Moskvada benzin sürətlə bahalaşır


Moskvadakı yanacaqdoldurma məntəqələrində benzinin qiymət artımı kəskin şəkildə sürətlənib.

15–19 iyun tarixlərinin yekunlarına görə, Moskva və Moskva vilayətində Aİ-92 və Aİ-95 markalı benzinin qiymət artımı əvvəlki həftələrlə müqayisədə 3–4 dəfə yüksəlib.

Daha sürətli bahalaşma Moskva vilayətində qeydə alınıb. Burada yanacağın qiyməti hər litr üçün 3 rubldan çox artıb.

Bazar iştirakçıları vəziyyəti belə izah edirlər: müstəqil yanacaqdoldurma məntəqələri yanacaq təklifinin ümumi azalması şəraitində daha bahalı Belarus benzini almağa məcbur qalırlar. Bu da pərakəndə satış qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olur.

Aİ-92 markalı benzin 15–19 iyun tarixlərində Moskvada 2,07 rubl bahalaşaraq 1 litr üçün 67,95 rubla yüksəlib. Halbuki əvvəlki dövrdə həftəlik artım 0,1–0,5 rubl arasında dəyişirdi.

Moskva vilayətində vəziyyət daha da nəzərəçarpandır. Bu həftə ərzində:

Aİ-95 benzininin orta qiyməti 3,44 rubl artaraq litr üçün 76,49 rubla çatıb;

Aİ-92 benzininin orta qiyməti 3,87 rubl yüksələrək litr üçün 69,71 rubla çatıb.

Dizel yanacağının qiymətində də ciddi artım qeydə alınıb:

Moskvada dizelin orta qiyməti 1,73 rubl artaraq litr üçün 81,7 rubla yüksəlib;

Moskva vilayətində isə qiymət 3,33 rubl bahalaşaraq litr üçün 82,85 rubla çatıb.

Mütəxəssislərin qeyd etdiyi kimi, bu, mart ayından bəri müşahidə olunan ən böyük qiymət artımıdır.

ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH


ABŞ-İran danışıqlar prosesi yenidən dalana dirənib.

Belə ki, İsveçrənin Bürgenştok şəhərində iyunun 19-na planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayıb.

CNN telekanalı məlumat verir ki, İran İsveçrədə ABŞ ilə danışıqları bərpa etmək üçün şərt kimi Livan ərazisində hərbi əməliyyatların dayandırılmasına dair zəmanət verilməsini tələb edib. Tehranın bu mövqeyində qəti olduğu bildirilir.

Bildirilir ki, hazırda vasitəçilər bu məsələnin həlli üzərində işləyirlər. Qeyd olunub ki, planlaşdırılan danışıqlar İsrailin Livana endirdiyi zərbələrdən sonra müvəqqəti təxirə salınıb, lakin vasitəçilərin gözləntilərinə əsasən, prosesin nə vaxt bərpa oluna biləcəyi dəqiqləşdirilməyib.

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İsveçrədə öncədən planlaşdırılan görüş baş tutmasa da, yaxın zamanda ABŞ-İran danışıqlar prosesi davam edəcək:


“Tramp adminstrasiyası qarşıdan gələn aralıq seçkiləri nəzərə alaraq hərbi əməliyyatların bərpa olunmasında maraqlı deyil. Trampa ən yaxın hesab olunan respublikaçı senator Lindsi Qrem bildirib ki, əsas məqsəd Hörmüz boğazının açılması idi.

Trampın indiki mərhələdə məqsədi Hörmüz boğazının açılması ilə neftin qiymətinin aşağı düşməsinə nail olmaqdır. Buna da nail olub. Dünya enrji bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşüb.

Neftin ucuzlaşması ABŞ-da neft məhsullarının qiymətinin də ucuzlaşmasına səbəb olur ki, bu da seçicinin əhval-ruhiyyəsinə müsbət təsir edir. Digər tərəfdən respublikaçıların elektoratının yarısını təşkil edən “MAGA” tərəfdarları müharibənin əleyhinədirlər.

Onların seçkiləri passiv baykot etməsi aralıq seçkilərində respublikaçıların ağır məğlubiyyəti ilə bitə bilər. Buna görə də Tramp bütün gücü çalışacaq ki, aralıq seçkilərə, yəni 3 noyabra qədər hərbi əməliyyatlar başlamasın”.

X.Cəfərli əlavə edib ki, İran da müharibədə maraqlı deyil:

“İranda da bunu yaxşı bilirlər və bu vəziyyətdən maksimum istifadə etməyə çalışırlar. Digər tərəfdən İran proksi qüvvələrinin etimadını itirmək istəmir və buna görə İsraillin Livanda “Hizbullah” yaraqlılarına qarşı əməliyyatının dayandırılmasına çalışır. Ancaq bunu elə etməyə çalışır ki, hərbi əməliyyatlar başlamasın.

Vasitəçilər də bilir ki, hərbi əməliyyatlar bərpa olunsa, bu dəfə İran ölümcül zərbə ilə üzləşəcək. Bu isə əsas vasitəçi olan Pakistanı qorxudur. İranın parçalanması və Bəlucistan vilayətinin ayrılması Pakistan üçün kabus olar.

Ondan sonra Pakistanın ərazsinin 44 faizini təşkil edən bəluc əyalətində stabilliyi bərpa etmək olmaz. Yəni danışıqlar prosesində iştirak edən tərəflərin heç biri hərbi əməliyyatların başlanmasında maraqlı deyil”.

Ekspert vurğulayıb ki, ABŞ ilə İran arasında hərbi əməliyyatların bərpa olunmasında maraqlı qüvvələr var:

“Respublikaçıların önəmli simaları və bəzi senatorlar hərbi əməliyyatların başlaması üçün Trampa təzyiq göstərirlər. Onlar bəyan edirlər ki, hərbçilərə başladıqları işi axıra çatdırmaq imkanı verilməlidir. Bütün bunlar ABŞ-İran danışıqlarının görüntü xatirinə ola da, davam edəcəyinindən xəbər verir”.

Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."


Bu xalqın Sahil Babayevdən və Anar Əliyevdən çəkdikləri nədir axı..
Bir neçə gün qabaq bir tanıdığım adamla görüşdük. Birlikdə yemək yeməyə qərar verdik. Dedi gedək yardımı alım. Soruşdum nə yardımı? Dedi, sosial yardım alıram. Hə, onu da dedi ki, pulumu verib işimi düzüb qoşdum. Necə olur ki, adına 2-3 evi, 4-5 maşını olan ayda min manata qədər sosial yardım alır. Amma həqiqətən ehtıyacı olanlardan az qala gecə sevişdikləri haqqında da arayış istəyirsiz. İndi bu statusu görüb cavab verəcəklər ki, fakt göstər. Biraz geniş düşünüb, uzağa baxsanız özünüz görəcəksiniz. Mümkün qədər həqiqətən sosial yardıma ehtiyacı olanlara az zülm edin. Min cür sənəd yığdırırsız. Sonra da yenə min cür bəhanə uydurub imtina edirsiz.
Bu statusu görüb aidiyyatı yerə göndərən həmkarlarım da sağ olsun. Bir tikə çörək qazanacaqlar.
Haqqım və ehtiyacım olan sosial yardım üçün müraciət etdim. Mətbuat sahəsinə baxan dostları da çox yordum. Min adama zəng elədim. Min adama minnətçi düşdüm. Bir ton sənəd yığdım. Sonda bir hörmətli adamın xahişindən sonra sənədlərimizə diqqət yetirib yardım almağımızı təsdiqlədilər. 2 ay sonra yardımı dayandırdılar. Yenə tanıdıqları saldım ortalığa. Yenə bərpa etdilər və sonra birdəfəlik kəsdilər. Amma 3-5 manata ( 3-5 min) manata heç bir sənəd olmadan bu yardımı almaq olurmuş. Bunu da qeyd edim. Sosial almaq üçün yaşadığımız evə gələn özünü tanımayan 3 nəfər evin xanımından 20 il qabaq cehiz gətirdiyi paltaryuyan maşını nə ilə aldığımızı soruşub.
Nə isə.. Sosial haqqımızı yeyən Sahil Babayevi və Anar Əliyevə bütün ömürləri boyu yardıma ehtiyac içində yaşamaqlarını arzulayıram...
Müəllif: Yusif Məhəmmədoğlu - "DİA-AZ"

“Monolit” MTK binanın üstündə əlavə evlər tikib satır - VİDEO


Şəhərin mərkəzində yerləşən 12 mərtəbəli binanın mansard hissəsində qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur.

Bu şikayətlə Aşıq Molla Cümə küçəsi giriş 3, M12, M2 ünvanında yerləşən "Monolit MTK"ya məxsus yaşayış binasının sakinlərindən biri "Xəzər Xəbər”ə müraciət edib.

Şikayətçinin vəkili Elməddin Məhərrəmov iddiasında bildirib ki, "Monolit” MTK ərazidə yerləşən 4 binanın sakinlərə məxsus olan çardaq və texniki sahəsini qanunsuz olaraq maklerlərdən birinə yeni mənzil inşası üçün satıb. İddialara görə, sakinlərin ümumi istifadəsində olan, yaşayış üçün ayrılmayan texniki sahədə qanunsuz tikinti işləri 5 aydan çoxdur ki, davam etdirilir.

Şikayətçi onu da iddia edir ki, qeyri-yaşayış sahəsində tikilən mənzillər üçün yaxınlıqda yerləşən binalardan qanunsuz qaz xətti çəkilib, eləcə də su, kanalizasiya, elektrik xətləri də aşağı mərtəbələrdə yaşayan qonşuların xəttinə birləşdirilib. Şikayətçinin sözlərinə görə, 4 binada aparılan qanunsuz tikinti işləri barədə aidiyyəti qurumlara müraciət edildikdən sonra 3 binada tikinti dayandırılıb, 1 binada isə tikinti işləri hələ də davam etdirilir.

İddialarda adı çəkilən "Monolit” MTK-ın əməkdaşı aparılan işlərin tam qanuni, layihəyə uyğun və razılaşdırılmış olduğunu bildirib. Tikintinin müvafiq qurumlarla razılaşdırılmış olduğuna dair müvafiq sənədləri isə təqdim etməyəcəkləri bildirilib.

Şirkət mansard hissədə heç bir əlavə tikintinin aparılmadığını bildirsə də, "Xəzər TV"nin əməkdaşları 12-ci mərtəbəyə qalxdığı zaman tikinti işlərinin həyata keçirildiyinin şahidi olub.

Hətta sosial şəbəkələrdə sözügedən binaya məxsus mansard tipli mənzillərin satışı üçün elanlar da həyata keçirilir.

Mansardın sahibi olduğunu iddia edən İlkin Rəhimov "Xəzər TV”yə bildirib ki, aparılan tikinti işləri rəsmi qurumlarla razılaşdırılıb və mənzillərə bütün kommunal sayğaclar da qoyulub.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "Monolit" MTK tərəfindən inşa edilmiş 2 ədəd 12 mərtəbəli yaşayış binasının çardaq və texniki sahəsində əlavə pəncərə oyuqlarının açılması, əlavə mənzillərin tikilməsi barədə sakinlərdən daxil olmuş sikayətlər araşdırılb. Binaların dam hissəsinə baxış keçirilib və qanunsuz, layihədən kənar aparılan tikinti işləri barədə MTK rəhbərliyinə və aidiyyəti qurumlara məktub ünvanlanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, məsələ ilə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib. (Azfakt.com)

VİDEO LİNKDƏ: https://www.azfakt.com/news.php?id=194813

Talassemiyanın gen daşıyıcıları əsgər gedir?


Azərbaycanda həqiqi hərbi xidmətlə bağlı müzakirə olunan məsələlərdən biri də talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçılarla bağlıdır.


Bəs həmin gen daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirmi?


Bu suala Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən cavab verilib.


Dövlət Xidmətindən bildirilib ki, sözügedən xəstəliyin daşıyıcıları hərbi xidmətə cəlb edilirlər.


“Hazırda qüvvədə olan Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən, “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” hesab edilirlər”, - məlumatda qeyd olunub.

Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?


Şəmkirin Qaracəmirli kəndində park baxımsız qalib. Bu barədə özünün sosial şəbəkə hesabında jurnalist Nuranə Abdullayeva etirazını ifadə edib.
O daha sonra fikrini belə davam etdirir: "Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən parkın baxımsız vəziyyəti yerli sakinlərin etirazına səbəb olub.
Sakinlərin sözlərinə görə, parkda əkilmiş ağaclar uzun müddətdir suvarılmır, yaşıllıqlara qulluq göstərilmir və əraziyə nəzarət edən yoxdur.
Onlar bildirirlər ki, yaşıllıqların qorunması ilə bağlı sərt nəzarətdən danışan aidiyyəti qurumlar parkın bu acınacaqlı vəziyyətinə biganə yanaşırlar. Sakinlər sual edirlər: İcra Hakimiyyəti və Yaşıllaşdırma xidməti hara baxır? Əgər bir ağacın kəsilməsinə görə dərhal cərimə tətbiq edilirsə, bəs onlarla ağacın baxımsızlıq və susuzluq ucbatından qurumasına niyə göz yumulur?
Qaracəmirli sakinləri hesab edirlər ki, parkın mövcud vəziyyəti məsul qurumların üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmədiyini göstərir. Onlar aidiyyəti qurumları məsələni təxirəsalınmadan araşdırmağa, parkın bərpası və yaşıllıqların qorunması istiqamətində təcili tədbirlər görməyə çağırırlar..."(Dia-az)

Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO


Cəlilabadın Göytəpə şəhərindəki Oktay Eynullayev küçəsində piyadaların hərəkət etdiyi küçəyə ticarətçilərin piştəxtaları tərəfindən zəbt olunub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, nəticədə piyadaların hərəkəti çətinləşib.

İnsanlar səkidən istifadə edə bilmədikləri üçün avtomobil yoluna çıxmaq məcburiyyətində qalırlar, bu isə onların həyatını təhlükə altına qoyur.

Qeyd edək ki, sözügedən ərazi Cəlilabada Göytəpə və Masallı istiqamətindən gələn sakinlərin Yeni Ələt–Astara magistral yoluna çıxış hissəsində yerləşir.

Buradakı xaotik vəziyyət və nəzarətsiz küçə ticarəti bəzən uzun avtomobil tıxaclarının yaranmasına da səbəb olur.

Sakinlər aidiyyəti qurumlardan problemin həlli və piyada səkisinin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbir görülməsini istəyirlər.

“Pilgrim Education” şirkətindən şikayətlər artır - Aisa Aslanova isə vətəndaşdan gizlənir


Son aylarda Azərbaycanda xaricdə təhsil xidməti göstərdiyi bildirilən “Pilgrim Education” şirkəti ilə bağlı narazılıqlar gündəmdən düşmür. Xaricdə təhsil adı ilə fəaliyyət göstərən “Pilgrim Education” şirkəti ətrafında narazılıq dalğası getdikcə böyüyür.

AzFakt.com-un əldə etdiyi məlumata görə hazırda hüquq mühafizə orqanlarında “Pilgrim Education” şirkətindən zərəçəkmiş və şikayətçi olan vətəndaşların sayı 33 (otuz üç) nəfərdi. Saytımıza müraciət edən şikayətçilər bildirir ki, “Pilgrim Education” şirkətinin rəhbəri Aisa Aslanova və meneceri Leyla Mustafa pullarımızı vermək istəmir. Aisa Aslanova və Leyla Mustafa iddia edirlər ki, guya biz müqavilənin şərtlərini pozmuşuq. Şikayətçilər dəfələrlə “Pilgrim Education” şirkətinin ofisinə getsələrdə Aisa Aslanova qaçıb gizlənib.

Hazırda “Pilgrim Education” şirkəti ilə bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb və aradşırma aparılır.

Şikayətçilər siyahısını və hazırda “Pilgrim Education”şirkətinin vətəndaşlara verəcəyi pulları təqdim edirik.

1. Əlizadə Vəfa Mirzağa qızı -2500 azn
2. Sabirli Kənan Emin oğlu-1300 azn⁠
3. Məmmədova Mehriban Qabil qızı-700 azn
4. ⁠Əliyeva Türkanə İltifat qızı- 1000 azn
5. Haciyeva Firuze Namiq qizi-1500 azn⁠
6. Abdullayeva Nəcmə Abdulla qızı - 3000 azn
7. Camalova Xanım Mirkərim qızı - 650 AZN
8. Ələkpərova Gülnar Elxanovna- 1000 azn
9. Zülfüqarova Həcər Abdul qızı - 2600 azn
10. Hüseynli Əli Surac oğlu- 1150 azn
11. ⁠Xəlilova Könül Ismayıl qızı-3000 azn
12. Mirzəyeva Suzanə Müşfiq qızı- 1500 azn
13. ⁠⁠Qarayev Əli Qəşəm oğlu-1000 azn
14. ⁠Xəlilova Arzu Fikrət qızı-1500 azn
15. ⁠Xalidova Aliyə Samir qızı- 2000 azn
16. ⁠Məmmədəliyeva Nərgiz Eldəniz qızı 1760
17. ⁠Məmmədova Səma Natiq qızı-1100 azn
18. Mustafayeva İlkanə Xəyyam qızı- 1000 azn
19. Qarayeva Elşənə Asəf qızı -700 azn
20. ⁠Xəlilov Kamal Oqtay oğlu-1500 azn
21. ⁠Qurbanlı İlkin Malik oğlu-2800 azn
22.Yusibova Gülxanım Anar qızı- 1500 azn
23. Qurbanova Türkan Seymur qızı - 1500 azn
24. Çingiz Umudlu Ayazxan oğlu- 500 AZN
25. Mütəllibov Süleyman Bəxtiyar oğlu-2800 Azn
26. ⁠Hacıyeva Nəzrin Elnur qızı- 3000 azn
27. ⁠Çələbiyeva Xəyalə Hikmət qızı- 2000azn
28. ⁠Hüseynli Fatimə Azər qızı-1200 azn
29. ⁠Babayeva Pəri Tahir qızı- 200 azn
30. Memmedova Nermın Nazım qızı- 1800 azn
31. ⁠Qədimova Mehin Zəfər qızı- 2200 azn
32. ⁠Abdullayeva Vüsalə və Abdullayev Murad- 1400 azn
33. ⁠Əliyev Nicat Heydər oğlu- 700 azn
Maraqlıdır ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Pilgrim Education” şirkətinin adına rast gəlinmir. Açıq mənbələrdə də şirkət haqqında heç bir məlumat yoxdur.

Ölkə mətbuatında “Pilgrim Education” şirkəti və onun rəhbəri Aisa Aslanova haqqında yüzlərlə şikayət, məqalələr dərc edilib. Amma buna baxmayaraq dövlətin bəzi televiziya orqanları Aisa Aslanovanı xaricdə təhsil eksperti kimi cəmiyyətə sırıyırlar. Görünür Aisa Aslanovanı qoruyan hansısa “gizli əl” məhz televiziyalar vasitəsilə onun qanunsuzluqları ört basdır eləməyə çalışır.
Mövzuya qayıdacağıq.

AzFakt.com

Xəbər lenti

Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
18:03
251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
17:27
“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
16:57
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
16:24
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
16:02
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
15:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq
13:10
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
12:53
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
12:19
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
11:37
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
10:59
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
10:04
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
09:33
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
09:04
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
17:42
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
17:29
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
16:48