Azəriqazda Əmək Məcəlləsini sayan yoxdur - "Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?"


Azəriqaz rəhbərliyinə dərin təşəkkür və minnətdarlıq!
Azəriqaz rəhbərliyinə sonsuz təşəkkürümü bildirirəm. Xüsusilə də may ayında 1 günlük baş ofisə ezam olunduğum halda qanunla nəzərdə tutulan 37,50 manat ezam pulunu vermədikləri üçün. Belə qənaətcil rəhbərlik hər müəssisəyə nəsib olmur.
Məni baş ofisə çağıran Xəqani müəllimə də təşəkkür edirəm. Düzdür, müharibə veteranı olmağıma baxmayaraq məni özü qəbul etmədi, bu şərəfli işi müavininə həvalə etdi. Müavin də Xəqani müəllimin tapşırığı ilə Göyçayda iş yerinin olmaması, diplom uyğunsuzluğu və iş təcrübəmin uyğun gəlməməsi barədə əvvəlcədən hazırlanmış şablon cavabları böyük ustalıqla mənə təqdim etdi. Hazır cavabların bu qədər peşəkar çatdırılması həqiqətən alqışa layiqdir.
Bu yaxınlarda isə SOCAR-ın İnsan Resursları Departamentinin təşkil etdiyi, mənim isə adını "Kim sağ qalacaq?" qəfəs döyüşü qoyduğum imtahanda iştirak etdim. Ağsu RQİİ-nin kadrları əvvəlcədən demişdi ki, kim yüksək bal toplasa, o işləyəcək. Mən də xatırlatdım ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən ixtisar zamanı eyni vəzifədə və eyni ixtisas dərəcəsində üstünlük müharibə veteranına verilir.

Sağ olsunlar, görünür Əmək Məcəlləsinə məndən xəbərsiz yeni əlavələr ediblər. Bildirdilər ki, yalnız nəticələr eyni olsa, onda üstünlük müharibə veteranınadır. Qanunun belə yaradıcı şərhini eşidəndə adam doğrudan da heyran qalır.
Mən isə 40 sualdan 37-nə düzgün cavab vermişəm. İndi səbirsizliklə gözləyirəm ki, yəqin məni də böyük təntənə ilə yola salacaqlar. Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?
Bir daha hər birinizə təşəkkür edirəm. Mənə sübut etdiniz ki, bəzi hallarda qanun kitabda yazılır, praktikada isə ssenarini başqaları yazır.
Dasqin Abbasov
TEREF


Facebook-da paylaş

Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır - VİDEO


Fərqli xəstəxanalarda xoş olmayan oxşar mənzərələrə rast gəlinib: istifadə olunmuş tibbi ləvazimatlar, əməliyyat sırasında çıxarılmış orqan qalıqları və s.

Xəzər TV xəbər verir ki, hətta klinikanın əməkdaşları belə tullantıları xüsusi sellofan torbalarda əraziyə gətirirlər. Çəkisi ölçüldükdən sonra isə paketlər həmin əraziyə atılır.

Bu tullantılara nəzarət edən və onları qəbul edən şəxsin sözlərinə görə, vəziyyət bir neçə gündür ki, belədir. Tullantıların ərazidən nə vaxt daşınacağı isə hələ məlum deyil.

Tullantılar açıq sahədə, birbaşa günəş şüalarının altında qaldığından ətrafa kəskin və xoşagəlməz qoxu yayılır.

Bu vəziyyət təkcə bir xəstəxana ilə məhdudlaşmır. Digər xəstəxanada da oxşar mənzərə müşahidə olunub.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, problem qısamüddətli olub. Məsələ dərhal nəzarətə götürülüb. Hazırda tullantıların təmizlənməsi işi aparılır.

Xəzər TV

Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...


Ağsu rayon bazarında avtomobillərin girişindən qanunsuz vəsait toplanması ilə bağlı redaksiyamıza vətəndaş müraciəti daxil olub.

Vətəndaşların iddiasına görə, bazarın giriş hissəsində avtomobillərin əraziyə daxil olması üçün pul tələb edilir. Lakin həmin ödənişin hansı əsasla, hansı qurum tərəfindən və hansı qanunvericiliyə uyğun olaraq həyata keçirildiyi barədə heç bir açıqlama verilmir.

Redaksiyamıza göndərilən görüntülərdə bazarın girişində olduğu bildirilən şəxslə vətəndaşlar arasında mübahisəli anlar əks olunub. İddialara görə, həmin şəxs pul tələb edilməsinin səbəbini izah etməyib və vətəndaşların suallarına sərt şəkildə cavab verərək onları bazara buraxmayıb.

Vətəndaşların sözlərinə görə, özünü bazarın girişində məsul şəxs kimi təqdim edən şəxs “pul vermirsən, məndə sizi buraxmıram, hara istəyirsiniz deyin” deyən şəxslərə qarşı kobud davranıb və məsələnin araşdırılması üçün müraciət edən şəxslərin girişinə mane olub.

Maraqlıdır ki, əgər sözügedən ödəniş rəsmi əsaslarla həyata keçirilirsə, bu zaman həmin vəsaitin hansı xidmət qarşılığında alındığı, ödənişin kim tərəfindən müəyyənləşdirildiyi və vətəndaşa hər hansı qəbz və ya rəsmi sənəd təqdim olunub-olunmadığı sual doğurur.
Qanunvericiliyə əsasən, sahibkarlıq subyektlərində və ictimai yerlərdə istənilən ödənişlər hüquqi əsaslara söykənməli, şəffaf şəkildə həyata keçirilməlidir. Qeyri-rəsmi pul tələbləri isə qanunvericilik qarşısında məsuliyyət yarada bilər.

Məsələ ilə bağlı Ağsu bazarının rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.

BnTv.az

Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto


“Kontakt Home” mağazalar şəbəkəsindən alınan daha bir məhsulun yararsız olduğu məlum olub.

Bu barədə sosial şəbəkədə vətəndaş Ülfət Talıbova yazıb. O, “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı məhsulla bağlı narazılığını sosial şəbəkədə ictimailəşdirib.
Bildirib ki, təxminən bir il əvvəl “Beko” markalı fritoz alıb. Məhsulun 2 illik “Qızıl sığorta” və 1 illik standart zəmanəti olduğunu qeyd edən vətəndaşın sözlərinə görə, iki ay əvvəl fritozun qazanında problem yarandığı üçün Reset Servis Mərkəzinə müraciət edib.
Şikayətçinin iddiasına əsasən, mayın 16-da rəsmi sənədləşmə aparılıb və ehtiyat hissəsinin Türkiyədən sifariş edildiyi bildirilib. Ona, Türkiyədə bayram günlərinin olacağı nəzərə alınaraq, məhsulun ən geci bir ay ərzində təhvil veriləcəyi vəd edilib.
Lakin Ülfət Talıbova bildirir ki, artıq iki ay keçməsinə baxmayaraq, sifariş edilən ehtiyat hissəsi hələ də ona təqdim olunmayıb. O, dəfələrlə Reset Servisə müraciət etsə də, problemin həll olunmadığını deyib.
Vətəndaş paylaşımında “Kontakt Home”a da müraciət edərək, məhsulu həmin mağazadan aldığını və “Qızıl sığorta” üçün əlavə ödəniş etdiyini xatırladıb. O, kredit ödənişlərində gecikməyə görə müştərilərdən cərimə tutulduğunu vurğulayaraq, eyni həssaslığın müştəri hüquqlarının qorunmasına da göstərilməli olduğunu bildirib.
Şikayətçi sonda “Kontakt Home”dan fritozun ehtiyat hissəsinin nə vaxt təqdim ediləcəyinə dair açıqlama verməsini tələb edib.
Qeyd edək ki, bu iddialar vətəndaşın sosial şəbəkə paylaşımına əsaslanır. Qarşı tərəfin mövqeyi məlum deyil.
Xatırladaq ki, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Tribuna.az-a açıqlaması zamanı bildirmişdi ki, ölkədə ən çox şikayət olunan elektronik ev əşyaları satan mağaza “Kontakt Home”dur. İB sədrinin sözlərinə görə, alıcılara “Kontakt Home”da yararsız məhsullar satılı, müştərilər endirim adı ilə aldadılır və məhkəmələrdə incidilir.Tribuna.az

Xəbər lenti

Azəriqazda Əmək Məcəlləsini sayan yoxdur - "Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?"
10:48
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır - VİDEO
10:26
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
09:41
Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto
09:27
3000 manatlıq burun əməliyyatı, məhkəmə qərarı və "dezinformasiya" iddiası: Faktlar nə deyir?
20:18
Elnur Cəlilov Vəlvələ çayının qum və çınqılını kimlərə satır? - Nazir Rəşad İsmayılov üçün VİDEO
19:31
"Qızıl oğlanlar"ın təhsil islahatı-"Шмотка"dan qızıla...
18:22
Ramazan Nəbiyevə yüksək vəzifə verildi
14:05
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
13:43
Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
13:11
Elçin Məsiyev ÇL oyununa təyinat aldı
12:48
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
12:21
Kolbasa-sosis bazarında TƏHLÜKƏ: Bu şirkətlər əhaliyə nə yedirir? - SİYAHI
11:38
“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58