Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) keçmiş sədri Saleh Məmmədovla bağlı yeni iddialar gündəmə gəlib.

Jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edərək keçmiş sədrin Almaniyada 24 hektar torpaq sahəsinin olduğunu iddia edib. O həmçinin qeyd edib ki, Saleh Məmmədov Almaniyada şəriklik əsasında iki yaşayış binası tikdirir: "Layihənin investisiya dəyəri 13–15 milyon avro civarındadır. 47 mənzilli tikinti layihəsinin rəsmi planına əsasən, yaşayış binalarının 2027-ci ilin yayında və ya ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulub”. Qeyd edək ki, jurnalist paylaşımında sözügedən əraziyə və binaya aid olduğunu bildirdiyi fotoşəkli də təqdim edib və görüntünün gerçəkliyi əks etdirdiyini vurğulayıb. Jurnalistin bu iddiası sosial şəbəkələrdə və ictimaiyyət arasında maraqla qarşılanıb. Xatırladaq ki, Saleh Məmmədov həm vəzifədə olduğu dövrdə, həm də postundan ayrıldıqdan sonra onun barəsində müxtəlif iddialar səsləndirilib. O, dəfələrlə ölkənin ən çox korrupsiya iddiaları ilə hallanan məmurlarından biri kimi təqdim olunub. Qeyd etmək lazımdır ki, Almaniyada 24 hektar torpaq sahəsinin qiyməti olduqca yüksəkdir. Təxminən bir neçə on milyon avro həcmində ola biləcəyi ehtimal edilir. Çoxmənzilli tikinti layihəsini də nəzərə alsaq təxminən 100 milyona yaxın investitisya layihəsindən söhbət gedir. Bu baxımdan, səsləndirilən iddia kifayət qədər ciddi araşdırma predmeti hesab oluna bilər. Məlumatlara görə Saleh Məmmədov bütün bu layihələri Avtomobil Yolları Dövlət Agentliyində maliyyə idarəsinin rəisi işləmiş, oğluna etdiyi təmtəraqlı toyla gündəmə gəlmiş, kollektiv arasında maliyyə "dələduzu” kimi tanınan Müseyib Həmzəyevlə şərik edir. Hətta 2026-cı ilin İyul ayında Müseyib Həmzəyev uzunmüddətli Almaniyada olmuş (müvafiq orqanlar araşdıra bilər), ərazilərə baxış keçirmiş və orada da maliyyə sənədlərini nəzarətinə götürmüşdür. Maraqlıdır Almaniya höküməti bü cür dövlət əmlakını mənimsəyən, vəzifəsindən sui istifadə edərək korrupsiya əməlləri ilə varlanan insanlara niyə hər cür şərait yaradır? Digər bir tərəfdən maraqlısı odur ki, Almaniyada yaşayan bəzi blogerlər Saleh Məmmədov və onun komandasını müdafiə edən veriliş hazırlayaraq youtube efirinə vermişdir. Linki əlavə olunur (https://www.youtube.com/watch?v=grWj6jn5WeY)
Xatırladaq ki, Saleh Məmmədov 21 dekabr 2017-ci ildən 6 fevral 2026-cı ilədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsində çalışıb. O, 6 fevral 2026-cı ildə Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. Müseyib Həmzəyev isə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəhbərlik etdiyi dövrdə qurumun baş maliyyə idarəsinin rəisi işləyib.

Yenixeberorg.com

QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...


Əgər şəffaflıq prinsipləri həqiqətən də prioritetdirsə, niyə həmin prinsiplərlə bağlı irəli sürülən konkret iddialar cavabsız qalır?

Diqqətli oxucularımıza da məlum olduğu kimi, 23 iyul tarixində "Yenixeberorg"da "QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri: saxta imzanı kim çəkib?" başlıqlı araşdırma dərc etmişdik. Həmin yazıda təqdim olunan faktlar əsasında dövlət satınalmalarında mümkün qanun pozuntularına dair ciddi məsələlər qaldırılmış, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin diqqətinə iki konkret məsələ çatdırılmışdı.

Artıq 10 gün keçib...

On gündür nə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən hər hansı araşdırma barədə məlumat verilib, nə QHT-lərə Dövlət Dəstəyi Agentliyi ictimaiyyət qarşısında məsələyə münasibət bildirib, nə də digər aidiyyəti qurumlardan hər hansı rəsmi açıqlama eşidilib. Bu sükut isə istər-istəməz yeni suallar doğurur.

Ən diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, elə bu günlərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət satınalmalarında şəffaflıq, hesabatlılıq və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq mövzusunda birgə tədbir keçirmişdi. Tədbirdə şəffaf satınalma mexanizmlərindən, qanunun aliliyindən və ictimai etimaddan danışılırdı.

Lakin indi haqlı sual yaranır: əgər şəffaflıq prinsipləri həqiqətən də prioritetdirsə, niyə həmin prinsiplərlə bağlı irəli sürülən konkret iddialar cavabsız qalır? Şəffaflıq yalnız konfrans salonlarında səsləndirilən bəyanatlardan ibarət olmamalıdır. Şəffaflığın ən mühüm göstəricisi ortaya çıxan faktların araşdırılması və nəticələrin cəmiyyətə açıqlanmasıdır.

Əvvəlki araşdırmamızda Agentliyin keçmiş əməkdaşı və Tender Komissiyasının sabiq üzvü Rövşən Həmidlinin müxtəlif dövlət qurumlarına etdiyi rəsmi müraciətlərə, həmçinin təqdim olunan sənədlərə istinad etmişdik. Həmin materialda tender sənədlərində saxta imza çəkilməsi ilə bağlı məsələ qeyd olunurdu.

Bu məsələləri araşdırmaq təkcə media resursu olaraq "Yenixeberorg.com"un deyil, məhz səlahiyyətli dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının vəzifəsidir. Məhz buna görə də ictimaiyyət araşdırmanın başlanacağını gözləyirdi.

Bundan başqa, əvvəlki yazımızda "Heydər Əliyevin Şuşa sevgisi" adlı layihə üzrə dövlət satınalmasına dair də suallar qaldırılmışdı. Tədbirin faktiki keçirilməsi, hesabat sənədlərinin həqiqiliyi və dövlət vəsaitinin xərclənməsi ilə bağlı irəli sürülən iddialar da bu günə qədər rəsmi şəkildə cavablandırılmayıb.

Əgər bu faktlar həqiqətə uyğun deyilsə, bunun hüquqi və sənədli əsaslarla ictimaiyyətə izah edilməsi həm Agentliyin, həm də nəzarət orqanlarının marağında olmalıdır. Əgər əksinə, araşdırılması zəruri olan hallar mövcuddursa, onda onların vaxtında araşdırılması dövlət institutlarına inamın qorunması baxımından olduqca vacibdir.

İctimaiyyəti narahat edən başqa bir məqam isə budur ki, son illər müxtəlif dövlət qurumları ilə bağlı mediada dərc olunan bir çox araşdırmalar uzun müddət cavabsız qalır. Bu isə cəmiyyətdə belə bir təsəvvür formalaşdırır ki, bəzi məsələlərə münasibətdə dövlət nəzarəti eyni səviyyədə tətbiq edilmir. Halbuki qanun qarşısında bütün dövlət qurumları və vəzifəli şəxslər bərabər olmalıdır.

Media öz işini görür, sənədləri araşdırır, iddiaları ictimailəşdirir və aidiyyəti qurumların diqqətinə çatdırır. Bundan sonrakı mərhələ isə artıq səlahiyyətli dövlət orqanlarının məsuliyyətidir. Cəmiyyət medianın hökm çıxarmasını deyil, dövlət qurumlarının obyektiv araşdırma aparmasını gözləyir.

Əgər ortada təqdim olunmuş sənədlər, rəsmi müraciətlər və ictimai maraq doğuran iddialar varsa, onların cavabsız qalması heç bir dövlət qurumunun nüfuzuna xidmət etmir. Əksinə, hər keçən gün bu sükut yeni suallar yaradır və cəmiyyətdə müxtəlif ehtimalların formalaşmasına səbəb olur.

Dövlət satınalmaları sahəsində şəffaflıq yalnız hesabatlarda və tədbirlərdə səsləndirilən şüarlarla ölçülmür. Şəffaflıq, ilk növbədə, ortaya çıxan iddiaların qanun çərçivəsində operativ araşdırılması, nəticələrin ictimaiyyətə açıqlanması və zərurət olduqda hüquqi məsuliyyət tədbirlərinin görülməsi ilə təsdiq olunur.

Bu baxımdan bir daha sual edirik: 23 iyul tarixli araşdırmamızda qaldırılan iddialar araşdırılacaqmı? Tender sənədləri üzrə irəli sürülən şübhələrə hüquqi qiymət veriləcəkmi? Dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı ictimaiyyətə aydın və əsaslandırılmış cavab təqdim olunacaqmı?

Bu sualların cavabı təkcə bir Agentliyin fəaliyyəti üçün deyil, bütövlükdə dövlət satınalmalarında şəffaflıq prinsipinə və ictimai etimada münasibətin göstəricisi olacaq.

Redaksiyamız mövzu ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının rəsmi mövqeyini dərc etməyə hazır olduğunu bir daha bəyan edir. İctimai maraq doğuran bu məsələnin qanun çərçivəsində obyektiv araşdırılacağına və nəticələrin cəmiyyətə açıqlanacağına ümid edirik.(Yenixeberorg.com)

"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib



"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.

"Report" xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

Bakı klubu turnirin III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdıracağı təqdirdə "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib. Dəyişikliklə, Azərbaycanda avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi təsdiqlənib. Dövlət başçısının 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili əsasında bu məsələnin normativ hüquqi bazasının yaradılması öz əksini tapıb. Layihəyə əsasən, müvafiq qanunlara dəyişiklik edilməsi ilə qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" kimi anlayışlar daxil edilir, eləcə də idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunur. Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən edilir. Avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir; Hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunur; Bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd edilir. Fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün şəhadətnamələr 5 il müddətinə verilir. Operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə görə 20 manat məbləğində dövlət rüsumu təyin olunur. Məsafədən idarəetmə mərkəzləri yaradılmalı və istismar zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürülməlidir. Məlumatların mühafizəsi - dövlət sisteminə ötürülən məlumatlar qeydə alınmalı və operatorlar tərəfindən 6 ay müddətində mühafizə edilməlidir. Avtonom nəqliyyat vasitələrinin tənzimləyici test mühitində sınaqdan keçirilməsi, habelə yollarda, hava və su məkanlarında konkret hərəkət ərazilərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Qəza və zərərlərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi, istismarçısı, istehsalçısı və operatoru arasında məsuliyyət bölgüsü müəyyən edilir və sığortalanma tələbləri dəqiqləşdirilir. Avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi "Avtonom nəqliyyat vasitəsi" tanınma nişanı tətbiq edilir. Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA-lar) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.

Azərbaycanda elektron siqaret qadağası ilə bağlı bəzi qanunlara dəyişiklik edilib


Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda dəyişikliyi təsdiqləyib.

Dəyişikliklə Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qadağan edildiyi üçün qanunvericilikdə uyğunlaşdırma addımları atılıb.

Belə ki, elektron siqaretlərin dövriyyəsi tam dayandırıldığından, Vergi Məcəlləsində bu məhsulların aksizli mal sayılması və onlara aksiz dərəcəsinin tətbiqi ilə bağlı normalar ləğv edilib. Təklif olunan layihə həm Vergi Məcəlləsindəki ləğv olunmuş maddələrə istinadları aradan qaldırır, həm də "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda müvafiq uyğunlaşdırıcı dəyişikliklərin edilməsini nəzərdə tutur.

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu


Sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər ifşa olunub.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən dövlət orqanları ilə birgə vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş faktlara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İlkin istintaq və əməliyyat-axtarış tədbirləri ilə DVX-nin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Mirzəyev Rüstəm Əbil oğlu və həmin İdarənin 4-cü şöbəsinin rəisi Məmmədov Kənan Yadigar oğlunun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Rüstəm Mirzəyev və Kənan Məmmədova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib.

"AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verib.

Bildirilib ki, bu irimiqyaslı "Yaşıl enerji" layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə "AzərEnerji" ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub.

İlk mərhələdə "AzərEnerji" tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatı üçün 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyası tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayıl rayonunda istehsal olunan Günəş elektrik enerjisi ölkə enerjisistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq.

Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq, hər il 120–150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260–330 min ton azalacaq.

Ümumi sahəsi 6,5 hektar olan "Yeni Səngəçal" yarımstansiyası 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkə enerjisisteminə qoşulub.

Yarımstansiyanın enerji təchizatı 785 MVt gücündə "Cənub" və 385 MVt gücündə "Qobu" elektrik stansiyaları, həmçinin 500 kV-luq "Abşeron" yarımstansiyası olmaqla, üç müstəqil mənbədən təmin edilir.

Eyni zamanda, buradan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti çəkilib. Növbəti mərhələdə 110 kV-luq əlavə iki hava-kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

bp-nin Səngəçal terminalı (80 MVt) və Şahdəniz Kompressor Stansiyasının (85 MVt) elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kVt-saatdan çox enerji tələbatı ölkənin vahid enerjisistemi üzərindən qarşılanacaq.

Qeyd edək ki, yarımstansiyada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, İdarəetmə Mərkəzi tikilib. Müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığını və dayanıqlılığını yüksək səviyyəyə qaldırıb.

“Azərsun”un sığındığı professor və mənimsənilən kapital:“Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat


Başqa bir investorun vəsaiti, əməyi və sənədləşdirdiyi icazələr hesabına ərsəyə gələn “Daşlı Bulaq” bu gün aldadılan bir iş adamının ahı və “Azərsun”un haram qazanc mənbəyidir
Azərbaycanın market rəflərində 2023-cü ildən boy göstərən “Daşlı Bulaq” təbii minerallı süfrə suyu “Azərsun Holdinq” tərəfindən böyük iddia ilə satışa çıxarılıb. Gədəbəyin 2450 metr yüksəkliyindəki dağ zirvəsindən 18 kilometrlik xüsusi borularla çəkildiyi vurğulanan bu su “Daşlı Bulaq – A” MMC tərəfindən qablaşdırılır. Lakin min bir təriflə reklam edilən bu brendin arxasında dəhşətli bir aldatma, mənimsəmə və şərik haqqına girmə hekayəsi dayanır.
İstehsalı başlayan iş adamı necə oyundan kənarlaşdırıldı?
Redaksiyamıza müraciət edən iş adamı Elxan Qəmbərovun təqdim etdiyi faktlar məsələnin qaranlıq tərəflərinə işıq tutur. Məlum olur ki, hələ pandemiyadan əvvəl suyun faktiki sahibi kimi tanınan professor Abdulla Abdullayevlə iş adamı arasında razılıq əldə olunub. Suyun istehsalı üçün tələb olunan ilkin kapitalı məhz Elxan Qəmbərov yatırıb. Gigiyenik sertifikatların alınmasından tutmuş, dövlət qurumlarının rəsmi icazələrinə qədər bütün addımları öz şəxsi vəsaiti hesabına reallaşdırıb.
Lakin iş tam hazır vəziyyətə gələndən sonra Abdulla Abdullayev əsl “simasını” göstərib. Şərikinin çəkdiyi əziyyətdən və xərclədiyi puldan istifadə edən professor, onu prosesdən uzaqlaşdırıb. Əvəzində isə xərclənən investisiyaya görə cəmi 20 min manat ödəyəcəyini vəd edib.
Qara siyahıya atılan zənglər və “Odlar Yurdu” nağılı
Lakin bu vəd də adi bir hoqqabazlıq çıxıb. Elxan Qəmbərov bildirir ki, Abdulla Abdullayev nəinki 20 min manatı ödəyib, əksinə, pulu verməmək üçün min bir bəhanə uydurmağa başlayıb.
Özünü vaxtilə Odlar Yurdu Universitetinin sahibi kimi qələmə verən, hətta təhsil müəssisəsinin Paşayevlər tərəfindən əlindən alındığı nağılını uyduraraq qarşı tərəfdə manipulyasiya yaradan bu “professor”, sonda bütün körpüləri yandırıb. Elxan Qəmbərovun telefonlarını bloka atan A.Abdullayev zənglərə cavab verməkdən imtina edib. Zərərçəkən iş adamının Gədəbəydəki zavoda və Abdullayevin evinə dəfələrlə etdiyi səfərlər də boşa çıxıb.
Tahir Gözəl və “Azərsun” bu prosesin harasındadır?
Ən biabırçı məqam isə ölkənin ən iri biznes şəbəkələrindən olan “Azərsun Holdinq”in bu çirkin oyundakı rolu ilə bağlıdır. Şikayətçi açıq şəkildə bildirir ki, Abdulla Abdullayevin bu dərəcədə arxayınlaşmasının və başqasının pulu ilə qurulan biznesin üstünə yatmasının tək səbəbi var: “Azərsun” rəhbərliyinin onu açıq-aşkar himayə etməsi.
Xüsusilə “Azərsun Holdinq”in rəhbəri Tahir Gözəlin adı bu qalmaqalda birbaşa keçir. Holdinq rəhbərliyi adında “professor” titulu daşıyan, amma mahiyyətcə şərik aldatmaqdan çəkinməyən bir şəxslə işbirliyi quraraq, özgəsinin investisiyası hesabına ərsəyə gəlmiş zavodun məhsulundan haram pullar qazanır.
Özünü dürüst biznes simvolu kimi qələmə verən Tahir Gözəl və onun holdinqi bu suallara cavab verməlidir:
– Başqasının 20 min manatını mənimsəyən, tərəfdaşını aldadıb qaçan bir şəxslə müqavilə bağlayıb şərik olmaq hansı biznes etikasına sığır?
– Başqasının haqqı və əməyi tapdanaraq bazara çıxarılan bu sudan qazanılan pul haram deyilmi?
– Tahir Gözəl hansı maraqların müqabilində bu şəxsi öz çətiri altına alıb?
Başqa bir investorun vəsaiti, əməyi və sənədləşdirdiyi icazələr hesabına ərsəyə gələn “Daşlı Bulaq” bu gün aldadılan bir iş adamının ahı və “Azərsun”un haram qazanc mənbəyidir. Elxan Qəmbərov haqqı olan vəsait ödənilənədək bu özbaşınalığa qarşı mübarizəsini davam etdirəcəyini bildirir.
“Azərsun Holdinq” və Abdulla Abdullayevdən mövqe öyrənmək cəhdlərimiz alınmadı. Bununla belə, mövzuda adı çəkilən qarşı tərəflərin — Abdulla Abdullayevin, “Azərsun Holdinq”in və Tahir Gözəlin də mövqeyini dərc etməyə hazırıq.(Tendensiya.com)
Orxan Məmmədli


İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı


İki ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusifova cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gömrük polkovnik-leytenantı vəzifə cinayətlərində ittiham olunur.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. K.Yusifov barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə saxtakarlığı) və başqa maddələrlə cinayət işi başlanılıb.

İstintaqın gedişində eks-idarə rəisinin əməlləri nəticəsində dövlətə və ya vətəndaşlara hansı formada və nə qədər ziyan dəydiyi dəqiqləşəcək.

Qeyd edək ki, K.Yusifov cəmi il yarım əvvəl Balakən Gömrük İdarəsinə rəis təyin edilmişdi. Ondan əvvəl isə eyni rayondakı Mazımqara Gömrük Postunun rəisi işləyib.

Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video



Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb.

Siyəzən RPŞ-nin DYP bölməsi tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən şəxslərə qarşı profilaktik tədbir keçirilib.

Tədbirlərlə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edən C.Ağayev və C. Rəşidov saxlanılıblar. Sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və barələrində müvafiq olaraq inzibati qaydada həbs, eləcə də məsuliyyət tədbirləri görülüb.


Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31