Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video


8 il əvvəl tikilib istifadəyə verilmiş 15 mərtəbəli yaşayış kompleksinin mansardında yeni mənzil tikərək, sosial şəbəkədə elan veriblər. Üç otaqdan ibarət 56 kavadratmetrlik yeni tikilinin qiyməti 125 min manata təklif edilb.

Mənzil Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 133,  Qış Parkının yaxınlığında yerləşən premium yaşayış kompleksindədir.  

Sakinlər deyir ki, “Seven Points” MTK tərəfindən inşa olunan yaşayış kompleksi pilot layihədir.

Komendant isə bildirib ki, kompleksdə tikinti şirkəti tərəfindən ilkin satışlar bitib.(“Qafqazinfo”)

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:

“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"


Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində qanunsuz uşaq bağçasının fəaliyyət göstərməsi ilə bağlı xəbərlər mətbuatda böyük rezonans doğurub. Ölkənin əksər ziyalıları, tanınmış ictimai-siyasi xadimlər, mədəniyyət adamları bu addımı sərt tənqid edib.

Moderator.az-a açıqlama verən Xalq artisti, görkəmli bəstəkar Siyavuş Kərimi atılan addımı düzgün olmayan hal kimi qiymətləndirib:

“Bu gün hər şeyi pul həll edir. Təəssüflər olsun ki, bu belədir. Çox təəssüf! Bu bizi konkret uçuruma aparacaq. Mədəniyyət evi öz fəaliyyəti istiqamətində inkişaf etdirilməlidir. Tarixən hər zaman özfəaliyyət kollektivləri mədəniyyət evində formalaşıb. Mədəniyyət evinin tərkibində respublikanın özfəaliyyət məkanları olmalıdır. Peşəkarlar da oradan püxtələşib üzə çıxmağa başlayacaqlar. Bu saat hamı gedib toylarda öyrənir. Özfəaliyyət bu gün toylardır. Bunu da təbliğ edirik. Mədəniyyət evləri öz funksiyasını çoxdan itirib. Mədəniyyət evləri bu dəqiqə boşdur. Orada ya mebel satırlar, ya uşaq bağçası, ya da paxlava istehsal edən sex açırlar. Pul hamı üçün önəmlidir. Amma pul mədəniyyəti ört-basdır edə bilməz” deyə sənətkar bildirib.

Millət vəkili Fazil Mustafa saytımıza açıqlamasında sözügedən bağçanın fəaliyyətinin araşdırılmasına ehtiyacın olduğunu bildirib:

“Bağçaların biləvasitə nəzarətini həyata keçirən orqan Elm və Təhsil Nazirliyidir. Ona görə də burada tabelik məsələsinə baxılmalıdır. Əgər özəl müəssisədirsə, hansısa bir müqavilə əsasında bu məkanda yerləşirsə bu başqadır. Yeri icarəyə götürə bilərlər. Amma tabeçilik yenə də Elm və Təhsil Nazirliyində olmalıdır. Bağçaların Mədəniyyət Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Konkret faktlar araşdırılmalıdır. Fikrimcə bu qanunauyğun fəaliyyət sayılmamalıdır. Əgər yerin spesifikası, hansısa bir məcburi səbəblərdən bu addım atılıbsa müvafiq qurumlar bununla bağlı açıqlama verməlidirlər” deyə Fazil Mustafa deyib.

Qeyd edək ki, bir müddətdir Qızıldaş Mədəniyyət Mərkəzinin tabeliyində qanunsuz olaraq “Eliza School” adlı uşaq bağçası fəaliyyət göstərir.

Moderator.az

“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR



​Bakının mərkəzində, “Sahil Biznes Mərkəzi”nin 4-cü mərtəbəsində dəbdəbəli ofis qurub, sosial şəbəkələrdə “Ausbildung”, “pulsuz Alman dili kursu” və “xaricdə zəmanətli iş” vədləri ilə insanları toruna salan “First Academy AZ” MMC və onun direktoru Vüsal Qəribov barəsində şikayətlərin ardı-arası kəsilmir.
Aztəminatlı ailələrin, son qəpiyini borc-xərc edib gələcək ümidinə bağlayan kasıb vətəndaşların etibarından sui-istifadə edən bu şirkət, minlərlə manat mənimsəməkdə və vətəndaşları qanuni əsaslar olmadan ortada qoymaqda ittiham olunur.
​Tələsik İmzalanan Müqavilələr və Şəxsi Kartlara Köçürülən "Gizli" Pullar
​Bizə müraciət edən Xırdalan şəhər sakinləri – İmaməddin Rəfael oğlu Əliyev və həyat yoldaşı Aidan Xəqani qızı Əliyevanın başına gələnlər, bu şirkətin iş mexanizminin hansı prinsiplər üzərində qurulduğunu ifşa edir. Instagram-da “6 ay pulsuz Alman dili” və “Ausbildung proqramı ilə Almaniyaya göndərilmə” reklamlarına inanaraq şirkətə üz tutan gənc ailə, rəsmən bir tələyə salınıb.
​Vətəndaşların bildirdiyinə görə, onlara 7 səhifəlik müqaviləni oxumağa belə imkan verilmədən, tələsik şəkildə imza etdirilib. Ümumilikdə 2000 AZN vəsait mənimsənilib.
Bu vəsaitin bir hissəsi nağd alınsa da, digər hissəsi şirkətin rəsmi hesabına deyil, onlara WhatsApp vasitəsilə göndərilən 5239 1517 1158 2869 nömrəli, kimliyi gizli saxlanılan bank kartına köçürülüb!
​Jurnalist Araşdırmasının Şok Nəticəsi: Köçürülən pullarla bağlı vətəndaşlara heç bir rəsmi mədaxil qəbzi və ya kassa orderi verilməyib.
Sonradan əldə edilən bank sənədlərində isə bu ödənişlər xidmət haqqı kimi deyil, şübhəli şəkildə "şəxsi vəsaitlərin çıxarılması" kimi rəsmiləşdirilib. Bu, birbaşa vergidən yayınma və maliyyə fırıldaqçılığı deyilmi?
​2 il keçməsinə baxmayaraq, nə vəd olunan keyfiyyətli dərs keçirilib, nə də ortada Almaniyaya getmək var. Kasıb ailənin pulunu geri istədikdə isə onlara "pul kursa xərclənib, geri qaytarılmır" bəhanəsi gətirilir. Halbuki reklamlarında bu kursun tamamilə pulsuz və proqrama daxil olduğu barədə yüzlərlə saxta vəd yer alırdı!
​Referans Media Araşdırır: Vüsal Qəribovun Sualdan Qaçan "Kağız Üstündəki" Qanuniliyi!
​Referans Media olaraq, məsələni obyektiv şəkildə işıqlandırmaq və qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə “First Academy AZ” MMC-nin rəhbəri Vüsal Qəribovla birbaşa əlaqə saxladıq.
​Ona vətəndaşların pullarının niyə geri qaytarılmadığı, vergi bəyannamələri və VÖEN hesabatları, eləcə də şəxsi kartlara yığılan vəsaitlər barədə konkret suallar ünvanladıq. Vüsal Qəribov suallarımıza cavabında hər bir sənədinin qaydasında olduğunu, heç bir qanunsuzluğa yol vermədiyini iddia etdi.
Lakin araşdırmamız dərinləşdikcə və biz faktları onun önünə qoymaq üçün növbəti dəfə onunla əlaqə saxlamağa çalışdıqda, Vüsal Qəribov telefonlarımıza cavab verməkdən yayındı!
​Mətbuatın suallarından qaçan, zənglərə cavab verməyən bir rəhbərin "hər şeyim qanunidir" deməsi sadəcə sözdədir və reallığı əks etdirmir! Sənədləri düzgün olan, fəaliyyəti şəffaf olan şəxs medianın qarşısından qaçmaz, gizlənməz!
Bu qaçış, edilən qanunsuzluqların və vətəndaşların aldadılmasının növbəti sübutudur. Bu şirkət barədə redaksiyamıza daxil olan çoxsaylı digər analoji şikayətlər də göstərir ki, qarşımızda sistemli şəkildə fəaliyyət göstərən bir mexanizm dayana bilər.
​Kasıbın Pulu ilə Eyş-İşrət Həyatı: Bu Toxunulmazlıq Haradandır?
​Şəhərin mərkəzində, ən bahalı biznes mərkəzlərindən birində ofis saxlayan, aztəminatlı ailələrin gələcək arzularını, borc içində tapıb gətirdikləri son qəpiklərini mənimsəyən Vüsal Qəribovun hansı pullar hesabına eyş-işrət həyatı sürdüyü, sosial şəbəkələrdə yüngül əxlaqlı qadınlarla nümayişkaranə şəkildə məclislər təşkil etdiyi hər kəsə bəllidir.
Vətəndaşı mənəvi və maddi ziyana uğradan bir şəxs, necə olur ki, özəl televiziya kanallarına çıxaraq milyonlarla insanı manipulyasiya edir, təhsil və peşə adı altında öz fırıldaq fəaliyyətinin təbliğatını apara bilir?
​Vətəndaşlara dikbaşlıqla "gedin, hara istəyirsinizsə, şikayət edin" deyən Vüsal Qəribov görəsən kimə və nəyə arxalanır? Cənab Prezident İlham Əliyevin "Heç kəs toxunulmaz deyil və heç kəsə xüsusi imtiyaz verilməyib" dediyi bir ölkədə, bu şəxsə vətəndaşları açıq-aşkar talamaq imtiyazını kim verib?
​Hüquq-Mühafizə Orqanlarına TƏCİLİ ÇAĞIRIŞ!
​Bu yazı sadəcə bir xəbər deyil, aldadılan, hüquqları tapdanan və çarəsiz qalan vətəndaşların səsidir. Əlimizdə olan yazışmalar, səs yazıları, bank köçürmə sənədləri və faktlar əsasında aidiyyəti dövlət qurumlarına çağırış edirik:
​Daxili İşlər Nazirliyinə: “First Academy AZ” MMC və onun direktoru Vüsal Qəribov tərəfindən vətəndaşların etibarından sui-istifadə edilməklə pullarının mənimsənilməsi (Dələduzluq əlamətləri) faktı araşdırılmalı, qanun qarşısında cavab vermələri təmin edilməlidir.
​Baş Prokurorluğa: Şirkətin vətəndaşlardan rəsmi kassa orderi olmadan pul yığması, vəsaitlərin şəxsi kartlara köçürülməsi tələbi və bu yolla vətəndaşlara maddi ziyan vurulması məsələsinə hüquqi qiymət verilməli və cinayət işi başlanmalıdır.
​Dövlət Vergi Xidmətinə: Şəxsi bank kartları vasitəsilə dövriyyə edən, sənədləşdirilməyən və "şəxsi vəsaitlərin çıxarılması" adı altında gizlədilən yüzlərlə, bəlkə də minlərlə manatlıq qanunsuz maliyyə dövriyyəsi yoxlanılmalı, vergidən yayınma faktları ifşa olunmalıdır.
​Referans Media olaraq, bu cinayət xarakterli fırıldaqçılığın və korrupsiya qoxulu fəaliyyətin sonunadək təqibçisi olacağıq! Aldadılan vətəndaşların hüquqları bərpa olunana və Vüsal Qəribov qanun qarşısında cavab verənədək mövzunu gündəmdə saxlayacağıq!.."
"Referans Media"



Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...


Ötən tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakansiyaların gizlədilməsi ilə bağlı əsaslı faktlar vakansiyaların gizlədilməsi nəticəsində işə qəbul ola bilməmiş namizədlər tərəfindən narazılıqlar yaranmış bu hallar ictimailəşdirilmişdi. İctimai narazılıq yaradan hallardan biri də 2025-2026-cı tədris ilində Xaçmaz şəhəri 9 nömrəli tam orta məktəbdə biologiya fənni üzrə 18 saat dərs yükünün müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim olunmayaraq vakansiyanın gizlədilməsi, hətta həmin vakant yerin müddətli işə qəbul mərhələsinə də təqdim olunmadan İnzibati təşkilat sektorunun müdiri Fikrət Heybətova yaxın tanışı və Padar kənd ümumi orta məktəbində çalışan müəllim Lamiyə Balaqadaşovaya əsassız olaraq ikinci iş yeri kimi həmin dərs saatlarının verilməsi idi.
Mövzuya yenidən qayıdaraq həmin vakansiyanın taleyi ilə bağlı oxucuları yenidən məlumatlandırmaq istəyirik. Maraqlıdır görəsən 2026-cı ildə keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsinə həmin vakant dərs saatları təqdim olunubmu? Yoxsa Fikrət Heybətov yenə də həmin vakansiyanı gizlədərək ötən il həmin vəzifəyə ikinci iş yeri kimi göndərdiyi tanışını yenidən müsabiqədən kənar şəkildə təyin etmək niyyətindədirmi? Əgər həmin vakansiya yenə də gizlədilibsə Fikrət Heybətov Elm və Təhsil Nazirliyini, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini aldadacaq cəsarəti hardan və ya kimdən alır? Agentliyin bu kimi hallara qarşı mübarizə apardığı bir şəraitdə dövlət qulluğundan keçmədən sektor müdiri vəzifəsində çalışan şəxsin neqativ fəaliyyəti barədə niyə Agentlik və regional idarə tərəfindən tədbir görülmür?Yazıda qeyd olunan məqamlar müxtəlif mənbələrdən daxil olmuş iddialara əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə və məsələ ilə bağlı rəsmi qurumların münasibətini işıqlandırmağa hazırıq.

SOZTV.az

Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...


ADY-nin qatarlarında qida xidməti göstərən PFM Şirkətinə nə qədər vəsait xərclənir?
Ajans.az-ın Baş Redaktoru Tural Müseyibov qatarla səfər edən zaman, ona üzərində “ADY PFM CATERİNG” yazılan məhsul təqdim olunub. Təqdim olunan plastik qabda qablaşdırılmış meyvə şirəsinin hansı üsulla hazırlanması və məhsulun üzərində istehsal tarixinin göstərilməməsi diqqət çəkib.

Məsələ ilə bağlı Ajans.az Azərbaycan Dəmir Yolları (ADY) QSC-yə sürət qararlarında biznes sinif sərnişinlərinə təqdim olunan qida xidmətləri ilə bağlı sorğu ünvanlayıb. Bu sorğuya bir ay ərzində cavab verilmədiyi üçün Ajans.az-ın Baş redaktoru Tural Müseyibov Rövşən Rüstəmova məsələ ilə bağlı suallar göndərib. Bununda üzərindən 15 gündən artıq vaxt keçməsinə baxmayaraq heçbir cavab ala bilməyib.

Sorğuda bildirilib ki, son illər Azərbaycanda dəmir yolu ilə sərnişindaşıma sahəsində müsbət dinamika müşahidə olunur və həyata keçirilən yeniliklər təqdirəlayiqdir. Qeyd olunub ki, biznes sinifdə səyahət zamanı sərnişinlərə üzərində "ADY PFM CATERING" yazısı olan plastik qabda meyvə şirəsi təqdim edilib.

Bununla bağlı ADY-yə aşağıdakı suallar ünvanlanıb:

1. ADY niyə məhz PFM CATERING şirkətini seçib?

2. Şirkətin seçilməsi hansı meyarlar əsasında həyata keçirilib?

3. PFM CATERING şirkəti ilə ADY arasında hansı əməkdaşlıq mövcuddur?

4. Bu əməkdaşlıq hansı tarixdən başlayıb?

5. Əməkdaşlıq çərçivəsində nə qədər vəsait xərclənir?

6. Biznes sinifdə qida xidmətinin göstərilməsi üçün tender elan olunubmu?

7. PFM CATERING şirkətinin AQTA tərəfindən verilmiş rəsmi sertifikatı varmı?

8. Meyvə şirəsinin təqdim edildiyi plastik qablar harada istehsal olunur və istehsal prosesi ilə tanış olmaq mümkündürmü?

9. Plastik qablar xaricdən alınırsa, onların keyfiyyətini təsdiq edən hansı rəsmi sənədlər mövcuddur?

10. Şirkətin qida hazırlanması və qatarlara çatdırılması prosesi ilə yaxından tanış olmaq mümkündürmü?

11. Gün ərzində sərnişinlərə göstərilən qida xidməti ADY-yə hansı məbləğə başa gəlir?

12. ADY PFM CATERING şirkəti ilə neçə ildir əməkdaşlıq edir?

Ajans.az

Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO


Qəbələnin Quşlar kəndində humanitar böhran: “Qaz yoxdur, odun kəsirik həbs edirlər, yol olmadığı üçün xəstəni həkimə çatdıra bilmirik!”

Qəbələ rayonunun Quşlar kənd sakinləri illərdir həllini tapmayan fundamental infrastruktur problemlərindən əziyyət çəkir. Kənd sakinlərinin 1xeber.media-ya etdiyi müraciətdə qaldırılan problemlər rayondakı yerli idarəetmə orqanlarının vətəndaşların çağırışlarına qarşı göstərdiyi biganəliyi növbəti dəfə ifşa edib.

Məngənədə qalan kənd sakininin sözlərinə görə, kənddə mavi yanacaq ümumiyyətlə yoxdur. Qış aylarında alternativ qızdırıcı vasitələrdən məhrum olan sakinlər məcburiyyətdən meşədən odun tədarük etməyə çalışırlar. Lakin bu zaman onlar fərqli bir problemlə — sərt ekoloji cərimələr və həbs təhlükəsi ilə üzləşirlər:
Bərbad yollar isə can alır: Təcili yardım kəndə girə bilmir!Quşlar kəndinin digər ən böyük problemi isə yolların tamamilə dağılması və keçilməz olmasıdır. Payız və qış aylarında palçıq tərkibli yollar kəndi rayondan tamamilə təcrid edir. Yolun bərbad vəziyyətdə olması birbaşa insan həyatını təhlükəyə atır:

İcra Hakimiyyəti vətəndaşın səsini eşitmirSakinlər bildirirlər ki, qeyd olunan problemlərlə bağlı dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyətinə və aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib. İcra hakimiyyətinin bu problemləri həll etmək üçün birbaşa səlahiyyəti və imkanları olduğu halda, illərdir vətəndaşların şikayətlərinə heç bir obyektiv reaksiya verilmir, reallığı əks etdirən heç bir addım atılmır.

Kənd sakinləri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarından, "Azəriqaz" -dan və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məsələyə təcili müdaxilə etməsini, onları bu humanitar çətinlikdən xilas etməsini tələb edirlər.

1xeber.media

Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...


Bir neçə il əvvəl Xəzər rayonu, Zağulba prospekti 22 ünvanında yerləşən yerüstü piyada keçidi uzun müzakirələrdən, çoxsaylı faciələrdən və onlarla ölüm hadisəsindən sonra inşa edildi.

Bizimesr.com bildirir ki, müasir deyib tikdikləri piyada keçici AAYDA-nın sabiq sədri Saleh Məmmədovun dövründə keçidi baxımsız qaldı. Ərazi zaman-zaman zibilliyə çevrilirdi. Yalnız ictimai narazılıq yarananda aidiyyəti qurumlar gəlib formal şəkildə ərazini təmizləyib getdilər... O dövrdə insanlar deyirdilər ki, Saleh Məmmədov piyada keçidlərinə lazımi diqqət ayırmır.

Sonra Saleh Məmmədovu vəzifədən qovdular, onun yerinə gənc rəhbər Vüsal Nəsirli təyin olundu. Cəmiyyətdə yeni rəhbərlikdən fərqli yanaşma gözlənilirdi.

Amma bu gün həmin piyada keçidinin vəziyyəti yenə də acınacaqlıdır. Pilləkənlər, keçidin üst hissəsi və ətrafı plastik butulkalar, quru yarpaqlar, kol-kos arasına yığılmış tullantılar və müxtəlif zibillərlə doludur. Ərazi sanki zibil poliqonununa çevirilib.

Üstəlik, söhbət ucqar və nəzarətsiz bir yerdən getmir, bu piyada keçici ölkə rəhbərinin də hər gün istifadə etdiyi əsas magistral yollardan birinin üzərindədir.

Bu mənzərə təkcə ətrafda yaşayan insanlara hörmətsizlik deyil, həm də yol hərəkəti üçün böyük risk yaradır. Küləkli havalarda yola sovrulan tullantılar qəza təhlükəsi yarada bilər.

Belə olan halda sual yaranır - Əgər eyni piyada keçidi həm Saleh Məmmədovun dövründə, həm də Vüsal Nəsirlinin rəhbərliyi dövründə baxımsız və zibillik vəziyyətində qalırsa, onda bu iki rəhbər arasında fərq nədədir? Vüsal Nəsili də elə Saleh Məmmədov deyilmi?(Bizimesr.com )

Video BURADA... Baxmaq üçün tıklayın... https://www.tiktok.com/@bizimesr.az/video/7655625537288817938?_r=1&_t=ZS-97YAyLyKRXT

Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur


Saatlı rayonunun Qazanbatan kəndində fəaliyyət göstərən fermerlər çıxılmaz vəziyyətdə qalıblar.

Kənd sakinlərinin verdiyi məlumata görə, biçin mövsümü bitmək üzrə olsa da, ərazidə kombayn çatışmazlığı ucbatından arpa sahələrini biçmək mümkün olmayıb. Günlərlə, aylarla çəkilən zəhmət və qoyulan xərclər göz görəsi məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Fermerlər bildirir ki, yaranmış kritik problemlə bağlı aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət edilib:(1xeber.media)

Xəbər lenti

Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55
DÇ finalının fasiləsi uzadılacaq
15:00
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
13:05
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
12:23