Azərbaycandan sonra Ermənistana səfər edəcək


Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyulun 2-də Ermənistana işgüzar səfər edəcək.


Bu haqda Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.


Avropa Komissiyası sədrinin səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi bildirilir.


Məlumata görə, danışıqlardan sonra Paşinyan və Avropa Komissiyasının sədri bəyanatlar verəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.


Xatırladaq ki, Lyayenin 1 iyulda Azərbaycana səfəri gözlənilir.

Nərimanovda yenilik - Obyektlər sökülür? - Fotolar


Bakının Nərimanov rayonunun Təbriz küçəsində nəqliyyat infrastrukturu ilə əlaqədar genişmiqyaslı işlərə başlanılıb.


“Qafqazinfo” xəbər verir ki, layihə 2025–2030-cu illər üçün nəzərdə tutulmuş Dövlət Proqramına əsasən həyata keçirilir.


Proqrama uyğun olaraq, “Nəriman Nərimanov” metrosunun ətrafında yerləşən obyektlər hasarlanıb. Sözügedən ərazidə 10-a yaxın müxtəlif təyinatlı mağaza və kafe fəaliyyət göstərir. Artıq piyadalar yalnız onlar üçün müəyyən edilmiş yerlərdən istifadə edərək əraziyə daxil ola bilirlər.


Həmin obyektlərin söküləcəyi və onların yerində avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacağı bildirilir. Metronun ətrafında yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.


Hələ söküntü işlərinə başlanılmasa da, obyekt sahibləri artıq bununla bağlı məlumatlar eşitdiklərini qeyd edirlər.


Fotolar: Pərvin Zeynal










Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB


Azərbaycanda bəzi bölgələrdə iyunun 30-u və iyulun 1-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Yardımlı, Lerik, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

***

Azərbaycanın rayonlarında iyunun 30-u gündüzdən iyulun 1-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan 12 sot torpaq sahəsini almaq istəyən iş adamı 31 min manat pulundan olub.
Bizimesr.com bildirir ki, bu dələduzluq əməli ilə bağlı iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Təqsirləndirilən şəxslər-Səmədov Emil Nadir oğlu və Abasov Rövşən Ziyafət oğlu “Azərbaycan Dövlət Neft Şirkəti”nin balansında olan Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsini Elşən Quliyevin adına özəlləşdirə biləcəkləri barədə yalan vəd veriblər. Bu işin həlli üçün isə zərərçəkmiş şəxsdən 31 min manat pul alıblar.
Məhkəmədə Emil Səmədov cinayət əməlinə görə özünü qismən təqsirli bilib. Emil ifadəsində Elşən Quliyevi Rövşən vasitəsilə tanıdığını deyib.
Rövşən ona torpaq özəlləşdirmə ilə bağlı kömək lazım olduğunu bildirib. O da SOCAR-da yüksək vəzifədə işləyən tanışları vasitəsilə bu işi həll edə biləcəyini deyib. Emil zərərçəkmişdən aldığı 31 min manatın 1000 manatını Rövşənə verdiyini, qalanını isə şəxsi ehtiyacları üçün xərclədiyini etiraf edib.

Rövşən Abasov isə bu cinayətdə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, Emilin həqiqətən də yüksək vəzifədə işləyən tanışlarının olduğuna inanıb. Hətta Emil zərərçəkmişə onu sənədləşmə üçün Azərbaycan Dövlət Neft Şirkətinə çağıracaqlarını deyib.
Zərərçəkmiş şəxs özü də məhkəmədə ifadə verib. Elşən Quliyevin sözlərinə görə, Rövşən ona Azərbaycan Dövlət Neft Şirkətinin direktoru Rövşən Nəcəfin qohumu olduğunu deyib. Xüsusilə buna görə onun sözlərinə inanıb. Təqsirləndirilən şəxs isə bu məsələ ilə bağlı düz danışdığını əlavə edib. O, həqiqətən də Rövşən Nəcəfin qohumu olduğunu, lakin direktorun bu işə aidiyyəti olmadığını qeyd edib.
İstintaq müddətində Rövşən Abasov ona çatan 1000 manatı zərərçəkmişə geri ödəyib. Emil isə 30 min manatdan cəmi 8 min manat qaytara bilib.
Yekunda təqsirləndirilən şəxslər ikisi də xeyli miqdarda dələduzluqda təqsirli biliniblər. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Emil Səmədova 2 il həbs cəzası verilib. Rövşən Abasov isə 5 min manat cərimə cəzasına məhkum edilib.
Bizimesr.com

AFFA ilə Gənclər və İdman Naziriliyi arasında soyuq müharibə


Fərid Qayıbovun AFFA-ya təsir və nüfuz etmək cəhdləri alınmadıqdan sonra iki qurum arasındakı körpülər yandırılıb

Bununla bağlı Poliqon-nu məlumatlandıran mənbə bildirib ki, Gənclər və İdman naziri Fərid Qayıbovla AFFA rəhbərliyi arasında qarşıdurma və fikir ayrılığı birincinin özünə yaxın adamı AFFA icraiyyə Komitəsinə yerləşdirmək cəhdinin uğursuzluqla nəticələnməsindən sonra başlayıb.

Belə ki, iddiaya görə Fərid Qayıbov Gənclər və İdman Naziriliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovu AFFA İcraiyyə Komitəsinə üzv seçdirmək istəsə də, AFFA rəhbərliyi buna imkan verməyib. Bundan sonra isə Nazirliklə Futbol cameəsi arasında soyuq müharibə başlayıb.

Mənbə qeyd edib ki, Fərid Qayıbov "Qarabağ"ın UEFA miqyasında olan oyunlarına getsə də, heç bir zaman Azərbaycan millisinin keçirdiyi oyunlara qatılmayıb. Bu da öz-özlüyündə nazirin AFFA ilə gizli mübarizə apardığının göstəricisidir.

Bildirilir ki, bir müddət əvvəl kimsə Fərid Qayıbova məsləhət görüb ki, AFFA ilə əlaəqlərini və təsir imkanlarını bərpa eləməyə çalışsın. Bundan sonra nazir qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb və bununla da Nazirliyin futbolla bu və ya digər şəkildə maraqlandığını və futbola dəstək verdiyini nümayiş etdirmək istəyib. Lakin bu dəfə də AFFA rəhbərliyi onun bu təşəbbüsünü bir şəkildə bloklayıb. Belə ki, nazir Fərid Qayıbovla görüşə gedən qadın milli futbol komandasını AFFA rəhbərliyindən heç kim müşaiyyət etməyib və bu da Fərid Qayıbova çox pis tədir edib. Necə deyərlər Fərid Qayıbovun AFFA rəhbərliyinə uzatdığı əli havada asılı qalıb.

Mənbə bildirir ki, bundan sonra AFFA ilə Gənclər və İdman Naziriliyi arasında soyuq müharibə daha da güclənib.

Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb


Neftçala rayon Şirvanlı kəndi İbrahim Babayev adına tam orta məktəbinin direktoru Rasəf Heydərov təhsil ocağının istilik sistemini sökərək satıb

Bu barədə Şirvanlı kəndinin sakinlərinin redaksiyamızın vatçap xəttinə ünvanladıqları şikayətdə bildirilir.

Sakinlər qeyd edirlər ki, Şirvanlı kəndi İbrahim Babayev adına tam orta məktəbinin uzun illərdir ki, təmirə ehtiyacı var. Məktəbin xaricini ağardıb, rəngləyib müəyyən qədər gözügəlimli eləsələr də, sinif otaqları çox bərbəd vəziyyətdədir. Məktəbin istilik sistemi olsa da, uzun illərdir ki, çalışmır və valideynlər qış aylarında öz hesablarına aldıqları odun-ocaqla sinif otaqlarını qızdırmağa çalışır. Onlar bunu uşaqlarının məktəbdə xəstələnməməsi üçün edirlər.
Məktəbin rəhbərliyi isə bu günə qədər mərkəzləşdirilmiş istilik sisteminin təmir olunması üçün heç bir addım atmayıb. Valideynlərin şikayətinə isə, sadəcə təmir üçün pulun olmadığı bildirilir və hər il bu təkarar olunur.

Təhsil ili başa çatdıqdan sonra isə məktəbin direktoru Rasəf Heydərov məktəbin istilik sistemini söküb, “Kamaz”a yükləyərək harasa daşıyıb. Kənd sakinləri iddia edirlər ki, direktor məktəbin istilik sistemini “metallom” olaraq satıb. Bundan başqa direktor məktəbin həyətindəki su çənlərini və beton plitələri də satıb. Sakinlərin bizə göndərdikləri videomaterialda da bu iddialar faktlaşdırılıb.



Məktəbin istilik sisteminin və digər inventarlarının satılması ilə bağlı sakinlərin sualını cavablandıran direktor Rasəf Heydərov bildirib ki, o Nazirliyin tapşırığına əsasən istilik sistemini satb?! Qeyd edək ki, bu yerli sakinlərin iddasıdır.

Məsələ ilə bağlı Neftçaladan olan bir tanışımızdan bu iddiaları dəqiqləşdirməyi xahiş etdik. Tanışımız direktor Rasəf Heydərovla danışdığını qeyd edərək, onun adından bizə bildirdi ki, doörudan da məktəbin istilik sistemi sökülüb və satılıb. Direktor bunu məktəbin yeni istilik sistemi ilə təmin olunacağı ilə əlaqələndirib və bildirib ki, “metallom”a satılan köhnə istilik sistemindən əldə olunan gəlir də məktəbə sərf olunacaqş Direktor onu da vurğulayıb ki, bu satışdan Şirvan - Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi də məlumatlıdır və onların təlimatına əsasən belə bir addım atıb.

Qeyd edək ki, əlaqə saxladığımız Şirvanlı kənd sakinləri isə direktorun bu açıqlamasına inanmadıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, əgər məktəbdə yeni istilik sistemi qurulacaqdısa, direktor bu barədə onlarla söybətində deyərdi. Ancaq dirrektor bu barədə heç bir şey deməyib və onlarda güman edirlər ki, belə bir şey olsaydı, Rasəf Heydərov onları bu barədə məlumatlandırardı.

Sakinlər bildiriblər ki, sinif otaqları ümumlukdə normal təhsil fəaliyyəti üçün yararsızdır və məktəbin maddi bazası da həddindən artıq köhnəlib. Bu üzdən də məktəbin əsaslı təmirə ehtiyacı var.

“Ona görə də biz düşünürük ki, Rasəf müəllim bütün bunları öz əməlini ört-basdır etmək üçün deyir və öz əməlinə Şirvan - Salyan Regional Təhsil İdarəsinin rəhbərliyini də şərik edir. Bütün hallarda Rasəf müəllimin dedikləri düzdürsə, biz bunu yaxın iki ay ərzində görəcəyik”, deyə bizimlə əlaqədə olan yerli sakinlər bildiriblər.

Biz də öz tərəfimizdən bildiririk ki, avqustun sonlarında bu məsələyə bir daha qayıdacağıq.

Poliqon

ABB problemlər davam edir


Azərbaycan Beynəlxalq Bank yenə müştəriləri həyəcanlandırıb və panikaya salıb.

Sosial mediada ABB kartları ilə bağlı problem yarandığı haqda məlumatlar yayılır. Bildirilir ki, kart hesablarında pulların silinməsi və ya borc göstərilməsi hallarına rast gəlinir.

Bu da müştərilərin narahatlığına səbəb olub. Hazırda bankın çağrı mərkəzi ilə əlaqə saxlamaq da mümkün deyil. Bildirilir ki, növbəti dəfə sistemdə texniki problem yaşanmaqdadır. Bundan əvvəl də müştərilərin hesabından vəsaitin silinməsi halları olmuşdu, texniki problemlər həllini tapandan sonra bərpa olunmuşdu.

Sosial media istifadəçilərinin sözləri görə, sadəcə, ikinci dəfə belə halın təkrarlanması göstərir ki, ABB öz etibarlılığını itirir, reputasiyası zədələnir. Çünki müştərilər üçün bank kartının təhlükəsizliyi ən prioritet məsələdir.(Tribuna.az)

Tahir Budaqov mətbuatı saymır - Sorğular cavabsız qalır...


Nəsimi Rayon İcra Hakimiyyəti media nümayəndələrinin rəsmi sorğularını cavablandırmaqdan imtina edib. Bu isə rayonda baş verən hadisələrin araşdırılması və ictimaiyyəti narahat edən məsələlərin aydınlaşdırılması baxımından ciddi suallar yaradır.

Bizimesr.com bildirir ki, Nəsimi rayonu ərazisində aparılan tikinti işləri, o cümlədən qanunsuz olduğu iddia edilən tikintilərlə bağlı dəfələrlə rayon rəhbərliyinə rəsmi sorğular göndərir, amma sorğuların heç birinə cavab verilmir.

Ən təəssüf doğuran məqam isə odur ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və rayonun memarı Ələsgər Rüstəmov ictimai maraq doğuran suallara münasibət bildirməkdən yayınırlar. Halbuki dövlət qurumlarının fəaliyyəti şəffaf olmalı, media sorğuları isə qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılmalıdır.

Rayon ərazisində son dövrlər tikinti işlərinin sürətlə artdığı müşahidə olunur. Bəzi ünvanlarda tikinti lövhələrinin olmaması, icazələrin mövcudluğu ilə bağlı yaranan suallar və vətəndaş müraciətləri araşdırma aparılmasını zəruri edir. Lakin məsul şəxslərin susqunluğu həm mediada, həm də cəmiyyətdə haqlı narazılıq yaradır.

Susmaq problemləri aradan qaldırmır. Əksinə, cavabsız qalan hər sual qanunsuzluqlarla bağlı şübhələri daha da artırır. Dövlət qurumlarının ictimaiyyət qarşısında hesabatlı olması hüquqi dövlətin əsas prinsiplərindən biridir və bu prinsipə əməl olunması hər bir vəzifəli şəxsin borcudur.

Redaksiyamız qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Bizimesr.com

“Alliance Logistics” hesabatları gizlədib - Cərimələndi


Azərbaycanın ən iri nəqliyyat şirkətlərindən biri olan “Alliance Logistics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində inzibati protokol tərtib edilib.

Şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları, auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc olunmayıb.

Buna görə də “Alliance Logistics” barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə protokol tərtib edilib.

MMC-nin nümayəndəsi izahatında göstərib ki, əməkdaşlıq etdikləri auditor şirkəti ilə müqavilə bağlanıb, hesabatın təqdim edilməsi ilə bağlı akt da mövcuddur. Lakin Sabunçu Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə edilib.

Xatırladaq ki, 2018-ci ildə yaradılan “Alliance Logistics”in rəhbəri Teymur Musayevdir.

Qeyd edək ki, ötən il “Alliance Logistics”in ümumi konteyner daşımalarının həcmi 50 000 TEU (20 futluq ekvivalent) təşkil edib. Daşımaların 57 %-i tranzitin payına düşüb. Yük axınlarının formalaşmasında Orta Dəhliz və Bakı–Tbilisi–Qars (BTQ) xətti əsas rol oynayıb. Çin istiqaməti isə ümumi daşımaların 30 %-ni formalaşdırıb.(Yurd.Media)

Xətai rayonunda müəmmalı tikinti - Reyestrdə icazə yoxdur, ağacların məhv edildiyi iddia olunur


Bakı şəhərinin Xətai rayonu, Çingiz xan Kərimov küçəsində genişmiqyaslı tikinti işlərinə başlanılıb. Ərazi hasarlanıb, ağır texnikalar cəlb olunub və böyük həcmdə qazıntı işləri aparılaraq obyekt və ya yaşayış binasının özülünün hazırlandığı müşahidə edilir.

Bizimesr.com-a daxil olan məlumata görə, tikinti işləri aparılan ərazidə əvvəllər mövcud olan ağacların məhv edildiyi iddia olunur. Bildirilir ki, hazırda tikinti meydançasında qanunvericiliyin tələb etdiyi məlumat lövhəsi yerləşdirilməyib. Ərazidə tikintinin sifarişçisi, podratçısı, layihəçisi, tikintiyə verilmiş icazə və digər zəruri məlumatları əks etdirən heç bir lövhə görünmür.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə rəsmi sorğu ünvanlansa da, sorğular cavabsız qalıb.

Araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri portalında da Xətai rayonu, Çingiz xan Kərimov küçəsində aparılan tikinti ilə bağlı hər hansı tikinti icazəsinə dair məlumat yerləşdirilməyib.

Bu vəziyyət tikintinin hansı hüquqi əsaslarla həyata keçirilməsi, müvafiq icazələrin olub-olmaması, eləcə də ərazidə yaşıllıqların məhv edilməsi ilə bağlı ciddi suallar doğurur.

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Video Linkdə: https://www.bizimesr.com/az/post/xetai-rayonunda-muemmali-tikinti---reyestrde-icaze-yoxdur-agaclarin-mehv-edildiyi-iddia-olunur-22359

Xəbər lenti

Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55
DÇ finalının fasiləsi uzadılacaq
15:00
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
13:05
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
12:23