Gürcüstan DTX kütləvi elektrik böhranındakı təxribat izini - Araşdırır


Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkədə 24 və 25 iyul tarixlərində baş vermiş genişmiqyaslı elektrik enerjisi kəsintiləri ilə bağlı təxribat maddəsi üzrə istintaqa başlayıb.

Bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunur ki, istintaq elektrik enerjisinin verilişində yaranmış fasilələrin səbəblərinin müəyyənləşdirilməsi və hadisədə qəsdən müdaxilə əlamətlərinin olub-olmamasının araşdırılması məqsədilə başladılıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün detallarını araşdırır.

Qeyd edək ki, iyulun 24-nə keçən gecə Tbilisi də daxil olmaqla Gürcüstanın bir sıra şəhərlərində kütləvi elektrik kəsintisi baş verib. Hadisə nəticəsində nəqliyyat işıqforlarının fəaliyyətində problemlər yaranıb, mobil rabitə və internet xidmətlərində fasilələr müşahidə olunub. Elektrik enerjisinin verilişi sonradan mərhələli şəkildə bərpa edilib. Hadisənin dəqiq səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

Prezident Milix Yevdayevi təltif etdi


Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədridir.

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Azərbaycanda iyulun 26-da 41 dərəcə isti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...


Özünü “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri kimi təqdim edən Nazim Tahirovun qanunsuz və hətta bəzi hallarda cinayət xarakterli əməlləri ilə bağlı artıq bir neçə konkret faktı həm oxucuların, həm də aidiyyatı qurumların diqqətinə çatdırmışıq. Aydın olur ki, əldə etdiyi saxta məhkəmə qərarları ilə ölkənin hüquq sisteminin ədalətini ciddi şəkildə şübhəyə alan və ən dəhşətlisi isə rəsmən ƏLƏ SALAN Nazim Tahirov məhz müxtəlif dövlət qurumlarında olan himayədarları hesabına hələ də meydan sulayır.
Məhz himayə olunmasının nəticəsidir ki, bir sahibkarın ölüm həddinə çatdırılmasında və daha neçə sahibkarın da şər-şəbədə, saxta məhkəmə qərarları yolu ilə müflis duruma salınmasında müstəsna payı olan Nazim Tahirov hələ də iş başındadır... Hələ də neçə-neçə dövlət məmurunun boynuna ip keçirərək onları öz cinayət ortağına çevirir. Və ən acınacaqlısı da odur ki, bununla bağlı yerli KİV-də dəfələrlə həyəcan təbili çalınsa da aidiyyatı qurumlar gərəkən reaksiyanı yubadırlar...
Nəticə isə göz qabağındadır. Növbəti qurbanlardan biri olan Alim Lətifov adlı sahibkar həm özünün və həm də ailə üzvlərinin məhz Nazim Tahirov tərəfindən ölümlə təhdid olunduğunu deyərək hüquq-mühafizə orqanlarına müraciət edib, kömək istəyib.
Bəli, bir daha vurğulayırıq ki, hər yerdə məhkəmə qərarlarına təsir imkanları ilə öyünən Nazim Tahirov hətta Konstitusiya Məhkəməsinin qatarlarını belə dəyişdirə biləcəyini nəinki gizlətmir, hətta yazıqlar olsun ki, sübuta da yetirib. Onun keçmiş fəaliyyətində bu kimi hallara artıq rast gəlmişik.
Bir daha vurğulayaq ki, bütün bu işlərdə ona ortaqlıq edən məmurlar da yetərincədir ki, nəhayət onlar da Nazim Tahirovla birgə qanun, xüsusən də Azərbaycan dövləti qarşısında cavab verəcəklər. Məsələn, onlardan biri Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının keçmiş baş icraçısı Nurəddin Mustafayev idi ki, artıq vəzifədə deyil, amma köhnə əlaqələri hesabına bu gün də Nazim Tahirovun qanunsuz əməllərinə ortaqlıq edir. Məsələn, digər bir səlahiyyət sahibi də var ki, onunla bağlı da hüquq mühafizə orqanlarının araşdırma aparması vacibdir. Söhbət Auditorlar Palatası sədrinin müavini Fəxrəddin İsmayılovdan gedir. Bu o Fəxrəddin İsmayılovdur ki, təkcə Nazim Tahirova saxta məhkəmə qərarlarının alınmasında köməklik etmir.. eyni zamanda məhz onun SAXTA AUDİT RƏYLƏRİ hesabına Nazim Tahirov neçə-neçə dövlət qurumlarının ayrı-ayrı tenderlərində qalib elan olunub.

Nəticədə Nazim Tahirov və onun quldur şərikləri varlanıb, dövlətimiz isə milyonlar itirib. Hər halda hüquq-mühafizə orqanları bütün bu məqamlara xüsusi diqqət yetirməlidir.
Diqqət yetirin, yaşı 80-ni haqlayan Fəxrəddin İsmayılov kimiləri əslində, hansısa gənc və ədalətli bir kadrın yerini məşğul etməkdədir. Və bunun da ziyanını həm, dövlətimiz, həm vətəndaşlar, həm də bütünlüklə cəmiyyət çəkir. Nazim Tahirov və onun maxinasiya şəbəkəsi isə faydalanan tərəf olur.
Bəli, məhz bu cür ORTAQLARI hesabına Nazim Tahirov meydanda at oynadır... Nə zamana qədər? Hər halda bu qoçuluq uzun çəkməyəcək... Görünəni və anlaşılanı budur...
Araşdırmalarımız davam edir..
Dia.az



Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...


Regional Su Meliorasiya Xidmətində qohumbazlıq iddiaları ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Denmedia.az-ın yaxın mənbədən əldə etdiyi məlumata görə, Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin yaxın qohumu olduğu iddia edilən Əzimov Zaur Nürəddin oğlu Ucar Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində rəis müavini vəzifəsində çalışır.
İddialara əsasən, sözügedən təyinat maraqların toqquşması və qohumbazlıq məsələləri ilə bağlı suallar doğurur.
Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dövlət orqanlarında maraqların toqquşmasının qarşısının alınması və qohumluq münasibətlərinin xidməti fəaliyyətə təsir etməməsi ilə bağlı müddəalar nəzərdə tutulur. Bu baxımdan, iddiaların hüquqi qiymətləndirilməsi aidiyyəti qurumların səlahiyyətinə daxildir.
Xatırladaq ki, mediada ADSEA "qudalar agentliyi" kimi tanınır. Belə ki, ADSEA sədri Zaur Mikayılov bir qudası Fuad Quliyevi Aparat rəhbəri, digər qudası Əsəd Şirinovu müşavir təyin edib. Bu, Azərbaycanda və dünyada analoqu olmayan sistem idarəçiliyidir. Faktiki üç quda dövlətin strateji agentliyini ailə podratı kimi idarə edir. ADSEA-da bütün nöqsanlar, qohumbazlığın şəbəkə halını alması da elə buradan qaynaqlanır.
Bu məsələlər ictimai müzakirələrə səbəb olsa da, onların rəsmi qaydada təsdiqlənməsi və ya təkzib olunması ilə bağlı açıqlama verilməyib.(Denmedia.az)

"QoçƏt" biabırçılığı – İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!


Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" marketlər şəbəkəsinə məxsus filialda baş verən son olay yerli istehlak bazarında qida təhlükəsizliyinin hansı acınacaqlı durumda olduğunu bir daha üzə çıxarıb. Tanınmış "QoçƏt" brendinə məxsus kolbasa məhsulunu alaraq evə aparmaq istəyən vətəndaş məhsulun paketini açan kimi yayılan dözülməz və kəskin üfunət qoxusundan şübhələnərək dərhal geri qayıdıb.

Marketin kassadakı satıcıları da məhsulun iylənmiş, köhnə və kiflənmiş olduğunu öz gözləri ilə görüb dərhal təsdiq etməyə məcbur qalıblar və alıcının haqlı etirazından sonra pulu geri qaytarıblar. Lakin məsələnin ən dəhşətli tərəfi odur ki, qablaşdırmanın üzərindəki istehsal və istifadə tarixi hələ iyulun 17-ni göstərməsinə, yəni məhsulun hələ bir aylıq yararlılıq müddətinin qalmasına baxmayaraq, içindən zəhər saçan çürümüş kütlənin çıxması xüsusilə isti yay günlərində əhalinin sağlamlığına birbaşa təhlükə yaradır. İstehsal tarixi hələ qüvvədə ola-ola ət məhsulunun bu cür bərbad və xarab vəziyyətdə olması sadəcə fərdi məsuliyyətsizlik deyil, bütövlükdə ölkənin qida təhlükəsizliyi sisteminə və istehlakçı hüquqlarına vurulan ağır zərbədir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sərbəst ekspert Samir Fərəcov qeyd edib ki, üzərində hələ yararlılıq müddətinin bitdiyini göstərən tarix olduğu halda ət və kolbasa məhsullarının kəskin üfunət iyi verməsi və xarab olması ya saxta markalanmanın, ya da anbar və daşınma zamanı soyuq zəncir qaydalarının kobud şəkildə pozulmasının açıq sübutudur: "İsti yay günlərində ət məhsulları mikroorqanizmlərin inkişafı üçün ən əlverişli mühitdir və düzgün saxlanılmadıqda bir neçə saata ölümcül zəhərlənmə mənbəyinə çevrilir. Əgər 'QoçƏt' kimi tanınmış brendin məhsulu hələ vaxtı bitmədən bu cür çürüyürsə, deməli, ya məhsulun istehsal tarixi saxtalaşdırılaraq yenidən paketlənib, ya da ticarət obyektləri onu saxlama rejiminə zərrə qədər riayət etmədən piştaxtaya düzüblər. Belə halların cəzasız qalması sabah məktəblərin, bağçaların və sadə vətəndaşların stoluna gələn bu cür qidalar vasitəsilə kütləvi zəhərlənmə dalğalarına səbəb ola bilər".

Onun sözlərinə görə, AQTA və digər nəzarət qurumları bu cür hallara qarşı yalnız şikayət əsasında deyil, qabaqlayıcı sərt reydlərlə cavab verməlidir: "Marketlərin soyuducu sistemlərinin işləkliyini yoxlamadan, məhsulların logistika zəncirini izləmədən istehlakçını bu cür təhlükə ilə baş-başa qoymaq yolverilməzdir. 'QoçƏt' rəhbərliyi də öz növbəsində həmin partiyanın bazar necə çıxığını dərhal araşdırmalı, ictimaiyyətə açıqlama verməlidir, çünki bir brendin adı qazanılana illər gedir, lakin belə bir biabırçılıq isə həmin etimadı bir anda yerlə-yeksan edir. Vətəndaşlarımıza isə tövsiyə edirik ki, xüsusilə yay mövsümündə aldıqları ət və kolbasa məhsullarının yalnız tarixinə deyil, qoxusuna, rənginə və qablaşdırmasının bütövlüyünə həssaslıqla diqqət etsinlər, çünki heç bir şikayət insan sağlamlığından və həyatından qiymətli ola bilməz".

NOCOMMENT.az

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO


Masallı rayonunun Qəriblər kəndində dövlət meşə fonduna aid olan 2 hektarlıq ərazinin “Nağıllar Aləmi” istirahət mərkəzi tərəfindən qanunsuz zəbt edilməsinin şok təfərrüatları üzə çıxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə icarə müqaviləsinin müddəti çoxdan bitsə də, obyekt sahibinin ərazidə qanunsuz olaraq yeni otel, villa və metal konstruksiyalı söhbətgahlar inşa etdiyi məlum olub. Məsələ ilə bağlı Meşələrin İnkişafı Xidmətinin rəsmisi Ramik Əşrəfovun söküntü barədə verdiyi rəsmi vədlər isə kağız üzərində qalıb. Üstəlik, obyektdə qanuni POS-terminal quraşdırılmayaraq müştərilərdən qanunsuz şəkildə "kartdan-karta" ödəniş tələb olunduğu və milyonlarla manatlıq gəlirin vergidən gizlədildiyi iddia edilir. Rentabelsiz obyektləri dərhal məhkəməyə verən nazirliyin bu milyonluq şəbəkəyə göz yumması və Masallı Rayon İcra Hakimiyyətinin laqeydliyi böyük korrupsiya şübhələri yaradır

nyus.az


Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA: "Dövlətin pulsuz dərmanlarını satırlar"-VİDEO


Balakən Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir? Sakinlər tibb müəssisəsində həm rəhbərliyin, həm də həkimlərin özbaşınalığından ayağa qalxdı. Ağır xəstələri qəbul etməyən, dövlətin pulsuz dərmanlarını isə gizli şəkildə satışa çıxaran şəxslər kimlərdir? İş saatında boş qalan kabinetlər və tapılmayan baş həkim... Ətraflı 1xeber.media-nın hazırladığı süjetdə!


1xeber.media

Gəncədə raket zərərçəkənləri Prezident İlham Əliyevə müraciət edirlər: “Son ümidimiz Sizsiniz”


44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinə atılmış "İsgəndər" raketləri nəticəsində evləri dağılan, əmlaklarına ziyan dəyən və müxtəlif formada zərər çəkən bir qrup vətəndaş bildirir ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi nəzərdə tutulsa da, kompensasiya prosesi hələ də tam şəkildə başa çatdırılmayıb. Zərərçəkənlərin sözlərinə görə, məsələnin icrası Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Lakin onlar uzun müddətdir müraciətlərinə baxılmadığını, Komitə rəhbərliyi tərəfindən qəbul edilmədiklərini və dəymiş ziyanın tam həcmdə ödənilmədiyini bildirirlər. Bundan əlavə, bəzi vətəndaşlar Komitənin ayrı-ayrı əməkdaşları ilə bağlı ciddi iddialar irəli sürürlər. Onların sözlərinə görə, kompensasiya məbləğinin yalnız bir hissəsi ödənilib, qalan hissənin isə "vergi" və "ƏDV" adı ilə tutulduğu bildirilib. Vətəndaşlar qeyd edirlər ki, məsələ ilə bağlı vergi orqanına sorğu göndəriblər. Onların bildirdiyinə görə, aldıqları cavabda kompensasiya ödənişlərinin şəxslərin gəliri hesab edilmədiyi və buna görə də həmin vəsaitdən vergi və ya ƏDV tutulmasının qanunvericilikdə nəzərdə tutulmadığı qeyd olunub. Bununla yanaşı, zərərçəkənlər daha ciddi iddialar da səsləndirirlər. Onların sözlərinə görə, bəzi sənədlərdə onların adından saxta imzaların atıldığı iddia olunur. Həmçinin, vətəndaşlar bildirirlər ki, onlara müxtəlif təzyiqlər göstərilib, böhtan xarakterli ittihamlar səsləndirilib və məsələ barədə danışmamaları, etirazlarını dayandırmaları üçün hədələr edilib. İddialara görə, onlara kompensasiya məsələsinin artıq bağlandığı və bundan sonra hər hansı ödəniş edilməyəcəyi bildirilib. Zərərçəkmiş vətəndaşlar hesab edirlər ki, bu iddiaların hüquq-mühafizə və digər aidiyyəti dövlət qurumları tərəfindən obyektiv araşdırılmasına ehtiyac var. Onlar kompensasiya prosesinin tam şəffaf şəkildə yoxlanılmasını, qanun pozuntusu aşkarlanacağı təqdirdə məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsini istəyirlər. Sonda Gəncə sakinləri Prezident İlham Əliyevə müraciət edərək bildirirlər: "Biz 44 günlük Vətən müharibəsində raket terrorunun qurbanları olmuş sadə vətəndaşlarıq. İllərdir haqqımız olan kompensasiyanın tam ödənilməsini gözləyirik. Səsimizin eşidilməsini, iddialarımızın obyektiv araşdırılmasını və hüquqlarımızın bərpa olunmasını xahiş edirik. Bu gün bizim yeganə ümid yerimiz cənab Prezident İlham Əliyevdir. İnanırıq ki, müraciətimiz diqqətdə saxlanılacaq və məsələnin qanun çərçivəsində ədalətli həlli təmin olunacaq."

Bakunews.tv

Xəbər lenti

Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı
12:21
Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir — Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət
11:15
"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR
10:44
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
10:11
Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
09:41
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
09:06
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
18:27
Nəsimidə ağac soyqırımı - Qanunsuz tikililərə kim icazə verir?
18:11
MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
17:11
Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? - VİDEO
16:49
Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar
15:58
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
15:24
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
14:29
Rusiya və Belarus vətəndaşlarını ölkəyə bu şərtlə buraxacaqlar
13:48
Direktor hegamoniyası davam edir - Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi
13:23
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
12:47
Baş idarəyə yeni rəis təyin edildi - Foto
11:52
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
11:21