AHİK (əlil) həmkarlardan “qara otaqda olmayan qara pişiyi tapmağı” tələb edir “Tapanda” isə tam məbləğ ödənilməsə yollayış verilmir


Yay mövsümü-istirahət, dincəliş sona çatmaq üzrədir. Bu mövsümdə hamının gözü AHİK-də (Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası) yönəlir. AHİK isə keçən ildən yollaylş verilməsini elektronlaşdırıb, yalnız elektron sistemdən yollayış verildiyini bildirir. Bu sistemdən isə yollayış almağa faktiki qadağa qoyulub. Nə vaxt sistemə girib, müalicə və istirahət mərkəzlərini seçirsən, ya yer olmur, olanda da güzəşt tətbiq edilmir, tam məbləğ tələb edilir, heç onu da təsdiq etməyə yol verilmir. Amma AHİK müharibə veteranları , 1-ci-2-ci dərəcəli əlillərin, 1-ci dərəcəli əlili müşayiət edən şəxslərin ödənişsiz, həmkarların üzvlərinin 15 faiz güzəştlə yollayış yiyəsi ola biləcəyini vurğulayır. Bəs niyə gerçək yaşamda bu vurğulama baş tutmur? Bu sətirlərin yazarı son bir ildə dəfələrlə elektron rezervasiya sistemi vasitəsilə yollayış almağa çaba göstərsə də, hələ də nəinki pulsuz, nəinki 15 faiz güzəştlə, heç tam məbləğdə də yollayışla təmin oluna bilməyib. Sadəcə, sistemdə yer tapılmır. Belə bəlli olur ki, AHİK əlillərdən, həmkarlardan , necə deyərlər, qara otaqda olmayan qara pişiyi tapmağı tələb edir. Hətta “tapanda” da “təsdiq gözlənilir” adı ilə yollayışın əldə edilməsi elə gözləmədə qalır. Daha bunun nə həmkarlığı oldu ki?!
Elektron sistemin nə qədər üstünlüyü olsa da, texniki kələklə hüquqa qadağa qoyması da üzə çıxır. Müharibə veteranlarına pulsuz yollayış verilməsi təsbit olunub, amma veteran heç sistemdə qeydiyyata düşə bilmir, qeydiyyata düşəndə isə istədiyi yollayışı tapa bilmir, “tapanda” isə tam məbləğ tələb olunur. İndi özünüz fikirləşin, ağlınıza sığışdıra bilirsinizsə, sığışdırın, 80 manat təqaüdə göz dikən müharibə veteranı 3-4 minlik fizioterapiya müalicəsinə yollayışı necə ödəyə bilər? İnanmırsınız, fakt təqdim olunur, 1900 manatlıq Naxçıvan “Duzdağ” mərkəzinə 10 günlük “dincəlmək, müalicə almaq” mümkündür? Pensiya kartında, təqaüd kartında heç bir il toxunmasan, bu qədər məbləğ yığılmır! Bir problem də ondadır ki, çox əlilin, veteranın, heç professorun belə şəxsi kabinet yaratması mümkün deyil. Yəni hamını eldktron sistem adı ilə yollayış hüququndan məhrum etmək həmkarlıq prinsipinə ziddir.
Dəfələrlə AHİK-ə müraciət edib, əlillər üçün elektron sistemdən kənar yollayış verilməsinin təşkili xahiş olunub. Amma həmkarlar əlillərlə həmkarlıqdan imtina edir. Elektron sistem isə rüşvət, korrupsiyaya yol açır. Gerçəkdə bu özbaşınalıq şəbəkə cinayətləri kateqoriyasına aiddir. Yəqin ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi araşdırma aparar. Əlillər isə yenə də yollayışsız, dincəlişsiz durumda qaldılar. Ya Allah, ya DİN, bizə yardımçı olun!
Məğrur Bədəlsoy

MAŞTƏĞADA “KEYFİ ƏT DÖNƏR”İN ÜSTÜNDƏ NƏ BAŞ VERİR?


Dəmir konstruksiyadan inşa edilən ikinci mərtəbə ilə bağlı suallar: aidiyyəti qurumlar niyə susur?
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində, Məmmədəli Şəfai küçəsində yerləşən “Keyfi Ət Dönər” obyektinin üzərində yeni tikinti işlərinin aparıldığı bildirilir.
Məlumata görə, obyektin üzərində dəmir konstruksiyalardan ikinci mərtəbə inşa edilir. Ərazidə aparılan tikinti işləri isə istər şəhərsalma tələblərinə, istərsə də obyektin tikinti üçün nəzərdə tutulmuş sənədlərinə dair bir sıra suallar yaradır.
Əsas sual isə budur:
Bu tikintiyə icazə verilibmi?

Əgər verilibsə, həmin icazənin hüquqi əsası nədir? Obyektin üzərinə əlavə mərtəbənin artırılması layihədə nəzərdə tutulubmu? Tikinti təhlükəsizlik və şəhərsalma normalarına uyğun aparılırmı?Əgər belə bir icazə yoxdursa, onda daha ciddi sual ortaya çıxır:
Nə üçün icazəsiz tikinti işlərinin qarşısı vaxtında alınmır?
“Dəmir konstruksiyadır” deməklə məsələ bitmir
Son illər Bakının müxtəlif ərazilərində kommersiya obyektlərinin üzərinə müxtəlif konstruksiyalarla əlavə mərtəbələrin, mansardların və digər tikililərin artırılması ilə bağlı narazılıqlar səslənir.
Tikilinin beton, kərpic və ya metal konstruksiyadan olması onun avtomatik olaraq qanuni tikili hesab edilməsi demək deyil. Əsas məsələ tikintinin hüquqi əsasının, layihəsinin, təhlükəsizlik və şəhərsalma normalarına uyğunluğunun olub-olmamasıdır.
Maştağada, Məmmədəli Şəfai küçəsindəki sözügedən obyektlə bağlı da məhz bu məsələlərə aydınlıq gətirilməlidir.
Ərazidə tikinti işləri göz qabağında aparılırsa, aidiyyəti qurumların bundan xəbərsiz qalması da inandırıcı görünmür. Belə olan halda ictimaiyyətin haqlı olaraq soruşmağa haqqı var:
Müvafiq qurumların nəzarət mexanizmi haradadır?
Sabunçu Rayon İcra Hakimiyyəti açıqlama verməlidir
Məsələnin araşdırılması ilk növbədə ərazinin aid olduğu Sabunçu Rayon İcra Hakimiyyətinin diqqətində olmalıdır.
Qurumdan aşağıdakı suallara konkret cavab gözlənilir:
Məmmədəli Şəfai küçəsində “Keyfi Ət Dönər” obyektinin üzərində aparılan tikinti ilə bağlı icazə sənədi varmı?
İkinci mərtəbənin inşası təsdiq edilmiş layihəyə uyğundurmu?
Tikinti üçün müvafiq razılıqlar və şəhərsalma sənədləri alınıbmı?
Əraziyə aidiyyəti qurumlar tərəfindən baxış keçirilibmi?
Tikinti normalarının pozulması müəyyən edilibsə, hansı tədbirlər görülüb?
Bakı Şəhərsalma və Arxitektura qurumları da susmamalıdır
Məsələnin digər mühüm tərəfi isə şəhərsalma qanunvericiliyinin tələbləridir.
Bakı şəhərində aparılan tikinti işlərinin şəhərsalma və tikinti normalarına uyğunluğu ilə bağlı səlahiyyətli qurumların mövqeyi ictimaiyyət üçün maraqlıdır.
Ona görə də Bakı Şəhərsalma və Arxitektura qurumlarının da bu obyektlə bağlı mövqeyini açıqlaması vacibdir.
Çünki söhbət yalnız bir obyektin üzərinə metal konstruksiyanın quraşdırılmasından getmir. Söhbət şəhər mühitində tikinti qaydalarına münasibətdən, təhlükəsizlikdən və qanunun bütün sahibkarlıq subyektlərinə eyni cür tətbiq edilməsindən gedir.
Qanun hamı üçün eynidirsə...
Əgər tikinti qanuni əsaslarla aparılırsa, bunu təsdiq edən sənədlərin mövcudluğu məsələyə aydınlıq gətirə bilər. Əgər tikintinin qanuni əsası yoxdursa, onda aidiyyəti qurumların qanun çərçivəsində tədbir görməsi gözlənilir.
Əks halda cəmiyyətdə haqlı olaraq belə təsəvvür yarana bilər ki, göz qabağında aparılan bəzi tikinti işlərinə nəzarət edən yoxdur.
Bu isə artıq təkcə Maştağadakı bir obyektin problemi deyil.
Şəhərsalma intizamının qorunması üçün nəzarət mexanizmləri formal deyil, real işləməlidir. İcazəsiz tikinti varsa, vaxtında dayandırılmalıdır; icazə varsa, bunun hüquqi əsası ictimaiyyətə açıqlanmalıdır.
Məmmədəli Şəfai küçəsində “Keyfi Ət Dönər” obyektinin üzərində inşa edilən ikinci mərtəbənin hüquqi statusuna Sabunçu Rayon İcra Hakimiyyəti və aidiyyəti şəhərsalma qurumları aydınlıq gətirməlidir.
İctimaiyyətin gözləntisi sadədir: tikinti qanunidirsə - sənədlər açıqlansın, qanunsuzdursa - tədbir görülsün.

Qaynarxett.az

“Azəriqaz”ın baş direktoru səni deyirlər: “Hörmətli” Azər müəllimə açıq məktub — 1/4-lük böyük hörmət


“Hörmətli” Azər müəllimə açıq məktub — 1/4-lük böyük hörmət
Əziz və dəyərli “Azəriqaz”ın baş direktoru, “hörmətli” Azər müəllim!
İlk növbədə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki illərlə çalışaraq müqaviləli işçidən böyük mühəndis vəzifəsinə qədər gəlib çatmağın nə qədər çətin olduğunu mənə bir daha xatırlatdınız. İnsan bəzən yüksəlmək üçün illər sərf edir, amma bir rəhbərlik qərarı ilə həmin yüksəlişi bir neçə dəqiqə ərzində geri qaytarmaq da mümkündür. Bu baxımdan, idarəetmənin sürətinə heyran qalmamaq mümkün deyil.
Əvvəlcə böyük mühəndis oldum — çox sağ olun. Sonra mühəndis oldum. 11-ci dərəcə də mənə artıq çox görünürdü, onu da 10-cu dərəcəyə endirdiniz. Ardınca maaşımdan 110 manat “hədiyyə” etdiniz.
Deməli, mənim Sizə hədiyyəm 110 manat, Sizin mənə hədiyyəniz isə vəzifə, dərəcə və maaş itkisi oldu.
Bu qarşılıqlı hədiyyələşmə ənənəsini daha da inkişaf etdirmək mümkündür. Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram. Əgər bu da kifayət etməsə, xəbər edin, bəlkə gələn ay maaşımın yarısını da “Azəriqazın rifah fonduna” könüllü ianə edərəm.
Axı Siz belə böyük rəhbərsiniz, mən isə cəmi 10-cu dərəcəli mühəndisəm. Mənim maaşımın 1/4 hissəsi ilə ailə büdcənizə hansısa ciddi töhfə vermək mümkün olmasa da, görünür, mənim “tərbiyələndirilməyimə” kifayət qədər böyük töhfə verə bilər.
Məni Sizin tapşırığınız əsasında “qəfəs döyüşü” adlandırdığım imtahana cəlb etdilər. İmtahandan sonra isə “hörmətli” kadrlarınız çox maraqlı bir məlumat verdilər: əsas məsələ imtahan deyil, rəhbərliyin rəyi imiş.
Bu açıqlamadan sonra bir mühəndis kimi məndə belə bir sual yarandı: əgər əsas olan imtahan nəticəsi deyil, rəhbərliyin rəyi idisə, onda imtahan niyə keçirilirdi?
Bəlkə gələcəkdə işçilərə əvvəlcədən bildirəsiniz ki, kitab oxumağa, hazırlaşmağa və imtahan verməyə ehtiyac yoxdur. Sadəcə rəhbərliyin ürəyincə olmaq kifayətdir. Beləliklə, həm kağıza, həm vaxta, həm də işçinin əsəblərinə qənaət etmiş olarıq.
Mənim paylaşdığım sənədlərin “Azəriqaz”dan göndərildiyi bildirilir. Burada da çox maraqlı bir sual meydana çıxır:
Adi 10-cu dərəcəli mühəndisdə rəhbərliyin bu qədər “məxfi” sənədləri haradan ola bilər?
Görünür, mənim mühəndis vəzifəm zəif olsa da, sənədlərlə münasibətim kifayət qədər güclü imiş.
Əgər həmin sənədlər həqiqətən müəssisənin daxilindən yayılıbsa, bəlkə ilk növbədə sənədlərin necə kənara çıxdığını araşdırmaq daha məntiqli olardı? Yoxsa sənədi kimin yaydığından daha vacib məsələ onu kimin paylaşmasıdır?
Bu, idarəetmədə yeni bir prinsipdirsə, doğrudan da təqdirəlayiqdir.
Mən bir müharibə veteranıyam. Ona görə də, “hörmətli” Azər müəllim, Sizinlə aramızda belə prinsipial mübarizənin aparılmasını ayrıca maraqlı hesab edirəm.
Müharibədən sağ çıxan veteranın 110 manatlıq maaş fərqinə qədər “təhlükəli obyekt” kimi qiymətləndirilməsi insanda istər-istəməz fəxr hissi yaradır.
Deməli, mən adi mühəndis deyiləmmiş.
Bir veteranın paylaşımından bu qədər narahatlıq yaranırsa, deməli, həmin paylaşımın təsir gücü vəzifə dərəcəsindən xeyli yüksəkdir.
İndi isə ən maraqlı hissəyə gələk.
Məktubunuzda məndən maaşımın 1/4 hissəsi həcmində intizam cəzası tutulması tövsiyə edilir. Mən buna görə də Sizə təşəkkür etməliyəm. Çünki 1/4 rəqəmi ilə məni tanış etdiniz.
Mən də öz növbəmdə təklif edirəm:
Gələcəkdə belə qərarlar qəbul edilərkən 1/4 prinsipi daha geniş tətbiq olunsun.
Məsələn:
maaşın 1/4-i — cərimə;
vəzifənin 1/4-i — geri alınsın;
işçinin hüquqlarının 1/4-i — nəzərə alınsın;
rəhbərliyin məsuliyyətinin isə, təbii ki, 1/4-i də olmasın.
Beləliklə, mükəmməl idarəetmə sistemi yaranmış olar.
Amma bir xahişim var, Azər müəllim.
Mənim bu yazımdan sonra “məni işdən çıxarın” tapşırığı verilsə, zəhmət olmasa, səbəb hissəsində “çox təhlükəli işçidir” yazmayın.
Çünki mənim ən böyük “cinayətim” sənədlərlə bağlı sual vermək, öz hüquqlarımı müdafiə etmək və baş verənlər barədə danışmaqdır.
Əgər bunlar müəssisə üçün təhlükə hesab olunursa, onda problem mənim danışmağımda yox, deyilənlərdən niyə bu qədər narahatlıq yaranmasındadır.
Mən Sizdən nə kreslo istəyirəm, nə də xüsusi münasibət.
Sadəcə istəyirəm ki, mənə tətbiq edilən qaydalar mənimlə yanaşı hamıya da tətbiq edilsin.
Çünki qanun və intizam rəhbərdən işçiyə doğru yalnız bir istiqamətdə işləyirsə, bunun adı ədalət deyil — inzibati rahatlıqdır.
Sonda Sizə bir daha təşəkkür edirəm, Azər müəllim.
İllərlə qazandığım vəzifəni, dərəcəni və maaşı qısa müddətdə geri qaytarmaqla mənə çox qiymətli bir dərs verdiniz:
“Azəriqaz”da qazın təzyiqini ölçmək üçün manometr, rəhbərliyin təzyiqini ölçmək üçün isə, görünür, işçinin maaşından 1/4 kəsmək kifayətdir.
Mən isə hələ də sadə bir sualın cavabını gözləyirəm:
Əgər bir işçinin sosial şəbəkədə paylaşımı rəhbərliyi bu qədər narahat edirsə, bəlkə problem paylaşımda yox, paylaşımın içində yazılanlardadır?
Hörmətlə,
maaşının 110 manatını artıq “hədiyyə etmiş”, 1/4-ni də hədiyyə etməyə hazır olan, amma haqqını hədiyyə etməyə hazır olmayan veteran mühəndis.
Dasqin Abbasov
TEREF

AYNA əlillərə "ŞAH" elan edib, ac və dərmansız ölümə məhkum ediilənlər... VİDEO


TEREF yazır ki, AYNA bacardığı qədər qanunları öz başa düşdüyü kimi interpretasiya edir. Yənii bu gün Prezidentin fərmanına, qanunun tələbinə baxmayaraq parklanma yerlərində bəlkədə 100-dən 1000 dən birndə siz əlillər üçün işarələnmiş parklanma yeri görə bilərsiziniz. Bəli dirəklərin üstündə bağlanmış lövhələrdə parklanma üçün əlil işarəsi görmək olur.Lakin parklanma yerlərinə baxanda... Axı əlil maşınını o lövhələrin üstünə parklaya bilməz. Yerdə işarə olmayandan sonra ixtiyari vətəndaşın o parklanma yerində maşın saxlamağa icazəsi var və siz ona heç bir irad bildirə biləməzsiniz.
Əlillərin ikinci problemi isə parklanmaya görə pul ödəməsidir. Cənab millət vəkilləri sizlər qanun təsdiqləyəndə fikirləşmirdiniz ki, axı mə qədər əlil maşın sürür və siz onlardan nə qədər pul qazanmaq istəyirsiniz. Nə məntiqi, nə ratifikasiya dil\n beynəlxalq sazişlər, nədə sadəcə insani qanunlar bunu dəstəkləmir.
Daha bir əlil problemidə aptek, xəstəxana, market və sairələrin qarşısında əlillərin maşın saxlamaq imkanından məhrum etməkdir. Cənab deputatlar bir şəhərimizi seyrə çıxın görün onların qarşısında əlil maşını saxlamaq üçün yer və imkan var?Siz necə fikirləşirsiniz əlil maşınını 1-2 km saxlayıb sürünüb aptekə, maxazaya və ya xəstəxanaya gəlməlidir? Gələ bilər? Deməli şahmat termini ilə desək AYNA bizə "ŞAH" elan edərək aclığa məhkum edir... Axı sadəcə hərdən bir az vicdanı dinləmək lazımdır.
Eə bil AYNA-nın əlillərlə xüsusi düşmənçiliyi var....
TEREF

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31