"Reuters": İsrail və "Hizbullah" atəşkəslə bağlı razılığa gəlib


İsrail və "Hizbullah" atəşkəs barədə razılıq əldə edib.

Bu barədə yüksək vəzifəli ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, atəşkəs cümə günü yerli vaxtla saat 16:00-da qüvvəyə minib.

Mənbə həmçinin qeyd edib ki, razılaşma ABŞ və Qətərdən olan danışıqçıların vasitəçiliyi və İranın dəstəyi ilə əldə edilib.

Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb


Azərbaycanın investisiya cəlbediciliyinin əsas amili siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi mövqe ilə yanaşı, ölkənin dayanıqlı və etibarlı maliyyə sistemidir.

Bu barədə "Report"un sualına cavab olaraq Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən 51-ci illik toplantılarının yekun mətbuat konfransında bildirib.

Nazir xatırladıb ki, illik toplantılar çərçivəsində dövlətin iqtisadi və investisiya imkanlarının ətraflı təqdim olunduğu "Azərbaycanın investisiya perspektivləri" sessiyası təşkil edilib.

"Bu imkanlar milli iqtisadi prioritetlərə dair sənədlərimizdə öz əksini tapıb. Məlum olduğu kimi, biz əsas diqqəti iqtisadi artımın və son 5-6 il ərzində əsl artım mühərrikinə çevrilmiş Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafının stimullaşdırılmasına yönəldirik.

Konkret istiqamətlər, imkanlar və prioritetlər arasında qeyri-neft istehsalı, dağ-mədən sənayesi və kritik əhəmiyyətli xammal hasilatı, aqrar sektor, eləcə də kənd təsərrüfatı məhsullarının emalı yer alır. Təbii ki, həm Azərbaycanın təbii coğrafi yerləşməsini, həm də nəqliyyat infrastrukturunun inkişafına gələcək kapital qoyuluşları ilə bağlı ardıcıl siyasətimizi nəzərə alsaq, bura nəqliyyat və logistika da aiddir", - M.Cabbarov vurğulayıb.

Nazir həmçinin turizm sahəsinə diqqət çəkərək, bu tədbirin keçirilməsinin özlüyündə ölkənin turizm potensialını əyani şəkildə nümayiş etdirdiyini və üzə çıxardığını qeyd edib.

"Həmçinin qeyd etmək lazımdır ki, bərpa olunan enerji mənbələri və maliyyə xidmətləri sahəsi, eləcə də iqtisadiyyatın rəqəmsal transformasiyası bir növ üfüqi istiqamətlər olaraq qalmaqdadır. Mənim fikrimcə, Azərbaycanın əsas investisiya cəlbediciliyi – siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi yerləşməsindən əlavə – dayanıqlı və etibarlı maliyyə sistemindən ibarətdir. Bu, dövlət borcunun son dərəcə aşağı səviyyəsində, qızıl-valyuta ehtiyatlarının olduqca əhəmiyyətli və sabit həcmində, həmçinin beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin investisiya cəlbediciliyinin tanınmasında özünü göstərir. Bütün bu məlumatlar iştirakçılara, investorlara və beynəlxalq maliyyə institutlarına təqdim edilib.

Hesab edirəm ki, özəl sektor, xüsusilə də Azərbaycan şirkətləri bu imkanları təqdim edərkən mükəmməl iş görüblər", - M.Cabbarov əlavə edib.

Rayon rəhbərliyi xidmət etməlidir, sahiblik yox! - Sabunçuda qanunsuzluq



Bakının qəsəbələrində sakinlərə məxsus ümumi istifadə sahələrinin, yaşıl zonaların və yolların ayrı-ayrı MMC-lər və ya vəzifəli şəxslərin yaxınları tərəfindən zəbt edilməsi problemi hələ də aktuallığını qoruyur. Növbəti belə xoşagəlməz mənzərə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb. Sözügedən ünvanda inşa olunan "Bakıxanov Rezidens" yaşayış kompleksinin qarşısındakı ümumi yol naməlum səbəblərdən zəncirlənib, digər tərəfdən ise daş barikadalarla bağlanıb. Sakinlərin və nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün nəzərdə tutulan bu yolun hansı əsasla qapadılması və şəxsi parkinqə çevrilməsi ciddi suallar doğurur. Əvvəllər bu ərazidə geniş yaşıl zona — qazonlar, ağaclar və sakinlərin istirahəti üçün park mövcud olub. Lakin tikinti işlərindən sonra yaşıl zolaq demək olar ki, tamamilə ləğv edilərək asfaltlanıb. Hətta ərazidəki çoxillik ağacların dibi cəmi bir qarış saxlanılmaqla tamamilə qapadılıb. Sakinlər bildirirlər ki, ağaclara qulluq etmək qeyri-mümkündür və bu yanaşma qəsdən ağacların qurudulmasına və sonradan kəsilməsinə hesablanıb. Açıq mənbələrdə və kompleksin rəsmi platformalarında yer alan məlumatlara görə, "Bakıxanov Rezidens" layihəsi "Əfəndilər Qrup" şirkətinə daxildir. Bu şirkətin rəhbəri isə Ənvər Vəliyevdir.

Mühüm fakt budur ki, iş adamı Ənvər Vəliyev Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur. Bu fakt rayondakı icra qurumlarının sakinlərin şikayətlərinə niyə göz yumduğunu və qanunsuz addımlara niyə şərait yaradıldığını açıq şəkildə ortaya qoyur. Sakinlərin haqlı etirazlarına və Sabunçu Rayon İcra Hakimiyyətinə edilən müraciətlərə verilən rəsmi və ya qeyri-rəsmi cavablarda iddia olunur ki, sözügedən sahə MTK-nın şəxsi, yeni tikilinin daxili ərazisidir. Lakin reallıq tamamilə fərqlidir. Bura qəsəbə sakinlərinin illərdir istifadə etdiyi ümumi və açıq yol olub. Tikinti şirkətinin ümumi istifadədə olan dövlət torpağını özəlləşdirməsi və ya mənimsəməsi qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Rayon rəhbərliyi və icra strukturları vətəndaşlara xidmət etməli, onların rahatlığını təmin etməlidir. Lakin Sabunçu rayonunda baş verənlər göstərir ki, bəzi vəzifəli şəxslər rayonu xidmət sahəsi deyil, şəxsi sahibkarlıq obyekti kimi görürlər. Ümid edirik ki, aidiyyəti dövlət qurumları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Şəhərsalma və Arxitektura Komitəsi Bakıxanov qəsəbəsindəki bu ekoloji və infrastruktur mənimsənilməsinə tezliklə reaksiya verəcəkdir.

Mövzu Mediatvaz.com olaraq diqqətimizdədir və ərazidəki digər qanunsuz tikintilərlə bağlı araşdırmalarımız davam edəcək.

Məsələ ilə bağlı aidiyyəti tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

Mediatvaz.com

Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...


Sədərək Rayon İcra Hakimiyyətinin maşın və avadanlıqların satın alınması məqsədilə keçirdiyi tender nəzarət orqanının müdaxiləsi ilə dayandırılıb.
"32gun.az"ın məlumatına görə, ehtimal olunan qiyməti 82,674.62 AZN təşkil edən irihəcmli satınalma prosesi rəsmən ləğv edilib.

Ləğv edilmə səbəbi kimi satınalma komissiyasının qanunsuz addımlara yol verməsi göstərilib. Belə ki, komissiyanın təchizatçılar arasında ayrı-seçkilik yaradan və onların tenderdə iştirakını məhdudlaşdıran qanunsuz tələb və meyarlar müəyyənləşdirdiyi aşkarlanıb və bu səbəbdən nəzarət orqanının qərarı ilə satınalmanın nəticələri tamamilə ləğv olunub.("32gun.az")

Azərbaycan Beynəlxalq Bankında “şapka” əməliyyatı: Bakıxanov filialında nə baş verir?


Son zamanlar əksər insanlar banklara müraciət edərkən bir sıra xərcləri onların nəzərlərinə çatdıranda düşünürlər ki, kobud dildə desək bu, “şapkadır” ya da ki, bank işçisinə çatası şirinlikdir. Ancaq bunlar əsla belə deyil, bunu anlatmaq üçün də əsas yük kredit mütəxəssisinin üstünə düşür. Əgər o öz vəzifəsini layiqincə təmsil etsə, müştəridən çıxan yeganə pul komissiya haqqı olacaq və müştəri dəqiq əmin olacaq ki, bu pulu nədən ötrü verib, yəni pul heç də işçinin cibinə getmir. Yox əgər burda kredit işçisinin maddi maraqları üstün gəlsə, onda o zaman müştəri komissiyada ödəməli olacaq və əlavə olaraq kreditə görə şirinlik yəni “şapka” da.
Bu baxımdan Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialında ilginc hadisələr baş verir. Cumhuriyyet.az-a daxil olan məlumata görə Azərbaycan Beynəlxalq Bankında bəzi vətəndaşlara verilən kreditlərə görə əlavə haqq alınır. Belə ki, adları müxtəlif banklarda gecikmələrə düşən və kredit verilməməli olan şəxslər “şapka” verməklə bu problemlərini Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialında rahat şəkildə həll ediblər. Cumhuriyyet.az-a bu barədə danışan mənbə iddia edir ki, Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialında kreditə görə şapka alan bir “şəbəkə” fəaliyyət göstərir. Bu şəbəkənin başında hansı şəxsin durması gizli saxlanılsada, işləri yönəldən həyata keçirən Hacı kimi tanınan bir şəxsdir. Tam dəqiqləşdirmədiyimiz məlumata görə isə bu şəxs Həsənov Həmid Fərhad oğludur. Məlumata görə Hacı kimi tanınan bu şəxs təşkil etdirdiyi kredit məbləğinin 10-12 faizini “gördüyü” işlərin haqqı üçün alıb. Maraqlıdır ki, normal qaydada kredit alma imkanı olmayan – gecikmədə olan, işləməyən, yaşı 70-I ötmüş şəxslərə məhz Hacının vasitəsi ilə kredit təşkil edilib və bu proses Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialında həyata keçirilib. Hazırda xeli sayda vətəndaşda şapka alaraq kredit problemini həll edə bilmədiyinə görə Hacıdan hüquqi şikayət olunub. Amma bundan əvvəl təşkil olunan kreditlərdə Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialının rəhbərliyinin əlinin olmaması şübhə yaradır.
Mövzunu davam etdirəcəyik.


Cumhuriyyet.az

Vilayət Eyvazov sıra baxışı keçirdi - Video


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bakıda keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Taun 5500 il əvvəl də ölümcül imiş


Oksford və Kopenhagen universitetlərinin alimləri tərəfindən aparılan araşdırma tarixin ən təhlükəli yoluxucu xəstəliklərindən biri olan taun xəstəliyinin (Yersinia pestis) gözlənildiyindən çox daha qədim dövrlərdə də kütləvi ölümlərə səbəb olduğunu üzə çıxarıb.


Araşdırmaya görə, Sibirdə Baykal gölü ətrafında aparılan qazıntılar zamanı Son Neolit dövrünə aid dörd fərqli qəbiristanlıqdan götürülən insan qalıqlarının genetik analizi bölgədə təxminən 5500 il əvvəl geniş yayılmış ölümcül epidemiya olduğunu göstərib.


Bildirilir ki, bu nəticə bakteriyanın sonrakı dövrlərdə Avropa, Asiya və Şimali Afrikada böyük epidemiyalara səbəb olan birə vasitəsilə yayılma qabiliyyətini qazanmasından xeyli əvvəl də insan icmalarını məhv edə bildiyini ortaya qoyur.


Qəbiristanlıqlarda aparılan analizlərdə basdırılanların böyük hissəsinin uşaqlar olduğu müəyyən edilib. Qalıqların 65-75 faizinin 15 yaşadək şəxslərə aid olması digər ovçu-toplayıcı icmalarla müqayisədə qeyri-adi göstərici kimi qiymətləndirilib.


DNT testləri 46 nəfərdən 18-də yüksək səviyyədə taun bakteriyasının izlərini aşkarlayıb. Xüsusilə eyni ailəyə aid uşaqlarda infeksiyanın geniş yayılması kütləvi epidemiya ehtimalını gücləndirib.


Radiokarbon analizləri Sibirdə taun dalğalarının bir dəfə deyil, iki ayrı mərhələdə - təxminən 5500-5300 il və 5000 il əvvəl baş verdiyini göstərib. Alimlər bakteriyanın bu dövrlər arasında gəmiricilər vasitəsilə bölgədə “gizli dövriyyədə” qala biləcəyini ehtimal edirlər.


Tədqiqatçılar vurğulayırlar ki, bu nəticələr zoonoz xəstəliklərin (heyvandan insana keçən infeksiyalar) tarix boyu nə qədər təhlükəli olduğunu göstərir və oxşar risklərin bu gün də mövcud olduğunu xatırladır.


Alimlərin qənaətinə görə, həmin dövrdə bakteriya hələ sonradan formalaşacaq birə ilə yayılma mexanizmini tam inkişaf etdirməsə də, genetik xüsusiyyətləri səbəbilə yoluxduğu insanlarda sürətli ölümə səbəb ola bilirdi.

BDU tələbələri niyə etiraz edir? - İDDİA


BDU tələbələri NARAZIDIR: İmtahan nəticələri biliyə görə yox, vərəqin hansı müəllimə düşdüyünə görə müəyyən edilir?
Mövzu ilə bağlı BDU tələbələri Aztehsil.az-a bildiriblər.


Tələbələr bildiriblər ki, imtahan işlərinin yoxlanılmasında adətən iki fərqli müəllim iştirak edir. Tələbələrin fikrincə, müəllimlər arasında qiymətləndirmə meyarlarının tətbiqində çox ciddi fərqlər mövcuddur. Bir müəllim daha yumşaq yanaşaraq zəif işlərə belə nisbətən yüksək bal verə bildiyi halda, digər müəllim daha sərt mövqe tutaraq yaxşı yazılmış işlərə belə aşağı qiymət verə bilir. Nəticədə tələbənin aldığı bal bilik səviyyəsindən çox, işinin hansı müəllimə düşməsindən asılı görünür. Bu isə qiymətləndirmədə bərabərlik və ədalət prinsipinin pozulması ilə bağlı suallar yaradır.


Digər problem apellyasiya prosesi ilə bağlıdır. Tələbələr arasında belə bir fikir formalaşıb ki, apellyasiya müraciətlərinə baxılarkən bəzi hallarda müəllimin mövqeyi üstün tutulur, tələbənin arqumentləri isə kifayət qədər nəzərə alınmır. Hətta bəzi tələbələr müraciətlərinin aidiyyəti üzrə çatdırılmaması və ya prosesə tam şəffaf şəkildə cəlb olunmamaları barədə şikayətlər səsləndirirlər.


Bu cür halların qarşısının alınması üçün imtahanların yoxlanılması və apellyasiya prosedurları üzərində daha ciddi nəzarətin həyata keçirilməsi, qiymətləndirmə meyarlarının vahid şəkildə tətbiq olunması və tələbələrin hüquqlarının qorunması vacibdir.


Bakı Dövlət Universiteti ilə bağlı illərdir müxtəlif şikayətlər səsləndirilsə də, tələbələr hesab edir ki, problemlərin həlli istiqamətində daha effektiv addımlar atılmalıdır. Çünki gələcəyin hüquqşünaslarını və digər mütəxəssislərini yetişdirən bir ali təhsil müəssisəsində ilk növbədə hüquq, ədalət və qarşılıqlı hörmət prinsipləri təmin olunmalıdır.(Aztehsil.az)

Burda qanunlr işləmir -  Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir


"Son günlər Binəqədi rayonunun Əliçıraq yaşayış massivində qanunsuz anbar inşası geniş vüsət alıb. Hər biri hündürlüyü 8-10 metr, uzunluğu 70-100 metr olan bu anbarlar 2-3 min kvadratmetrlik nəhəng tikililərdən ibarətdir. Heç bir dövlət qurumunun rəsmi icazəsi olmadan – tamamilə qanunsuz şəkildə inşa edilən bu anbarlarla bağlı ən çox narahatlıq doğuran məqam onların yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunmasıdır..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məaqlədə daha sonra bildirilir: "Yağışdan sonra çıxan göbələklər kimi günbəgün artan bu anbarlar, başdan-başa yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir ki, bu da həm həmin xəttlərə texniki qulluq imkanını aradan qaldırır, həm də bədbəxt hadisə riskini yüksəldir.

Qanunsuz anbarlarla bağlı digər bir təhlükəli məqam onların yüksək təzyiqli neft və qaz xətlərinin yaxınlığında yerləşməsidir. Başqa sözlə desək, anbarlarla neft və qaz kəmərləri arasında hər hansı təhlükəsizlik zolağı, neytral sahə mövcud deyil. Bu isə o deməkdir ki, həm neft-qaz kəmərləri, həm də anbarların normal fəaliyyəti üçün ciddi risk mövcuddur. Lakin təəssüflər olsun ki, nə Fövqəladə Hallar Nazirliyi, nə icra hakimiyyəti, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə də Dövlət Neft Şirkəti bu anbarların inşasının qarşısının alınması, həmçinin, tikintisi başa çatan anbarların sökülməsi istiqamətində heç bir addım atmır. Halbuki, həmin ərazidə qanunsuz anbarların inşası ilə bağlı hər hansı bədbəxt hadisə və ya qəza baş verərsə, bu qurumların birbaşa məsuliyyət daşıdığı birmənalıdır.
Ümid edirik ki, yuxarıda adıçəkilən qurumlar gec də olsa enerji daşıyıcılarına məxsus torpaqların zəbti hesabına artan bu anbarlarların sökülməsi istiqamətində konkret addımlar atacaq, prokurorluq orqanları isə bu anbarların necə, hansı hüquqi boşluqlar fonunda ərsəyə gəldiyini, işbazlara kimlərin “yaşıl işıq” yandırdığını araşdıracaq..."
dia.az

Xəbər lenti

Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
18:03
251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
17:27
“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
16:57
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
16:24
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
16:02
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
15:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq
13:10
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
12:53
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
12:19
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
11:37
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
10:59
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
10:04
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
09:33
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
09:04
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
17:42
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
17:29
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
16:48