Qanuna meydan oxumaq, yoxsa qanunu bilməmək? - İTTİHAM VAR...


Bakı şəhəri 117 saylı uşaq bağçasında 15 ildən artıq tibb bacısı kimi çalışmış Bahar Cəlilovanın bağçada qanun pozuntuları, vəzifə vərəsəliyi və təhlükəsizlik qaydalarının pozulması ilə bağlı səsləndirdiyi iddialar sosial şəbəkələrdə ciddi rezonans doğurub.

Məsələnin diqqətçəkən tərəfi isə yalnız videomüraciətin ictimai müzakirəyə çıxarılması deyil.Redaksiyamıza verilən məlumata görə, Bahar Cəlilova videomüraciətindən əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Onun sözlərinə görə, həmin müraciətlə bağlı araşdırma hələ başa çatmayıb. Deməli, ortada araşdırılması davam edən iddialar var və onların həqiqət olub-olmamasına hüquq-mühafizə orqanları hüquqi qiymət verməlidir.

Qeyd: Xatırladaq ki, Bahar Cəlilova artıq Əmək məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə işdən çıxarılıb. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyi hallarda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsini nəzərdə tutur.

Maraqlıdır: əgər Bahar Cəlilovada sözügüdən maddədə nəzərdə tutulan hallar var idisə, eyni müəssisədə 17 il necə fəaliyyət göstərib?

Həmçinin maraqlıdır: araşdırma davam etdiyi halda, şikayətçinin işdən azad edilməsi nə ilə izah olunur?

Azərbaycan qanunvericiliyində korrupsiya və digər hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı mühüm təminatlar nəzərdə tutulur. Dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinin əsas prinsiplərindən biri də qanun pozuntusu barədə məlumat verən şəxsin təzyiq və qisas tədbirlərindən qorunmasıdır. Əgər Bahar Cəlilovanın işdən azad edilməsi onun aidiyyəti dövlət qurumlarına etdiyi müraciətlə, səsləndirdiyi iddialar araşdırılıb qurtarmayıbsa bu sadəcə əmək münasibəti məsələsi deyil. Bu halda söhbət daha ciddi hüquqi və idarəetmə sualından gedə bilər: dövlət orqanlarına və hüquq-mühafizə qurumlarına müraciət edən şəxs bunun əvəzində cəzalandırılmalıdırmı?

Rəhbər vəzifədə olmaq yalnız əmr vermək hüququ deyil, qəbul edilən qərarların qanuna və ədalət prinsipinə uyğunluğuna görə məsuliyyət daşımaq deməkdir.“Burda mənəm, Bağdadda kor xəlifə” yanaşması dövlət idarəçiliyində qəbuledilməzdir.

Heç bir rəhbər qanundan üstün deyil. Heç bir vəzifə sahibinin dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinə və qanunvericiliyin müəyyən etdiyi təminatlara məhəl qoymamaq imtiyazı yoxdur.Araşdırmanın hələ tamamlanmadığı bir vaxtda şikayətçinin işdən uzaqlaşdırılması təsadüfdür, yoxsa susdurulma effekti yaradan inzibati qərar?

Burada söhbət qanunu bilməməkdən gedir, yoxsa qanuna meydan oxumaqdan?

Cavabı ən yaxşı halda hüquqi araşdırma verəcək. Cəmiyyət isə həmin cavabı gözləyir.

Faktum.az

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.

Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir.

Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.

Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? - MÜRACİƏT


Redaksiyamıza Radius.az-dan təkər alışına görə şikayət daxil olub.

Şikayətçinin sözlərinə görə, o, şirkətin kampaniyasından yararlanaraq təkərləri daha sərfəli qiymətə almaq istəyib. O, təkərləri aldıqdan sonra daha ucuz qiymətə dəyişdirə bildiyi üçün onların quraşdırılmasını başqa yerdə həyata keçirib.

Müştərinin iddiasına görə, alış zamanı ona kampaniyanın yalnız təkərlərin Radius.az-ın mağazasında quraşdırıldığı halda qüvvədə olduğu barədə məlumat verilməyib. Şikayətçi əlavə məbləğin də bu barədə əvvəlcədən məlumatlandırılmadan hesablandığını bildirib.

Məsələ ilə bağlı Radius.az ilə əlaqə saxladıq. Şirkət nümayəndəsi bildirib ki, müştərinin məlumatları sistem üzrə yoxlanılıb və onun avqust ayında iki ədəd təkər aldığı müəyyən edilib.

Nümayəndənin sözlərinə görə, həmin təkərlərin ümumi məbləği 395 AZN təşkil edib. O, şikayətçinin 300 AZN əvəzinə 400 AZN ödəməsi ilə bağlı iddianı təsdiqləməyib.

Şirkət nümayəndəsi qeyd edib ki, təkərlərin qiyməti onların növündən, standart satış qiymətindən və mağazada quraşdırılıb-quraşdırılmamasından asılı olaraq dəyişir. Kampaniya çərçivəsində tətbiq olunan qiymətlər də seçilən məhsul və xidmətdən asılıdır.

Ajans.az

Bakı İdman Liseyində dələduzluq faktı... - gəlin-qaynana tandemi kimlərə arxalanır?


Vaxtaşırı təhsil sistemindəki korrupsiya və rüşvətxorluq gündəmə gələndə faktların təsdiqi hüquq mühafizə üzərinə düşür. Elə bu baxımdan cənab baş prokuror Kamran Əliyevə əziyyət olmasın deyə xahiş edirik ki, bu mövzunu xüsusi olaraq diqqətə alınması barədə göstəriş versin. . İnanırıq ki, onun nəzarətində olan hər bir iş öz ədalətli qərarını tapır.
Bu günlərdə isə Bakı İdman Liseyində elə bir dələduzluq halı baş verib ki, məktəb adına hədsiz utancverici vəziyyət yaranıb. Bakı İdman Liseyinin müəllimi Pünhan Pənahov liseyin direktoru Tərminə Əsədovaya arxalanaraq məzunlardan birinin valideynindən Dövlət İdman Akademiyasına qabiliyyət imtanından keçirəcəyi vədi ilə 5500 manat pul alaraq dələduzluq edib. Gözlənildiyi kimi əməliyyat baş tutmayıb, ortaya səs yazıları, pul köçürmə çekləri filan çıxıb. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahana təbii olaraq müdaxilə edə bilməyəcəyini bilən dəstə vətəndaşı məqsədyönlü şəkildə aldadaraq dələduzluq ediblər. Məsələ hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Tezliklə daha böyük başlar bu dələduzluqdan nəsibini alacaq.
Məsələnin maraqlı tərəfi odur ki, Bakı İdman Liseyinin direktoru Tərminə Əsədova Bakı şəhər təhsil idarəsinin müdir müavini Turanə Məcidlinin ailə üzvüdür. Gəlin qaynana tandeminin əks-sədası görün haralardan, hansı əməllərdən çıxır.
Bakı şəhər təhsil idarəsinə bir neçə ay əvvəl müavin təyin olunan Turanə Məcidli həmçinin müdür vəzifəsini icra edən Nərminə Hüseynovanın vəzifəsinə əməlli başlı göz dikib, şef müdir olmaq astanasındadır. O da nazir müavini gedəcəyini gözlədiyi üçün Turanə xanımın şıltaqlıqlarına göz yumur. Həmçinin Turanə Məcidli özündən yuxarı hamı üçün balıq tutan tilov rolunda həvəslə çıxış edir. Bu da yəqin elə onların marağına işlədiyi üçün hər kəsə sərf edir.
Hər hansı sahədə karyera qurmaq, vəzifə pillələrində yüksəlmək üçün illərlə əziyyət çəkmək, həmin sahənin bütün incəliklərinə dərindən bələd olmaq lazımdır. Əvvəllər ömrünü elmə, təhsilə həsr edən ziyalılar, alimlər bu sahədə söz sahibi idi. Elə məktəb də onda məktəb idi, təhsil də onda təhsil idi...
Hər şey orda qırıldı ki, şərab zavodunun mühasibi, "pesok satan", bankın kredit şöbəsinin rəisi, marketlər şəbəkəsinin meneceri təhsil sistemində söz sahibi oldu, illərin müəllimlərinə ağıl öyrətdi, islahat aparıram deyərək bütün elm aləmini təcrübə dovşanına döndərdi. Təhsilin “T”-sindən xəbəri olmayanlar bu sistemi məhv etdilər, çökdürdülər. Nə elm qalıb, nə də ki təhsil. Nə məktəb qalıb, nə də müəllim nüfuzu. Ortada çox böyük bir boşluq var və onu on illərlə doldurmaq mümkün olmayacaq.
Nə başınızı ağrıdaq, təhsil sahəsində qocaman elm xadimlərinin, pedaqoqların belə baxıb köks ötürəcəyi sürətli yüksəliş yolu keçənlərdən biri də yuxarıda adını qeyd etdiyim BŞTİ-nin müdir müavini Turanə Məcidlidir. Onun İdarədə sektor müdiri təyin olunmasından müdir müavini olmasına qədər vur-tut 8 ay kifayət elədi. Camaat 8 aya işlədiyi idarənin yolunu-irzini güclə öyrənir, amma nə sirri-xudadırsa xanım Məcidli səkkizcə aya müdirin müavini oldu. Bunun Nobel mükafatı yox, hansısa elmi kəşfi, ixtirası yox, pedaqogikanın əsaslarını bu yaratmayıb. Bəs əcəba bu hansı fitri istedaddır ki, Turanə xanımı belə sürətlə yüksəltdi?
Elə bu suallar içində itib batmışdım ki, qəflətən gözüm medya resurslarında gedən, el arasında dolaşan xəbərlərə sataşdı. Gördüm ki, mən nəinki fil qulağında yatmışıq. Sən demə belə şeylər üçün nə istedad, nə ixtira, nə mixtira gərəkmirmi. Yetər ki, Eldar Əzizov boyda qohumun, Eşqi Bağırov kimi himayədarın, nazir müavini Həsən Həsənli kimi arxa-dayağın olsun. Hələ vaxtilə Ramiz Mehdiyevin əsas kadrlarından olan Məhəbbət Kazımov kimi qayınatadan, Bakı İdman Liseyinin direktoru olan qayınasından, onun can dostu, qəlb sirdaşı olan Məhəbbət Vəliyeva kimi rəfiqədən danışmıram. Onların bir kəlməsi, him-cimi min elmi əsərdən, təcrübədən daha üstündür.
Elm, təcrübə binəva müəllimə, alimə gərəkdir ki, onu da hər 5 ildən bir imtahan edərək müti qula çevirirsən. Belə vəzifələr üçün işarəni meriyadan alırsan, sədasını ağ şəhərdən eşidirsən... Turanə Məcidlinin Bakı İdman Liseyinin direktoru olan qayınanası bu yaxınlarda kələfin ucunu dolaşdırdığı dələduzluq oyunu ilə də yuxarıda tanış olduz.
Bu boyda həngamə qarşısında Turanə Məcidli deyib ki, mən burda niyə varam? Qoymaram qayınanama kimsə güldən ağır söz desin. Deyilənə görə Eşqi Bağırov da, elə nazirin müavini Həsən müəllim də Turanə xanıma qahmar çıxıblar ki, “qorxma, biz səninləyik”.
İndi gördünüzmü adamın tiranlığı üçün necə qohum-əqrabası, arxa-dayağı olmalıdır.
Elə tutaq ki , mənim qaynatam kran sürücüsüdür, deyir ki, gəl səni Ağ şəhərdə kranla 27-ci mərtəbəyə qaldırım sərinlən. İndi nə deyirsiniz, neyniyim, razılaşım.Mənimki də belə gətirib deyə gedib sərinlənməliyəm?...
Nahaqdan işdən çıxarılan məktəb direktorlarının, direktor müavinlərinin Ali məhkəməyə qədər gedir, sonda qalib çıxır. Heç nə olmamış kimi, məsul şəxslərin, baş idarənin insan resuruslarının, o cümlədən heç rəhbərliyin VECİNƏ gəlmir... Adı rüşvət qalmaqalında hallanan direktoru bir məktəbdən çıxarıb digər məktəbə direktor təyin edirlər. Direktor, direktor müavini olmaq istəyənlər öz maşınlarını, evlərini satmalı olurlar. Bakı təhsil idarəsinin müdirinə də bu əzizovçu sərf edir, ilanı Seyidəhməd əli ilə tutur. Vallah komedixanadı, rüşvətxanadı nədi bilmək olmur. Hər nədisə, bu nə elm deyil, nə də ki, təhsil...
İllərini təhsilə həsr etmiş direktorlar deyirlər ki, Turanə Məcidlinin ifrat eqosu, təhqir və təzyiqləri onları təhsildən getməyə məcbur edir. Adam nə hədd bilir, nə də gözü , nəfsi doyur. Onun "tələbləri"nə boyun əyməyən hər kəsi yola salmaqdan zövq alır. Son zamanlar neçə təcrübəli direktor, neçə təcrübəli direktor müavini işdən ayrılmalı olublar.
Təhsilə tələ kimi baxan birisinin tələyə düşəcəyi gün təhsilin xilası günü olacaq. O zaman himayədarları da onu xilas edə bilməyəcək. Həmin gün uzaqda deyil.
Nicat Mahmudov

Xəbər lenti

“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14