Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

"Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaq. Allah rəhmət eləsin".

Qeyd edək ki, N. Həsənzadə ötən gün 95 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.


Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır


Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Şahmar qızı Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Hadisə bu gün səhər saatlarında qəsəbədəki evlərin birində qeydə alınıb.

Cinayəti törətməkdə şübhəli bilinən 34 yaşlı Elvin Fərman oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən qadın “NIDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası, şübhəli şəxs isə qardaşıdır.Qafqazinfo

MƏTBUAT QAYĞISI, YOXSA AĞIZSUSPAYI? – İSMÂYILLIDA JURNALİSTLƏRƏ OLUNAN "JEST"İN PƏRDƏARXASI!


İsmayıllı Rayon İcra Hakimiyyətinin bayram günlərində "qələm əhlinə" nümayiş etdirdiyi "isti münasibət" və yerli istirahət mərkəzlərində təşkil etdiyi 1 gecə, 2 günlük "pulsuz" istirahət paketləri ilk baxışdan mətbuata diqqət kimi görünə bilər.
Lakin bu "xeyirxahlıq" pərdəsini azca qaldırdıqda, ortaya mahiyyətcə medianın müstəqilliyini hədəf alan, açıq-aşkar bir idarəetmə hiyləsi çıxır.
Bu, sadəcə bir bayram töhfəsi deyil – məmurların tənqiddən sığortalanmaq üçün tətbiq etdiyi ucuz və təhlükəli bir "ağızsuspayı" mexanizmidir.
İcra hakimiyyətinin yaratdığı bu "şans"dan yararlanan qələm sahiblərindən yazılmamış, amma çox sərt bir qaydaya əməl etmək tələb olunur: susmaq və tərifləmək.
İstirahət mərkəzlərində pulsuz yemək və gecələmə qarşılığında jurnalistlərə faktiki olaraq "sadiqlik aktı" imzalatdırılır:
Rayondakı bərbad yollar, su təminatındakı problemlər, bələdiyyə özbaşınalıqları və sakinlərin bitmək bilməyən şikayətləri gözə alınmamalıdır.
Qarşılığında isə rayon rəhbərliyinin "fəaliyyətini" və təbiət gözəlliklərini tərənnüm edən pafoslu, saxta reportajlar tirajlanmalıdır.
Bir sözlə, regionun real sosial problemlərini işıqlandırmalı olan jurnalist, bir neçə günlük komfort qarşılığında icra hakimiyyətinin PR agentinə çevrilir.
Ən rüsvayçı məqamlardan biri də odur ki, İcra Hakimiyyəti bu "jest"ləri çox vaxt öz büdcəsi hesabına da etmir. Rayondakı özəl turizm obyektlərinin sahiblərinə olunan şifahi "xahişlər" və ya inzibati təzyiqlər hesabına jurnalistlər yerləşdirilir.
Obyekt sahibi məmurun tapşırığını yerinə yetirməklə gələcək yoxlamalardan sığortalanır, icra hakimiyyəti bir qəpik xərcləmədən özünə media qalxanı yaradır, müstəqilliyini satan jurnalist isə bu çirkin zəncirin son halqasına çevrilir.
Filtrasiya və "Dost Mətbuat" Oyunu
Bu "qonaqpərvərlik" hər kəsə şamil olunmur. İcra Hakimiyyətinin süzgəcindən yalnız prinsiplərindən güzəştə gedən, sual verməyən və tapşırılan mətni eynilə dərc edən "loyal" media mənsubları keçə bilir. Prinsipial və obyektiv jurnalistlər isə bu siyahılardan tamamilə təcrid olunur.
İsmayıllıda "qələm əhlinə" edilən bu jest, əslində regional medianın tənqidi kəsərini kütləşdirən, jurnalist adını və bitərəfliyini bir neçə günlük istirahətə dəyişən qəbulolunmaz bir praktikadır. İcra hakimiyyəti rayonun sosial yaralarını müalicə etmək əvəzinə, həmin yaraları işıqlandıracaq gözləri "qonaqlıqla" bağlamağa üstünlük verir.(Teref.az)
Sima Babayeva

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycan Prezidenti isveçrəli həmkarı Qi Parmölənə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram".

Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü



Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilib.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, onun hüquqi varisi olan “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə lisenziya verilib.

“Daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

Yenidən təşkil prosesi çərçivəsində, Bank “BTB” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilib, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ilə Bank “BTB” ASC arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmış və həmin müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.

Qeyd edək ki, Bank “BTB” ASC-nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülüb, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb.

Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanıb . Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülüb, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunub.

Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə Bank “BTB” ASC-nin lisenziyasının ləğv edilərək “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesi uğurla tamamlanıb. “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini Bakı şəhəri, Nigar Rəfibəyli ev 9 ünvanında həyata keçirəcəkdir”, - deyə əlavə edilib.

Qeyd edək ki, Bank “BTB” ASC Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur.

Bizimesr.media

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

Bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir:

"Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. Sürücülər nəzərə almalıdırlar ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir".

Qeyd olunub ki, yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşmək yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır:

"Səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət edilməsi, ara məsafəsinin qorunması, təhlükəli ötmə və manevrlərdən çəkinilməsi, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durulması təhlükəsiz hərəkətin əsas şərtlərindəndir".

Həmçinin BDYPİ piyadalara da müraciət edərək bildirir ki, avtomobil yollarında yolun müəyyən edilməmiş hissəsindən keçmək, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmaq, mobil telefondan və digər diqqəti yayındıran vasitələrdən istifadə etmək ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

"Yolun yalnız müəyyən olunmuş yerlərindən keçilməsi, yolu keçməzdən əvvəl sürücülərlə vizual təmasın yaradılması və hərəkətin təhlükəsiz olduğuna əmin olduqdan sonra yolun keçilməsi həyati əhəmiyyət daşıyır", - müraciətdə qeyd olunub.

"Kontakt Home"dan aldığı velosiped sifarişinə uyğun çıxmadı-ŞİKAYƏT



Vətəndaş Sərviz Kazımov "Kontakt Home" mağazasından aldığı velosipedlə bağlı şirkətdən şikayət edib.

Bizimesr.media bildirir ki, şikayətçi iddia edib ki, sifariş etdiyi məhsul əvəzinə ona başqa markalı velosiped təqdim olunub, həmçinin məhsulun komplektasiyası tam olmayıb.

Şikayətçinin sözlərinə görə, övladının ad günü münasibətilə ZigZag markalı velosiped sifariş etsə də, ona Viper markalı velosiped verilib. O bildirir ki, velosipedin dəyişdirilməsinin zəruriliyi uşağın mənəvi sarsıntı keçirməsinə səbəb olub.

Sərviz Kazımov müraciətində maliyyə məsələsi ilə bağlı da narazılığını ifadə edib. Onun iddiasına görə, kredit rəsmiləşdirilməsi zamanı 200 manat məbləğ göstərilsə də, satış çekində məhsulun qiyməti 184 manat qeyd olunub. Şikayətçi bu 16 manatlıq fərqin hansı əsasla yarandığı barədə ona rəsmi izahat verilmədiyini bildirir.

Sərviz Kazımov "Kontakt Home" rəhbərliyindən müraciətinin araşdırılmasını, sifarişinə uyğun məhsulun tam komplektasiya ilə təmin edilməsini, eləcə də kredit məbləği ilə satış çekində göstərilən məbləğ arasındakı fərqə dair rəsmi izahat verilməsini tələb edib.

Şikayətçi bildirir ki, problem qanunvericiliyə uyğun şəkildə həll edilməyəcəyi təqdirdə, istehlakçı hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət edəcək.

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

"Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.

Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti".

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitib və orada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub.

Nəriman Həsənzadə 1962–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, "Azərbaycan–Ukrayna ədəbi əlaqələri" (1941-1945) mövzusunda namizdəlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

O, müxtəlif illərdə "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında və Televiziya və Radio Verilişləri Komitəsində bir sıra vəzifələrdə çalışıb. 1976–1990-cı illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olub. Eyni zamanda bir neçə il SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub, 1991–2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində işləyib. 2004-cü ildən Ədəbiyyat Fondu İdarə heyətinin sədri kimi fəaliyyət göstərib. Xalq şairi uzun müddət Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.

Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin 1960–1970-ci illərdə nəşr olunan "Könlüm şeir istəyir", "Unudulmaz günlər", "Yadına düşəcəyəm", "Nəriman", "Niyə demədiniz", "Zümrüd quşu", "Nabat xalanın çörəyi", "Mənim gecəm-gündüzüm", "Sən bağışladın" və s. kitabları ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb.

Sosial-siyasi, tarixi və milli ictimai təfəkkürü narahat edən problemlər müəllifin yaradıcılığında xüsusi yer tutur. "Bir az möhlət istəyirəm ömürdən", "Fikir eləmə", "Kimin sualı var?", "Seçilmiş əsərləri", "Mənim nikahımı pozdu təbiət", "Bütün millətlərə", "Taleyin töhfəsi", "Nuru paşa", "Gəlimli-gedimli dünya" və s. kitablarında yer alan, ideya-bədii məziyyətləri ilə seçilən, vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan şeir, poema və mənzum dramları ədəbiyyat salnaməmizi zənginləşdirib. Ədibin əsərləri ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat, rus və s. dillərə tərcümə olunub.

Nəriman Həsənzadənin əsərləri əsasında hazırlanan "Bütün Şərq bilsin", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", "Nabat xalanın çörəyi" və digər tamaşalar sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, "Əməkdar incəsənət xadimi" (1981), "Xalq şairi" (2005) fəxri adlarına, "Şöhrət" (2001), "Şərəf" (2011), "İstiqlal" (2021), "Heydər Əliyev" (2026) ordenlərinə və Heydər Əliyev Mükafatına (2017) layiq görülüb. Söz sənətkarı 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31