Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?


Nizami rayonunda, Şirin Mirzəyev küçəsi 68A və 76A ünvanlarında yaşayan sakinlərin gundemxeber.org-un redaksiyasına müraciəti ciddi suallar doğurur. Sakinlərin iddiasına görə, iki yaşayış binasının arasında onsuz da məhdud olan həyət ərazisində əvvəldən sənədsiz və yarımçıq vəziyyətdə olan tikiliyə sonradan tikinti və istismar baxımından sənədləşmə verilib.

Sakinləri narahat edən əsas məsələ isə həmin obyektin yerləşdiyi ərazinin şəhərsalma normalarına uyğun olub-olmamasıdır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən, yaşayış məntəqələrində tikinti obyektləri arasında müəyyən ara məsafələri saxlanılmalı, həmin məsafələrdə yerüstü tikinti obyektlərinin inşasına yol verilməməlidir. Tikintiyə icazə isə şəhərsalma və tikinti üzrə normativ sənədlərə zidd olmamalıdır.

Bundan başqa, Bakı şəhərində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilir. Komitənin öz məlumatına görə, tikinti obyektinin dövlət reyestrinə daxil edilməsi üçün torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd, şəhərsalma əsaslandırması və ya müfəssəl plandan çıxarış, layihənin memarlıq-planlaşdırma bölməsi və digər məlumatlar təqdim edilməlidir.

Bu baxımdan sakinlərin qarşısında çox konkret suallar dayanır:

Şirin Mirzəyev 68A və 76A binaları arasındakı əraziyə dair torpaq hüququ hansı sənədlə təsdiqlənib?

Sözügedən tikili üçün şəhərsalma əsaslandırması aparılıbmı?

Obyektin yaşayış binalarına olan faktiki məsafəsi yerində ölçülübmü?

Sakinlərin həyətə, keçidə və ümumi istifadədə olan əraziyə çıxış imkanları nəzərə alınıbmı?

Əgər sakinlərin bildirdiyi kimi obyekt iki binanın arasında dar keçiddə, yaşayış binalarına təxminən 5–6 metr məsafədə yerləşirsə, bu məsələ yalnız sənədin mövcudluğu ilə bitmir. Əsas sual həmin sənədin qanunvericiliyin bütün tələblərinə uyğun hansı əsaslarla verilməsidir.

Komitənin açıq məlumatlarına əsasən, tikinti və istismar icazələri müvafiq şəhərsalma sənədləri və layihə materialları əsasında rəsmiləşdirilməlidir.

Bu səbəbdən sakinlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məsələyə yerində baxılmasını, obyektin yerləşmə məsafələrinin ölçülməsini, torpaq və şəhərsalma sənədlərinin araşdırılmasını və verilmiş icazənin hansı hüquqi əsaslarla rəsmiləşdirildiyinin açıqlanmasını xahiş edirlər.

Sakinlərin mövqeyi sadədir: əgər tikili bütün şəhərsalma və tikinti normalarına uyğundursa, bunun sənədlərlə ictimaiyyətə izah edilməsində heç bir problem olmamalıdır. Əgər uyğunluq yoxdursa, verilmiş icazənin hansı əsasla rəsmiləşdirildiyi araşdırılmalıdır.

Bu müraciətin məqsədi hər hansı vəzifəli şəxsi əvvəlcədən qanun pozuntusunda ittiham etmək deyil. Məqsəd sakinlərin haqlı suallarına rəsmi və əsaslandırılmış cavab almaqdır.

Şirin Mirzəyev 68A və 76A sakinləri adından tələb: obyektə yerində baxış keçirilsin, sənədlər və şəhərsalma əsasları araşdırılsın, nəticə sakinlərə açıqlansın və qanun pozuntusu müəyyən edilərsə, müvafiq tədbirlər görülsün.

Gundemxeber.org



Tramp Ankarada sui-qəsddən necə xilas olub?


İrandan göndərilən məlumatın ələ keçirilməsi ABŞ xüsusi xidmət orqanlarına Prezident Donald Trampa Ankarada planlaşdırılan sui-qəsd barədə xəbər tutmağa imkan verib.

Bu barədə Londonun “The Times” qəzeti İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın keçmiş əməkdaşı Rami İqraya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran xüsusi xidmət orqanları sui-qəsdi birbaşa həyata keçirmək niyyətində olmayıblar. Onlar Trampın adını nəzarət etdikləri silahlı təşkilatlara ötürülən “güllələnmə siyahısı”na daxil ediblər. Həmin siyahıya İranın keçmiş Ali Lideri Ayətullah Əli Xameneinin ölümünə səbəb olmuş fevral bombardmanlarına icazə verən şəxslər, o cümlədən Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun adları daxil edilib.

“Mossad”ın keçmiş əməkdaşının məlumatına əsasən, Trampın təyyarəsi Ankara hava limanından havaya qalxan zaman daşınan raket kompleksindən açılan atəş nəticəsində vurulmalı imiş. Məhz bu məlumat sayəsində ABŞ Məxfi Xidməti dövlət başçısını Türkiyədən başqa bir hərbi təyyarə ilə çıxarmaq barədə qərar qəbul edib.

Bununla belə, nə qəzet, nə də Rami İqra İrandan göndərildiyi ehtimal edilən məlumatı kimin ələ keçirdiyi və prezidentə sui-qəsdin niyə baş vermədiyi barədə heç bir açıqlama verməyib. Bununla belə, mətbuatda guya Ankara hava limanı yaxınlığında daşınan raket kompleksinin görüldüyü barədə iddialar paylaşılıb.

Xatırladaq ki, daha əvvəl İsrail mətbuatı adı açıqlanmayan Qərb ölkəsinin kəşfiyyat məlumatlarına istinadən NATO sammiti zamanı Donald Trampa sui-qəsd hazırlanması barədə xəbər paylaşmışdı.

Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda avqustun 13-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Evləri yandı, qəzalı binaya sığındılar: “Uşağı işə aparıram ki, ilan vurmasın”


Şabran rayonunun Gəndab qəsəbəsində bir ailə 5 ildir təhlükəli və ağır şəraitdə yaşamağa məcburdur. 2021-ci il avqustun 4-də evləri yanan Şükürovlar ailəsinin yeni evinin tikintisinə kənd sakinləri kömək edib. Lakin maddi imkanları olmadığı üçün tikinti yarımçıq qalıb.
Ramilə Şükürovanın sözlərinə görə, yanğın zamanı evdən heç nə çıxara bilməyib, yalnız 4 yaşlı qızı Nəzrini güclə xilas etməyi bacarıb.
Ailə başçısı Bəhmən Şükürov da ailəsinin ağır vəziyyətdə olduğunu deyir. Bəhmən Şükürov ailəsini dolandırmaq üçün günəmuzd işləyir. İş olmayanda isə sumağ yığaraq satır. Bəzən 9 yaşlı qızını da özü ilə dağa aparır. Səbəb isə onu evdə tək qoymamaq və qorumaqdır.
Şükürovlar hazırda beş ildir Gəndab qəsəbəsində sovet dövründən qalma inzibati binanın bir otağında yaşayırlar. Bina isə qəzalı vəziyyətdədir. Damı uçmaq üzrədir, yağış yağanda içəri su keçir. Ailə üzvlərinin sözlərinə görə, otaqdan tez-tez ilanlar da çıxır. Bu səbəbdən uşağın təhlükəsizliyi ilə bağlı daim narahatlıq yaşayırlar.
Hazırda Şükürovlar ailəsinin əsas arzusu yarımçıq qalmış evlərinin tamamlanması və beş ildən sonra öz evlərinə qayıtmaqdır.
Ailənin vəziyyəti ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İcra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn İlyasov bildirib ki, icra hakimiyyətinin ailəyə ev tikmək üçün kifayət qədər maliyyə imkanı yoxdur. (Bizim.media)

“Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... - İcazə verin, şübhələnək...



Dəyəri onmilyonlarla ölçülən tenderlərdə qalib görməyə öyrəşdiyimiz “Xezer-Construction”a yenə iriməbləğli iş həvalə olunub. Adəti üzrə yenə də şirkəti qalib edən Bakı Şəhər İcra Hakimiyyəti olub.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer-Construction”la bu dəfə 8 milyon 345 min manatlıq satınalama müqaviləsi bağlayıb. Bu müqaviləyə əsasən, şirkət paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri görəcək. Qranit tavalardan döşəmələr salınması, parkın işıqlandırılması, yaşıllaşdırma, ağacların əkilməsi, səkilərin qurulması və s. işlər həyata keçiriləcək.
Bakı meriyasının “Xezer-Construction”a 35 milyon manatdan çox dəyəri olan layihə həvalə etməsindən heç bir ay keçməyib. Bizimyol.info bu haqda da məlumat vermişdi. Söhbət Nəsimi rayonu ərazisində - 28 May küçəsindən “Trampın binası”na (“The Ritz-Carlton Baku” oteli) qədər olan 12 hektarlıq ərazidə parkın salınması layihəsindən gedir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki qurum bu parkın salınması məqsədilə dəyəri 35 milyon 229 min 641 min manat olan satınalma müqaviləsini iyul ayında məhz “Xezer-Construction”la imzalamaq qərarı verib.
Bakı Şəhər İcra Hakimiyyətinin başqa böyük layihələrində də “Xezer-Construction”ın adı keçir. Şirkət 2025-ci ildə təkcə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir”in 4 tenderinin qalibi olub. Bu tenderlərə görə “Xezer-Construction”a 73 milyon manatdan çox vəsait ödənilib.
Tenderlərdə rəqib tanımayan MMC bölgələrdə də layihələr həyata keçirib. Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhərində çoxmənzilli kommunal binaların əsaslı təmiri işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderdə “Xezer-Construction”a üstünlük vermişdi. Maliyyənin müqavilə dəyəri 508 min manat olmuşdu.
“Xezer-Construction”ın nizamnamə kapitalı 200 manatdır. 2018-ci ildə qeydiyyata alınan şirkətin qanuni təmsilçisi Rəmzi Bünnətov hesab olunur.

Bizimyol.info

ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...



"Təhsil hər bir cəmiyyətin inkişafının təməl daşı, gələcəyə qoyulan ən böyük sərmayədir. Dövlət tərəfindən Elm və Təhsil Nazirliyinə (ETN), eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) ayrılan yüz milyonlarla manatlıq büdcə məhz bu gələcəyin inşasına xidmət etməlidir..." Bunu özünün sosial şəbəkə hesabında təhsil eksperti Vüqar Məmmədov qeyd edib.O daha sonra fikrini belə davam etdirir: "Lakin son illər təhsil sektorunda, xüsusən də adıçəkilən qurumların maliyyə idarəçiliyində müşahidə edilən kütləvi mənimsəmə halları bu ali məqsədə vurulan ən ağır zərbədir. Təəssüf ki, ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi sadəcə təsadüfi və pərakəndə yeyinti deyil, xüsusi olaraq formalaşdırılmış, məqsədyönlü bir şəbəkə vasitəsilə həyata keçirilən ağır iqtisadi cinayətdir.
Bu qanunsuzluqların ən qaranlıq tərəfi prosesin mütəşəkkil xarakter daşımasıdır. Belə ki, mənimsəmə halları əsasən ETN, MÜTDA və onların tabeliyində fəaliyyət göstərən Regional Təhsil İdarələrinin rəhbərliyinə yaxın olan şəxslər vasitəsilə icra edilir. Dövlət büdcəsindən məktəblərin təchizatı, təmiri və infrastrukturu üçün ayrılan milyonlarla manatlıq maliyyə vəsaitləri qeyri-şəffaf tenderlər, şişirdilmiş satınalmalar və saxta layihələr adı altında məhz həmin "etibarlı" şəxslərin şirkətlərinə yönləndirilir. Təhsil rəsmiləri regional idarələrdə qurduqları bu xüsusi şəbəkə hesabına dövlət vəsaitlərini asanlıqla şəxsi dövriyyələrinə cəlb edir, mövcud nəzarət mexanizmlərini isə formal şəkildə dövrədən çıxarırlar.
Milyonlarla manatın bu cür əliəyri şəbəkələr tərəfindən talan edilməsinin ən acı fəsadlarını isə bilavasitə müəllimlər və şagirdlər yaşayır. Büdcədən nəhəng vəsaitlərin ayrılmasına baxmayaraq, əksər regionlarda və hətta paytaxt məktəblərində hələ də ibtidai şəraitin, istilik sistemlərinin, müasir laboratoriyaların və zəruri texnoloji avadanlıqların çatışmazlığı acınacaqlı mənzərə yaradır. ETN və MÜTDA-ya yaxın şəxslərin cibinə axan hər bir milyon şagirdin keyfiyyətli təhsil almaq imkanından, müəllimin isə normal iş şəraitindən oğurlanmış hüququdur. Bu kəskin ədalətsizlik cəmiyyətdə təhsil sisteminə və idarəetməyə olan etimadı dərindən sarsıdır.
Problemin kökündə həm də islahat adı altında aparılan struktur dəyişikliklərinin mahiyyət etibarilə bu kölgə iqtisadiyyatını dağıda bilməməsi dayanır. MÜTDA və Regional Təhsil İdarələri kimi yeni instansiyaların yaradılması idarəetməni mərkəzləşdirmək və şəffaflığı artırmaq məqsədi daşısa da, praktikada sadəcə mənimsəmə sxemlərinin daha da təkmilləşməsinə və eyni mərkəzləşmiş şəbəkənin inhisarına keçməsinə xidmət etmiş oldu. Əsl islahat qurumların adını və tabeliyini dəyişməklə deyil, bu korrupsiya zəncirini qırmaq, regional səviyyədə yuva salmış "yaxın şəxslər" şəbəkəsini ifşa etmək və müstəqil audit vasitəsilə mənimsənilən hər qəpiyin hesabını sormaqla mümkündür.
ETN və MÜTDA-nın mərkəzi və regional strukturlarında xüsusi şəbəkələr vasitəsilə büdcə vəsaitlərinin mənimsənilməsi ölkənin intellektual potensialına və milli təhlükəsizliyinə birbaşa təhdiddir. Dövlətin təhsil siyasətinin real uğur qazanması üçün bu qurumlarda kök salmış maliyyə cinayətlərinə, "tanış-biliş" prinsipi ilə işləyən tender şebəkələrinə dərhal son qoyulmalı, təqsirkarlar qanun qarşısında cavab verməlidir. Yalnız hüququn aliliyinin təmin edildiyi və idarəçiliyin mənfəətpərəstlərdən təmizləndiyi bir sistemdə dövlət büdcəsi məmurların və onların yaxınlarının zənginləşməsinə deyil, Azərbaycan gəncliyinin işıqlı gələcəyinə xidmət edə bilər".

DİA-AZ

Binəqədidə Ağsaray şadlıq sarayının yaxınlığında söküntü: Rəsmi qurumlar niyə susur?/VİDEO


Binəqədi rayonunda, Ağsaray şadlıq sarayının yaxınlığında söküntü işləri aparılır.Ərazidə görülən işlərlə bağlı görüntülər yayılıb. Kadrlarda müəyyən tikililərin söküldüyü, ərazidə işlərin davam etdiyi görünür. Söküntü işləri ətrafda yaşayan sakinlərin də diqqətini çəkib.

Məsələ ilə bağlı Ekologiya.az Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik.

Nazirlikdən saytımıza bildirilib ki, məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciət edilməlidir.

Bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Lakin sorğumuza cavab verilməyib.

Söküntü işlərinin ərazidə, hansı əsasla və hansı qurumun icazəsi ilə aparıldığı, həmçinin ərazidə təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi ilə bağlı suallarımızı cavablandırmasını gözləyirik.

Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyi daxil olduğu təqdirdə xəbər yenilənəcək və yayımlanacaq.

Binəqədidə Ağsaray şadlıq sarayının yaxınlığında söküntü: Rəsmi qurumlar niyə susur?/VİDEO


Binəqədi rayonunda, Ağsaray şadlıq sarayının yaxınlığında söküntü işləri aparılır.Ərazidə görülən işlərlə bağlı görüntülər yayılıb. Kadrlarda müəyyən tikililərin söküldüyü, ərazidə işlərin davam etdiyi görünür. Söküntü işləri ətrafda yaşayan sakinlərin də diqqətini çəkib.

Məsələ ilə bağlı Ekologiya.az Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik.

Nazirlikdən saytımıza bildirilib ki, məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciət edilməlidir.

Bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Lakin sorğumuza cavab verilməyib.

Söküntü işlərinin ərazidə, hansı əsasla və hansı qurumun icazəsi ilə aparıldığı, həmçinin ərazidə təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi ilə bağlı suallarımızı cavablandırmasını gözləyirik.

Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyi daxil olduğu təqdirdə xəbər yenilənəcək və yayımlanacaq.

Pilləsiz tikiliyə sənəd verildi: Şəhərsalma və Arxitektura Komitəsinin qərarı sakinlərin narazılığına səbəb oldu (FOTO)



Nizami rayonu, Şirin Mirzəyev küçəsi 68A və 76A ünvanında yerləşən yaşayış binalarının sakinləri həyətlərində aparılan qanunsuz tikinti işlərinə və həmin obyektdən istifadəyə icazə verilməsinə qarşı etiraz edirlər.

Sakinlərin bildirdiyinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç bir yerində təhlil və əsaslandırma aparmadan, sənədsiz yarıtikiliyə sərəncam təqdim edib.

Məsələ ilə bağlı 32gun.az-a müraciət edən Şirin Mirzəyev 68A binasının sakini Şahbazov Şahbaz Adıgözəl oğlu bildirib:

"Nizami rayonu, Şirin Mirzəyev 68A və 76A binalarının kiçik və məhdud olan həyətində, özbaşına sənədsiz yarıtikiliyə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təhlilə və əsaslandırmaya söykənmədən sərəncam verib. Fikrimdə təhlil və əsaslandırma ona görə qeyd edirəmki, «obyekt»ə yerində baxmaq sonra sərəncam vermək gərəkli idi. Çünki, iki binanın arasında dar bir keçid əraziyə, yaşayış binalarının 5-6 metrliyinə yaxın «obyekt»ə sənəd vermək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Qiyaf (Çoxmənzilli binaların həyətlərində qanunsuz tikililərin qarşısının alınması və yaşayış zonalarının abadlaşdırılması haqqında müvafiq fərman) fərmanının tələbinə ziddir. Belə ki, Qiyaf fərmanında göstərilirki, əgər həyətin ərazisi kiçikdirsə, ərazidə insanların oturmasına, hərəkətinə, avtomobillərin gediş-gəlişinə, dayanmasına maneə varsa, obyekt tikintisinə icazə vermək qanunsuzdur."

Şahbazov Şahbaz Adıgözəl oğlu açıqlamasının davamında qeyd edib:

"Sözügedən ünvanda isə ümumiyyətlə iki oturacaq belə yoxdur ki, yaşlılar, uşaqlar, sakinlər otursun və s. Ona görə də, istismarına icazə sərəncamı verilən məlum «obyekt» sakinlərin kütləvi şəkildə narazılığına səbəb olub, eləcə də, bu hal qanun anlayışının tələblərinə ziddir. Odur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə sərəncamı başadüşülən deyil. Və yaxud, yaranmış bu özbaşına durumdan Komitə Sədri Anar Quliyev nə dərəcədə xəbərdardır, məlum deyil."(32gun.az)

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31