Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı oldu - Foto



Türkiyədə polkovnik Özlem Karapınar ölkənin Hərbi Hava Qüvvələrinin tarixində general hərbi rütbəsini alan ilk qadın olub.

Karapınarın hərbi rütbəsinin artırılması ilə bağlı qərar Ali Hərbi Şuranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul edilib.

Bildirilib ki, 49 yaşlı hərbçi fəaliyyəti boyu uğurlu nailiyyətləri ilə seçilib.

Haberler

Göytəpə meşəbəyliyində yaş palıd ağacları belə kəsilib satılır - VİDEO


Cəlilabad rayonunda yerləşən Göytəpə meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı "Bizimesr"ə görüntülər göndərilib.

Videogörüntülərdə yaş palıd ağaclarının kəsildiyi görünür. Bildirilir ki, hadisə Cəlilabad rayonunda 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 10 A saylı dolayında baş verib.

Qeyd edək ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi Masallı, Cəlilabad və Yardımlı rayonlarının meşə ərazilərini əhatə edir. Mərkəzə Nəsimi Nəsirovun rəhbərlik etdiyi bildirilir.

Görüntülərdə iri gövdəli palıd ağaclarının kəsilməsi əks olunur.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılovdan araşdırma aparılması və qanunsuzluq aşkarlanacağı təqdirdə tədbir görülməsi tələb olunur.

Bizimesr.media olaraq məsələni diqqətdə saxlayacağıq.

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/goytepe-mesebeyliyinde-yas-palid-agaclari-bele-kesilib-satilir---video-22848

Naxçıvan Şəhər Poliklinikasında tibbi arayış 60-80 manata satılır? - Qəbz də verilmir... - VİDEO



Naxçıvan Şəhər Poliklinikasında tibbi arayış üçün rəsmi 40 manat əvəzinə vətəndaşlardan 60-80 manat alındığı bildirilir.

Şikayətçilər deyirlər ki, bundan əlavə, ödədikləri pul üçün ümumiyyətlə qəbz verilmir. Onların fikrincə, bu, yığılan vəsaitin rəsmi uçotdan kənarda saxlanıldığını göstərir.

Sürücülük vəsiqəsi üçün tibbi arayış almağa müraciət edən Cabir Quliyev deyir ki, ondan da rəsmi məbləğdən artıq pul tələb olunub: “Dedilər ki, rüsum 60 manatdır. Mən də bildirdim ki, rəsmi qiymət 40 manatdır. Cavab verdilər ki, ‘qayda belədir, hara istəyirsən get şikayət elə’. Məcbur qalıb pulu ödədim, amma qəbz istəyəndə müxtəlif bəhanələrlə yayındırdılar. Açıq görünür ki, artıq alınan 20 manat sistemə getmir”.

İşə qəbul üçün tibbi arayış alan Seyid Əhmədov da eyni halla qarşılaşdığını bildirir: “Mən iş üçün arayış alırdım. Açıq şəkildə 80 manat istədilər. Qəbz tələb edəndə dedilər ki, ‘qəbz lazım deyil, belə olur’. Məcbur qalıb pulu verdim. Bu, artıq uzun müddətdir davam edir. Hər gələndən 20 manat artıq alınır, amma heç bir rəsmi sənəd verilmir”.

Şikayətçilər bildirirlər ki, tibbi arayış üçün artıq pul alınması və ödənişə qəbz verilməməsi uzun müddətdir davam edir. Onlar aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və yığılan vəsaitin hara getdiyinə aydınlıq gətirilməsini tələb edirlər. /Gündəlik Naxçıvan/

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/naxcivan-seher-poliklinikasinda-tibbi-arayis-60-80-manata-satilir---qebz-de-verilmir---video-22847

"Binanın bütün zibili, səs-küyü həyətdədir" - “Baku Rifah MTK”dan şikayət - VİDEO


Bakının Nəsimi rayonu, Maqsud Əlizadə küçəsi 46 ünvanında çoxmərtəbəli binanın inşası ətrafda yaşayan sakinlər üçün təhlükə törədir.
Onlar bu iddialarla Xəzər TV-yə müraciət ediblər.
Şikayətçilərin sözlərinə görə, “Baku Rifah MTK” heç bir təhküləsizlik tədbirləri görmədən tikinti işlərini davam etdirir. Sakinlər təklif olunan kompensasiya məbləğinin bazar qiymətindən aşağı olduğunu iddia edirlər. “Şirkət 7-ci ildir ki, bizə olmayan əziyyət verir. Bütün binanın zibili, səs küyü həyətdədir. Hazırda mənim evimin arxasını qazırlar. Mən bu evdən çıxmaq istəmirəm, imkan versinlər rahat yaşayım...”, - sakinlərdən biri bildirib.
Digər sakin isə kvadrat metrə görə cəmi 1600 manatdan kompensasiya təklif olunduğunu, evlərinin qəzalı vəziyyətə salındığını, lakin təmir olunmadığını qeyd edib. MKT rəsmisi Emin Nəsirov isə sakinlərə 1800-2000 AZN kompensasiya təklif olunduğunu bildirib. O qeyd edib ki, evlər söküləməlidir ki, yeni binanın tikintisinə başlanılsın.(Xəzər TV)

Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu: Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti


Bütün ölkələr üçün səhiyyə sahəsi və vətəndaşların sağlamlığı prioritet sahələrdən biri hesab olunur. Bu sahədə mövcud olan nöqsanlar isə cəmiyyətin inkişafına birbaşa təsir edir. Lakin ölkəmizdə səhiyyə sahəsi yetərincə ürəkaçandırmı? Bunu bilmirəm.

Bakının keçmiş "Sovetski" adlanan ərazisinin sökülməsi nəticəsində Xırdalan şəhərinə köçdük. İnsanın olduğu mühiti kəşf etməsi aspektindən yanaşsaq, mən də Abşeron rayonunu kəşf etməyə başladım. Əlbəttə, bəzən kəşf yalnız maraqdan doğmur, zərurət də öz sözünü deyir.

Xırdalan şəhərinə köçəndən sonra tibbi sənədlər üçün yolum Abşeron rayon Mərkəzi Xəstəxanasına düşdü. Məlumat üçün deyim ki, Abşeron rayonunda bir baş idarə kimi Mərkəzi Rayon Xəstəxanası, 2 qəsəbə xəstəxanası, 2 poliklinika, 11 həkim məntəqəsi, 2 tibb məntəqəsi, Mərkəzi Rayon Xəstəxanası nəzdində fəaliyyət göstərən təcili və təxirəsalınmaz yardım şöbəsi əhaliyə səhiyyə xidməti göstərir.

Abşeron rayon Mərkəzi Xəstəxanasının binası əvvəllər bir uşaq bağçası kimi fəaliyyət göstərib. Daha sonra əsaslı təmir olunaraq 1983-cü ildən 60 çarpayılıq uşaq infeksion xəstəxanası kimi istifadəyə verilib. 2006-cı ildən 2008-ci ilin avqust ayına kimi xəstəxana binası sabiq icra başçısı Zakir Fərəcovun göstərişi əsasında rekonstruksiya və əsaslı təmir olunaraq 80 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası kimi əhalinin istifadəsinə verilib. Müasir avadanlıqla təchiz edilmiş 2 mərtəbəli, 80 çarpayılıq xəstəxanada doğum, uşaq, cərrahiyə, ginekologiya və reanimasiya şöbələri, laboratoriya, 3 bufet, mətbəx, camaşırxana fəaliyyət göstərib.

2021-ci ilin fevralında isə prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa olunan binası istifadəyə verilib. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub. Ölkə başçısının müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsində cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərir. Tibb müəssisəsi TƏBİB-in tabeliyindədir. Bura qədər hər şey əladır. Ancaq indiki reallıq heç də ürəkaçan sayılmaz.

Abşeron rayon Mərkəzi Xəstəxanasının bitməyən problemləri davam edir

Dövlət səviyyəsində diqqətin ayrılmasına baxmayaraq, bu xəstəxanaya yolu düşənlərin gününün çox hissəsinin növbədə gözləməklə keçməsi, əsəb və stressin pik səviyyədə olması danılmazdır. Bu əsəb-stress yalnız vətəndaşlara da aid deyil. Elə tibb işçilərinin əksəriyyəti də gərgin və əsəbidir. Bunun səbəbini soruşduqda cavab olaraq bildirilir ki, xəstəxanada tələb-təklif disbalansı yaşanır. Belə ki, kifayət qədər böyük olan xəstəxanada bəzi tibbi sahələri üzrə cəmi bir həkim təyin olunub. Məsələn, o boyda xəstəxananın cəmi bir onkoloqu var. Onkoloji xəstələrin sayının getdikcə artığını nəzərə alsaq, əlillik üçün arayış almaq istəyənləri və həmin onkoloqun qapısının ağzında yaranan növbəni siz təsəvvür edin. Saatlarla çəkən uzun növbələr, gözləməkdən yorulan vətəndaşlar əsəbi, gün ərzində normadan çox xəstə qəbul edən həkim isə gərgin olur. Bu, hələ canlı şahidi olduğum haldır. Yəni, Abşeron rayonunun inzibati ərazisində yaşayan əhaliyə xidmət göstərən Xəstəxanada ciddi həkim çatışmazlığı yaşanır. Xəstəxanaya üz tutan vətəndaşların sayı isə ilbəil artmaqdadır.

Komissiya “bufet”də fəaliyyət göstərir

Xəstəxananın problemi bununla da bitmir. İlk dəfə biləndə mən də təəccüblənmişdim. Təsəvvür edin ki, ümumi ərazisi 4 hektar, tikinti sahəsi isə 6300 kvadratmetr olan bir xəstəxananın bufeti yoxdur. Xəstəxananın həkimləri nahar yeməyini xəstələri qəbul etdikləri otaqda edirlər. Necə? Çox sadə. Saat 13:00-14:00 nahar vaxtıdır və bu saatda qəbul otaqlarının qapıları içəridən bağlanır. Daha sonra tibb işçiləri ya sifariş etdikləri, ya da evdən gətirdikləri yeməklərlə nahar edirlər. Nahar saatı bitəndən sonra yemək iyi bürümüş otaqlarda yenidən xəstə qəbulu aparılır.

Əslində xəstəxananın bufeti var. Ancaq bu, fərqli bufetdir. Vətəndaşlara xidmət edir, amma kreativ formada...Geniş ərazisi olduğunu qeyd etdiyim xəstəxanada əlilliyin təyini üçün yaradılan komissiya qəbulu məhz "bufet"də aparılır. Bəli, bəli... Xəstəxanada boş bir otaq yoxdur ki, komissiya qəbulu aparılsın. İnsanlar yalnız həftənin bəlli günündə və saatında bufet deyilən, ancaq stol və stullardan ibarət olan otağa yığılırlar və komissiyadan keçirlər.

Bir sözlə, vətəndaşlara tibbi xidmət üçün nəzərdə tutulan xəstəxanadakı nöqsanlar insanların sağalmasından daha çox, əsəblərinin daha da pozulmasına səbəb olur. Günahkar kimdir? Yəqin ki, xəstəxananın tabe olduğu müvafiq qurum... Çünki elə həmin xəstəxananın tibb işçiləri də yaşadıqları vəziyyətdən məmnun deyillər.

Sonda müvafiq qurumlara Ulu Öndər Heydər Əliyevin bu fikirlərini xatırlatmaq istərdim: "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir".

Ümid edirəm ki, 434 min nəfərlik Abşeron rayonu əhalisinin və Abşeron rayon Mərkəzi Xəstəxanasının tibbi heyətinin yaşadığı çətinliklər tezliklə öz həllini tapacaq. /Bakivaxti.az/

Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi


Ötən il sentyabrın 25-də Xaçmazın Mürşüdoba kəndində 1973-cü il təvəllüdlü İlham Hüseynovu öldürən Orxan Hacıbəlyevin məhkəməsi yekunlaşıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 34 yaşlı O.Hacıbəlyevə hökm oxunub.

Məlum olub ki, Orxan qayınatasını bir yumruq zərbəsi ilə öldürüb. Belə ki, onlar ailə münaqişəsi zəmininə mübahisə ediblər. Orxan arvadını döydüyü üçün qayınatası ona irad bildirib və qızını niyə vurduğunu soruşub. Bu zaman onlar arasında münaqişə yaranıb.

Nəticədə kürəkən qayınatasının döş qəfəsinə yumruqla vurub. Zərbənin təsirindən kişinin qabırğası sınıb və ürəyinin aorta damarını zədələyib. Ağır xəsarət alan kişi daxili qanaxmadan ölüb.

Orxan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi üzrə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 10 il həbs cəzası verilib.

Coratda absurd mənzərə: Boş qaz boruları sakinlərin yolunu kəsdi - FOTOLAR


Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsi 35 ünvanında çəkilmiş fotolardan da göründüyü kimi, "Azəriqaz"a məxsus, istismar müddəti bitmiş boş borular sakinlərin rahatlığını pozur, eləcə də onların öz həyətyanı sahələrinə avtomobil ilə giriş-çıxışını ciddi şəkildə məhdudlaşdırır.

Sakinlərin dəfələrlə bu problemi aradan qaldırmaq üçün Sumqayıt Regional Qaz İdarəsinin rəisi Sübhi Bayramova və Təbii qazın alışı və satışı şöbəsinin rəisi Hafiz Yunusluya müraciət etmələrinə baxmayaraq, məsələ ilə bağlı hələ də heç bir tədbir görülmür və heç bir açıqlama verilmir.

Elə isə haqlı olaraq sual yaranır: Sumqayıt Qaz İstismar İdarəsinə məxsus olan və istifadə olunmayan bu boş borular əhalinin narahatlığına açıq şəkildə səbəb olduğu halda, niyə kəsilərək ləğv edilmir? Bəlkə, qurum rəsmilərinin müraciət edən sakinlərdən umacağı nəsə var?

Ümid edirik ki, Sumqayıt Regional Qaz İdarəsinin rəisi Sübhi Bayramov və Təbii qazın alışı və satışı şöbəsinin rəisi Hafiz Yunuslu tezliklə sakinlərin səsinə səs verəcəklər.

Xeberekspress.com






“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq



Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif İbrahimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Arif İbrahimov tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) etibarını qazanaraq onun iki övladını Azərbaycan Dövlət Tibb Universitetinə qəbul etdirəcəyini vəd edib.

Belə ki, təqsirləndirilən şəxs ali məktəbə qəbul prosesində tanışlarının və imkanlarının olduğunu bildirərək zərərçəkmişi buna inandırıb və qəbul məsələsini həll edəcəyini deyərək ondan mərhələli şəkildə pul alıb.

Araşdırmalarla müəyyən edilib ki, 2023-cü ilin may ayında F.F. "MilliÖn" ödəmə terminalı vasitəsilə Arif İbrahimovun bank kartına iki dəfə olmaqla, hər dəfə 10 000 manat, ümumilikdə 20 000 manat köçürüb.

Bundan sonra, 2023-cü ilin iyun ayında zərərçəkmişin qohumu onun adından "MilliÖn" terminalı vasitəsilə həmin bank hesabına əlavə 3 000 manat göndərib.

2023-cü ilin avqust ayında isə eyni qaydada daha 3 000 manat həmin hesaba köçürülüb.

Beləliklə, F.F. müxtəlif vaxtlarda təqsirləndirilən şəxsə ümumilikdə 26 000 manat ödəyib.

Lakin sonradan məlum olub ki, Arif İbrahimovun verdiyi vədlərin heç bir real əsası olmayıb. O, zərərçəkmişin övladlarının ali məktəbə qəbulunu təşkil etməyib, aldığı vəsaiti isə öz şəxsi ehtiyaclarına sərf edib.

İstintaq orqanı onun hərəkətlərini etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda maddi ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Pravda.az

Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir - DTX-nın həbs etdiyi icra başçısı ilə... -FOTOLAR


Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz-Qazax Regional İdarəsinə yeni rəis təyin olunub. Komitə sədri Ramin Məmmədovun müvafiq əmri ilə Qüdrət Əliyev bu vəzifəyə gətirilib.
Məlumata görə, Qüdrət Əliyev bu təyinatdan öncə Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri işləyib və 2022-ci ilin noyabrında müqavilə müddətinin başa çatması ilə əlaqədar fəaliyyətinə xitam verilib. Lakin o, həmin vəzifədə müqavilə müddəti bitənədək fəaliyyətini davam etdirə bilib.

Q.Əliyevin karyerasındakı diqqətçəkən məqamlardan biri isə onun Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədovun idarəçiliyi dövründə birinci müavin postunu tutmasıdır. Həmin dövrdə o, qəfil birinci müavin vəzifəsindən azad edilərək Şəmkir rayon Təhsil Şöbəsinin müdiri postuna gətirilmişdi. Rayonda icra hakimiyyətinin əsas fiqurlarından birinin birbaşa təhsil sahəsinə rəhbər təyin olunması o vaxt yerli ictimaiyyət və media tərəfindən "vəzifə manipulyasiyası" və idarəetmədə qeyri-şəffaflıq iddiaları ilə kəskin tənqid edilmişdi.

Bununla yanaşı, 2021-ci ilin aprelində icra hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı ölkə mediası ilk saatlarda Qüdrət Əliyevin də rəsmən həbs edildiyi barədə geniş xəbərlər yaymışdı. Böyük rezonans doğuran bu məlumatlardan sonra Təhsil Nazirliyi rəsmi açıqlama yayaraq onun həbs olunmadığını və işinin başında olduğunu bildirməli oldu. Yaranmış bu informasiya xaosu zamanı onun adı ətrafında ciddi ajiotaj yaşanmışdı.

Alimpaşa Məmmədovun rüşvət ittihamları ilə mühakimə olunduğu dövrdə Qüdrət Əliyev sabiq başçının ən yaxın ətrafı və imza səlahiyyəti olan keçmiş müavini kimi hüquq-mühafizə organları tərəfindən dindirilib. Onun cinayət məsuliyyətinə cəlb edilməməsinə baxmayaraq, uzun müddət məhkəmədə şahid qismində ifadə verməsi və mənimsənilən büdcə vəsaitlərinin sənədləşdirilməsi prosesində adının halallanması karyerasında ən qalmaqallı kölgə olaraq qalıb.(32gun.az)

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...


Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)

“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs (PHŞ) ″GEOPROJECT″ MMC, "İNTEGRİS" MMC, "AZİN CONSTRUCTİON" MMC və “ARCH-TİKİNTİ” MMC ilə layihələndirmə işləri, "NAKHISH" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ ilə Bəylik kəndində meyvə bağının salınması, eləcə də "HAYAT GROUP" MMC ilə xüsusi təyinatlı texnikaların təmiri ilə bağlı anlaşıb. 28.06.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, tərəflər arasında razılaşma ″GEOPROJECT″ MMC ilə 1.287.757 manatlıq “Vəlibəyli kəndi), "İNTEGRİS" MMC ilə 896.139 manatlıq (Qoşasu kəndi) və "HAYAT GROUP" MMC ilə 38.551 manatlıq olub. Daha sonra-24.07.2026-cı il tarixdə isə eyni dövlət portalında yer alan məlumata görə, "AZİN CONSTRUCTİON" MMC ilə 1.449.984 manatlıq ( Hacıxanlı kəndi), “ARCH-TİKİNTİ” MMC ilə 874.969 manatlıq (Səfiyan kəndi) və "NAKHISH" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ ilə 74.860 manatlıq müqavilə bağlanıb.

Sadadığımız müqavilələrdə bir ortaq nöqtə diqqət çəkir: Bütün epizodlarda tərəflər arasında satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Bütün satınalmalar bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)

Məhz bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir...Bu istiqamətdə oxucularımızın “Yenixeberorg”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var... Yuxarıda qeyd etdiyimiz kimi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ müvafiq satınalma müsabiqələri elan etmədən, bir mənbədən olmaqla sadaladığımız şirkətlərlə müqavilələr bağlayıb. Həm də toplam dəyəri milyonlarla ölçülən müqavilələr...

Bu maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur: , “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in müxtəlif işlərlə bağlı sadaladığımız şirkətlərlə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, , “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Siyahıda yer alan şirkətlər hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s...

***

Biz Yenixeberorg.com olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in icraçl direktoru cənab Rafiq Salmanova 6 sualdan ibarət online rəsmi sorğu ünvanladıq...Təəssüf ki, sorğumuz hələ də cavabsız olaraq qalır(?)

Haşiyə: Xatırladaq ki, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ prezident cənab İlham Əliyevin 26 may 2023-cü il tarixli №2151 fərmanı ilə yaradılıb. Qurumun icraçı direktoru Rafiq Salmanov isə ötən ilin sentyabr ayından bu vəzifəni daşıyır...

Hörmətlə xatırlatma...

Əvvəla, hörmətli icraçı direktora xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!

Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır...

Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.com)

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31