"Kristal" şefi Mahayət Nəbiyevdən acı etiraf - İnsanların ev almağa pulu yoxdur


"Kristal" tikinti şirkətinin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev bildirib ki, tikinti xərclərinin artması səbəbindən şirkət mənzil qiymətlərini aşağı salmağı planlaşdırmır. Onun sözlərinə görə, tikintinin maya dəyəri yüksəldiyi üçün mənzillərin ucuz qiymətə satılması mümkün deyil və bu, layihələrin dayanmasına gətirib çıxara bilər.

Bizimesr.com bildirir ki, şirkət rəhbəri eyni zamanda etiraf edib ki, əhalinin mənzil almağa marağı yüksək olsa da, bahalaşma və bank kreditləri üzrə yüksək faizlər səbəbindən insanların real alıcılıq qabiliyyəti zəifləyib. Başqa sözlə, bazarda tələb qalır, lakin əksər vətəndaşların bu tələbi ödəyəcək maliyyə imkanı yoxdur.

Məhayət Nəbiyevin açıqladığı qiymətlər də bunu təsdiqləyir. Onun sözlərinə görə, "Park Yasamal" layihəsində tam təmirli mənzillərin bir kvadratmetri 2200–2400 manat, "City Garden" layihəsində isə 3000–3200 manat arasında dəyişir. Bu isə o deməkdir ki, üçotaqlı mənzilin qiyməti təxminən 150 min manatdan başlayır.

Lakin bu rəqəmlər Azərbaycandakı əhalinin gəlirləri ilə müqayisədə ciddi uyğunsuzluq yaradır. Orta aylıq gəliri 700–800 manat olan ailənin 150 min manatlıq mənzil alması faktiki olaraq mümkün görünmür. Hətta ipoteka krediti əldə edilsə belə, tələb olunan ilkin ödəniş on minlərlə manat təşkil edir, aylıq kredit ödənişləri isə bir çox ailənin büdcəsini üstələyir.

Bu şəraitdə mənzil bazarı getdikcə daha çox yüksək gəlirli şəxslər və investisiya məqsədilə mənzil alanlar üçün əlçatan olur. Orta gəlirli ailələr isə hər il bahalaşan qiymətlər fonunda ev sahibi olmaq imkanını daha da itirirlər.

Bununla yanaşı, bazarda diqqət çəkən bir məqam da var. Tikinti materiallarının qiymətində sabitlik və ya ucuzlaşma müşahidə olunan dövrlərdə mənzil qiymətləri demək olar ki, geriləmir. Bu isə qiymətlərin formalaşması mexanizmi ilə bağlı suallar yaradır.

Nəticədə ortaya paradoksal vəziyyət çıxır - tikinti şirkətləri satışa çıxardıqları mənzillərə tələbatın yüksək olduğunu bildirirlər, eyni zamanda əhalinin alıcılıq qabiliyyətinin azaldığını etiraf edirlər. Bu isə onu göstərir ki, Azərbaycanda mənzil bazarının əsas problemi təkcə tikinti xərclərinin artması deyil, həm də mənzil qiymətləri ilə vətəndaşların gəlirləri arasındakı uçurumun ildən-ilə daha da dərinləşməsidir.

Bizimesr.com

Mustafa Tayatın yarım milyondan çox borcu yarandı – Səbəb nədir?


Azərbaycanda tanınmış geyim mağazalarının sahibi Mustafa Tayatın rəhbərlik etdiyi şirkətin yarım milyon manatdan çox vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, “Etay Group İç ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 578 389,28 manat vergi borcu yaranıb. Vergi borcunun hansı səbəbdən yarandığı məlum deyil.

Əldə etdiyimiz məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3, mənzil 22A ünvanında qeydiyyatda olan, Mustafa Tayatın rəhbərlik etdiyi şirkət xaricə pul köçürmələri ilə bağlı Mərkəzi Bank tərəfindən dəfələrlə inzibati məsuliyyətə cəlb edilib.
Məhkəmə Mərkəzi Bankın “Etay Group İç ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib etdiyi inzibati protokola baxaraq müvafiq qərar qəbul edib.

Məhkəmə materiallarından məlum olub ki, şirkət 2024-cü ildə 23 500 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə avans ödənişi kimi xarici ölkəyə köçürüb. Lakin ödənişin həyata keçirildiyi tarixdən etibarən iki il ərzində həmin məbləğ müqabilində mallar (xidmətlər) ölkəyə idxal edilməyib və ya köçürülmüş valyuta vəsaiti geri qaytarılmayıb.

Məhkəmənin qərarı ilə “Etay Group İç ve Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və köçürülmüş məbləğin 20 faizi həcmində, yəni 4 700 ABŞ dolları məbləğində inzibati cərimə edilib. Cərimə ödəniş gününün rəsmi məzənnəsi əsasında manatla dövlət büdcəsinə ödənilməlidir.(Qaynarinfo)

6 saylı RETS-ə cinayət işi: Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.
Bu barədə AzFakt.com-un əldə etdiyi məlumata görə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinəqarşı cinayət işi İsmayıllı və Qəbələ icra Hakimiyyətlərinin şikayəti əsasında açılıb. Məlumata görə hər iki rayondan ümumi şikayətlərin sayı kifayət qədər çoxdur.
Bildirilir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi haqqında açılan cinayət işi, rəis Xəzər Vəliyevin vəzifəsindən çıxarılması ilə nəticələnə bilər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən münasibət örgənməyə çalışsaqda, quruma ünvanladığımız soruğya cavab verilmədi.

AzFakt.com

"AzParking" qalmaqalı: Ödəniş sistemi işləmir, yoxsa? - Pulu nəğd alırlar


Bakı şəhərinin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən "AzParking" sisteminin 10127 saylı parklanma məntəqəsində ciddi problem yaşandığı bildirilir.

Sürücülərin sözlərinə görə, məntəqədə elektron ödəniş sistemi işləmədiyi üçün parklanma əməliyyatını sonlandırmaq mümkün olmur. Bu vəziyyətdən istifadə edən bəzi nəzarətçilərin ödənişi rəsmi sistem vasitəsilə deyil, vətəndaşlardan birbaşa nağd şəkildə tələb etdiyi iddia olunur.

Qeyd edək ki, "AzParking" sistemində ödənişlərin elektron qaydada aparılması nəzərdə tutulur və tətbiq istifadəçilərə parklanmanı mobil tətbiq üzərindən idarə etməyə imkan verir.(Bizimesr.com)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56