DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA


“LION CENTRE” MMC direktoru Ramil Aslanovun Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı iddialarını əks etdirən geniş mətbuat açıqlaması yayıb. Şirkətin direktoru Ramil Aslanovun imzası ilə yayılan açıqlamada 2025-ci ildə həyata keçirilmiş idxal əməliyyatlarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğu iddia olunur.
Ramil Aslanov bildirir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət olunmasına baxmayaraq, təqdim olunan hüquqi arqumentlər mahiyyəti üzrə araşdırılmayıb, müraciətlərə əsaslandırılmış hüquqi münasibət bildirilməyib.
“LİON CENTRE” MMC-nin direktoru hesab edir ki, sahibkarın qaldırdığı məsələyə formal yanaşma deyil, hüquqi baxımdan əsaslandırılmış qiymət verilməlidir. Sahibkarın mövqeyinə görə, mübahisəli məsələlər həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında araşdırılmalıdır.
Rakil Aslanovun iddiasına görə, 16 avqust 2025-ci il tarixli gömrük bəyannaməsi üzrə aparılan proses zamanı qanunvericiliyin tələblərinə uyğun olmayan yanaşma tətbiq olunub və təqdim edilən hüquqi arqumentlər tam şəkildə araşdırılmayıb.
Bundan əlavə, şirkət Dövlət Gömrük Komitəsinin 22 iyul 2026-cı il tarixli cavab məktubunda 2025-ci ildə baş vermiş hadisələrə sonradan qüvvəyə minmiş hüquqi dəyişikliklər əsasında yanaşma sərgiləndiyini iddia edir.
“LİON CENTRE” MMC hesab edir ki, belə yanaşma hüquqi müəyyənlik prinsipinə və qanunların geriyə qüvvəsinin olmaması prinsipinə ziddir.

Ramil Aslanov: “Məsələnin mahiyyəti kənarda saxlanılıb”

Ramil Aslanov bildirir ki, müraciətə cavab zamanı Kənan Əsədov tərəfindən bildirişdə göstərilən məsələlərə istinad edilib. Lakin şirkət rəhbərinin mövqeyinə görə, mübahisənin əsas predmeti bildirişdə əks olunan dəyərlə bağlı deyil.
Onun sözlərinə görə, əsas məsələ XİFMN-də (Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası) və gömrük bəyannaməsinin 33-cü bölməsində göstərilən mal kodunun düzgün müəyyənləşdirilməsi ilə bağlıdır.
Ramil Aslanov hesab edir ki, sahibkarın müraciətində qaldırılan əsas hüquqi məsələ kənarda saxlanılıb, diqqət isə məsələnin mahiyyətinə aid olmayan istiqamətlərə yönəldilib.
Şirkət rəhbəri bildirir ki, burada məqsəd hər hansı güzəşt əldə etmək deyil, yalnız qanunun düzgün və vahid tətbiq olunmasına nail olmaqdır.
Onun fikrincə, sahibkar konkret hüquqi arqumentlər təqdim etdiyi halda həmin arqumentlərə mahiyyəti üzrə cavab verilməməsi biznes mühitində inamsızlıq yaradır.

“İslahatlardan danışılır, amma sahibkarın gördüyü mənzərə fərqlidir”

Ramil Aslanov hesab edir ki, gömrük sahəsində aparılan islahatlar, sahibkarlara göstərilən dəstək və xidmətlərin inkişafı ilə bağlı səsləndirilən fikirlər praktikada sahibkarların qarşılaşdığı problemlərlə tam üst-üstə düşmür.
Onun sözlərinə görə, gömrük sistemində sürət, şəffaflıq və sahibkar məmnuniyyəti barədə çıxışlar səslənsə də, əsas göstərici sahibkarın real fəaliyyəti zamanı qarşılaşdığı münasibətdir.
Şirkət rəhbəri vurğulayır ki, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə gömrük sahəsində inkişaf istiqamətləri təqdim olunsa da, sahibkarların gündəlik üzləşdiyi hüquqi problemlərin həlli istiqamətində daha konkret addımlar atılmalıdır.
Ramil Aslanovun fikrincə, gömrük sisteminin inkişafı yalnız hesabatlarda və rəsmi çıxışlarda deyil, sahibkarın müraciətinə verilən cavabın keyfiyyətində, qərarların əsaslandırılmasında və qanunun hamıya eyni tətbiq edilməsində özünü göstərməlidir.

Sahibkar: “Vahid hüquqi yanaşma təmin olunmalıdır”

Açıqlamada qeyd olunur ki, eyni xarakterli gömrük bəyannamələri üzrə fərqli yanaşmaların tətbiqi, hüquqi arqumentlərin cavabsız qalması və qərarların kifayət qədər əsaslandırılmaması sahibkarlarda narahatlıq yaradır.
MMC rəhbəri hesab edir ki, bu məsələ yalnız bir müəssisənin problemi kimi qiymətləndirilməməlidir.
Çünki gömrük münasibətlərində şəffaflıq, sahibkar hüquqlarının qorunması və qanunun aliliyinin təmin olunması bütövlükdə biznes mühitinə təsir edən amillərdir.
Sahibkarın mövqeyinə görə, dövlət qurumlarından gözlənti xüsusi münasibət deyil, qanunvericiliyin hamıya eyni tətbiq olunması və müraciətlərə obyektiv hüquqi qiymət verilməsidir.

Dövlət başçısına müraciət edilib

“LİON CENTRE” MMC-nin direktoru dövlət başçısına ünvanladığı müraciətdə 2025-ci ildə baş vermiş gömrük rəsmiləşdirilməsi prosesinə həmin dövrdə qüvvədə olmuş qanunvericilik əsasında yenidən hüquqi qiymət verilməsini istəyib.
Ramil Aslanovun müraciətində bildiriş müddətləri, gömrük qərarlarının hüquqi əsaslandırılması, fərqli yanaşmaların səbəbləri və təqdim olunan hüquqi arqumentlərin araşdırılması ilə bağlı məsələlərə aydınlıq gətirilməsini xahiş etdiyini açıqlayıb.
Ramil Aslanov hesab edir ki, sahibkarın əsas tələbi yalnız bir məsələnin həlli deyil, gömrük münasibətlərində şəffaf və vahid hüquqi yanaşmanın təmin olunmasıdır.
Qeyd edək ki, yazıda yer alan fikirlər “LION CENTRE” MMC-nin direktoru Ramil Aslanovun mövqeyini əks etdirir. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin rəsmi mövqeyi təqdim olunacağı təqdirdə, BNTV.az qarşı tərəfin açıqlamasını da olduğu kimi dərc etməyə hazırdır.

BNTV.az

Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib


Almaniya məhkəməsi 2025-ci ilin fevralında Münxendə nümayiş iştirakçılarının üzərinə avtomobil sürərək onların ölümünə səbəb olmuş şəxs ömürlük həbs cəzasına məhkum edilib.

Bu barədə "Spiegel" yazır.

O, 2 qətl və 23 sui-qəsdə cəhddə, eləcə də digər cinayətlərdə təqsirli bilinib.

Məhkəmə cinayəti xüsusilə ağır hesab edib ki, bu da onun 15 ildən sonra vaxtından əvvəl şərti azadlığa buraxılma imkanını xeyli çətinləşdirir.

Qeyd edək ki, bundan əvvəl o, Münxendə avtomobili qəsdən nümayişçilərin üzərinə sürdüyünü etiraf edib.

Şəmkir RMX-nın həkimi Ceyhun Rəsulov və Arzu Əskərovanın etdiyi mioma əməliyyatından sonra xəstənin ölümü ilə bağlı prokurorluq araşdırma aparır.


Şəmkir rayonunun Qaracəmirli kənd sakini Şəkərova Xatirə Firail qızının Şəmkir Rayon Mərkəzi Xəstəxanasında keçirilmiş cərrahi əməliyyatdan iki gün sonra vəfat etməsi ilə bağlı araşdırma aparılır.

Məlumata görə, Xatirə Şəkərova 22 iyul 2026-cı il tarixdə uşaqlıq mioması ilə əlaqədar cərrahi əməliyyat olunub. Yaxınlarının bildirdiyinə görə, əməliyyatın həkim Rəsulov Ceyhun Fərrux oğlu və onun həyat yoldaşı Arzu Əskərova tərəfindən icra edildiyi bildirilir. Yaxınları iddia edirlər ki, ginekoloji xarakterli əməliyyat olmasına baxmayaraq, əməliyyatda müvafiq ixtisaslı ginekoloqun iştirakı olmamış və uğursuz əməliyyat icra edilmişdir.

Əməliyyatdan sonra Xatirə Şəkərovanın reanimasiya şöbəsinə deyil, palataya yerləşdirilərək, 22–24 iyul tarixlərində vəziyyətinin getdikcə ağırlaşdığı bildirilir. Yaxınlarının sözlərinə görə, bu müddətdə xəstədə davamlı və kəskin qusma, qarın nahiyəsinin nəzərə çarpacaq dərəcədə şişməsi və ümumi vəziyyətinin pisləşməsi müşahidə olunub.

İddiaya əsasən, 24 iyul 2026-cı ildə xəstənin vəziyyəti kritik həddə çatdıqdan sonra, ölümündən bir neçə dəqiqə əvvəl həkim Ceyhun Rəsulov tərəfindən reanimasiya tədbirləri görülüb. Lakin göstərilən tibbi yardıma baxmayaraq, Xatirə Şəkərova həmin gün vəfat edib.

Hadisədən sonra meyit Şəmkir Rayon Prokurorluğunun araşdırması çərçivəsində müayinə olunaraq məhkəmə-tibbi ekspertiza məqsədilə yarılıb. Yaxınlarının bildirdiyinə görə, meyit ailəyə təhvil verildikdən sonra qarın nahiyəsindəki tikiş yerindən çirkli və nəcisəbənzər mayenin xaric olması müşahidə edilib.

İlkin məlumatlarda ölümün əməliyyat zamanı bağırsağın zədələnməsi və bundan sonra yarana biləcək ağırlaşmalarla əlaqəli ola biləcəyi göstərilir.

Reportyor.tv

"Aztelekom"la m10 yola getmir? - İnternet ödənişləri saatlarla icra olunmur


"Aztelekom"un xidmətləri ilə bağlı abonentlərin narazılığı son vaxtlar daha da artıb. Xüsusilə M10 mobil tətbiqi vasitəsilə edilən internet ödənişlərinin saatlarla sistemdə əks olunmaması və xidmətin aktivləşdirilməməsi ciddi suallar yaradır.

M10 tətbiqində ödəniş uğurla həyata keçirilmiş kimi göstərilsə də, "Aztelekom" internet xidmətini aktivləşdirmir. Nəticədə istifadəçilər həm ödəniş etdikləri vəsaitin taleyindən xəbərsiz qalır, həm də saatlarla internetsiz qalırlar.

Bu problem artıq təsadüfi hal deyil, uzun müddətdir davam edən sistemli çətinliyə çevrilib. İstifadəçilər ödənişin M10 tərəfindən uğurla qəbul edildiyini görsələr də, "Aztelekom" sistemində həmin ödənişlər görünmür və ya emal edilmir.

Bundan əlavə, abonentlər problemin həlli üçün "Aztelekom"un müvafiq əlaqə nömrələrinə zəng etdikdə uzun müddət cavab ala bilmirlər. 170 Çağrı Mərkəzinə edilən zənglərdə də uzun gözləmə vaxtı yaranır və müraciətlər operativ cavablandırılmır.

Mövcud vəziyyət abonentlər arasında narazılığı daha da artırır. İstifadəçilər ödəniş etdikləri vəsaitin hansı səbəbdən xidmətə çevrilmədiyinin, problemin M10, yoxsa "Aztelekom" sistemindən qaynaqlandığının rəsmi şəkildə izah edilməsini tələb edirlər.

Qeyd edək ki, hazırkı vəziyyətlə bağlı "Aztelekom" tərəfindən hər hansı rəsmi açıqlama verilmir və bu nömrələrə düşmək mümkün deyil.

Bizimesr.media

TƏBİB daha iki şirkətlə milyonluq mwqavilə imzaladı


TƏBİB-in tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ (VÖEN: 1300242201) tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi oksigen qazının satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.

Tenderin qalibi “Tibb Texnikasının Təmiri Zavodu” ASC (VÖEN: 1800168101) olub. Tərəflər arasında 2 milyon 604 min manatlıq satınalma müqaviləsi imzalanıb.
Qurum tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibb vasitələrinin satın alınması üçün “Diamed CO” MMC-ni (VÖEN: 1503546911) seçib. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 3 milyon 642 min manat təşkil edib.

Qeyd edək ki, “Tibb Texnikasının Təmiri Zavodu” ASC 1993-cü ildə yaradılıb. Nizamnamə kapitalı 1 milyon 850 min manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Cavanşir Möhübət oğludur. Şirkətin dövlətə 4 min 807 manat vergi borcu var.

“Diamed CO” MMC isə 2017-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 9 milyon 520 min manat, qanuni təmsilçisi Hüseynova Samirə Atamalı qızıdır.

"Roblox" 70 milyard dollar dəyər itirdi: Oynamağa yeni oyun yoxdur


"Roblox Corporation” 2026-cı ilin ikinci rübü üzrə məyusedici maliyyə nəticələri açıqlayıb və problemləri yeni viral oyunların olmaması ilə əlaqələndirib. Şirkətin bazar dəyəri 70 milyard dollar azalıb, səhmləri isə eyni dövrdə 70 faiz ucuzlaşıb.

Bu barədə "Dexerto” yazır.

Hesabata əsasən, 2026-cı ilin ikinci rübündə gündəlik aktiv istifadəçilərin sayı 123 milyona düşüb. Halbuki 2025-ci ilin üçüncü rübündə bu göstərici rekord həddə — 152 milyon istifadəçiyə çatmışdı.

Şirkət həmçinin bildirib ki, istifadəçi xərclərinin həcmi illik müqayisədə yalnız 8 faiz artıb. Halbuki əvvəlki dövrlərdə bu göstəricidə daha sürətli artım müşahidə olunurdu.

"Roblox”un maliyyə direktoru Naveen K. Çopra gəlirlərin azalmasını oyunçuların marağının 2025-ci ilin yüksək gəlirli hitlərindən daha aşağı saatlıq monetizasiyaya malik oyunlara yönəlməsi ilə izah edib.

Vəziyyəti daha da çətinləşdirən amillərdən biri yeni tövsiyə sisteminin tətbiqi olub. Bu sistem qısamüddətli gəliri maksimum artırmaqdan daha çox oyunçuların platformada uzun müddət qalmasına yönəlib.

Şirkət 2026-cı ilin tam ili üçün maliyyə proqnozu təqdim etməkdən imtina edib. "Morningstar” analitik şirkəti isə "Roblox”un nəticələrini "dəhşətli” adlandıraraq istifadəçi aktivliyi və xərclərlə bağlı əsas göstəricilərin demək olar ki, hamısında mənfi dinamika olduğunu vurğulayıb.

Analitiklər qeyd edirlər ki, "Roblox”un əsas problemi ayrı-ayrı viral layihələrin təsadüfi uğurundan asılı olmasıdır. İstifadəçilər yeni maraqlı oyunlar tapa bilmədikdə platformada daha az vaxt keçirir və oyun daxili valyuta olan "Robux”u daha az alırlar.

Daha əvvəl məlum olmuşdu ki, "Rockstar” şirkəti "GTA 6 Online” üçün ideyalar toplamaq məqsədilə "Roblox” və "Fortnite” yaradıcıları ilə görüşüb. Şirkət istifadəçilər tərəfindən hazırlanan məzmunu inkişaf etdirmək istəyir.

Qaynarinfo

Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir


Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrində aparılan direktor dəyişikllərinin növbəti mərhələsinə start verildiyi bildirilir. Son aylarda ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən peşə məktəblərində rəhbər dəyişikliyi həyata keçirilib, yeni direktorlar təyin olunub. Məlumatlara görə, bu proses yaxın aylarda daha geniş miqyas alacaq.

Bizimesr.media-ya daxil olan məlumata əsasən, Agentliyin direktoru İlqar Bayramlının əmri ilə həyata keçirilən dəyişikliklər bununla məhdudlaşmayacaq. Bildirilir ki, daha onlarla peşə təhsili müəssisəsində direktor dəyişikliyi və yeni təyinatlar nəzərdə tutulur.

Məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyi artıq bir neçə peşə təhsili müəssisələrinin rəhbərlərinin bəzi fəaliyyəti ilə bağlı aidiyyəti qurumlara təqdimatlar göndərilib və araşdırmalara başlanılıb. İddialara əsasən, yoxlamaların nəticəsindən asılı olaraq həmin direktorların vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul oluna bilər.

Məlumatda qeyd olunur ki, növbəti kadr dəyişiklikləri həm Bakı şəhərində, həm də regionlarda fəaliyyət göstərən peşə təhsili mərkəzlərini əhatə edəcək. Son təyinatlarda olduğu kimi, yeni qərarlarda əsasən qadın namizədlərə üstünlük verilməsi nəzərdə tutulur.

Bizimesr.media-nın əldə etdiyi məlumata görə, rəhbər dəyişikliyi gözlənilən müəssisələrdən bəziləri bunlardır:

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - Hazırda direktor vəzifəsini icra edən Əlağa Kərimovun vəzifədən uzaqlaşdırılacağı, mərkəzə isə yeni xanım direktorun təyin ediləcəyi gözlənilir.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - Direktor Pərviz Həmzəyevin də vəzifəsindən uzaqlaşdırılması gözlənilir.

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - Mənbənin bildirdiyinə görə, mərkəzin direktoru Xalidə Hümbətovanın Bakı şəhərinin ən yaxşı Peşə Mərkəzlərindən birinə direktor təyin ediləcəyi gözlənilir.

Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi - Məlumata əsasən, bu Mərkəzdə aparılan yoxlamalar artıq başa çatıb. İddialara görə, mərkəzin direktoru Gülşən Ömədovanın vəzifədən uzaqlaşdırılması nəzərdə tutulur. Boşalacaq direktor vəzifəsinə hazırda həmin mərkəzdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışan Aynurə müəllimin təyin olunması nəzərdən keçirilir.

Qeyd edək ki, bu xanım əvvəllər Qəbələ Peşə Təhsil Mərkəzində çalışıb və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinə Agentliyin hazırkı direktoru İlqar Bayramlının təyinatından əvvəl, Agentliyin direktor vəzifəsini müvəqqəti icra edən Simnar Məmmədovun dövründə gətirilib. Yəni, Simnar mamedovun kadr olaraq bilinir.

Diğər məlumata görə, təxminən üç ay əvvəl Neftçala Peşə Məktəbində də yoxlamalar aparılıb. Hazırda həmin yoxlamaların nəticələrinin qiymətləndirildiyi və yaxın vaxtlarda məktəbin direktoru Taryel Yaqubovun da vəzifəsinin dəyişdirilməsinin gündəmdədir.

Bununla yanaşı, növbəti mərhələdə Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərən digər peşə təhsili müəssisələrinin rəhbərləri ilə bağlı da kadr qərarlarının veriləcəyi gözlənilir.

Bizimesr.media

“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır


“Diamed Hospital”ı idarə edən “İdeal Tibb Şirkəti” MMC (VÖEN: 1800647811) 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.

Ötən il şirkətin əsas əməliyyat gəlirləri 13,8 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 755 min manat və ya 5,8% daha çoxdur. Xatırladaq ki, şirkət 2024-cü ildə 13 milyon manat gəlir əldə etmişdi.

Ötən il “İdeal Tibb Şirkəti”nin satışlarının maya dəyəri 10 milyon 473 min manat olub. Bu məbləğ 2024-cü ildə 9 milyon 254 min manat idi. Bir ildə artım 1 milyon 219 min manat (13,2%) daha çoxdur. Hesabat dövründə klinikalar şəbəkəsinin sair əməliyyat gəlirləri 57 min manat azalaraq sıfıra enib. Kommersiya xərcləri 3 milyon 44 min manat (50,4%) artaraq 9 milyon 84 min manata, sair əməliyyat xərcləri 726 min manat (41 dəfə) artaraq 744 min manata yüksəlib.

Bundan başqa, amortizasiya xərcləri 54,5 min manat (13,4%) azalaraq 351,5 min manata, inzibari xərclər 516,2 min manat (6,4 dəfə) azalaraq 96,3 min manata, maliyyə xərcləri 2 milyon manat (11 dəfə) azalaraq 197 min manata düşüb.

Yekunda ötən il şirkətin əməliyyat mənfəəti 3 milyon 341 min manat, mənfəət vergisi xərci 151,2 min manat olub. Bununla da, şirkətin xalis mənfəəti 3 milyon 190 min manata bərabər olub. Xalis mənfəət 2024-cü illə müqayisədə 507 min manat və ya 13,7% azalıb. Belə ki, şirkət 2024-cü ildə 3 milyon 697 min manat xalis mənfəət açıqlamışdı.

Hesabat dövrünün sonunda, “İdeal Tibb Şirkəti”nin cəmi aktivləri 28 milyon 263 min manat təşkil edib. Bu, son bir ildə 9 milyon 779 manat və ya 52,9% artım deməkdir. Aktivlərin artmasının əsas səbəbi kapitallaşma üçün 8 milyon 603 min manat vəsaitin ayrılmasıdır.

Bundan başqa, topraq, tikili və avadanlıqlardakı aktivlər 9 milyon 787 min manat, ehtiyatlar 4 milyon 79 min manat, qısamüddətli debitor borcları 2 milyon 12 min manat, pul vəsaitləri və onların ekvivalentləri 1 milyon 26 min manat olub. Pul vəsaitləri son bir ildə 1 milyon 662 min manat (2,6 dəfə) azalıb.

Bəhs olunan dövrün sonunda MMC-nin cəmi öhdəlikləri 1 milyon 537 min manat və ya 13,1% azalaraq 10 milyon 162 min manata düşüb. Uzunmüddətli faiz xərci yaradan öhdəliklər 2 milyon 270 min manat, qısamüddətli kreditor borcları 1 milyon 466 min manat, digər qısamüddətli öhdəliklər 6 milyon 37 min manat olub.

Nəticə olaraq, ötən ilin sonunda “İdeal Tibb Şirkəti” MMC-nin cəmi kapitalı 18 milyon 101 min manat təşkil edib. Bu, son bir ildə 11 milyon 316 min manat və ya 2,7 dəfə çoxdur. Nizamnamə kapitalı 100 manatdan 9 milyon 520 min manata artırılıb. Ödənilməmiş zərər 6 milyon 162 min manat, bölüşdürülməmiş mənfəət 2 milyon 419 min manat təşkil edib. /Fed.az/

Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ


Quba rayonunun N.Nərimanov küçəsində “A ƏND J Holdinq” MMC-yə məxsus qanunsuz qeyri-yaşayış obyekti aşkarlanıb. Hovuz və attraksion kompleksindən ibarət bu tikililər Azərbaycan Respublikasının tikinti qanunvericiliyinin tələbləri ciddi şəkildə pozulmaqla inşa edilib.

​Ən maraqlısı odur ki, şirkət rəhbərliyi müvafiq dövlət qurumlarına həmin tikintini ilk vaxtlar “qapalı su quyusu” adı altında təqdim etsə də, inşaat başa çatdıqdan sonra obyektin hovuz və əyləncə attraksionları kompleksi olduğu üzə çıxıb. Həmçinin sözügedən ərazidə daha bir qeyri-yaşayış obyektinin tikintisinin də qanunsuz olaraq davam etdirildiyi açıq-aşkar görünür.

​Faktla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Əmlak Məsələləri Dövlət Xidməti, eləcə də Quba Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

​Qeyd edək ki, “A ƏND J Holdinq” MMC millət vəkili Əlibala Məhərrəmzadənin mənəvi mülkiyyətində olsa da, rəsmi sənədlərdə qardaşının adınadır. Bu, həmin şirkətin Quba rayonu ərazisində artıq ənənə halını alan növbəti “memarlıq özbaşınalığı”dır. Görünür, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bu şirkətin qanunsuz tikintiləri ilə mübarizədə artıq sadəcə formal dayandırma qərarları verən bir orqan kimi yadda qalır. Şirkət üçün dövlət qurumlarının bu qərarları heç bir hüquqi təsir imkanına malik olmayan adi kağız parçasından başqa bir şey deyil. Rəsmi qərarların mürəkkəbi qurumadan, şirkətin qanunsuz ucaltdığı binalar boy göstərir.

​Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məsələ ilə bağlı FHN-in Əməliyyat-İstintaq İdarəsinə müraciət edib. Lakin digər qərarlar kimi, bu rəsmi müraciətin də heç bir nəticəsi olmayıb.

​FHN-in bu şirkətin Quba şəhəri, Lütfizadə küçəsində yerləşən “Şahdağ” otelində aşkarlanan qanunsuz tikinti-quraşdırma işləri ilə bağlı 28 aprel 2026-cı il tarixli 0354 saylı dayandırma qərarı da əhəmiyyətsiz bir kağız parçası kimi tarixə qovuşdu. Çünki şirkət hər zamankı ənənəsinə uyğun olaraq, dövlət qurumunun qərarını görməzdən gələrək həmin qanunsuz inşaatı başa çatdırdı.

​Necə deyərlər, özbaşınalıq üçün növbəti təntənə, dövlətin tikinti qanunvericiliyini təmsil edən başda FHN olmaqla digər müvafiq qurumlar üçün isə növbəti məğlubiyyət… Məgər bu hadisə ədalətin tərəzisinin gücün və kapitalın xeyrinə necə əyildiyini, qanunların isə bəziləri üçün sadəcə bəzək əşyası olduğunu acı bir həqiqətlə gözlər önüne sərmədimi?

29 600 manatlıq maliyyə pozuntusu, qanunsuz şagird köçürmələri və iki əmr kitabındakı gizlinlər


Cəlilabad təhsili ilə bağlı daha bir maraqlı məlumat yayılıb.
Belə ki, rayonun Xəllilli kənd məktəbində baş vermiş qanunsuz əməllər məktəbin müəllimi Razi Hüseynovun müraciəti əsasında aparılan yoxlamalar zamanı üzə çıxıb.Bu barədə o özü məlumat verib.
Razi Hüseynovun sözlərinə görə açılmış cinayət işi üzrə aparılan araşdırma zamanı məktəbdə 29 600 manat məbləğində maliyyə pozuntusu, eləcə də bir sıra digər qanunsuzluqlar müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, məktəbin 11-ci sinfinə digər rayonlardan qanunsuz şəkildə şagird köçürmələri həyata keçirilib.
Ən diqqətçəkən məqamlardan biri isə həmin şagirdlərin adlarının məktəb jurnalına tədris ilinin sonunda – iyunun 5-də daxil edilməsi olub.
Araşdırmalar zamanı verdikləri ifadələrdə məktəbin sinif rəhbəri, eləcə də digər müəllimlər həmin şagirdləri tanımadıqlarını bildiriblər.
Razi Hüseynovun sözlərinə görə, məktəbin direktoru Rövşən Abdullayev də ifadəsində həmin şagirdlərin qanunsuz olaraq imtahana buraxılması ilə bağlı rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalovdan göstəriş aldığını bildirib.
Rövşən Abdullayevin ifadəsində deyilir:
“Dərsə gəlməmiş 3 nəfər şagirdin imtahana buraxılıb-buraxılmaması barədə nə etməli olduğumu soruşduqda rayon Təhsil Sektorunun müdiri İlkin Zeynalov həmin şagirdlərin imtahana buraxılması ilə bağlı əmr verilməsini bildirmişdi.”
Razi Hüseynov bildirir ki, aparılan araşdırmalar zamanı həmin şagirdlərin attestat alması üçün şərait yaradılması müqabilində 3 000 manat pul alındığı da müəyyən edilib.
Onun sözlərinə görə, bütün bu qanunsuzluqların sənədləşdirilməsi üçün məktəbdə iki ayrı əmr kitabı tərtib olunub.
Razi Hüseynovun verdiyi məlumata əsasən, yoxlamalar zamanı məktəbdə faktiki mövcud olan şagird sayı ilə əmr kitabında göstərilən şagird sayının uyğun gəlmədiyi də müəyyən edilib. Bu uyğunsuzluqlar aparılan araşdırma zamanı işin əsl mahiyyətinin ortaya çıxmasına səbəb olub.
Razi Hüseynovun müraciəti əsasında rayon prokurorluğunda məsələ ilə bağlı cinayət işi başlanıb.
Prokurorluğun iş üzrə qəbul etdiyi qərarda bəraətverici əsaslar olmadan ittiham olunan şəxslər barəsində müvafiq tədbirlərin görülməsi bildirilib.Amma prokurorluğun bu qərarının aidiyyəti qurumlar tərəfindən icrası zamanı da saxtakarlığa yol verildiyini deyir,
Qərarın icrası zamanı hansı saxtarlıqlara yol verildiyi və bu prosesdə hansı halların baş verdiyi barədə isə növbəti bölümdə danışacağıq.
R. Hüseynov
Mınbə: Cəlilabad Media Qrupu(FB səhifəsi)
https://www.facebook.com/share/p/1EyEeDEq8r/

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31