Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.

Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

Kənan Basqala hökm oxundu



Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda və silah qismində əşyadan isdifadə etməklə xuliqanlıq etməkdə ittiham olunan Kənan Basqalın məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə təqsirləndirilən şəxsi verilmiş ittihamlara münasibətdə təqsirli hesab edib. Hökmə əsasən, Kənan Basqal 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K.Zeynalov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. O, hazırda həbsdə olan eyni partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyib. Basqal ötən ilin martında həbs edilib. İttihama görə o, küçədə mübahisə etdiyi şəxsə bıçaqla ağır xəsarət yetirib.

Kapadokiyadan yarımçıq təkzib - direktor niyə təşvişə düşüb?


Bakı şəhəri 93 və 42 nömrəli məktəblərin direktoru Xalidə İbrahimova sosial media hesabında guya təkzib verib. Haqqında yazılanlardan yalnız attestat məsələsini təkzib etməyə çalışır. Hansı ki məktəb qiyməti 2 olan məzunun DİM imtahanında 5 alması məsələsinə də bir neçə gün əvvəl sosial media hesabında özü izahat da vermişdi.

Digər məsələləri isə görməzdən gəlir arxalı direktor. Vaxtilə Təhsil Nazirliyindən niyə kənarlaşdırıldığı, BŞTİ-də çalışdığı vaxt direktorlara olan münasibəti, Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova ilə mübhəm dostluq əlaqələri, vaxtaşırı Ağ Şəhərdəki və digər elit məkanlardakı görüşləri, təmtəraqlı ad günü partiləri, məktəb direktorlarının, direktor müavinlərinin və digər vəzifələrə təyinatlarda oynadığı rol, BŞTİ müdirinin kabinetinə istədiyi zaman sərbəst giriş mandatı, ayrı rayonlarda yerləşən və bir-birindən kilometrlərcə uzaq olan 2 məktəbə necə və nəyin qarşılığında direktorluq etməsi, hər 2 məktəbdə müəllimlərdən, şagirdlərdən və valideynlərdən toplanan vəsaitlər, Azərbaycan Texniki İnstitutunu bitirərək məktəb direktoru olmağın qaranlıq tərəfləri və digər çoxsaylı suallara isə nə əcəbsə cavab verməyib. Məlumata görə "təkzibi" rəfiqəsi, BŞTİ müdiri Nərminə Hüseynova ilə məsləhətləşərək yazıb. Çünki yazılan faktlardan, çoxlarının bildiyi "Rəfiqə İttifaqı"nın ifşa olunmasından o da ciddi narahatlıq keçirib. Həm də məsləhət belə olub ki müəllimlərə tapşır şərhlərdə səni müdafiə etsinlər. Müəllimlərin çoxu saxta şərhlə tərif deməyi qəbul etməsə də məcburiyyət qarşısında yazanlar olub.

Xalidə İbrahimova fəaliyyətinə dair məlumatların bir qisminin ictimailəşməsində 93 və 42 nömrəli məktəblərdə "onu istəməyənlər"dən, sitəm etdiyi şəxslərdən şübhələndiyini, gümanının isə çox yerə getdiyini bildirib. Başa düşüləndir, adam dinc durmayıb, qaz vurub, qazan dolduran zamanlarda o qədər adamı əzib keçib ki...

Ardınca da yenə quş buraxıb, acıq verirmiş kimi dəbdəbəli həyat tərzini sərgiləyir. Xaricdə istirahət etdiyini göstərən görüntülər yayır, zəngin həyat yaşadığını nümayiş etdirir. Asan ələ keçmiş var-varidat belədir, çox olanda uzaqdan da bərq vurur.

Müəllimlər, direktor müavinləri, həqiqi, halal maaşa işləyən məktəb direktorları ölkə daxilində birtəhər istirahət etdiyi, əksər məktəb direktorları hələ də məktəbdə oturub məzunların attestat alması üçün çalışdığı halda Xalidə İbrahimova kimi oliqarx direktorlar göylərdə gəzirlər - bir təyyarədən düşür, o birinə minirlər. Ən bahalı istirahət mərkəzlərindən eqo satırlar. Hələ bu meşşanlığı nümayiş etdirir, onlardan bezən müəllimlərə və valideynlərə "ayaqdayam" mesajı göndərir, dolanışıq dərdi çəkən müəllimlərə qıcıq verirlər.(Tehsilmedia.com)

Həsən Şərifovun çox milyonluq YEYİNTİSİ - necə gizlədib?


Son vaxtlar paytaxtda və bölgələrdə “Aqro Mall” Ticarət Mərkəzinin bir çox obyektlərinin fəaliyyətini görürük.
Bu ticarət məkanlarının fəaliyyəti və müştəri məmmunluğunu bir kənara qoyub, “Aqro Mall” Ticarət Mərkəzinin Baş Direktoru Həsən Şərifovla bağlı bəzi məqamları diqqətə çatdırmaq istərdik. Həsən Şərifov ali təhsilini BDU-nin tarix fakültəsində alsa da onun həyat tarixçəsi tamam başqa istiqamətdə inkişaf edib. Özünü dərman biznesi sahəsində sınamaq qərarına gələn H.Şərifov qardaşı Asif Şərifovun köməyindən lazımınca istifadə edib. Qardaşının yaxından köməkliyi ilə “Riyad-farm”ın icraçı direktoru vəzifəsinə qədər yüksələn Həsən Şərifov Rusiyanın paytaxtı Moskvada özünə geniş biznes şəbəkəsi formalaşdırıb. Azərbaycan Beynəlxalq Bankının Moskva filialından çoxmilyonluq kredit götürən H.Şərifov götürdüyü krediti təyinatı üzrə deyil,daha çox özünün şəxsi biznesinin çiçəklənməsinə sərf edib. Həsən və Asif Şərifov qardaşlarının “Riyad-farm” şirkətinin gəlirlərini və banklardan götürdükləri kreditləri özlərinə məxsus kənd təsərrüfatı biznesinə (3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu və s.) , Moskvadakı bizneslərinə yatırmaları sonradan onlar üçün problemə çevrilib. Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həbsindən sonra Şərifovların da biznesinin qürubu başlayıb. Qeyd etdiyimiz kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilən Həsən Şərifov bundan sonra fəaliyyətini sanki “dondurur”.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalara əsasən, H.Şərifov ABB-dən götürdüyü milyonlarla manat krediti Rusiyada və Azərbaycanın müxtəlif bölgələrində şəxsi biznesinə sərf edib. Buraya 3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu, paytaxtın müxtəlif yerlərində çoxsaylı mənzillər daxildir. Lakin, Cahangir Hacıyevlə zamanında sıcaq münasibətlərdə olan Həsən Şərifov həbs edilsə də sonradan “sudan quru çıxmağı” bacarıb. Bir zamanlar “zavtrak”ını Bakıda, “obed”ini Moskvada, “ujin”ini İsveçrədə edən Həsən Şərifov mübhəm bir səssizliyə çəkilərək öz fəaliyyətini davam etdirir. Məlum maliyyə qalmaqalından və həbsdən sonra bir müddət “üfiqlərdə gözdən itən” Həsən Şərifov indi “Aqro Mall” Ticarət Mərkəzinin yelkənləri ilə biznes dalğalarında üzür. Bu dalğaların mənbəyi və yeni yeyintilər haqda növbəti yazımızda….

Cumhuriyyet.az

Avqustun hava proqnuzu: Bəzi yerlərdə normadan yuxarı olacaq



Azərbaycanda avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 22-27°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 40°C-yə yaxın isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-8 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 27-29°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 33-38°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10 mm) gözlənilir.


Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 22-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 15-20°C, gündüzlər 22-27°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 34-38°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-55 mm).

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 23-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 15-20°C, gündüzlər 22-27°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 35-38°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-37 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 25-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 33-38°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-27 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-27°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 37-39°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 13-116 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-29°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 33-38°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 41°C-yə yaxın isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-22 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 24-27°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 38°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-83 mm).

Gürcüstanda bu nazirlik ləğv edilir, əvəzində yeni vəzifə yaradılır




Gürcüstanda Regional İnkişaf Nazirliyi sentyabrda ləğv ediləcək.


Bu barədə məlumatı həmin ölkənin Baş naziri İrakli Kobaxidze açıqlayıb.


O bildirib ki, hökumət strukturunda yeni regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsi yaradılacaq. Həmin posta isə Mamuka Mdinaradze gətiriləcək.


Kobazidzenin sözlərinə görə, yeni dövlət naziri vəzifəsinin yaradılması ilə Regional İnkişaf Nazirliyi öz mahiyyətini itirir.


Hazırkı regional inkişaf naziri Kaxa Quledani isə Gürcüstanın infrastruktur nazirinin birinci müavini olacaq.

Azərbaycanda ən çox və ən az pensiyaçı olan RAYONLAR


Azərbaycanda pensiyaçıların sayı rayon və şəhərlər üzrə ciddi fərqlənir. Bəzi bölgələrdə pensiyaçıların sayı 20 min nəfəri keçdiyi halda, digərlərində bu göstərici 1000 nəfər civarında qalır. Maraqlıdır ki, pensiyaçıların sayının çox olduğu rayonlar hər zaman ən yüksək orta pensiya məbləğinin təyin edildiyi ərazilər deyil.

Modern.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara əsasən, ölkədə ən çox və ən az pensiyaçının yaşadığı rayonları, eləcə də həmin ərazilərdə təyin olunan orta aylıq pensiya məbləğini təqdim edir.

Rəsmi statistikaya görə, 2026-cı ilin əvvəlinə Azərbaycanda pensiyaçıların ümumi sayı 1 milyon 98 min 890 nəfər olub. Onlara təyin edilmiş aylıq pensiyanın orta məbləği isə 541,63 manat təşkil edib.

Ən çox pensiyaçı paytaxtda yaşayır. Bakı şəhərində ümumilikdə 393 min 394 pensiyaçı qeydiyyatdadır. Paytaxtda təyin olunmuş aylıq pensiyanın orta məbləği isə 743,68 manat olub.

Bakı şəhəri üzrə ən çox pensiyaçı Xətai rayonunda qeydə alınıb. Burada 31 min 204 nəfər pensiyaçı yaşayır. Sonrakı yerlərdə Binəqədi (30 min 485 nəfər), Yasamal (29 min 440 nəfər), Sabunçu (26 min 68 nəfər), Suraxanı (24 min 604 nəfər), Nərimanov (20 min 677 nəfər), Nəsimi (20 min 210 nəfər), Nizami (19 min 947 nəfər), Xəzər (14 min 892 nəfər), Qaradağ (12 min 35 nəfər), Səbail (11 min 127 nəfər) və Pirallahı (1 min 430 nəfər) rayonları qərarlaşıb.

Ən çox pensiyaçı yaşayan rayon və şəhərlər

Bakıdan sonra ən çox pensiyaçı Sumqayıt şəhərində qeydə alınıb. Burada 36 min 298 nəfər pensiyaçı yaşayır.

Üçüncü yerdə Gəncə şəhəri qərarlaşıb. Burada pensiyaçıların sayı 32 min 734 nəfərdir.

Siyahıda növbəti yerdə Lənkəran rayonu qərarlaşıb.. Rayonda 22 min 219 pensiyaçı var.

Sonrakı yerlərdə Şəki rayonu (20 min 332 nəfər), Masallı rayonu (20 min nəfər), Şəmkir rayonu (18 min 190 nəfər), Cəlilabad rayonu (18 min 707 nəfər), Abşeron rayonu (17 min 634 nəfər), Tovuz rayonu (16 min 486 nəfər), Bərdə rayonu (15 min 268 nəfər) və Xaçmaz rayonu (15 min 129 nəfər) qərarlaşır.

Ən az pensiyaçı bu rayonlarda qeydə alınıb

Ən az pensiyaçı Xocalı rayonunda yaşayır. Burada cəmi 1 147 pensiyaçı qeydiyyatdadır.

Sonrakı yerlərdə Naftalan şəhəri (1 165 nəfər), Xızı rayonu (1 296 nəfər), Pirallahı rayonu (1 430 nəfər), Sədərək rayonu (1 785 nəfər), Qobustan rayonu (3 527 nəfər), Culfa rayonu (3 779 nəfər), Daşkəsən rayonu (3 796 nəfər), Zəngilan rayonu (3 922 nəfər) və Şahbuz rayonu (2 867 nəfər) yer alır.

Digər rayonlarda vəziyyət necədir?

Pensiyaçıların sayına görə növbəti yerlərdə Ağcabədi (12 853 nəfər), Ağdam (12 771), Yevlax (12 500), Salyan (12 755), İmişli (12 907), Kürdəmir (10 212), Quba (13 799), Qusar (9 096), Balakən (9 599), Qax (7 091), Qəbələ (10 141), Oğuz (5 125), Sabirabad (14 137), Saatlı (9 763), Beyləqan (10 357), Biləsuvar (9 853), Hacıqabul (5 993), Neftçala (8 153), Astara (9 415), Lerik (7 758), Yardımlı (6 158), Mingəçevir (12 780), Ağdaş (10 145), Göyçay (11 808), Ucar (7 750), Zərdab (5 651), Naxçıvan şəhəri (9 425), Babək (6 906), Kəngərli (2 617), Ordubad (4 349), Şərur (9 133), Ağsu (7 871), İsmayıllı (9 925), Şamaxı (9 381), Samux (5 894), Göygöl (6 252), Goranboy (9 344), Ağstafa (8 343), Gədəbəy (11 086), Qazax (10 325), Füzuli (8 889), Laçın (3 488), Kəlbəcər (7 847), Qubadlı (4 854), Cəbrayıl (6 621), Şuşa (3 160), Xocavənd (887) və Tərtər (7 575) gəlir.

Ən yüksək orta pensiya bu rayonlarda verilir

Pensiya məbləğinə görə isə tam fərqli mənzərə yaranır.

Rayon və şəhərlər arasında ən yüksək orta aylıq pensiya Bakıdan sonra Şirvan şəhərində qeydə alınıb. Burada orta pensiya 456,31 manatdır.

Sonrakı yerlərdə Naxçıvan şəhəri (454,41 manat), Sumqayıt şəhəri (451,87 manat), Siyəzən rayonu (450,47 manat), Şuşa rayonu (449,24 manat), Abşeron rayonu (444,08 manat), Gəncə şəhəri (441,73 manat), Qubadlı rayonu (435,11 manat), Şahbuz rayonu (436,38 manat) və Mingəçevir şəhəri (432,71 manat) qərarlaşır.

Ən aşağı orta pensiya bu rayonlarda təyin olunub

Ən aşağı orta aylıq pensiya Xocalı rayonunda qeydə alınıb. Burada bu göstərici 399,47 manatdır.

Sonrakı yerlərdə Xızı rayonu (409,37 manat), Ağdam rayonu (410,86 manat), Biləsuvar rayonu (410,89 manat), Lənkəran rayonu (411,31 manat), Zaqatala rayonu (411,30 manat), Astara rayonu (411,54 manat), Ucar rayonu (412,14 manat), Qəbələ rayonu (412,66 manat) və Yardımlı rayonu (412,89 manat) qərarlaşır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidliyə cavabsız suallar...


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli bildirib ki, yeni təmayüllü tədris modelinin tətbiq ediləcəyi ümumtəhsil müəssisələrinə müəllim seçimi MİQ-də uğur qazanmış və hazırda məktəblərdə çalışan müəllimlər arasından aparılacaq.
Onun sözlərinə görə, seçim zamanı əsas meyar müəllimin ən azı 3 illik pedaqoji təcrübəyə malik olması və MİQ, diaqnostik qiymətləndirmə və ya sertifikasiya üzrə nəticəsinin 85 faiz və daha yüksək olmasıdır. Bundan əlavə, şagirdləri ali təhsil müəssisələrinə hazırlamaq sahəsində uğurlu təcrübəsi olan müəllimlərə də üstünlük veriləcək.
Burada isə cavabsız qalan əsas məqam var - bu müəllimlərə nə qədər əməkhaqqı veriləcək?
Təbii ki, bu barədə hələlik heç bir məlumat açıqlanmır. Ola bilsin ki, yaxın günlərdə bu da məlum olacaq. Amma belə görünür diqqət daha çox "yeni model"in təqdimatına yönəlib, onun iqtisadi tərəfi isə arxa planda qalır. Heç kim puldan danışmır, maaşdan danışmır.

Turanə Məcidli
Gəlin məsələyə praktik baxaq. Əgər həqiqətən də seçim yüksək nəticə göstərmiş və şagird hazırlığında uğur qazanmış müəllimlər arasından aparılacaqsa, həmin müəllimlər bu işə maraq göstərəcəklərmi?
Bu gün tanınmış müəllimlərin əksəriyyəti fərdi hazırlıq hesabına ayda bir neçə min manat gəlir əldə edir. Belə olan halda, onlar həmin qazancdan imtina edib, gün ərzində məktəbdə təmayül siniflərində işləməyə razı olacaqlarmı? Hətta bunun müqabilində əlavə 500 manat ödənilsə belə, bu, onlar üçün kifayət qədər cəlbedicidirmi? Əlbətdəki, xeyr.
Əgər məcburiyyət mexanizmi olmayacaqsa, yüksək nəticə göstərən müəllimlərin əhəmiyyətli hissəsinin öz fəaliyyətini əvvəlki kimi davam etdirəcək - yəni evində uşaq hazırlaşdıracaq.
Bu zaman təmayül siniflərində əsas yük kimin üzərinə düşəcək?
Ehtimal ki, bu siniflərdə daha çox fərdi hazırlıq bazarında tələb görməyən və ya şagird cəlb etməkdə çətinlik çəkən müəllimlər çalışacaqlar.
Lakin bu da başqa bir əlahəzrət sualı ortaya sərir - valideynlər və şagirdlər belə müəllimləri seçəcəklərmi?
Axı bu gün valideyn övladını ali məktəbə hazırlamaq üçün hər fənn üzrə ayda 150-200 manat ödəyirsə, o, ilk növbədə nəticə göstərmiş və etibar qazanan müəllimi axtaracaq və axtarmaqda davam edəcək. Bu reallıqdır...
Təəssüflər olsun ki, bu gün sualların cavabını verən yoxdur. Ancaq yeni modelin uğurlarından danışırlar, başlamamış hop deyirlər. Nə deyirik, təki hop olsun Əmrullayev!!! Amma çətin məsələdir...
Bizimesr.media
Ədil Hüseynli

Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar


Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.

Turnirin 4-cü günündə Azərbaycanın daha 5 güləşçisi xalça üzərinə çıxacaq.

Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində israilli Sela Rozovla üz-üzə gələcək.

Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (69 kq) 1/8 finaldan, Gülxanım Şirinova (40 kq) və Nuray Cəfərli (46 kq) isə 1/4 finaldan mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, ötən gün Azərbaycanın 4 qadın güləşçisi uğursuz çıxış edib.

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Rafiq Quliyev icra başçısı funksiyasını itirib? - Cavabsız sorğular və ya susan Pənahın nağılı...


Xətai Rayon İcra Hakimiyyəti uzun illərdir media sorğularını cavablandırmayan dövlət qurumlarından birinə çevrilib. Rayonda qanunsuz tikililər, abadlıq işləri və digər ictimai əhəmiyyətli məsələlərlə bağlı dəfələrlə göndərilən jurnalist sorğuları cavabsız qalır.
Qanun dövlət qurumlarının media sorğularını qanunla müəyyən edilmiş müddətdə cavablandırmasını tələb etsə də, Xətai Rayon İcra Hakimiyyəti bu tələblərə əməl etmir.

Rayonda vəziyyətin bu həddə çatmasının əsas səbəblərindən biri idarəetmədə yaranmış boşluqdur.
Bizimesr.com xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində Başçının birinci müavini, Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, həmçinin Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri vəzifələri boş göstərilir. Paytaxtın ən böyük rayonlarından birində bu qədər mühüm vəzifələrin uzun müddət vakant qalması müəmmalıdır.
Bununla yanaşı, əldə etdiyimiz məlumata görə, icra hakimiyyətində müavin kimi Anar Səmədovun adı hallanır. Əgər bu məlumat doğrudursa, niyə bu barədə rəsmi məlumat ictimaiyyətə təqdim edilmir və rəsmi internet səhifəsində əksini tapmır?
Bu gün Xətai rayonunda qanunsuz tikintilərlə bağlı şikayətlər və məlumatlar ardıcıl şəkildə yayılır. Lakin bu məsələlərə münasibət bildirən, medianın suallarını cavablandıran və ictimaiyyəti məlumatlandıran məsul şəxs tapılmır.
Xətai Sənət Mərkəzində Xətai rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi, Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Naxçıvan Rəssamlar
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin rəhbərlik etdiyi qurumda idarəetmənin faktiki olaraq yalnız bir nəfərin üzərində cəmləşdiyi təəssüratı yaranıb. Rəhbər vəzifələrin boş qalması, media sorğularının cavabsız saxlanılması və rayonda baş verən problemlərlə bağlı ictimaiyyətə məlumat verilməməsi bu qənaəti daha da gücləndirir.
İctimaiyyətlə əlaqələrin qurulmasına cavabdeh olan Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə media nümayəndələrini ümumiyyətlə saya salmır, telefonları açmır, biz sözlə, media heş onun vecinə də deyil.
Media ilə dialoqdan yayınmaq, informasiya verməmək və ictimai maraq doğuran məsələləri cavabsız qoymaq dövlət idarəçiliyində qəbulolunan yanaşma deyil. Xətai Rayon İcra Hakimiyyəti cəmiyyət qarşısında cavabdeh dövlət qurumudur və onun fəaliyyəti ilə bağlı suallar cavabsız qalmamalıdır.
Rayonda qanunsuz tikintilərin artması, rəhbər vəzifələrin boş qalması və media sorğularının cavablandırılmaması Xətai Rayon İcra Hakimiyyətinin fəaliyyətini böyük sual altına alır. Rafiq Quliyev icra başçısı funksiyasını yerinə yetirə bilmir...
Bizimesr.com
Ədil Hüseynli



Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31