Novxanıda dənizkənarı ərazidə qanunsuz tikinti aparılır? - VİDEO


Yarıda qalmış hasar, ətrafa səpilmiş daşlar və tikinti matrealları... Ərazi tikinti meydançasına bənzəyir. Amma nə tikən var, nə də sahilində istirahət edən... Görüntülər Novxanı ərazisindəki "Yelkən" istirahət mərkəzindəndir...

Xezerxeber.az-ın xəbərinə görə, sosial şəbəkələrdə yayılan videogörüntüdə idda olunur ki, Sumqayıt şəhərinin inzibati ərazisinə daxil olan Novxanı dənizkənarı sahilində fəaliyyət göstərən "Yelkən" restoranı tərəfindən Xəzər dənizi sahilində vətəndaşların ümumi istifadəsində olan sahil zolağı və dənizə çıxış yolu müxtəlif konstruksiyalar və hasarlamalar vasitəsilə məhdudlaşdırılır.

İddialara görə, illərdir sərbəst istifadə etdikləri ərazi artıq restoranın nəzarətinə keçib və insanların sahilə rahat gediş-gəlişinə maneələr yaradılır.

İnzibatçı Namiq Əliyev qeyd edib ki, istirahət mərkəzinin ərazisi illərdir hasarlanıb və obyektin ictimai çimərliklə heç bir əlaqəsi yoxdur.

Sumqayıt Şəhər İcra Hakimiyyətindin sorğumuza cavab olaraq bildirildi ki, yağışlı hava şəraiti nəticəsində ərazidə mövcud olan bəndə ziyan dəyib və bənd uçub. Hazırda həmin ərazidə bərpa işləri həyata keçirilir. Ərazidə hər hansı tikinti işi aparılmır.

“İllik inflyasiya hədəf daxilindədir”


“Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb”.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

“Bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi yumşaq pul siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizi parametrlərinin dəyişməz saxlanmasını şərtləndirir.

İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5.8% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 3.8% olub. İllik baza inflyasiya 5.5% təşkil edib”, - məlumatda qeyd olunub.

“AXS” yoxsa, “YUNEST” MMC – Satınalmalarda belə gizli işlərə şəraiti kimlər yaradır – Antinhisar Agentliyi, yoxsa…


Tibb müəssisələrinin dövlət satınalmalarındakı yol verdikləri qanunsuzluqlar barədə elektron mediada yetərincə məlumat tapmaq olar. Malumatlarda tibb müəssisələrinin hərəsinin bir formada qazanc əldə etdiyi yazılır. Biri təmir adı ilə, biri, avadanlaq adı ilə, biri, təsərrüfat malları adı ilə, bir çoxu dərman pereparatları adı ilə, bəziləri də içməli su adı ilə dövlət vəsaitlərini istədikləri istiqamətə yönəldirlər. Bunu da qeyd etdiyimiz kimi ancaq satınalmalar yolu ilə.

Amma “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsin keçirdiyi satınalma yuxarıda sadalananlardan fərqlidir. Belə ki, sözügedən mərkəz tikili və avadanlıqların cari təmir xərclərinin satınalınması üzrə 08.06.2026-cı ildə başladığı kotirovka sorğusuna 28.07.2026-cı ildə yekun vurub. Müsabiqənin qalibi “AXS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 26.206,62 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Qeyd edək ki, Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən nəzərdə tutulmuş cari təmir xərclərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 49.515,82 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “AXS” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Amma göründüyü kimi Ağciyər Xəstəlikləri Mərkəzi kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın qiymət təqdim etmiş “AXS” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bu sözügedən satınalma zamanı Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən yol verilən qanun pozuntusunun birincisidir.

Açıq mənbələrdə “AXS” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun qanuni təmsilçisi barədə əlavə məlumata rast gəlinmir. Hətta Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında da “AXS” adlı hüquqi şəxsin qeydiyyata alınması barədə heç bir məlumat yoxdur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında adı olmayan bir şirkətin satınalmalarda iştirakına necə yol verildiyinə aydınlıq gətirilməsi məqsədi ilə əlaqə saxladığımız Ağciyər Xəstəlikləri Mərkəzinin şöbə müdiri əvəzi Rövşən Mustafayev bildirdi ki, bu ola bilməz, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə artıq təsdiqlənib.

Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən satınalmaların portalına yerləşdirilmiş bildirişdə qeyd edilir ki, “AXS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (4700403711) 26.206,62 AZN qalib elan olunmuşdur.

Apardığımız araşdırma zamanı Ağciyər Xəstəlikləri Mərkəzinin “AXS” MMC-nin VÖEN-i kimi təqdim etdiyi eyniləşdirmə nömrəsinin “YUNEST” MMC-yə məxsus olması məlum oldu. Sözügedən “YUNEST MMC 17.01.2012-ci ildə 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Qusar rayonu, Yuxarı Ləyər kəndi, qanuni təmsilçisi Zeynalov Nahid Zakir oğludur. MMC-nin ilk qanuni təmsilçisi Yunusov Xalid Qiyasəddin oğlu olub. Daha sonra Ağasıyev Sarxan Dünyaməddin oğlu MMC-nin rəhbəti olub.

Açıq mənbələrdə Ağasıyev Sarxan Dünyaməddin oğlunun 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə General-mayor rütbəsi verilən hərbçilərdən biri polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevin qardaşı olduğu ehtimal etmək olar.

“YUNEST” MMC-nin hazırkı qanuni təmsilçisi Zeynalov Nahid Zakir oğlunun isə uzun müddət “Bank of Baku” İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışdığı, bankın İT infrastrukturu və ödəniş sistemlərinin inkişafına rəhbərlik etməsi barədə açıq mənbələrdə məlumatlar var.

Buradan suallar yaranır. Ağciyər Xəstəlikləri Mərkəzi müqaviləni “AXS”,yoxsa “YUNEST” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb? AXS MMC VÖEN-siz satınalmalarda necə iştirak edib? Təbii ki, bu mümkün deyil. Belə olan halda Ağciyər Xəstəlikləri Mərkəzi qalib seçdiyi MMC-nin adını satınalmaların portalına niyə düzgün yerləşdirməyib?

Qeyd edək ki, Ağciyər Xəstəlikləri Mərkəzi publik hüquqi şəxsi Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında yaradılıb. Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direktor təyin edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Səhiyyə Nazirliyinin “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsi də “AXS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 39.600,39 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstünün açılması barədə məlumatlar yayılmışdı. Məlumatda bildirilirdi ki, Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.

Cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Rüfət Nurəddin oğlu Kərimovun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.

Onların arasında Səhiyyə Nazirliyinin “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru Rəşid Bədəlovun da adı keçir.

Göründüyü kimi, tibb müəssisələrində 2024-cü ildə olduğu kimi korrupsiya şəbəkəsi davam edir. Adı olub özü olmayan saxta şirkətlərə bu gün də tibb müəssisələrində mal materialların alınması və müxtəlif xidmətlər adı altında pullar köçürülür.

Şübhəli orasıdır ki, Ağciyər Xəstəlikləri Mərkəzi də “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” da “AXS” MMC-ni qalib seçdiyini açıqlayıb. Amma burada texniki səhvə dövlət qurumlarından birinin yol verməsini başa düşmək olardı. Lakin hər iki qurumun “AXS” MMC adı altanda müqavilə bağladığı şirkətin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında adının olmaması şübhələri daha da artırır. Odur ki, bunlar hüquq mühafizə orqanları tərəfindən dərhal araşdırılsa çox gizli işlər ortaya çıxa bilər.

Aktualinfo.net

Vüsal Nəsirli hələ "təmizlik işi" görür - Əsas işlər hələ gözləyir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “53 №-li Yol İstismarı” MMC-nin direktoru dəyişib.

Məlumata görə, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb. Əmrə əsasən, MMC-nin direktoru Şahin Şamxalov vəzifəsindən azad olunub.

Məlumata görə, “53 №-li Yol İstismarı” MMC-yə rəhbərlik Emin Quliyevə həvalə olunub/iqtisadiyyat.

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31