Coratda dənizdə iki nəfər batıb, birinin meyiti çıxarılıb



Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Kino Agentliyinin 300 minlik tenderi - “ERRA SUPPLY” MMC kimindir?


Kino Agentliyi publik hüquqi şəxsi beynəlxalq film festivalları və film marketlərində iştirak, eləcə də beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafı xidmətlərinin satın alınması ilə bağlı yeni müqavilə bağlayıb.
Bizimesr.com bildirir ki, satınalma prosedurunun qalibi “ERRA SUPPLY” MMC olub. Müqavilənin ümumi dəyəri 292.690,2 AZN təşkil edir.
Sənədə görə, layihə çərçivəsində Azərbaycanın kino sənayesinin beynəlxalq festivallarda və film bazarlarında təmsil olunması, ölkənin kino potensialının təqdim edilməsi, həmçinin xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu tip fəaliyyətlər adətən konkret film istehsalından çox, kino sahəsinin beynəlxalq platformalarda tanıdılması, yeni layihələr üçün tərəfdaşların cəlb edilməsi və sənayenin xarici bazarlara inteqrasiyası məqsədi daşıyır. Amma maraqlıdır ki, Kino Agentliyi hansı filmlə ilm festivalları və film marketlərində iştirak edəcək? Bu barədə heş bir məlumat yoxdur?

​Bizimesr.com

“Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edildi - 3 milyon mənimsəmə


“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevə bağlı olduğu bilinən “Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edilib.
V.Əliyev 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur.
İş üzrə ibtidai araşdırma artıq başa çatıb. V.Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Yaxın günlərdə məhkəmə başlayacaq.
Qeyd edək ki, Etibar Pirverdiyev “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. Şirkət paytaxtda bir neçə yaşayış binasının tikintisini həyata keçirib. E.Pirverdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Azenco”ya daxil olan büdcə vəsaitlərinin həcmi əhəmiyyətli dərəcədə azalıb.
2022-2023-cü illərdə “Azenco”nun idarə heyətinin sədri Əliyev Vüqar Tofiqoviç olub.
Bizimesr.com

"Nuka" MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)



Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar. Onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb.
Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzalı vəziyyətdə olmayıb və onların həyatı üçün hər hansı təhlükə yaratmayıb. Buna baxmayaraq "Nuka" MTK binada söküntü işlərinə başlayıb.
Söküntü işlərini həyata keçirən şirkətin sədri Yalçın Kazımov isə sakinlərin səsələndirdikləri iddialarla razılaşmayıb. O bildirib ki, Masallı şəhərində qəzalı və istismar müddəti başa çatmış yaşayış binaların söküntüsünə start verilib. Evi sökülən ailələr yeni mənzillərə köçənədək aylıq kirayə haqqı ilə təmin olunacaqlar.
Yalçın Kazımov onu da qeyd edib ki, layihə şəhərsalma qanunvericiliyinə uyğun həyata keçirilir.
Ərazidə 12 ədəd hündürmərtəbəli yaşayış binasının, həmçinin uşaq bağçası, park, yaşıllıq zolaqları və idman-əyləncə obyektlərinin inşası nəzərdə tutulur.//Xəzər TV

Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli Aleksandr Qriqoryeviç.

Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan ilə Belarus arasında münasibətlər yüksə səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm dostluq və qarşılıqlı dəstək ənənələri, həmçinin yüksək səviyyədə razılaşmaların uğurla həyata keçirilməsi dövlətlərarası əlaqələrimizi keyfiyyətli məzmunla zənginləşdirir və istiqamətlərin bütün spektri üzrə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə kömək edir.

Əminəm ki, birgə səylərlə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq dost xalqlarımızın və ölkələrimizin rifahı naminə gələcəkdə də ardıcıl olaraq genişlənəcək və dərinləşəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar, dost Belarus xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

Sakinlər narahatdır, tikinti davam edir -"Qurtuluş 93"də dəmir konstruksiyalı artırma kimindir? - video




Abşeron rayonunda qəribə tikililər seriyası davam edir. Maraqlıdır ki, bir daşı daş üstünə qoymağın belə mümkün olmadığı hallarda bu cür tikililərin icazəsini kimlər və hansı şərtlər daxilində verirlər?


Daha bir maraqlı tikili Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" Yaşayış Kompleksinin binasında aparılır.


Diqqət çəkən məqam ondan ibarətdir ki, "Qurtuluş 93" Yaşayış Kompleksi layihə əsasında tikilərək sakinlərin istifadəsinə verilib. Mənzillərin satışı zamanı insanlara rahatlıq, geniş həyət, təhlükəsizlik və xoş həyat vəd olunub. Amma görünən odur ki, sonradan bu vədlər "Qurtuluş 93" MTK-nın rəhbəri Məhərrəm Novruzovun və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin üçün sadəcə söz yığınıdır.


Binanın birinci mərtəbəsində yaşayan sakinlər dəmir konstruksiyalı bu obyektin gələcək təhlükəsizliyi, burada həyata keçiriləcək fəaliyyət, həmin fəaliyyət nəticəsində yarana biləcək hər hansı hadisə, yanğın təhlükəsi və səs-küyün insanların gündəlik həyatına təsiri ilə bağlı indidən narahat olduqlarını bildirirlər.


Amma nə fayda... Görünən odur ki, Məhərrəm Novruzov və Abdin Fərzəliyev üçün belə məsələlər, insanların narahatçılığı maraq doğurmur. Əsas olan onların istəyi, qazanclarıdır.


Bəs bu dəmir konstruksiyalı tikilinin gələcək fəaliyyəti nədən ibarət olacaq? Obyekt hansı qaydalarla, kimin icazəsi ilə və hansı məqsədlə tikilir? Ümumiyyətlə, belə bir tikiliyə niyə ehtiyac var?


Ən vacib suallardan biri isə budur: kimlərsə pul qazanacaq deyə, bir binanın sakinləri ömür boyu narahat və təhlükə riski altında yaşamalıdırmı?(Bizimesr.com)


Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/sakinler-narahatdir-tikinti-davam-edir--qurtulus-93de-demir-konstruksiyali-artirma-kimindir----video-22427

Ekologiya Və Təbii Sərvətlər Naziri Rəşad İsmayılovu Kimlər və Necə aldadırlar?!



Məlum olduğu kimi Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayından Rəşad İsmayılov Azərbaycanda Ekologiya Və Təbii Sərvətlər naziri postuna təyinat alıb. Və gəldiyi gündən təbiətə qənim kəsilənlərlə mübarizəni birazda sərtləşdirdi. Bunu xüsusilə Şimal-qərb bölgəsində hamı hiss edir. Ancaq nədənsə İsmayıllı rayon ərazisində yeni nazirin təyinatından sonra təbiətə qənim kəsilənlər daha da artıb. Belə ki, bir neçə ay əvvəldən

6 saylı RMTM-nin İsmayıllı rayonunundakı Talstan meşəbəyliyi ərazisində yerləşən Dövlət meşə fondunda qanunsuz tikililər mövcud olmağa başlayıb. Talıstan meşəbəyliyi ərazisindəki Dövlət meşə fondu ərazisində bir neçə yaşayış evlərinin tikilməsi müəyyən suallar doğurur.

Bəlkə bu ərazi bələdiyyə ərazisidir? Yerli icra hakimiyyəti qurumlarından aldığımız məlumata görə bu ərazi meşə ərazisidir. Yeni nazirin təyinatından sonra bu sahə rəislərini belə böyük riskə getməyə nə vadar edir? Bu gün hamı, xüsusilə Ekologiya sahəsində çalışanlar bilir ki, Cənab nazir qanunsuz əməllərə görə heç kimi bağışlamır. Bəs onda görəsən bu qədər böyük tikinti aparılan zaman meşəbəylikdən heç kim bunu görməyib? Bəlkə görüblər, görməməzlik etmələrinə bir yağlı səbəb də var? Düşünürük ki, bütün bu kimi suallara Ekologiya Və Təbii sərvətlər nazirliyinin meşə departamenti daha tutarlı cavab verə bilər. Əgər onlardan da səs çıxmasa demək ki, balıq başdan iylənər məsəli tam yerinə düşür. Belı çıxır ki, Meşə departamenti və İsmayıllı meşələrinin sahibi birləşərək cənab naziri aldadıblar.?

Mövzunun aktuallığını nəzərə alaraq diqqətimizdə saxlayacağıq. Və Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin mövqeyini də dərc etməyə hazırıq.

Stimulxeber
İsmayıll

Burun əməliyyatından sonra xəstənin gözü çəpləşdi



Sumqayıt şəhərində yerləşən “Liman Klinikası” qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək.

Məhkəmə belə qərar qəbul edib. İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə “Liman Klinikası”nda cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Lakin əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb.

Sonradan rayon prokurorluğunda araşdırma aparılsa da, yekunda cinayət işinin başlanmasından imtina edilib. Lakin məhkəmə-tibb ekspertizası əməliyyatın qüsurlu aparıldığını təsdiq edib.

Fotoda: Əfqan Ağagülov

İddiaçının vəkili Anar Məmişov ekspert rəyini də məhkəməyə təqdim edib. Bundan əlavə, vəkil əməliyyatdan sonra çəkilən xərcləri də sadalayıb. İddiaçı tərəf dəymiş zərərin əvəzi kimi konkret olaraq “Liman Klinikası”ndan və cərrah Əfqan Ağagülovdan 40 min manat maddi, 10 min manat mənəvi təzminat tələb edib.

Cavabdehlər isə təzminat tələbi ilə razılaşmayıb. Əfqan Ağagülovun sözlərinə görə, iddiaçı əməliyyatdan sonra düzgün müalicə olunmayıb, dərmanları qəbul etməyib. Bu səbəbdən də sonradan gözündə qüsur ortaya çıxıb.

Sumqayıt Şəhər Məhkəməsi yekunda iddia ərizəsini qismən təmin edib. Qərara əsasən, “Liman Qrup” MMC iddiaçıya maddi zərərə görə 28 574 manat, mənəvi zərərə görə isə 3 000 manat ödəməlidir. Həkim Əfqan Ağagülova qarşı iddia isə təmin edilməyib. Məhkəmə qeyd edib ki, həkim klinikanın işçisi olduğundan vurulmuş zərərə görə məsuliyyəti işəgötürən daşıyır.

Bu qərar apellyasiya və ali instansiya məhkəmələrində təsdiqlənib.

Qeyd edək ki, sözügedən şikayətlə bağlı “Qafqazinfo”ya zərərçəkənin qızı Ramilə Məmmədova 2 il əvvəl müraciət etmişdi. 54 yaşlı anasının II qrup əlil olduğunu vurğulayan övladı onun 35 ildən çox bağça müəllimi kimi fəaliyyət göstərdiyini qeyd etmişdi. Şikayətçi əməliyyatdan sonra yaranan problemlə bağlı həkimə müraciət etdiklərində onlara “gözləyin, düzələcək” cavabının verildiyini əlavə etmişdi.(Qafqazinfo)

Xəbər lenti

Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55
DÇ finalının fasiləsi uzadılacaq
15:00
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
13:05
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
12:23