Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?


Baku TV-nin çəkiliş qrupunun başından keçənlər sadəcə bir media mənsubuna hücum deyil, gözümüzün önündə baş verən tam bir harınlıq və özbaşınalıq nümunəsidir.
Açığını deyək, insanları sağaltmaq, onlar diqqət və qayğı göstərmək adı altında fəaliyyət göstərən "Bioloji Təbabət" Klinikasının rəhbəri küçənin ortasında, kameraların qarşısında zorakılıq edir.
Bir klinika rəhbərinin səviyyəsinə, tərbiyəsinə və dünyagörüşünə baxın: vətəndaş şikayəti əsasında çəkiliş edən jurnalistin üstünə cumur, kameraya zərbə endirib avadanlığı sındırır, operatora xəsarət yetirir. Bu nə özbaşınalıqdır? Bu cür adamlar özlərini kim hesab edirlər?
Mənim üçün ən dəhşətlisi də odur ki, bu hərəkəti edən şəxs bir tibb müəssisəsinin başındadır. İnsana, onun sağlamlığına və hüquqlarına hörmət etməyən, öz hirsini gənc bir operatorun üzərində çıxan, əli ilə, qolu ilə məsələ həll etməyə çalışan bir insan necə klinika idarə edə bilər?
Hələ çöldə, kameranın önündə bu qədər qudurğanlıq edən bir rəhbərlik, görün o klinikanın dördivarı arasında xəstələrə, vətəndaşlara necə davranır!
Adam insanın üzünə baxa-baxa düşünür: görəsən, bu "Bioloji Təbabət" Klinikasının arxasında kimlər durur? Kimlərə, hansı kölgəli fiqurlara arxayındırlar ki, sadəcə vətəndaşın şikayətini işıqlandırmağa gələn media mənsubuna qarşı bu dərəcədə rahat zorakılıq edə bilirlər?
Bəllidir ki, arxasında güclı bir dayaq görməyən heç bir müəssisə rəhbəri gündüzün günortası kameraya zərbə endirməyə, operatoru şikəst etməyə cəsarət etməz. El arasında desək, bunların "krışa"sı kimsə, elə əsas onlar məsuliyyətə cəlb olunmalıdır! Çünki bu harınlığın, bu cəzasızlıq arxayınlığının kökü məhz həmin o arxada duran həvəskarlara, patronlara söykənir.
Məsələ araşdırılanda ilk növbədə bu özbaşınalığa yaşıl işıq yandıran, onları arxayınlaşdıran "himayədarlar" müəyyənləşdirilməli və icraçılardan daha ağır şəkildə cəzalandırılmalıdırlar!
Bu ölkədə jurnalist öz işini görür. Onun işi cəmiyyətə həqiqəti göstərmək, vətəndaşın səsini çatdırmaqdır. Əgər sənin gizlədəcək bir şeyin yoxdursa, niyə kameradan belə qorxursan?
Niyə dərhal vəhşiləşib avadanlıq sındırırsan?
Çünki arxayınlıq var, çünki elə bilirlər ki, arxalarındakı adamlara, pullarına arxalanıb hər kəsi susduracaqlar.
Bura sizin öz şəxsi aləminiz deyil. Mediaya, söz azadlığına və ən əsası insan əməyinə, sağlamlığına edilən bu basqı cəzasız qala bilməz. Bu hadisəyə göz yumulsa, sabah başqa bir həkim, başqa bir müdir çıxıb küçədə hamını döyəcək.
O klinikanın rəhbərliyi və onların arxasında dayananlar törətdikləri bu əmələ, vurduqları ziyana görə qanun qarşısında ən ağır şəkildə cavab verməlidirlər.
Hüquq-mühafizə orqanları bu özbaşınalığın kökünü kəsmək üçün məsələni ən incə detalınadək araşdırmalıdır. Baku TV-nin zərərçəkən əməkdaşlarına da bir daha keçmiş olsun deyirəm, belə harınlıqların qarşısında heç vaxt geri çəkilmək olmaz!
Sima Babayeva
TEREF

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladıb.

FHN-in müraciətində bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmamasının acı nəticələndiyi təəssüflə bildirilib.

"Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir", - müraciətdə qeyd olunub.

Xəbər lenti

Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı
12:21
Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir — Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət
11:15
"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR
10:44
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
10:11
Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
09:41
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
09:06
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
18:27
Nəsimidə ağac soyqırımı - Qanunsuz tikililərə kim icazə verir?
18:11
MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
17:11
Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? - VİDEO
16:49
Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar
15:58
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
15:24
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
14:29
Rusiya və Belarus vətəndaşlarını ölkəyə bu şərtlə buraxacaqlar
13:48
Direktor hegamoniyası davam edir - Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi
13:23
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
12:47
Baş idarəyə yeni rəis təyin edildi - Foto
11:52
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
11:21