdə, əməkhaqqı kartı isə rəhbər şəxslərdə olan Vadim adlı bir nəfər də olub. Həmin şəxsin bir müddət əvvəl vəfat etdiyi bildirilir.

Digər bir iddia isə Xaçmaz MKTB-nin yeni direktorunun özünə məxsus yük avtomobilini əlavə qazanc mənbəyinə çevirməsi ilə bağlıdır. Belə ki, Mikayıl Müslümov həmin idarəyə müdir təyin olunduqdan sonra şəxsi mülkiyyətində olan yük avtomobilini MKTB-nin balansına icarəyə verib.

İddialara görə, həmin avtomobil hazırda işlək vəziyyətdə olmasa da, mütəmadi olaraq onun yanacaq və digər istismar xərcləri rəsmiləşdirilir.

Qeyd olunan faktlarla bağlı münasibət öyrənmək üçün Xaçmaz MKTB-nin müdiri Mikayılla Müslümovla əlaqə saxladıq.

O, “7Times.az”a verdiyi şifahi açıqlamada səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini bildirib

“Royal Fish” mağazasından narazılıq


Aktrisa Cəmilə Tağızadə “Royal Fish” mağazasından narazılığını ifadə edib.

Sənətçi sosial şəbəkə hesabında mağazadan aldığı balıqların keyfiyyətindən şikayətlənib.

C.Tağızadə bildirib ki, aldığı üç balıqdan ikisi köhnə çıxıb və məhsulların keyfiyyəti onu qane etməyib:

“Balıq aldım, amma adınıza layiq deyil. Üç balıqdan ikisi köhnə çıxdı. Hər ikisinin keyfiyyəti yaxşı deyildi. Məni məyus etdiniz. Digər yerlərlə müqayisədə daha baha qiymətə, lakin keyfiyyətsiz məhsul satırsınız. Adınıza layiq keyfiyyətdə balıq satın”.

Aktrisanın paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. O, mağaza rəhbərliyini məhsulların keyfiyyətinə daha ciddi nəzarət etməyə çağırıb.(Xalq.online)

VİDEO LİNKDƏ: https://xalq.online/royal-fish-magazasindan-naraziliq

Xəbər lenti

İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM VAR...
11:39
Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. - İLGİNC İDDİALAR...
10:44
"Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? -İDDİA (VİDEO)
09:55
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib - ƏMR
18:14
Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq
17:05
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
16:33
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"
16:07
Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır... - BUNUN BAŞQA ADI YOXDUR...
11:55
Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb
11:35
Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI
10:44
Simnar Mamedovun adı rəsmi saytdan silindi - Peşə Təhsili Agentliyində nə baş verir?
10:16
Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!
09:45
Teymur Musayevin səhiyyəsi çöküb - Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə...
09:11
Rektor Rüfət Əzizov 200 min manata avtomobil alır
18:57
Adil Kərimli kitabxanalaçılara qarşı "səlib yürüşü"nə başlayır - Kütləvi ixtisarlar olacaq
18:33
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
18:08
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
17:38
Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi - TƏFƏRRÜAT
17:05