Türkiyədə seçki sorğusu: Ərdoğan İmamoğlu və Yavaşa uduzur


Türkiyənin “YÖN” araşdırma şirkətinin keçirdiyi sorğuda həm Əkrəm İmamoğlu, həm də Mansur Yavaş mümkün prezident seçkisində Rəcəb Tayyib Ərdoğanı geridə qoyub.

1-4 avqust tarixlərində Türkiyənin 51 vilayətində 3 min nəfərin iştirakı ilə keçirilən sorğuda mümkün prezident seçkisinin ikinci turu üzrə müxtəlif ssenarilər araşdırılıb.

İştirakçılardan Ərdoğanla İstanbulun həbsdə olan sabiq meri və müxalif siyasətçi Əkrəm İmamoğlunun yarışdığı halda kimə səs verəcəkləri soruşulub.

Respondentlərin 51,3 faizi İmamoğlunu, 48,7 faizi isə Ərdoğanı seçəcəyini bildirib.

Ərdoğanla Ankara Böyükşəhər Bələdiyyəsinin müxalif sədri Mansur Yavaşın mümkün rəqabətində isə nəticə daha fərqli olub.

Sorğuda iştirak edənlərin 53,4 faizi Yavaşa, 46,6 faizi isə Ərdoğana səs verəcəyini açıqlayıb.

Beləliklə, sorğunun hər iki ikinci tur ssenarisində Ərdoğan müxalifətin mümkün namizədləri İmamoğlu və Yavaşdan geri qalıb.

Qeyd edək ki, bu nəticələr konkret seçkinin nəticəsi deyil, sorğu iştirakçılarının mümkün seçki ssenarilərinə verdiyi cavabları əks etdirir.

İran İraq ərazisini vurdu


İran İraqın Ərbil şəhərində kürd silahlı birləşmələrinin təlim bazasına raket zərbələri endirib.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

İraq mətbuatı isə hücum nəticəsində İran kürdlərinin “Komala” partiyasının qərargahına 3 raket zərbəsi endirildiyini açıqlayıb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb, binaya isə ciddi ziyan deyib.

“Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata


Bakının mərkəzində, Nizami küçəsində yerləşən kommersiya obyekti 6,8 milyon manata satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, sahil metrostansiyasının yaxınlığında, “Tarqovu” kimi tanınan ərazidə yerləşən obyektin ümumi sahəsi 265,8 kvadratmetrdir.

Hazırda obyektdə milli konseptdə fəaliyyət göstərən “Hokka Mokka” restoranı yerləşir. Bildirilir ki, obyekt restoran kimi uzunmüddətli icarəyə verilib və satışdan sonra da yeni sahibinə aylıq icarə gəliri gətirməsi nəzərdə tutulur.

Satış elanında obyektin əsas üstünlükləri kimi şəhərin mərkəzində yerləşməsi, hazırda fəaliyyət göstərən restoranın olması, uzunmüddətli icarə müqaviləsi və investisiya potensialı göstərilir.

Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?


Mədəniyyət nazirliyinin kitabxanaçılarla bağlı keçirdiyi attestasiya sosial şəbəkələrdə çoxsaylı etirazlara səbəb olub. Mövzu ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov Moderator.az saytına açıqlama verərək prosesin hüquqi tərəflərini izah edib.

Əkrəm Həsənovun sözlərinə görə qanun imkan verir ki, hər bir işəgötürən vaxtaşırı işçilərinin peşəkarlığını yoxlamaq üçün attestasiya keçirsin. Əgər həqiqətən nazirlik bu attestasiyanı qanuna müvafiq keçiribsə, burada heç bir problem yoxdur.Əgər hər hansı bir işdən çıxarılan işçi attestasiya nəticələrinin düzgün qiymətləndirilməməsindən narazıdırsa, bunu məhkəmədə mübahisələndirə bilər.

Əkrəm Həsənov açıqlaması zamanı mədəniyyət nazirliyinin attestasiya adı altında kütləvi ixtisarların aparılmasını da istisna etməyib:Ehtimal edirəm ki, attesttasiya adı altında Mədəniyyət nazirliyi kitabxanaçıların ixtisarı ilə məşğuldur.Görünür ki,attestasiyanı keçirməkdə məqsəd işçiləri çıxarmaq olub.Əslində attestasiyanı keçirməkdə əsas məqsəd işini bilməyən kadrları çıxararaq, yerinə daha savadlı və işgüzar kadrları cəlb etmək olmalıdır.

Əgər işçilər kütləvi şəkildə ixtisar olunub yerinə kimsə götürülmürsə, bu artıq attestasiya yox, ixtisar sayılır.Bəs nə üçün nazirlik açıq şəkildə ixtisar etmir?-Əgər bu ixtisarlar rəsmi şəkildə keçirilsəydi, əmək qanunvericiliyinə uyğun olaraq buna görə işçilərə müəyyən məbləğdə pullar ödənilməli idi. Kitabxanaçıların da, iş stajları yüksək olduğu üçün bu məbləği ödəmək nazirlik üçün kifayət qədər çox olacaqdı.Görünür,nazirlik işçilərə işdənçıxma müavinatının ödənilməməsi üçün bu cür davranır.Məhkəmədə bu faktı da mübahisələndirmək olar.İşdən çıxan işçilər iddia qaldıra bilərlər ki, nazirlik onlar işdən çıxdıqdan sonra onların əvəzinə kimi işə götürdüyünü göstərsin.Əgər həmin iş yerləri bağlanılıbsa, deməli bu attestasiya yox ixtisardır.

Hüquqşünas bildirib ki, attestasiyadan sonra maddə ilə işdən çıxarılan işçilər məhkəmə ilə bağlı zaman məsələsini də diqqətdə saxlamalıdırlar: İşçilər bilməlidilər ki, işdən çıxarıldıqdan sonra məhkəmədə iddia qaldırma müddəti bir aydır.Məhkəmə isə iki ay ərzində işə baxa bilər.

Məhkəmə, apellyasiya məhkəməsi və ali məhkəmə proseduru birlikdə bir il çəkə bilər.Vətəndaşın haqqı var ki, ali məhkəmə bitən kimi ali məhkəmənin plenumuuna bununla bağlı şikayət versin.Buna deyirlər yeni açılmış hallar üzrə qüvvəyə minmiş məhkəmə yararlarına yenidən baxılması.Əgər ali məhkəmə bitəndən sonra hələ də, həmin nazirlik işdən çıxarılan işçinin yerinə kimisə götürməyibsə, bununla bağlı ali məhkəmənin plenumuna iddia irəli sürülə bilər.

Yaxşı olardı ki, işdən çıxarılan kitabxanaçılar kütləvi şəkildə məhkəməyə müraciət etsinlər.Bu zaman vəkil ödnişi də, müəyyən qədər aşağı olar və yaxud da təcrübəli bir vəkilə ərizə yazdırmaqla bağlı müraciət edərək məhkəmə ilə bağlı məsləhət ala bilərlər.

Moderator.az

Musiqi məktəbin direktoru olmuş Elşad Məmmədovun işi üzrə məhkəməni uzatmaqda hakim Vüsal Qurbanovun məqsədi nədir – ŞİKAYƏT


Bakı şəhəri, Sabunçu rayonunda 2-ci Zabrat Maştağa yolu, döngə 2,ev 10A ünvanında yaşayan Məmmədov Aliq Fikrət oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlanıb.

Bir surəti də Aktualinfo.net-ə daxil olan şikayət məktubunda deyilir:

Çox hörmətli cənab Prezident İlham Əliyev!

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən, 96 nömrəli tam orta məktəbin binasında yerləşən Q. Primiv 2 nömrəli uşaq musiqi məktəbin (Ağdam 2 nömrəli) direktoru Məmmədov Elşad Aydın oğlu məni aldadaraq oğlum Məmmədov
Röyal Aliq oğlunu həmin məktəbdə təsərrüfat işləri üzrə müdir vəzifəsində işə düzəlmək məqsədilə 5000 manat və qohumum Quliyev Xəqani Nuru oğlunu təlimtərbiyə işləri üzrə müavin vəzifəsinə götürəcəyini vəd verərək 6500 manat pulalmışdır. 18 aprel 2024-cü il tarixində əmrin sürətini “whatsApp” vasitəsi ilə mənim telefonuma göndərmişdir. Röyal və Xəqanini məktəbə çağıraraq müqavilə bağlamış və kollektivə təqdim etmişdir. Şöbə müdiri Sevinc xanima tapşırıb ki, hər ikisinin telefon nömrəsini götür, məktəbin qrupuna daxil et. 051-376-59-71 nömrəsindən Röyala və Xəqaniyə zəng vurulmuş, regionun kadrlar şöbəsinin işçisiyəm deyib və sizə əmək kartı hazırlanır, hazır olanda sizə çatdırılacaq və işə çağırılacaqsınız deyib.
Aprel ayının 24-də (2024) Elşad mənə zəng edib görüşmək lazım olduğunu bildirdi. Görüşdük və mənə təşkilatçı və qardirobçu ştatları olduğunu bildirdi və dedi ki sən mənim əmimsən istəyirəm sən deyən adamları bu işə götürüm. Gör qohumdan tanışdan kim istəyir gətir. Mən sənə inanıram. Röyal və Xəqani son zəngdə iştirak ediblər. Çəkilişləri var.

Mən əvvəlcədən Xəqani vasitəsi ilə tanıdığım Seyidəhmədov Vüqar Mirzəbaba oğluna dedim. Elşad müəllim 4500 manat təşkilatçı üçün, 4000 manat qardirobçu üçün istəyir. Hərəsinə 2000 əvvəl qalıq pul işə əmrdən sonra. Vüqar axşam mənə zəng vuraraq təşkilatçı işinə həyat yoldaşını və qardirobçu işinə dostu Davudun bacısını düzəltmək istəyiblər. Elşadın istədiyi ilk ödənişi Xəqani ilə mənə verdilər bizdə, birlikdə Elşada verdik. 2024-cü ilin aprelin 30-da Elşad “whatsApp”-la mənə əmr göndərib və pulların qalığını istədi. Sonra onları məktəbə dəvət etdi, iş otağında müqavilə bağladı. Qalıq pulu yenə Xəqani və mən Elşada verdik. Sonra Vüqarı çağırıb 3 nəfəri işə götürmək üçün 13.500 manat alıb.

2026-cı ilin yanvarında Sabunçu rayon Məhkəməsinin hakim Vüsal Qurbanovun sədrliyi ilə məhkəmə iclası başlanmışdır.
İbtidai istintaq zamanı dəlil sübutlar təqdim edilmişdir. Lakin istintaq pozuntularına yol verilmişdir. Üzləşmə zamanı bizi üzləşdirən Rasim Seyfullayev adlı ( Sabunçu rayon Prokurorluğuna heç bir əlaqəsi olmayıb) müstəntiqi Elşad
Məmmədov və Natiq Məmmədov yalan kimi göstərdilər. Dedilər elə adlı adam heç prokurorluğa gəlməyib və üzləşmə aparılmayıb.
Lakin vəkilim Namiq Hacıyev və mən istintaqı Natiq Məmmədovun qərəzli apardığı üçün onun aparmasına etiraz bildirdik. Sübut olundu ki, Rasim Seyfullayev adlı adam həqiqətən orda olub. Vüqar, Təvəkkül, Xəqani, Elşad Qasımov , İsgəndər, Malik adlı şəxslərin də ifadələrin alıb. Həqiqətən Natiq Məmmədov tərəfindən istintaqın sirri yayılıb.

Hakim Vüsal Qurbanova bildirdim ki, biz Məhkəmə istintaqına inanırıq və obyektivlik gözləyirik.
Lakin təqsirləndirilən şəxs tərəfindən 4 dəfə məhkəmə prosesinə gəlməyib və proses pozulub ( 2 dəfə vəkili 2 dəfə də özü)
Elşad Məmmədov 1-ci dəfə xəstə Hepotit B olduğu üçün gəlmədiyini, 2-ci dəfə atasının ( Aydın Məmmədovun) açıq ürək əməliyyatı olunacağını bildirmişdir. Hər iki halda “televiziyaya” çıxmış, “Evdəkilərə Salam” verilişində ailəsi ilə birlikdə iştirak etmişdir. (11.07.2026). Hətta atası da oxudu. Lakin Hakim heç bir hal üçün əsas tələb etmədi.
29.07.2026-cı il Məhkəmə prosesində iştirak edən 5 nəfər zərərçəkmişlərdən 4 nəfəri Polis Nəzarətində Olma Qəti İmkan Tədbirinin dəyişilərək həbs qəti imkan tədbiri ilə əvəz olunmasını istədi. Lakin hakim Vüsal Qurbanov qəbul etmədi.

051 376 59 71 nömrəli telefondan zəng edilərək “hamıya işlərinizin düzəlib, yaxın günlərdə hamınızın şəxsi hesabınıza əmr gələcək” deyib və yalan əmrləri “whatsApp” larına göndərilib. Dəfələrlə tələb etməyimizə baxmayaraq həmin nömrəli telefonun sahibi istintaqa və məhkəməyə dəvət olunmayıb.

Aktualinfo.net

P.S. Q. Primiv 2 nömrəli Ağdam uşaq musiqi məktəbin direktoru olmuş Məmmədov Elşad Aydın oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, onlarla insanı aldadaraq işə düzəltmək adı altında pul alması barədə daha ətraflı məlumatları növbəti araşdırmalarda oxucuların diqqətinə çatdıracıq.

800 manata 3 günlük İŞGƏNCƏ! – “A Frame by EastWest”dən şikayət


Qəbələnin Vəndam kəndində fəaliyyət göstərən “A Frame by EastWest” istirahət evindən şikayət edilib.

Bununla bağlı “Müştəriyəm, Şikayətim Var” sosial qrupunda paylaşım edilib. Şikayətçi bildirib ki, 3 günlük istirahət üçün evə 800 manat ödəyib. Lakin qalma müddətində su və elektrik enerjisi ilə bağlı ciddi problemlərlə üzləşib.

Vətəndaşın sözlərinə görə, axşam saatlarından su kəsilib və səhərədək bərpa olunmayıb. Suyun gəldiyi vaxt isə bir neçə qab yuyulduqdan sonra yenidən kəsildiyi qeyd edilib. Şikayətçinin iddiasına görə, evdə elektrik enerjisi ilə bağlı da problem yaşanıb. Ona bildirilib ki, generatorun benzini bitib. Lakin generatorun uzun müddət işə salınmadığı və bunun nəticəsində kondisionerdən istifadə etməyin mümkün olmadığı bildirilib.

Vətəndaş qeyd edib ki, yalnız pulunun qaytarılmasını və evdən çıxmaq istədiyini bildirdikdən sonra generator işə salınıb.

Şikayətdə hovuzun vəziyyəti ilə bağlı da narazılıq ifadə olunub. Bildirilir ki, hovuz təmiz olsa da, suda xlorun normadan artıq olduğu düşünülüb. Şikayətçinin sözlərinə görə, bu səbəbdən yeniyetmə qızının üzündə qıcıqlanma yaranıb və uşaq ikinci gündən sonra hovuza girə bilməyib.

Şikayətçi həmçinin “A Frame by EastWest”in Instagram səhifəsində yazdığı rəyin silindiyini iddia edib.

“800 manat pul verdik, göstərdikləri xidmət heç nə”, – deyə narazı vətəndaş bildirib.

Qeyd edək ki, səsləndirilən iddialar şikayətçinin paylaşımına əsaslanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bizimesr.media

“Mən heç vaxt heç nədən qorxmamışam” - PUTİN



Rusiya Prezidenti Vladimir Putin süni intellektin yaratdığı təhlükələrdən danışarkən heç vaxt heç nədən qorxmadığını bildirib.

Putin bu fikirləri Novosibirsk vilayətinin tələbələri, aspirantları və gənc alimləri ilə görüşü zamanı səsləndirib.

Görüş zamanı Putin gənc müəllimdən süni intellektin hansı təhlükələr yarada biləcəyini soruşub.

“Vladimir Vladimiroviç, sizə səmimi deyirəm, sizin qorxacağınız heç nə yoxdur”, – deyə süni intellekt üzrə ixtisaslaşan gənc müəllim cavab verib.

Putin isə gülümsəyərək “Mən heç vaxt heç nədən qorxmamışam” deyib.

Gənc müəllimin sözlərinə görə, süni intellektin əsas təhlükələrindən biri insanların bəzi işləri müstəqil şəkildə görməyi dayandırmasıdır.

“Biz gənc müəllimlər olaraq tələbələrdə bunu dəyişməyə çalışırıq ki, insanlar süni intellektlə deyil, daha çox öz ağılları ilə düşünsünlər”, – deyə o vurğulayıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqədən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur


“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsi promo məhsullarının satın alınması üzrə 03.07.2026-cı ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “HELİX GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 17.546,9 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Qalib MMC QHT-lərə Dövlət Dəstəyi Agentliyini 50 ədəd dəri bloknot, 30 ədəd poverbank, 50 ədəd fincan, 50 ədəd su qabı, 10 ədəd təbrik açıqlaması, 200 ədəd hesabat jurnalı, 200 ədəd karton çanta, 300 ədəd plastik qələm, 300 ədəd bloknot A5, 300 ədəd loqolu qovluq, 100 ədəd üzərində Agentliyin loqosu olan stolüstü bayraq və digər promo məhsullarla təmin etməlidir.

Satınalmaların portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi kotirovka sorğusu müsabiqəsinə 03.07.2026-cı ildə başlayıb. Agentliyin qalib seçdiyi MMC isə kotirovka sorğusu müsabiqəsi elanından 10 gün sonra dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HELİX GROUP” (VÖEN: 1507716981) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 13.07.2026-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ŞAHİN MUSTAFAYEV, ev.27, m.106-da yerləşir. MMC-nin qanuni təmsilçisi Mirzəyev Vüsal Vaqif oğludur.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi promo məhsullarının satın alınması bir müqavilə də 03.11.2025-ci ildə “MAGTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Bu müqavilənin dəyəri 18.975,58 manat təşkil edib.

Şərtlərə görə “MAGTECH” MMC QHT-lərə Dövlət Dəstəyi Agentliyini 50 ədəd poverbank, 400 ədəd bloknot A5, 500 ədəd loqolu qovluq, 200 ədəd illik hesabat jurnalı, üzərində Agentliyin loqosu olan 1000 ədəd qələm və digər eyni promo məhsullarla təmin edib.

Göründüyü kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi son 9 ayda eyni adda promo məhsullarının satın alınması üzrə ümumi dəyəri 36 521 manat olan iki satınalma müqaviləsi bağlayıb. Hər iki müqavilə də “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələbləri pozulmuş, müvafiq sahədə peşəkarlığı, təcrübəsi, maddi-texniki bazası, etibarlığı şübhə doğuran MMC-lərə üstünlük verilmişdir. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə, promo məhsulların qiymətlərinin şişirdildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevadır. O, sözügedən vəzifəyə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının qərarı ilə 23 noyabr 2021-ci ildə təyin olunub. Aygün Əliyeva 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, 2020-2021-ci illərdə TƏBİB – də ictimaiyyətlə ələqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləmişdir. 2007-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarının sosial, iqtisadi, təhsil sahələrində olan layihə və proqramlarının icrasına cəlb olunub.

Aygün Əliyevanın rəhbərliyi altında QHT-lərə Dövlət Dəstəyi Agentliyində son illər satınalmalarda yol verilən qanunsuzluqlarla bərabər qrantların düzgün bölüşdürülməməsi, qrantların daha çox Aygün Əliyevaya yaxınlığı ilə tanınan Qeyri-Hökumət Təşkilatlarına verilməsi barədə son vaxlar mediada və sosial şəbəkələrdə çoxsaylı məlumatlar yayılmışdır. Yayılan xəbərlərdə bir sıra QHT təmsilçilərinin daha çox millət vəkillərinin rəhbər olduğu QHT-lərə dövlət tərəfindən maliyyə yardımları ayrıldığını açıqlanmış, və təkzib edilməmişdi.

Aktualinfo.net

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31