“Dənizkənarı zonada suallar yaradan tikinti: təhlükəsizliksiz yüksələn konstruksiya narahatlıq doğurur”



Sumqayıt rayon ərazisində, Novxanı–dənizkənarı yolun yaxınlığında aparılan tikinti işləri ciddi narahatlıq doğurur. Əldə olunan görüntülər və yerli sakinlərin iddialarına görə, obyekt üzərində aparılan inşaat şəhərsalma norma və qaydalarına əməl edilmədən həyata keçirilir.
Sakinlər bildirirlər ki, tikinti prosesi açıq şəkildə təhlükəsizlik qaydalarının pozulması ilə müşahidə olunur. Xüsusilə hündürlükdə işləyən işçilərin qoruyucu vasitələrdən tam istifadə etməməsi, metal konstruksiyaların açıq vəziyyətdə quraşdırılması və yol kənarında nəzarətsiz iş aparılması ciddi risk yaradır.
Məlumata görə, aparılan tikinti işləri zamanı şəhərsalma və tikinti qaydalarının tələb etdiyi təhlükəsizlik standartlarına əməl olunmadığı iddia edilir. Bu isə həm işçilərin həyatı üçün təhlükə yaradır, həm də ətraf ərazi üçün potensial risk formalaşdırır.
Sakinlər və ərazidən keçənlər haqlı olaraq sual edirlər: “Şəhərsalma və Arxitektura Komitəsi hara baxır? Fövqəladə Hallar Nazirliyi bu riskləri niyə görmür?”
Eyni zamanda Sumqayıt Rayon İcra Hakimiyyətinin ərazidə aparılan bu tikinti işlərinə nəzarət edib-etmədiyi də sual doğurur. Sakinlər hesab edirlər ki, belə həssas zonada aparılan tikintilər daha ciddi nəzarət altında olmalı, icazə sənədləri və təhlükəsizlik normaları açıq şəkildə yoxlanmalıdır.
Mütəxəssislərin fikrincə, hündürlükdə aparılan tikinti işləri zamanı FHN-in əmək təhlükəsizliyi qaydaları mütləq şəkildə icra olunmalı, işçilər müvafiq qoruyucu avadanlıqlarla təmin edilməlidir. Əks halda, bu cür hallar ciddi qəza riskini artırır.
Hazırda tikintinin hüquqi əsasları, icazə sənədləri və təhlükəsizlik standartlarına uyğunluğu barədə rəsmi qurumların mövqeyi gözlənilir.

Aknews.az

Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb


Respublika Təxirəsalınmaz Təcili Tibbi Yardımım Mərkəzi qarajın iki müdiri var.
Bu yaxınlarda təcili yardımın qarajında baş verən üst üstə olaylar səngimək bilmir. Bir müddət əvvəl
anbar müdiri Soltanın qanunsuz əməlləri haqda ətraflı faktıarla yazımızdan sonra barəsində ciddi tədbir görülmüşdür. Buna baxmayaraq mərkəzi qarajda qanunsuz işlərlə məşğul olanlara ibrət olmayıb. Qaraj müdiri Bəhmən Kərimovun " DABRO" su ilə qarajda at oynadan özünü rəhbər şəxs kimi tanıdan Ramin adlı adi işçinin özbaşınalığı qəbuledilməzdir.
Beləki bir neçə gün əvvəl təcili yardım maşınlarından birinin " İVECO 37 " hansısa texniki səbəbdən qaraja gəlməli olub. Avtomobildə olan tibb bacısı bilməyərəkdən qapını açmaq istəyən zaman qapının tutacaq yerini qırıb. Bunu görən Ramin müəllim dərhal baş həkimə zəng edərək özünü mərkəzi qarajın rəhbərliyindən olduğu kimi təqdim edərək tibb bacısının cəzalandırılmasını tələb edib. Sonradan araşdırılıb ki, adı keçən Ramin müəllim hər yerdə özünü qarajın rəhbər şəxslərindən biri kimi təqdim edirmiş. Təbii ki, bunu özbaşına heç vaxt eləməyə cəsarəti çatmayan Ramin müəllimə qorxma arxanda mən varam deyib ona özgüvən sağlayan Bəhmən Kərimov imiş. Elə bu səbəbdən hamı elə bilir ki, mərkəzi qarajın iki müdiri var.
Mərkəzi qarajda baş verən daha böyük neqativ hallar haqqında növbəti yazımızda...


BnTv.az

MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...


Özünü “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri kimi təqdim edən, əslində isə sahibkarlara qarşı açıq quldurluq əməlləri ilə diqqətə gələn Nazim Tahirovla bağlı dünən müəyyən faktları təqdim etdik. Aydın olurdu ki, ədliyyə nazirliyinin məhkəmə qərarlarının keçmiş baş icraçısı Nurəddin Mustafayevə güvənərək onlarla sahibkara qan udduran Nazim Tahirov yenidən İŞ BAŞINDADIR...

"DİA-AZ" vurğulayır ki, özünü hər yerdə "MƏHKƏMƏLƏR KRALI" kimi təqdim edən N.Tahirov dəfələrlə olub ki, hədəfə aldığı iş adamlarına "məhkəmə kimdir... hakim də mənəm, məhkəmə də mənəm, qanun da mənəm" deyərək istədiyi məhkəmə qərarını çıxarda biləcəyini gizlətməyib. Bu vaxta qədər öz maraqları naminə Ali Məhkəmə nədir, hətta Konstitusiya Məhkəməsinin qərarlarını dəyişdirdiyini söyləyən Nazim Tahirov məhz bütün bu quldur əməllərində ortağı olan korrupsioner məmurlara sığındığını az qala fərəhlə söyləyir. Hətta Ali Məhkəmə sədrinin belə onu durdura bilməyəcəyini nümayiş etdirir...

Bəli, əziz oxucular, məhz qanunsuz məhkəmə qərarları hesabına ayrı-ayrı sahibkarların qanuni mal və mülklərini ələ keçirən Nazim Tahirov bu gün də iş başındadır. Hətta gücünün üstünə güc qataraq hədəfə aldığı iş adamlarını açıq ölümlə də təhdid edir.

Onlardan biri də zamanında kifayət qədər imkanları olmuş Alim Lətifov adlı sahibkardır. Nazim Tahirov onu nəinki müflis duruma salıb, hətta bu gün özü ilə bərabər Lətifovun ailə üzvlərini də ÖLÜMLƏ HƏDƏLƏYİR.

Bu barədə "DİA-AZ"a danışan Alim Lətifov bildirir ki, külli miqdarda pulunu ələ keçirən Nazim Tahirov onu zərərsizləşdirmək üçün öldürmək fikrinə düşüb:

"Mən bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm və yenə də mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək kömək istəyirəm. Mənim can güvənliyim təhlükədədir.

Görün, hansı zəmanədə yaşayırıq ki, mən küçəyə tək çıxa bilmirəm. Ailə üzvlərim də eləcə... Onların da həyatı təhlükədədir.

Nazim Tahirov mənim milyonlarımı mənimsədi və özünü o qədər arxayın hiss edir ki, ölümlə hədələməkdən belə çəkinmir".

Qeyd edək ki, artıq Daxili İşlər Nazirliyi tərəfindən Nazim Tahirovun müəyyən cinayət əməlləri ilə bağlı hüquqi araşdırmalara da start verilib, hətta konkret cinayət işi açılıb. Bu işdə də zərərçəkənlərdən biri olan Alim Lətifov hüquq-mühafizə orqanlarına müraciət edərək daha operativ addımların atılmasını xahiş edir: " Bu gün Azərbaycan polisi var gücü ilə çalışır və ölkədə tam olaraq əmin-amanlığa nail olub. Amma Nazim Tahirov kimi quldurlar, onu himayə edənlər sanki düşmən kimi davranaraq aranı qarışdırırlar ".

Bildirək ki, Azərbaycanın məhkəmə sistemini özünün oyuncağı hesab edən Nazim Tahirovun yeni quldur əməlləri barədə növbəti faktları da açıqlayacağıq. Hansı məmurların hansı hoqqabazlıqlara getdiyini biləcəksiniz... Bizi izləməyə davam edin...

"DİA-AZ"

“Laçını bu şəbəkənin əlindən qurtarın!” – Qazidən Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət


II Qarabağ müharibəsi qazisi dövlət qurumlarına müraciət etdi: Laçındakı qanunsuzluqların araşdırılmasını istəyir

AzTimes.az xəbər verir ki, II Qarabağ müharibəsi qazisi, sentyabr döyüşlərinin və antiterror əməliyyatlarının iştirakçısı Həsənzadə Şamil Əsəd oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

Qazi müraciətində Laçın rayonunda müxtəlif dövlət qurumlarında qanun pozuntularının, qohumbazlığın və korrupsiya hallarının mövcud olduğunu iddia edib. O, xüsusilə Aqil Nəzərli barədə bir sıra ittihamlar səsləndirib və həmin iddiaların hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını xahiş edib.

Müraciətdə iddia olunur ki, Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərlinin Laçın rayonundakı məktəblərdən birində psixoloq kimi rəsmiləşdirildiyi, lakin faktiki olaraq həmin vəzifəni icra etmədiyi halda əməkhaqqı aldığı bildirilir.

Bundan başqa, qazinin iddiasına görə, Aqil Nəzərlinin qardaşının həyat yoldaşı Pəri xanım Taxtakörpü məktəbində müəllim kimi qeydiyyatda olsa da, uzun illərdir dərs keçmədən əməkhaqqı alır.

Həsənzadə Şamil Əsəd oğlu müraciətində daha bir iddia irəli sürərək bildirib ki, Aqil Nəzərlinin həyat yoldaşı Qələm Nəzərli də xadimə kimi işə rəsmiləşdirilib və işə gəlmədən əməkhaqqı alır.

Qazi qeyd olunan bütün faktların aidiyyəti dövlət qurumları tərəfindən obyektiv araşdırılmasını, qanun pozuntusu aşkarlanacağı təqdirdə hüquqi qiymət verilməsini xahiş edib.

Qeyd: Yazıda yer alan məlumatlar II Qarabağ müharibəsi qazisi Həsənzadə Şamil Əsəd oğlunun dövlət qurumlarına ünvanladığı müraciətdə səsləndirdiyi iddialardır. AzTimes.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Xəbər lenti

Azəriqazda Əmək Məcəlləsini sayan yoxdur - "Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?"
10:48
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır - VİDEO
10:26
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
09:41
Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto
09:27
3000 manatlıq burun əməliyyatı, məhkəmə qərarı və "dezinformasiya" iddiası: Faktlar nə deyir?
20:18
Elnur Cəlilov Vəlvələ çayının qum və çınqılını kimlərə satır? - Nazir Rəşad İsmayılov üçün VİDEO
19:31
"Qızıl oğlanlar"ın təhsil islahatı-"Шмотка"dan qızıla...
18:22
Ramazan Nəbiyevə yüksək vəzifə verildi
14:05
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
13:43
Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
13:11
Elçin Məsiyev ÇL oyununa təyinat aldı
12:48
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
12:21
Kolbasa-sosis bazarında TƏHLÜKƏ: Bu şirkətlər əhaliyə nə yedirir? - SİYAHI
11:38
“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58