Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü


Ötən gün Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində - Hacıqabulun Pirsaat kəndində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən ailə 3 il əvvəl də faciə ilə üzləşibmiş.

Belə ki, “KamAZ” markalı yük maşınına çırpılan “BYD” markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi 20 yaşlı Aynur Əmirxanlı 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğularaq ölübmüş.
Ətraflı
Ad - 00:11

Bu dəfə isə Aynurun atası ilə anasının olduğu avtomobil Hacıqabul ərazisində yük avtomobilinə çırpılıb. Nəticədə onun 1979-cu il təvəllüdlü anası Svetlana Ocaqverdi qızı İbadova hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, tələbənin ölümündən sonra ailəsi onun adına kitab evi açıb.

Bahar Enerji Əməliyyat Şirkəti Bahar dövlət büdcəsini, pulları nəyə xərcləyir?


Neftçi Qurban qəbirdə çevrildi .Gör neft kimlərin ümüdinə qalıb.
Hörmətli Teymur Aghayev yazır ki:
BEOC(Bahar Enerji Əməliyyat Şirkəti) hələ yoqa ilə məşğuldur. Dövlət büdcəsini, pulları belə şeylərə, cənab finansist hasilat üzrə vitse prezident Babək Hüseynov amerikalı dostu BEOC-da vitse prezident olan Sean Werner və paraşütlə vəzifələrə təyin olunan əziz başqa dostu BEOC-un prezidenti Anar Əliyev cənablarını neft hasilatını qaldırmaq əvəzinə yoqa ilə məşğul edir. Hasilatdan başları çıxmır deyə bəlkə yoqa ilə fokus edib hasilatı qaldırmaq fikrindədirlər. 100% SOCAR-a aid olan dövlət şirkətinin neft hasılatı əsl mənada sıfırdır amma dövlət pulları yoqalara, festivallara xərclənir. Gorbagor ediblər hasilatı, neft sənayesini.
Hörmətli Azneft İstehsalat Birliyidə “ayın spikeri”, jurnalist, bloqqer Azer Qərib-in, “səyahətin şəxsi inkişafda rolu” seminarı sayəsində neft hasilatını qaldırmağı düşünür. Təsəvvür edin, Azneft İstehsalat Birliyi- yeganə məqsədi neft və qaz hasil etmək və Azər Qərib-səyyah, bloqqer-bir-biri ilə əlaqəsi qaçılmazdır.
Vallah dəlixanadır, neft dən başqa hərşeylə məşğuldular.Ondan əlavə o qədər pul silib yeyirlərki bilmirlər hansı əlavə variantlardan istifadə edib yenə pul yeyib, silsinlər. Hörmətli Azər Qərib bəy oraya havayı getməyib.
Təsəvvür edin başqa bir şirkət yaradıblar (özəl), və SOCAR bütün bu tipli və başqa yerlərə ödənişləri ancaq həmən şirkət vasitəsi ilə edir. Şirkəti yaradan (əvvəl SOCAR işçisi - gözəl vəzifə sahibi idi) özünə Qubada 5 ulduzlu hotel tikib çıxdı şirkətdən, səhmləri isə yeni paraşütlə gələnlərə ötürüb onlarda necə var idi, elədə saxlayıb belə tipli işlərdən, ödənişlərdən hələdə milyonlar yeyirlər.(Teref)
Mirvari Gahramanl

"Holcim” "Conco" QSC-dən nə istəyir? - Məhkəmə mübahisəsi


"Conco" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru, iş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi şirkətin bank hesabındakı yarım milyon manata yaxın vəsaitə həbs qoyulub.

Məlumata görə, "Holcim” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti "Conco" QSC-yə qarşı məhkəmədə iddia qaldırıb.

İddiaya əsasən, cavabdeh tərəfdən alınmış beton məhsullarına görə yaranmış 465 992,03 manat borcun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 756 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub.

Bildirilir ki, qarşı tərəfə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, müqavilənin şərtlərinə əsasən sifarişçi elektron qaimə-fakturanın təqdim olunduğu tarixdən etibarən 30 gün ərzində malın dəyərini təchizatçıya ödəməyib.

Məhkəmənin qərarına əsasən, cavabdeh "Conco" QSC-yə məxsus bank hesablarındakı pul vəsaitlərinin üzərinə əsas borc tələbi həcmində – 465 992,03 manat məbləğində həbs qoyulub. Həbs əməkhaqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə şamil edilmir.

Qərardadın dərhal icra olunması tapşırılıb.

Qeyd edək ki, "Conco" QSC 3 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 000 manatdır.

Şirkət dövlət satınalmalarında fəal iştirak edir. Belə ki, 2023-cü ildə Elm və Təhsil Nazirliyinin Şuşa Real Məktəbinin binasının bərpası işlərinin satın alınması ilə bağlı keçirdiyi təxminən 18 milyon manatlıq tenderin qalibi olub.

Bundan əvvəl, 2022-ci ildə isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şəhərdə səkkiz yaşayış binasının tikintisi ilə bağlı keçirdiyi 15 milyon manatlıq tenderin də qalibi seçilib/ Qaynarinfo

Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL: Narazı qalan türkiyəli qonaq çağırış etdi + VİDEO



Bakıda yerləşən məşhur "Qaynana" restoranına baş çəkən türkiyəli turist xidmət səviyyəsindən ciddi şəkildə narazı qaldığını bildirib.

Sifariş verdiyi yeməklərin bir saatdan gec gəldiyini və dəfələrlə unudulduğunu iddia edən turist, çəkdiyi video ilə digər insanları buraya gəlməməyə çağırıb. Çörək, qatıq və əsas yeməyin ayrı-ayrı vaxtlarda təqdim olunduğunu vurğulayan turist, göstərilən xidmətin ödənilən pulun dəyərinə uyğun olmadığını qeyd edib.

32gun.az yazır ki, "Qaynana" restoranının real, hüquqi və rəsmi sahibi rəsmi sənədlərdə də qeyd olunduğu kimi "Bridge Group of Companies" holdinqidir. Holdinqin rəsmi rəhbəri və təsisçisi tanınmış iş adamı Yaqub Hüseynovdur.

O, portfelində "Bridge Plaza", "Bridge" logistika mərkəzi, "HamamBath" kompleksləri, "Sultan İnn", "Molokan İnn", "Seven Rooms" mehmanxanaları, habelə "Jasmine" və "Bahar Cafe" kimi premium iaşə obyektləri də daxil olmaqla zəngin əmlak şəbəkəsinə sahibdir.(32gun.az)

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31